F i Z i K A

Blog üzrə axtar

четверг, 20 ноября 2014 г.

Lirikada Fizika


"Lirikada fizika və dünyəvilik"


Fizika və lirika elm olaraq özünün inkişafını antik dövr mədəniyyətinin təşəkkülü dönəmlərindən tapmışdır. Hər iki sözün leksik mənası və etmioloji mənşəyi yunan dilinə məxsusdur. “Fizika” sözü yunanca “fyuzis” – təbiət deməkdir. Lirika isə "lira" sözündən olub, yunanca simli musiqi alət deməkdir. Fizika sözünü dünya elminə qədim yunan filosofu Aristotel gətirmişdir. Azərbaycan dilinə isə ilk dəfə “fizika” sözünü XI əsdə yaşamış Azərbaycanın dahi filosofu Bəhmənyar əl-Azərbaycani gətirmişdir. Şərq ədəbiyyatında isə lirik şeirlərə rübai şeirlər də deyilir. Rübab da ərəb sozu olub, simli alətin adidir.

Zaman keçdikcə bu iki termin məna genişlənməsinə səbəb olaraq hər biri geniş anlamda bir elm sahəsini öz ağuşuna almışdır. Lakin bu elmləri bir-birinə bağlayan gözəgörünməz tellər mövcud olmuşdur.

Fizika təbiət hadisələrini müşahidə, eksperiment və nəzəriyyə əsasında öyrənir. Əldə olunan biliklər isə elmdə yeni-yeni kəşflərə zəmin yaradır. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir ki, bu da iki yerə ayrılır: şifahi və yazılı ədəbiyyat. Fizikada müşahidə üsulu hadisələrin gedişinə müdaxilə etmədən onların hiss üzvlərimiz vasitəsilə duyulmasıdır. Ədəbiyyatda isə lirik novun əsas əlaməti müəllifin hiss-həyacanlarının, fikir və arzularının ifadəsidir. Lirik əsərdə müəyyən bir hadisədən danışılmır. Eynilə fizikanın müşahidə üsulunda olduğu kimi burada hadisədən alınan təsir və onun nəticəsində şairin qəlbində yaranan hisslər öz əksini tapir. Lirik seirin əsas qəhrəmanı müəllif özüdür. Ədəbiyyatda buna lirik qəhrəman deyilir. Lirik qəhrəmanların poetik düşüncəsi adətən mifik, dini, dünyəvi və praqmatik düşüncələr əsasında formalaşır. Mifik və dini düşüncədə yazan şairlər dünyanın dərkində romantizmə daha çox üstünlük verirlər. Romantizm isə insanın ağıl və məntiqlə deyil, hissləri ilə hərəkət etməsidir. Dünyəvi düşüncəyə sahib olan şairlər isə öz şeirlərində təbiəti əsasən özünə istinadən vəsf edərək, real həyat nümunələrindən istifadə edirlər.

Klassik və müasir Azərbaycan poeziyasında bir çox şairlərin şeirlərində dünyanın dərki əsasən dini və ya mifik düşüncələrin dərki əsasında verilmişdir. Azərbaycan aşıq poeziyasının ünlü şairlərindən olan Aşıq Ələsgərin şeirlərində dünyanın yaranışının dini təfəkkür əsasında izahı öndə dayanır:

 Yerin, göyün, ərşin, kürsün, insanın     

Künhü, bünövrəsi ay nədən oldu?

Yeri göydən, göyü yerdən kim seçdi?

Hikmətin dəryası ay nədən oldu?

Yeddi qat göy nə növ quruldu?

Neçə qəndil, neçə sütun vuruldu?

“Sən kimsən?”, “Mən kiməm?”-

kimdən soruldu?

Ustadlar ustası ay nədən oldu?

Qeyd edildiyi kimi fizika dünyəvi elmdir. Lakin bəzən təbiət hadisələrinin dərkinin çətinliyi dünyəvilik, ümumubəşərilik baxımından fizikanın duyumunu arxa plana keçirir. Fizikanın elm kimi asan və ya çətin qavranılması birbaşa təfəkkürlə bağlıdır. Əslində çox qədim tarixə malik olan bu elm dərinliyi, çox şaxəliliyi, harmoniyası ilə bütün dövrlərdə filosofları maraqlandırmışdır. Bu filosof şairlərdən biri və birincisi Azərbaycan və dünya ədəbiyyatında nadir incilər yaratmış, klassik Azərbaycan ədəbiyyatının siması Nizami Gəncəvidir. Şeyx Nizami fizikanı, astronomiyanı, tibbi, şəriəti dərindən bilən, dərk edən böyük alim olmuşdur.

Ədəbiyyatçılar Nizami Gəncəvinin “Xəmsə”sindəki obrazların, tarixçilər isə tarixi hadisələrin və digər detalların tədqiqatını aparsalar da fiziklər Şeyx Nizaminin əsərlərindəki təbiət qanunauyğunluqlarının necə məharətlə verildiyinin fərqində olurlar. Qısası ədəbiyyata az-çox bələd olan bir fizik böyük Nizami haqqında bu sözləri deyər: “Nizami Gəncəvi böyük şair olaraq fizikanı, dünyəvi elmləri dərindən bildiyindən, yazmış olduğu əsərlərində təbiət qanunlarını nəzmə çəkmişdir”. Fizikanın müxtəlif tədqiqat sahələri ilə məşğul olan alimlər də sübut edirlər ki, kəşfi hansısa alimlərin adı ilə bağlı olan bir sıra fiziki hadisə və qanunauyğunluqları Nizami Gəncəvi onlardan xeyli qabaq öz əsərlərində vermişdir. Məsələn, Nizaminin “Xosrov və Şirin” əsərindən bir parçaya diqqət edək:

 Maqnit olmasaydı eşqin əsiri,   


Çəkməzdi özünə dəmir zənçiri.


Kəhrəbanın eşqə düşməsə canı,

Belə cəzb etməzdi quru samanı.

Dünyada göhvər var, daş var nə qədər,

Onlar nə bir saman, nə dəmir çəkər.

Bu saysız hesabsız maddələr yenə,

Bax gör meyl edirlər mərkəzlərinə.

Göyə doğru çox qalxarsa su

Yenə torpaq olar ən son arzusu

Kainatda hər şey cəzbə bağlıdır.

Şair bu misralarla öz dövründə elmə məlum olmayan elektromaqnit qanununlarından bəhs edir. Hətta kəşfinin 1667-ci ildə ingilis alimi Nyuton tərəfindən həyata keçirildiyi söylənən “cazibə qanunu” haqqında dahi Nizami bu misralarda açıqca bilgilər vermişdir. Hətta Şeyx Nizami daha dərinə gedərək dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasının elektromaqnit dalğaları olduğunu da göstərmişdir. Bu sübut olduqca dəqiq, real faktlarla nəzmə düzüldüyündən insanı mat qoyur. Xatırladaq ki, Şeyx Nizami fars dilində yazdığından bu misralar bizə dil çevriciləri tərəfindən ötürülmüşdür. Təbii ki, orjinaldakı hikmətlər isə daha dərindir.

Bundan başqa, “Leyli və Məcnun” əsərində belə bir misralara rast gəlirik.


Yerin hüdudundan o tərəfdə də

...buludlar fələklər qarışır yenə,

Onlar bir-birinə sarılmış bərk-bərk,

Hamısı tor kimidir gəzir kürətək

Bu kürə şəklində yalnız yer deyil,

Hər xətt hərlənir yuvarlaqdır bil...

Burda heyran ediləcək məqam odur ki, kainatın fırlanmasını 1927-ci ildə Holland astronomu Oort sübut etmişdir. Şair Nizami isə XII əsrdə elmə meydan oxuyaraq, şerin dili ilə səsləndirirdi Yerin fırlandığını. Və hətta tək Yerin yox kainatdakı bütün göy cisimlərinin fırlandığını söyləyirdi. Təbii ki, dahi şair, filosof haqlı idi söylədiklərində. Həmən əsərdən daha bir neçə misra:

...Tüstü bu dərədən qalxar yuxarı

Iki üç cidalıq gəzər rüzgarı,

Sonra əyilərək geriyə dönər,

Bu yer kürəsini başına enər.

deməklə şair bizi əhatə edən atmosfer qatını bir tüstüyə bənzədir, onun da varlığından xəbərdar olduğunu şerin dili ilə deyirdi.

Daha sonra “İsgəndərnamə”yə müraciət edək. Burada da heyranedici məqamlar çoxdur.

Əvvəl mövcud oldu tək hərəkət,

Onu iki yerə ayırdı sürət.

Hər iki hərəkət gəlib bir yerə,

Əvvəlki hərəkət ayrıldı yenə.

Bu üçü qoşulub bir-birinə,

Üç xətt zahir olu üç hərəkətdən,

Üç dövrə yarandı ondakı xətdən.

Burada hərəkətin mövçudluğunu söyləyən şair, ondan yaranan bərabər sürətli və dəyişənsürətli hərəkəti də görə bilmişdi. Eyni zamanda fəza və zaman anlayışına toxunaraq üç oxlu kooridinat sisteminin mövcudluğunu aydın şəkildə göstərmişdir.

Zərrə qədər boyası rəngi varmı havanın?

Tutqunluğu könüllər oxşayırmı havanın?

Hər kim ki, əyninə göy paltar geyər,

Günəşi özünə çörək eyləyər...

deməklə, şair işığın dispersiyası mövzusuna - optikaya toxunub. Bildiyimiz kimi Günəş işığı yerə çatana qədər fəzada səpilir və spektral qaydada müxtəlif şəkilə düşür. Göyün üzü mavi rəng alır.

Böyük filosof bir şerində Yer üzündə yalnız ağ rəngin mövcudluğunu qalan bütün rənglərin ondan alınmasını xüsusi ustalıqla qələmə alır.

Səma saflığında gümüş qədər ağ,

Günəş kimi təmiz gün kimi parlaq.

 Gündüzün işığı ağlığındadır,               


Ayın yaraşığı ağlığındadır.

Rənglər sünidir dünyada bir ağ,

Bilməyir sünilik bilməyir boyaq.

Nizami Gəncəvi haqqında bu cür dəyərli tədqiqatlara istedadlı fizik, şairə xanım, Neftçala rayonunun fizika müəllimi Günay İbrahimovanın yazdığı elmi məqalələrdə daha çox rast gəlinir.

Bir sözlə, Nizami irsində bu cür dünyəvi, fiziki qanunauyğunluqlar olduqca çoxdur.

Ümumiyyətlə, Azərbaycan klassik ədəbiyyatında böyük yaradıcılıq izləri olan filosof şairlər və yazarlar öz əsərlərində dünyanın nizam harmoniyasından, fiziki qanunauyğunluqlardan geniş istifadə etmişdilər. Şeyx Nizamidə olduğu kimi, Qazi Bünhanaddinin, Nəsrəddin Tusinin, Məhəmməd Füzulinin əsərlərindəki bu tip mövzular hələ də öz araşdırıcılarını gözləməkdədir.

Görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanıdığımız Füzuli elm haqqında, dünyəvilik haqqında “Rindü Zahid” əsərində belə yazır:

Elm bir dəryadır ki, ondan

Həqqi tanımaq gövhəri hasil olar.

Elmin rütbəsini alimdən soruş,

Elmin ləzzətini cahil nə bilər...

Ümid edirəm ki klassik dövrün tədqiqatçıları bundan sonrakı tədqiqatlarında bu cür nüanslara daha dərindən diqqət yetirərək fizikanı, dünyəviliyi daha geniş formada araşdıracaqlar.

Müasir Azərbaycan poeziyasına gəldikdə buradakı rəngarənglik daha qabarıq diqqət çəkir. Ümumiyyətlə, 20-ci əsr müasir Azərbaycan poeziyasını iki dövrə bölmək olar: Sovetlər dönəmi və müstəqillik dönəmi. Sovetlər dönəmində hər sahədə olduğu kimi, ədəbiyyatda da vahid ideologiya hakim idi. Lakin bu ideologiyanın da tələblərindən sapmalar, yayınmalar mövcud olurdu. Həmin dönəmlərdə ideologiyanın tələblərindən irəli gələn ictimai-siyasi lirika ədəbiyyatın şah damarını tutsa da, məhəbbət lirikasi da öz axarında idi. Lakin lirikanın bu iki növündən fərqli olaraq, sərbəst lirik əsərlər müəllifləri də vardı ki, onlar daha çox ədəbiyyata elmilik, dünyəvilik gətirirdilər.

Məsələn, Azərbaycan ədəbiyyatina yeniliklər gətirmiş ölməz Hüseyn Cavid “Elmi-bəşər” şeirində dünyəviliyə qovuşmağın yolunun elmdə olduğunu göstərir.

Ruhpərvər, sevimli xülyadir

Ki, inanmaq əbəs... nasıl, nə demək.

İstərəm anlayırmısan? Məsəla:

İmdi yerdən səmayə doğru dərin,

Çox dərin bir fəza təsəvvür edin,

Yüksəlib bir bəyaz qanadlı hüma,

— Tizpərvaz bir fəriştə kimi —

Böylə dalsın onun dərinliyinə...

“Bilmək, öyrənmək” öylə bir uçurum

Ki, onun intəhası yox, dibi yox...

Azərbaycan ədəbiyyatında satira janrının zirvəsində dayanan Mirzə Ələkbər Sabir də öz əsərlərinin əksəriyyətində sətiraltı maneralarla dünyəviliyi, elmi tərəqqini öz oxucularına ötürürərək dini cəhalətin cəmiyyətdə yaratdığı gerilikləri ifşa edirdi:

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ aftomobil minməyiriz;

Quş kimi göydə uçar yerdəkilər,

Bizi gömmüş yerə minbərdəkilər!

Azərbaycan türkcəsinin saflaşmasında misiliz xidmətlər göstərmiş dahi Səməd Vurğunun əsərlərinin əksəriyyəti dünyəvilik və izahı təbiət qanunauyğunluqlarına söykənən dərinliklərlə zəngindir. Bu zənginlik şairin “Dünya” şeirində sözün həqiqi mənasında tam çılpaqlığı ilə verilmişdir:

Buludlar dağılır uzaqda lay-lay,

Yenə öz yerində yuvarlanır Ay,

Fəqət nə Cəlal var, nə də ki, Humay,

Nə ömrə acıyır, nə yaşa dünya.

Şair öz oxucusuna qəhrəmanları haqqında məlumat verməzdən öncə qısa bir ekuskurs edir ki, burada da təbiət harmoniyası, qısası astronomik məlumatlar insanı özünə cəlb edir.

Ulduzlar havanın bağrını dəlir,

Qayalı dağlardan duman yüksəlir,

Xəyalım gecəni salama gəlir,

Çapdırır atını bir başa dünya.

Şair bu bənddə aydın səmanı təsəvvür edərək, kosmik fəzada axan ulduzlar, daha doğrusu uçuşan meteorlar haqqında nəzm dilində danışır. Məlumdur ki, Yerə yaxınlaşanda daşlar hava kütləsi ilə toqquşur, nəticədə bərk qızaraq işıq saçmağa başlayır, lakin yerə çatmamış yanaraq görünməz olur. Bundan başqa, elm sübut edir ki, düzənliklərdən dağlara doğru ərazinin mütləq hündürlüyü kəskin dəyişdiyinə görə meteoroloji ünsürlər də dəyişir. Yəni dağ silsilələri ilə duman əmələ gətirici hava axınları yüksək qayalıqlarda daha çox dumanlar əmələ gətirir ki, bu dumanlar da yuxarı doğru qalxır. Şair bu cür real həyat nümunələri arasında öz xəyali sürətini işə salaraq məcazi mənada dünyanın əbədiliyini göstərir.

Digər bəndlərin də hər birinin özünəməxsus izahı vardır ki, lirik duyumu dərin olan uyğun sahənin tədqiataçıları bu misraları daha dəqiq izah edə bilərlər.

Ellərə baxıram bağçalı, bağlı,

Göylərə baxıram qapısı bağlı,

Kainat ixtiyar, sirli, soraqlı,

Əzəldən yaranıb tamaşa dünya.



Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömur amanat.

Əldən-ələ keçir vəfasız həyat,

Biz gəldi-gedərik, sən yaşa dünya!

Müstəqillik dönəmində yaradıcılıqla məşğul olan şairlərin əsərlərində isə əsasən vətənə, torpağa, el-obaya məhəbbət lirikası üstünlük təşkil etdiyindən yenidən ədəbiyyatımızda dini və mifik obrazlar canlandırıldı. Lakin buna baxmayaraq, bu dövrə aid lirika ilə məşğul olan şairlərimiz də vardır ki, onların əsərlərində lirika ilə fizikanın, lirika ilə dünyəviliyin əlaqələri çox böyük ustalıqla verilmişdir.

Yaradıcılığına yaxından bələd olduğum bir neçə şairlərin əsərlərinə müraciət etdikdə dediklərimin açıq ifadəsini görmüş olarıq. Sufi ruhlu istedadlı şair, ixtisasca mühəndis olan İbrahim İlyaslının yaradıcılığında lirika ilə fizikanın harmoniyası gözəl bir axarla verilmişdir:

Üfüqdə ürəyi al-qan olaydım,

Gecə göy üzü tək şan-şan olaydım.

Sən Günəş olaydın, mən Dan olaydım

Haqqa yol gedəydik bir-birimizdə.

Cavidşünas alim, gənc şair Şamil Sadiqin də yaradıcılığında dünyəvilik rüşeymləri cücərməkdədir. Şair “Bu gecə yuxuda Günəşi gördüm” şeirində Günəşi həm eşq, məhəbbət, həm də təbiət nizamlayıcısı kimi vermişdir.

Bu gecə yuxuda Günəşi gördüm...

Yanaqları qızarmışdı bir azca,

gözləri də gülürdü...

Nəsə demək istədi,

Susdu, danışmadı heç...

Elə bil ki, içində sevgisini döyürdü...

Niyyətilə barışmırdı heç...

Buluda da küskün idi deyesen...

Amma nədənsə, gözəlliyin gizlədən

O topaya alışmırdı heç…

İxtisasca riyaziyyatçı olan Rasim Şıxızadə şair kimi geniş ictimaiyyətə tanış sima olmasa da yaradıcılığı ilə tanış olarkən dünyavi təfəkkürlü lirik şair kimi sevilir.

Zirvə, kimin başı üstə,

İldırımlar çaxa bilər.

Kim buludu eynək kimi,

Gözlərinə taxa bilər.

Sənə yalnız Tanrı özü

Yuxarıdan baxa bilər.

Fizika-riyaziyyat elmləri doktorları Hidayət Nur və Vaqif Nəsir də fizikanın lirika, lirikanın da fizika ilə birbaşa bağlı olduğunu öz əsərlərində əyani olaraq göstərmişdilər.

Məruzənin sonunda gəldiyim qənaət belədir ki, fizikanı bilməklə dünyanı olduğu kimi qavramaq mümükündür. Məhz fizikanı bilməklə dünyanın hər iki üzünü – görünəni və görünməyəni bilmək mümkündür. Fizikanı lirik dillə ifadə etmək isə təfəkkürdə dünyəviliyin dərkini asanlaşdırmaqla yanaşı, fizikanın ədəbiyyatla, ədəbiyyatın isə fizika ilə mükəmməl bağlılığını sübut edir.

Məqalənin müəllifi Yusif Alıyev (Yusif Alı Afşar)

четверг, 17 июля 2014 г.

Fizikanın tədrisində İKT


                         Fizikanın tədrisində İKT-dən istifadə
                                                                                                         

          Müasir dövrdə fizka elmi-texniki tərəqqenin aparıcı qüvvəsidir.Buna görə də şagirdlərin orta məktəbdə aldıqları biliklərin fəaliyyət dairəsini maksimal dərəcədə genisləndirməyə ehtiyac vardır.  Bu sahədə labaratoriya işlərinə geniş ehtiyac olsa da bir sıra məktəblərdə demək olar ki, laboratoriya avadanliqlari qeyri-işlək vəziyyətdədir.  Lakin bilirsiniz ki, artiq bütun məktəblərə komputer dəstləri və elektron dərslik verilmişdir. Artiq asaği siniflərdə də informatika dərsinin tədrisi şagirdlərə fizika dərsində elektron dərsliklərindən müstəqil surətdə istifadə etməsini təmin edir. Bu da fizka dərsində şagirdə elektron dərslikdən istifadə etmək qaydasını öyrətmək üçun sərf olunan əlavə vaxt itgisini aradan qaldırır. Özundə labaratoriya işləri ilə yanaşı testlər, fiziki hadisələrin modelləşdirilmiş video görüntüsü, fizika qanunları və düsturlari , eləcədə alimlər haqqında məlumatlari toplayan Fizika elektron dərsliyi ilə dərsi çox effektiv şsəkildə keçirtmək olar. Elektron dərslik çox mükəmməl hazirlanmisdir. Burada lazimi məlumati mündəricat və ya sorğu vasitəsi ilə tapib, muxtəlif səsli və yazılı qeydlər edə bilərik. Elektron dərslikdən istifadə qaydasi dərsliyə aid metodik vəsaitdə olduğu üçün bu barədə çox danismaq istəmirəm. Sadəcə bunu əlavə edə bilərəm ki, dərslikdə olan videomaterialları əvvəlcə səssiz rejimdə sagirdlərə nümayiş etdirməklə şagirdlərə videomaterialda hansı fiziki hadisədən, hansi qanunun doğruluğunun yoxlanılmasından və s. bəhs olunduğunu sual vermək, bu hadisənin izhını soruşmaq olar. Şagirdlərin cavabından sonra fraqmenti səsli rejimdə təkrar nümayis etdirmək yaxsi olardi.
       Təbii ki,  multimedia dərslikləri elə hazırlanıb ki, nəzərdə tutulmüş lobaratoriya işlərindən əlavə təcrübələr aparmaq mümkün deyil. Dərs zamanı internetdəki fizika resurslarina da müraciət etmək olar. İnternetde Azərbaycan dilində fizika fənninə aid resurslar azda olsa vardır.
      Hər hansı qanunun, eləcədə ixtiyari bir hadisəninn şagirdlər tərəfindən daha aydın qavranılması, müstəqil olaraq virtual təcrübələrin aparılması üçün Crocadil Physics  proqramı gözəl bir proqramdır. Proqramda fizikanın “Dinamika”, “Optika” və “Elektrik” bölməsiinə aid təcrübələr aparmaq olar. Bu proqramınn pulsuz versiyasını hər kəs internetdən tapıb yükləyə bilər.  Proqramı hazırladığım www.azfizik.narod.ru  saytındakı “Fiziklər üçün proqram” bölümündən də yükləyə bilərsiniz (http://azfizik.narod.ru/fiziklr_n_proqram/ . Proqram rar formatında olduğu üçün öncə kompüterə Winrar proqramı yüklənilməlidir. Proqramla işləməyi öyrənmək  üçün saytda videodərslik də yerləşdirilmişdir.)

        Crocadil Physics  proqramında elektrik bölməsinə baxaq. Nümünə üçün naqillərin paralel birləşməsində dövrənin bütün hissələrində gərginliklərin eyni (U=U1=U2) olduğunu, ümumi cərəyan şiddətinin isə  dövrənin budaqlanmış hissələrindəki cərəyan şiddətlərinin cəminə bərabər olmasını (I=I1+I2) yoxlayaq.  Proqramı çalışdırdıqdan sonra Toolbars  bölümündən   düyməsini seçirik. Alətlər panelində  elektrik bölməsindəki laboratoriya işlərini aparmaq üçün avadanlıqlarının piktoqramlarını görmüş olarıq. Təcrübəmiz üçün lazımı avadanlığın üzərində mausun sol düyməsini sıxılı saxlamaqla həmin obyekti işçi səhifəsinə sürüşdürüb gətiririk. Batareykalar, reostat, elektrik açarı və iki elktrik lampasını işçi səhifəyə gətirib, onları naqillərlə şəkildəki kimi birləşdirək.  Dovrənin həm umumi, həmdəki budaqlanmış hissələrində olan lampalardakı  gərginlik və cərəyan
                            

şiddətlərini ölçmək üçün voltimetr və ampermetr daxil edək. Bu cihazları baş menyudakı Measure menyusundan Ad meters - Ammmetr Voltmetr menyusundan daxil edə bilərik.  Şəkildə olduğu kimi voltimetrlər dövrəyə paralel, ampermetrlər isə ardıcıl qoşulur. Proqramda artıq naqilləri və detalları  düyməsi ilə silə bilərik. Dövrədəki voltimetrlərin və ampermetrlərin göstərişinə əsasən görünür ki,  paralel birləşmədə dövərnin bütün hissələrində gərginliklərin qiyməti eyni, umui cərəyan şiddəti isə ayrı ayrı hissələrdəki şərəyan şiddətlərinin cəminə bərabərdir. Reostat vasitəsi ilə cərəyan şiddətini dəyişməklə yuxarıdakı ifadənin doğruluğunu birdaha görmüş oluruq. Bütün bunlari şagirdlərə göstərdikdə və ya şagirdlər özləri bu təcrübələri virtual yerinə yetirdikdə bu kimi dərslər onlar tərəfindən daha anlaşıqlı qavranılır.

           Crocadil Physics  proqramında “Dinamika” bölməsindən də bir  təcrübəyə baxaq.  Nümünə üçün  riyazi rəqqasın hərəkətini izləyək. Bunun üçün Toolbars bölümündən  düyməsini seçirik. Sonra alətlər panelindən  obyektini işçi sahəyə gətiririk. Alətlər panelində rəqqasin amplitudunun, uzunluğunun və sapdən asılmış kürənin kütləsinin qiyməti verilmişdir.



Bu qiymətləri dəyişmək olur. . Riyazi rəqqası tarazılıqdan çıxarıb onun dövretmə periodunu qeyd edirik Sonra yükün kütləsini dəyişmədən sapın uzunluğunu  4 dəfə artırmış olsaq, rəqs periodunun 2 dəfə artdığını görmüş olarıq. Yükün kütlsini dəyişdikdə riyazi rəqqasın periodunun dəyişmədiyini görərik. Beləliklə şagirdlər hadisənin modelini izləyib, ölçmələrdən aldıqları qiymətlərdən öyrənirlərki riyazi rəqqasın dövretmə periodu yükün kütləsindən asılı olmayıb sapın uzunluğunun kökaltısı ilə düz mütənasibdir.
        
        Lobaratoriya işləri və təcrübələri aparmaq üçün  www.portal.edu.az saytında olan materiallardan da istifadə etmək olar. Saytın “Fizika” bölümündə olan təcrübələr və testlər çox gözəl hazırlanmışdır.  Bu işlər  orta məktəb proqramına uyğun olmaqla yanaşı, şagirdlərin yaş həddinə də uyğundur. Həmin  təcrübə işləri il həm online rejimde çalışmaqlayanaşı, eyni zamanda öncədən onları komputerin yaddaşına yükləyib, sonradan internet olmadan belə çalışdırmaq olur. Saytda aşağıdakı təcrübə işləri vardır:

Cisimlərin elektriklənməsi
Elektrik dövrələri  
Ətalət        
Maye və qazların genişlənməsi 
Müstəvi güzgülər  
Səthi gərilmə qüvvəsi     
Ümumdünya cazibə qanunu              
Xətti harmonik assilyator         
Elektrik mühərriyi           
Temperatur          
Bərabərtəcilli hərəkət
Elektrik sahəsi      
Atmosfer təzyiqi            
Temperatur (müəllimlər üçün)  
Bərabərtəcilli hərəkət (müəllimlər üçün)
Elektrik sahəsi (müəllimlər üçün)
Atmosfer təzyiqi (müəllimlər üçün)    
Elektrik mühərriyi (müəllimlər üçün)            
Arximed qanunu            
Bernulli qanununun tətbiqi
       İnternet resurslarından www.shagird.info saytından da istifadə etmək olar. Saytın “Fizika”  bölümündə  VII-XI siniflər üçün  mövzular üzrə interaktiv testlər yerləşdirilmişdir.
       Bəzən İnternetdə Azərbaycan dilində resursların az olduğundan gileylənirik.
Halbuku həmin boşluqları biz müəllilər doldurmalıyıq.  Bunun üçün hazırladıqımız elektron materialları yerləşdirmək üçün pulsuz domenlərdə sayt və ya bloqlar yaradıb, orda yerləşdirə bilərik. Əgər bu cür saytlar yaratmaq problem yaradırsa, hazırladığınız  materialları yuxarıda adı çəkilən saytlara göndərə bilərsiniz.
         Təhsil Nazirliyinin xətti ilə orta məktəblərin internetlə təmin olunması
müəllim və şagirdlərə geniş imkan açır. Sevindirici haldır ki, artıq bir çox fənnlər üzrə  müəllimlər sosial şəbəkələrdə ixtisasları ilə bağlı qruplarda birləşir, mütəmmadi olaraq telekonfranslar keçirirlər. Bu qruplarda  müəllimlər təcrübələrini və hazırladıqları elektron materialları paylaşır, bir-birilərinə yardımçı olurlar. Bu qruplardan ixtisasıniz  üzrə testlər, virtual lobaratoriya işləri, təqdimatlar və s götürə bilərsiniz. Belə qruplardan aşağıdakıları göstərmək olar.
www.facebook.com/groups/Fizikamuellimleri/    (Fizika müəllimləri üçün )
www.facebook.com/groups/inf.muallim/ (İnformatika müəllimləri)
         Umumiyyətlə komputer texnologiyasi tədris prossesinin təskili üçün çoxlu yeni imkanlar verir. Belə ki, təkcə elektron dərsliklərlə kifayətlənmək lazim deyil. Məselen komputerin köməyi ilə ən sadə halda POWER POİNT və ya digər qrafika proqramlardan istifadə etməklə müxtəlif fiziki hadisələrin üç ölçülü modellərini qurmaq, müxtəlif animasiyalar yaratmaq olar. Bu kimi materiallar sagirdlərə keçdikləri mövzularin mənimsəməyə və bu mövzu barədə duzgun fikir yürütməyə böyük kömək ədir. “ PowerPoint” proqraminda “Hyperlink” mənyusundan istifadə etməklə yaratdiğimiz testlərə interaktivlik vermək olarki , sagird seçdiyi cavabi vurduqda monitora cavabin səhf və ya düzgün olduğu barədə informasiya çixsin. Bunun üçün POWER POİNT proqramında  ayrılıqda iki fayl yaradırıq. Faylın birində “Cavab doğrudur!” , digərində isə “Cavab səhfdir!” slaydı yaradıb, onlara animasiya və səs effektləri veririk. Sonra proqramda yeni bir fayl açıb diaqramlar daxilində testlər hazırlayırıq.  Səhf cavablar ayrı-ayrılıqda seçib, “Hyperlink” (Qipersılka)  menyusundan istifadə etməklə “cavab səhfdir” faylı ilə bağlantı qururuq. Eyni qayda ilə testlərin düzgün cavablarınada “Cavab düzdür” faylı ilə bağlantı qururuq.  Beləliklə şagid  cavabi seçdikdə ekrana cavabın səhf və ya doğru olması barədə məlumat çıxır. Bu isə qısa müddət ərzində sagirdin özü-özünü çoxlu suallarla yoxlaması deməkdir.
        Gəlin etiraf ədək ki, ənənəvi dərsdən fərqli olaraq, interaktiv metodla və komputer texnologiyasi ilə keçilən dərs şagirdlər üçun də maraqlıdır. Bu vasitələrdən istifadə etməklə sagirdlərdə bu fənnə böyük maraq oyatmaq olar.
 Çatacaq çox hörmətli  Şahrza müəllimə
                                                                       Seyranaliyev@mail.ru
                                                                       www.azfizik.blogspot.com  
                                                                       www.azfizik.narod.ru
                                               
                                                                                     
     Lənkəran rayon Boladi kənd  N.Axundov adına
    1 №-li tam orta   məktəbin fizika müəllimi Seyran  Əliyev                                                                               

воскресенье, 29 июня 2014 г.

Müəllif

                                                                           Seyran Heydər oğlu Əliyev
Seyran Heydər oğlu Əliyev 1978-ci il yanvarın 10-da Lənkəran rayon Boladi kəndində anadan olmuşdur. 1995-ci il də Lənkəran rayon Boladi kənd 2 saylı orta məktəbini bitirərək M.Ə.Rəsulzadə adina Bakı Dövlət Universitetinin “Fizika” fakultəsinə qəbul olunmuşdur. 1999- cu ildə M.Ə.Rəsulzadə adina Bakı Dövlət Universitetinin “Fizika” fakultəsini bitirmişdir. 1999-cu ildə Bakı İxtiraçılar və Səmərələşdiricilər məktəbində Kompyuter kursunu bitirərək mütəxəssis diplomuna layiq görülmüşdür. 1999-cu ildən təyinat ilə Lənkəran rayon Boladi kənd 1 saylı tam orta məktəbində Fizika müəllimi kimi fəaliyyətə başlamışdır. 1999-2001 ci illerdə Ağdam döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində Leytnant rutbəsi ilə hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra əvvəlki iş yerinə bərpa olunmuşdur. 2008 ci il dekabr ayında İNTEL GƏLƏCƏK UÇÜN TƏHSİL kursunu keçərək treninqçi statusunu almışdır. 2009-cu il yanvar ayından Boladi kənd 1 saylı tam orta məktəbində İNTEL GƏLƏCƏK UÇÜN TƏHSİL treninqini keçirir. 2012-ci ildə Lənkəran rayon Fizika-Riyaziyyat fənni üzrə  Dayaq məntəqəsininrəhbəri seçilmişdir. 2012 -ci il də AMİ-də Öyrədənlər öyrədəni kursunu keçərək “Öyrədənlərıin öyrədilməsi”sertifikatını almışdır.  2012-ci ildə “Ən yaxşı videoresursların hazırlanması” müsabiqəsində 1-ci yeri tutduğuna görə Təhsil Nazirliyində Diplomla təltif olunmuşdur. 2013-cü ildə Təhsil problemləri qəzetində “ Fizikanın tədrisində İKT-dən istifadə” mövzusunda məqaləsi dərc olunmuşdur. 2013-cü ildə Vergilər Nazirliyi ilə Təhsil nazirliyinin birgə keçirtdiyi Vergi dostları lahiyəsinin iştirakçısı və “Vergi dostları” şəbəkəsinin üzvüdür. 20013-cü ildə Kurikulum kursunu keçərək  kursun I dərəcə Sertifikatını almışdır. 2014 cü ildə “Ulu zirvə” qəzeti tərəfindən Fəxri diploma layiq görülmüşdür. 2015-ci il dekabr ayında keçirilən V ''Elektron Təhsil'' Respublika müsabiqəsi ''Müəllimlərin Bloqları'' nominasıyasında fərqlənməyə görə diplomuna layiq görülmüşdür. 2016-ci ildə    VII ''Elektron Təhsil'' Respublika müsabiqəsində  'Təhsilə ən yaxşı İnternet  resursu'' nominasıyasında    II Yeri qazanmışır.
          Ehtiyatda olan zabitdir. Hal-hazirda Lənkəran rayon Boladi kənd 1saylı tam orta məktəbində Fizika-İnformatika müəllimi işləyir.

Hazırladığı sayt və electron resurslar
azfizik.blogspot.com   (Fizika-informatika haqqında)
www.azfizik.narod.ru     (Fizika-informatika haqqında)
www.seyranfizik.narod.ru  (Fizika haqqında)
boladimektebi.blogspot.com    (Boladi 1 saylı məktəbin bloqu)
www.boladim.narod.ru    (Lənkəran r/n Boladi kəndi haqqında)

                                
 İntel Gələcək üçün Təhsil kursunun
 Sertifikatı
 
  



Öyrədənlərin öyrədəni kursunun
 Sertifikatı


2015-ci il dekabr ayında keçirilən V ''Elektron Təhsil'' Respublika müsabiqəsi ''Müəllimlərin Bloqları'' nominasıyasında fərqlənməyə görə diplomuna layiq görülmüşdür.
VII ''Elektron Təhsil'' Respublika müsabiqəsində 
 'Təhsilə ən yaxşı İnternet  resursu'' nominasıyasında    II Yer
         
 “Vergi dostları” lahiyəsinin
 sertifikatı



Kurikulum kursunun Sertifikatı
(I dərəcə)

Ən yaxşı videoresursların
 hazırlanması musabiqəsində
 I yeri tutduğuna görə 

V ''Elektron Təhsil'' Respublika

müsabiqəsi''Müəllimlərin Bloqları''nominasıyasındafərqlənməyə görə





Ulu zirvə qəzeti tərəfindən
verilən Fəxri diplom


                                              Azərbaycan Müəllimlər İnistitundan
                                         Lənkəran Təhsil Şöbəsinə təşəkkür məktubu                                                    

воскресенье, 8 июня 2014 г.

PUL ÜZƏRİNDƏKİ FİZİKLƏR



Əbu Nasir Əl Farabi (870-950 ) təsviri Qazaxıstanın 1 təngə pul əskinası üzərində;Fəlsəfə dilçilik ,məntiq və digər sahələr üzrə məşğul olub.Təbiət elimləri vakuumun mövcudluğu ,xüsusiyyətləri haqqında araşdırmaları vardır.
 


Nils Bor (1885-1962 ) Danimarkanın 500 kronluq pul əskinası üzərində;Bor kvant nəzəriyyəsinin memarlarından biri oub.O,atomun ilk kvant modelini verib və müasir kvant nəzəriyyəsinin inkişafında mühüm rol oynayıb.

Benjamin Franklin təsviri hər kəsin sevimlisi olan 100 dollar pul əskinası üzərində

Kristian Birklənd (1867-1917 )Norveçin 200 kronluq pul əskinası üzərində;Briklənd Yerin maqnit sahəsinin vəqütb parıltısının öyrənilməsində öncül olmuşdur.

Mariya və Pyer Kürilər Fransanın 500 franklıq pul əskinazı üzərində1994;Dünyada yeganə iki fizikin şəkili təsvir olunmuş pul əskinazıdır.

Maykl Faradey İngiltərənin 1993-cü il 20 funtluq pul əskinası üzərində;fizikada Faradey sabiti onun şərəfinədir.


Karl Frederik Qaussun təsviri Almaniyanın 1993-cü il 10 marklıq pul əskinası üzərində.

Nikolay Kopernik astrofizika tarixinə mühr vurmuşelm fədaisinin təsviri !982-ci il Polşanın 1000qızıl pul əskinası üzərindədir.

Leonard Eyler. İsveçrənin 1979-1990-cı illərdə dövriyyədə olmuş 10 franklıq pul əskinazı üzərində təsvir olunmuşdur.

Mariya Skladovskaya Kürinin təsviri Polşanın 20000 qızıl pul əskinası üzərindədir.

Kristian Hyügensin təsviri Niderlandın 1955-ci ildə dövriyyədə olmuş 25 hulden pul əskinası üzərində olub


Albert Enşteyn adı Fizika ilə qoşa çəkilir,nisbilik nəzəriyyəsinin qurucusudur.Təsviri İsrailin 5şekel pul əskinası üzərindədir

Nikola Tesla şərəfinə maqnit induksiya vektorunun vahidi adlandıtılıb.Təsviri Yuqoslaviyanın 1995-ci il dövriyyəsi olan5 yenidinar puləskinası üzərində təsvir olunub.


Nikola tesla-500 dinar Yuqoslaviya 1970

Blez Paskal təzyiqin vahidi onun şərəfinə adlandırılıb.Adını daşıyan qanunu elmə daxil edib.TəsviriFransanın 500 franklıq pul əskinası üzərindədir 1990.

Nils Henrik Abelin təsviri Norveçin 1982-ci il dövriyyədə olmuş 500 kron pul əskinazının üzərində.

Qalileo Qaliley Yaşadığı dövrün elmi düşüncələrində dəyişikliklər yarada bilmişdir.Sərbəst düşmə anlayışını vermişdir.İtaliyanın 1973-1976-cı illərdə dövriyyədə olmuş 2000 lir pul əskinası üzərində təsvir olunmuşdur.

Hulelmo Markoni İtaliyanın 1990-cı il 2000 lir pul əskinazı üzərində təsvir olunub.

İsaak Nyuton adı Fizika ilə qoşa çəkilən ,elmə öz töhfələrini vermiş alimin təsviri İngiltərənin 1 funt Pul əskinazı üzərində təsvir olunub1990

Ernest Rezerford atom fizikasına öz elmi töhfələrini vermişdir.Təsviri Yeni Zellandiyanın 100 dollar pul əskinası üzərində yer alır.

Ervin Şredingerin təsviri Avstriyanın 1000 şillinq 1983-cü il pul əskinası üzərində olmuşdur.Elmə Şredinger tənliyini vermişdir.

Aleksandro Volt.Gərginliyin vahidi onun şərəfinə adlandırılmışdır.İtaliyanın 1984-cü il 10000 lir pul əskinasında təsvir olunmuşdur

Müəllif:    Aliyə Əhmədova

asanfizika.blogspot.com