F i Z i K A

Blog üzrə axtar

четверг, 22 мая 2014 г.

Müəllimə dəstək-MSQ üçün testlər

Müəllimə dəstək-MSQ üçün testlər

Kurikulum kitabı 1-ci versiya -Zülfiyyə Veysova e-kitab
"Müəllimlərin  Etik  Davranış  Qaydaları"-Yeni!


Müəllim-Şagird münasibətlərinin  psixologi məsələləri
1) "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə qüvvəyə minib? 
    A) 1998    B)1999    C) 2002    Ç) 2008   D) 2009
2)"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu neçə maddədən ibarətdir?
  A) 47       B) 50            C) 40        Ç) 58    D) 38


3) Məzmun standartının quruluşu hansıdır?
A) Bilik Fəaliyyət Vərdiş
B) Bacarıq Vərdiş
C) Bilik Fəaliyyət
Ç) Heç biri
D) Fəaliyyət Vərdiş


4) "Kurikulum” sözünün lüğəti mənası deməkdir:
A) sənəd, məcmuə
B) fənn, təhsil
C) Konsepsiya, əmr
Ç) yol, istiqamət
D) Təhsil pilləsi, təhsil proqramları


5) Biliyin növləri hansıdır?
A) Təlim. Bacarıq. Vərdiş.
B) Məntiqi. Yaradıcı. Tənqidi.
C) Motivasiya. İnteqrasiya. Karusel
Ç) Deklarativ. Prosedural. Kontekstual
D) Hamı.


6) BİBÖ abveturası nə bildirir?
A) Bilmək İstəyirəm. Bildim. Öyrəndim.
B) Bilmirəm. İstəyirəm bilim. Öyrənərdim.
C) Bilmədiklərim.İstəyirəm bilim. Öyrənərdim.
Ç) Bilik. İstiqamət. Bilmədiklərim. Öyrəndiklərim.
D) Bilirəm. İstəyirəm bilim. Öyrəndim.


7) Blumun Taksonomiyası nəzəriyyəsinə görə dərketmənin Səviyyələri hansıdır?
A) 1)Bilik 2)Qavrama 3)Tətbiq 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə
B) 1)Bilik 2)Tətbiq 3)Təhlil 4)Qiymətləndirmə 5)Sintez
C) 1)Bilik 2)Təhlil 3)Sintez 4)Tətbiq 2) Qiymətləndirmə
Ç) 1)Bilik 2)Qavrama 6) Qiymətləndirmə
D) 1)Bilik 2)Tətbiq 3)Qavrama 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə


8) Fəal təlim nəyə əsaslanır?
A) Təfəkkürün inkişafına. Təfəkkürün müstəqillik və sərbəstliyinə. Əməkdaşlığa.
B) Biliklərin yaradıcı tətbiqinə. Şagirdin fəal dərketmə mövqeyinə. Problemli şəraitin yaranmasına.
C) Biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına.
Ç) Heç birinə.
D) Hamısına.

9)Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansılardır?
A) Humanistlik. Demokratlik. Millilik və dünyavilik. Humanistlik. İnteqrasiya.
B) Humanistlik. Demokratlik. Bərabərlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. Varislik. Liberallaşma. İnteqrasiya
C) Demokratlik. Bərabərlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Humanistlik. İnteqrasiya. Məsuliyyət.
Ç) Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. Varislik. Liberallaşma. İnteqrasiya. Kurikulum
D) Humanistlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. İnteqrasiya. Kurikulum. İnteqrasiya.


10) Təhsilalma Formasi deyil?
A) Sərbəst B) Əyani C) Qiyabi Ç) Özəl D) Məsafəil



Cavablar: 1.D 2.A 3.C 4.Ç 5.Ç 6.D 7.A 8.D 9.B 10.Ç

1. Təhsil islahatı neçənci illəri əhatə edir?
 a) 1999—2007 b) 2001—2011
 d) 1999—2013
 c) 1999—2009

 2. Kurrikulum nədir?
 a) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
 b) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
 c) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu
 d) Təlim metodu, forma və vasitələrin məcmusu
 3. Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
 a) tələbyönümlük
 b) nəticəyönümlük
 c) subyektivlik
 d) şəxsiyyətyönümlük
 4. İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?
 a) 10 b) 9
 c) 11 d) 12
 5. Kurrikulumlarda fənnin məzmunu necə verilmişdir?
 a) bacarıqlar şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
 b) qimətləndirmə standartları şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
 c) biliklər şəklində ifadə edilən təlim nəticələri — standartlar formasında
 d) oyun və fəaliyyət şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
 6. Kurrikulumda məzmun standartı nədir?
 a. şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
 b. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
 c. təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
 d. yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir
 7. Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?
 a. əsas standartın tərkib hissəsi olub ona xidmət edir
 b. təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir
 c. təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir
 d. təhsil pillələri üzrə dəyişməz qalır
 8. 4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?
 a) deklorativ bilik bilik – idraki fəaliyyət b) kontekstual bilik – psixomator fəaliyyət
 c) prosedural bilik – idraki fəaliyyət d) deklorativ və kontekstual bilik
 9. Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?
 a) Qiymətləndirmə standartları b) Fənnin məqsədləri c) Valideynin arzusu
 d) Fənnin məqsəd və vəzifələri
 10. Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?
 a) Fənnin təliminə verilən əsas tələblər
 b) Təlimin təşkilində istifadə olunan forma və üsullar
 c) Fənn üzrə təlimin planlaşdırılması
 d) Kurrikulum islahatının mərhələləri
 11. Təlim üsullarını seçin
 1. Müzakirə 2. Qeyri —standart dərs 3. Beyin həmləsi 4. Kiçik qruplarla iş 5. Venn diaqramı 6. Debatlar
 7. Dərs oyun
 a) 1,3,5,6 b)1, 2,4,6 c) 1, 4,5, 7 d) 3,4,5,6
 12) Təhsildə qiymətləndirmə nədir?
 a) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi
 b) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.
 c) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.
 d) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir
 13. Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
 a) diaqnostik qiymətləndirmə b) formativ qiymətləndirmə
 c) summativ qiymətləndirmə d) milli qiymətləndirmə
 14. Summatıv qiymətləndirmə nə vaxt aparılmır?
 a) yarımilin sonunda b) dərs ilinin əvvəlində
 c) ayın sonunda d) bölmə başa çatdıqda
 15. Qiymətləndirmə standartları nədir?
 a. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin nailiyyət səviyyəsinə qoyulan tələb.
 b. tədris ilinin sonunda şagirdlərin nailiyyət səviyyəsinə və məktəbin fəaliyyətinə qoyulan dövlət tələbidir.
 c. təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
 d. Şagird və müəllimlərin bilik və bacarıqlarına qoyulan tələb
 16. Qiymətləndirmə standartları sxem üzrə neçə səviyyədə hazırlanır?
  a) 3               b) 5                   c) 4                   d) 2
 17. Tədris prosesinin sonunda bütün səviyyələr üzrə sualların bölgüsü necə olmalıdır?
 a) 1-ci səviyyə üzrə suallar 20%
 2-ci səviyyə üzrə suallar 30%
 3-cü səviyyə üzrə suallar 30%
 4-cü səviyyə üzrə suallar 20%
 b) 1-ci səviyyə üzrə suallar 20%
 2-ci səviyyə üzrə suallar 20%
 3-cü səviyyə üzrə suallar 30%
 4-cü səviyyə üzrə suallar 20%
 5-ci səviyyə üzrə suallar 10%
 c) 1-ci səviyyə üzrə suallar 30%
 2-ci səviyyə üzrə suallar 30%
 3-cü səviyyə üzrə suallar 30%
 4-cü səviyyə üzrə suallar 10%
 d) 1-ci səviyyə üzrə suallar 30%
 2-ci səviyyə üzrə suallar 20%
 3-cü səviyyə üzrə suallar 30%
 4-cü səviyyə üzrə suallar 20%
 

18. Qeyd olunan bəndlərdən hansı qiymətləndirmə standartıdır?
 a) 3.4.1.Q1.Borc analayışını izah etməyi bacarır.
 b) 3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.
 c) 3.3.2. Dinlər haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir.
 d) 3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə(yalançılıq, paxıllıq, xəbərçilik) münasibət bildirir.
 

19. Test nümunələri nəyin əsasında hazırlanır?
 a) Əsas standartların b) Qiymətləndirmə standartlarının c) Alt standartların
 d) Əsas və alt standartların
 20. "Beyin həmləsi” nədir?
 a) İş üsulu b) Dərs forması c) Təlim üsulu d) Dərs nümunəsi
 1 — d                          
 2 – b
 3 – c
 4 – c
 5 – a
 6 – c
 7 – d
 8 – a
 9 – c
 10 – d
 11 – a
 12 – b
 13 — d
 14 – b
 15 – c
 16 – c
 17 – a
 18 – a
 19 – b
 20 – c                                      Mənbə :Tarix.info saytı               

пятница, 9 мая 2014 г.

Kompüteri necə seçiməli?

                       Kompüteri necə seçiməli?

 Tez-tez hansı kompüterin yaxşı olması barədə mübahisələrə rast gəlirəm. Bəzən də kompüter almaq istəyənlər mənə yaxınlaşaraq, hansı kompüterin daha yaxşı olduğunu soruşurlar.  Kompüterdən istifadə edənlərdən hər kəs bir firmanın komüterini tərifləyir. Biri "Toshiba", digəri "Dell", bir başqası isə "Samsung"  komputerlərini tərifləyir.  Bu məsələyə bacardığım qədər aydınlıq gətirmək üçün bunları demək istəyirəm.  Əvvəla kompüterin hansı firmaya məxsus olması şərt deyil. Əsas komputerin içərisinə nə yığılması, onun hansı parametrlərə cavab verməsidir.  Məsələn sizə eyni firmaya məxsus elə iki kompüter təklif edə bilərəm ki, onlar arasındakı qiymətlər fərqi 1000 Azn olsun. (Yəni biri 500 Azn, digəri 1500 Azn) Amma onların adları və xarici görünüşləri demək olar ki eyni olar. Deməli əsas şərt kompüterin içində nələrin olmasıdır və onların hansı tələblərə cavab verməsidir. Sizə komputer seçərkən nələrə diqqət yetirmənizi bildirmək istəyirəm.

 


Kompüteri necə seçməli sualından öncə kompüteri nə məqsədlə istifadə edəcəyinizi dəqiqləşdirməlisiniz. Məqsəddən (iş, oyun, internetdə "dolaşmaq", filmə baxmaq, musiqi dinləmək və ya bunların hamısı) asılı olaraq kompüter seçimində üstünlük verəcəyiniz parametrlər də dəyişəcək.

 Kompüterdən kifayət anlayışı olan şəxs üçün kompüter seçimi problem deyil. Lakin bu sahədə məlumatı olmayan üçün seçim etmək çətindir. Hazırda müxtəlif reklamlar, kampaniyalar, məhsul kataloqları o qədər çoxdur ki, təcrübəsiz istifadəçilər nəyi seçəcəyini tam olaraq bilmirlər.Bu zaman ümid qalır kompüter mağazalarındakı satıcıların vicdanına.

Amma təəssüflər olsun ki, bir çox halda onlar alıcıların təcrübəsizliyindən istifadə edərək alıcılara onlara lazım olanı deyil, öz satmaq istədiklərini satırlar. Odur ki, yaxşı olar ki, özünüz kompüter se&¸imində müəyyən biliklərə sahib olasınız.Beləliklə kompüter alarkən əsasən aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

Prosessor (CPU)

Prosessorun takt tezliyi nə qədər yüksəkdirsə, məhsuldarlıq da bir o qədər yüksək hesab olunur. Bundan başqa prosessorun nüvə sayına da fikir verməlisiniz, paralel çalışan çox nüvəli prosessorlar daha yüksək məhsuldarlığı şərtləndirən amillərdən biridir. Başqa bir üstünlük də prosessorun arxitektur olaraq neçə bitlik olmasıdır. Hazırda 32-bitlik və 64-bitlik prosessorlar istehsal olunur, aydın məsələdir ki, ikincilər birincilərdən daha üstün hesab edilir.

Operativ Yaddaş (RAM)

Hazırda operativ operativ yaddaş (RAM) həcmi 2 GB-dan az olan kompüterlərdən çox şey gözləməyinə dəyməz. Müasir fərdi kompüterlər üçün minimum tələb 4 GB-dır. Amma unutmayın ki, 32-bitlik sistemlər 4 GB-dan yuxarı operativ yaddaşı real olaraq istifadə edə bilmirlər.

Videokart (VGA)

Əgər qrafika ilə güclü işlər görməyi və ya yaxşı oyunlar oynamağı planlaşdırırsınızsa o zaman videokart plata-daxili (onboard) olmamalıdır. Bundan adıçəkilən məqsədlər üçün videokartın həm yaddaş həcmi, həm də takt tezliyi yüksək olmalıdır.

naplata (Mainboard)

Anaplatada əsas tələb şinlərin tezliyidir. Bundan başqa diqqət etmək lazımdır ki, anakart müasir portlarla təchiz edilsin. Diqqət yetirilməli olan bir başqa məsələ də odur ki, plata-daxili videokart və səs kartının göstəriciləri kifayət qədər qaneedici olsun. 

Sərt Disk (HDD)Sərt Diskin həcminin çox olması Sizin daha çox informasiya saxlaya bilməyiniz deməkdir. Əgər Siz kompüterinizin yaddaşında iri həcmli media-fayllar (şəkil, film, musiqi) saxlamağı düşünürsünüzsə o zaman yaddaş həcmi minimum 320 GB olmalıdır. Bununla belə əgər qiymət fərqi cüzidirsə o zaman 500 GB-lıq Sərt Disklərə üstünlük verməyiniz məsləhətdir. Bundan başqa Sərt Diskin fırlanma sürətinin yüksək olmasına da diqqət yetirməlisiniz.

Soyutma Sistemi

Masaüstü kompüterlərin soyutma sistemi ilə bağlı demək olar ki, elə də ciddi problemlər olmur. Lakin Notebooklar üçün bu məsələdə gərək xüsusilə diqqətli olasınız. Keyfiyyətsiz soyutma sistemləri ilə təchiz edilmiş notebooklarda həddindən artıq qızma halı baş verir ki, bu da öz növbəsində anaplata və digər hissələrin sıradan çıxmasına səbəb olur. Soyutma sistemlərinin tanınmış brendlərdən olmasına diqqət yetirməyiniz tövsiyyə olunur.

Optik Sürücü

Optik sürücülərin (CD/DVD Driver) oxuma/yazma imkanlarının yüksək (super multi) olmasına diqqət yetirin ki, bu sürücülər bir çox formatlı disklərlə işləyə bilsinlər.

Batareya

Notebooklarda batareya ilə iş zamanının daha çox olmasına diqqət yetirin.

Monitor

Monitor seçərkən ehtiyacınıza uyğun olan ölçülü monitoru seçin. Bundan başqa geniş ekran (wide screen) monitorlara üstünlük verin.

Əməliyyat Sistemi

 Əslində əməliyyat sistemini Siz daha sonra özünüz də yaza və ya yazdıra   bilərsiniz. Lakin yaxşı olar ki, kompüter alanda orijinal və lisenziyalı əməliyyat sistemləri yazılmış kompüterlərə üstünlük verəsiniz.

        Son dövrlərdə alınmış kompüterlərdə  Microsoft Ofisse 2007 proqram paketinin lisenziyasız olduğuna rast gəlirəm. Odur ki kompüteri alarkən ƏS-ni və proqramlar paketini çalışdırıb yoxlayın, lisenziyalı olduğuna əmin olun. Əgər kompüterinizə proqramları demo versiyada yükləyiblərsə, yəqin ki, 1 və ya 3 ay sonra həmən proqramlar çalışmayacaqlar. Kompüter alarkən kompüterin qurğularının sürücülərini (drayverlərini ) alamağı unutmayın. Bu drayverlər sizə disklərdə təqdim olunmalıdır.

                                           Seyran Əliyev


Smayliklərin tarixi

Smayliklərin tarixi



Smayliklərin də bir tarixi var. İlk dəfə sarı gülümsəyən üzü Amerika rəssamı Harvey Boll çəkib. Bu smaylikin yaranma tarixi qəribədir. 
1960-cı illərin əvvəllərində Amerikada iri sığorta şirkətlərinin birləşməsi prosesi başlamışdı. Proses çox ağır getdiyindən əməkdaşların ümidsizliyi onları əsəbi, çaşqın və kədərli etmişdi. State Mutual Life Assurance Cos of America şirkətinin nümayəndələri öz əməkdaşlarının hər dəfə müştərilərlə görüşdükdə, telefona yaxınlaşdıqda və ya sənədlərlə işlədikdə gülümsəməyə “məcbur etmək” qərarını verirlər. 
   Bu məqsədə nail olmaq üçün qeyri-adi reklam kampaniyası kemasını istəyirlər. Bunun üçün Harvey Bolla müraciət edirlər. 
Bollun söylədiklərinə görə o smaylikin hazırlanmasına on dəqiqədən çox vaxt sərf etməyib. Bu işi yerinə yetirmək üçün ona 45 dollar ödəyiblər. Boll bu işdə müəllif hüququnu heç vaxt müdafiə etməyib. 
İlk smaylik sancağa bərkidilmiş döş nişanı kimi hazırlanıb şirkətin işçilərinə və müştərilərə paylanmışdı. Şirkət müştəriləri və agentləri onu çox bəyəndilər və tezliklə on min ədəd belə döş nişanı sifariş edilir. 


Lakin bütün dünyada məşhur olan smaylik 1970-ci ildə İspaniyadan olan iki qardaş smaylik üçün “Have a happy day” şüarını fikirləşdikdə yaranıb. Belə şüarla olan smaylik dərhal məşhur oldu, tezliklə smaylikləri emblem, açıqça, futbolka və beysbolkalarda, bir sözlə sürətlə satılan hər bir şeyin üzərində görünməyə başladı.
Sonralar başqaları da oldu ki, smaylik simvolunu öz ticarət markalarında qeydiyyatdan keçirdilər, amma Boll smaylik şəklini qeyri-qanuni olaraq yayanlara qəzəb və nifrət hiss etmədi və onları məhkəməyə də vermədi. Boll özünü xoşbəxtliyin beynəlxalq səfiri kimi hiss etdiyini bildirib və hətta bir oktyabr Beynəlxalq təbəssüm günü (World Smile Day) elan edib. 
Hal-hazırda Harvey Boll tərəfindən əsası qoyulan “Dünya təbəssüm korporasiyası”na (World Smile Corporation) oğlu Çarlz rəhbərlik edir. Bu korporasiyanın vergiləri ödəndikdən sonra yerdə qalan bütün gəlirlər xeyriyyə fəaliyyətinə sərf edilir. Çarlz: “Biz bütün dünyadakı uşaqlara kömək edirik. Smayliki istifadə edən heç bir digər korporasiya bunu etmir”.

E_poçtun tarixi


Elektron poçtun tarixi 

Dünyada ilk poçt proqramının və ilk elektron məktubun müəllifi professor Rey Tomlinson hesab olunur. Doğrudur, Tomlinson ilk məlumatı göndərdiyi tarixi dəqiq xatırlamır. Buna baxmayaraq bu günü şərti olaraq 2 oktyabr 1971-ci ildən götürürlər. Elektron poçtun "atası" adlandırılan Tomlinson əslində "e-mail"i olduğu şəkildə kəşf etməyib. Hələ 1965-ci ildə ABŞ-ın Massaçusest Texnoloji Universitetinin alimləri məlumat mübadiləsi etməyə imkan verən proqram hazırlayıblar. Lakin proqramın bir əhəmiyyətli qüsuru olub. Belə ki, məktubu göndərən və alan eyni kompüterdən istifadə etməli idi. Məhz Tomlinson müxtəlif yerlərdə yerləşən kompüterlər arasında elektron yolla məlumatların ötürülməsini mümkün edib. Tomlinson istifadəçinin adını kompüterin adından fərqləndirmək üçün "@" işarəsindən istifadə etməyi təklif edib. O zaman ilk poçt proqramından istifadə edə bilən insanların sayı sadəcə olaraq bir neçə yüzdən çox olmadığına görə professorun elektron poçt kəşfi çox uğur qazanmayıb. Lakin ötən 40 ildə dünya texnologiyası daha sürətlə inkişaf etdiyindən elektron poçtdan istifadə edənlərin sayı da durmadan artdı. Belə ki, 2011-ci ilin əvvəlinə olan məlumata görə, istifadəçilərin sayı 2010-cu ildə 480 milyon artaraq 1,88 milyard nəfər təşkil edib.

Hazırda e-poçt ünvanlarının ümumi sayının 2,9 milyarda çatdığı bildirilir. Son illər "e-mail"in populyarlığının azalması və tezliklə onun sosial servislərlə əvəzlənməsi barədə fikir yaransa da, statistika təsdiq edir ki, elektron poçtdan ildən-ilə daha çox insan istifadə edir.

Eyni zamanda, texnologiyaların sürətli inkişafı mübahisə edilməz faktdır və artıq indidən bəzi alimlər gələcəyin elektron poçtunu yaratmağa başlayıblar. Belə ki, onlar iddia edirlər ki, fikirlərin ötürülməsi vasitəsilə ünsiyyət qurmaq imkanı yaransa, poçt serverlərinə və kompüterə ehtiyac olmayacaq.

"E-mail" Azərbaycanda

Dünyada elektron poçtlar populyarlaşdıqca ölkəmizdə də ondan mütəmadi şəkildə istifadə edilməsinə başlanıldı. Bu zaman da xarici domenlərin altında olan internet ünvanlarından istifadə olundu. Onlar "mail.ru", "rambler.ru", "yahoo.com" və digərləridir. Adları sadalanan poçtlar uzun müddət istifadə olunduğu üçün daha çox məşhurlaşa bildi. Lakin bir müddət keçdikdən sonra Azərbaycanda da milli domen altında elektron poçt xidməti göstərən internet resursları yaradıldı. Bununla da internet istifadəçiləri milli domen altında öz məktublarını göndərməyə maraq göstərdilər. Ölkənin ilk milli internet ünvanlarından olan "box.az" 2000-ci ilin avqustundan fəaliyyət göstərir. Hazırda onun 180 min istifadəçisi var. Hər gün onunla 800 min məktub alınır, 3500-ü göndərilir. Hər dəqiqə 500-dən çox məktub ötürülür.

Elektron poçtların problemləri

Dünyada elektron poçtlar inkişaf etdikcə və ondan istifadə edənlərin sayı artdıqca bir sıra şirkətlər bundan yararlanmağa başladılar. Bu cür şirkətlər elektron poçt istifadəçilərinə müxtəlif spamlar göndərərək satdıqları malları reklam etməyə nail oldular. Bu azmış kimi, bir sıra viruslar yaradılaraq "e-mail"lərə göndərilir ki, bunun da nəticəsində istifadəçinin kompüteri sıradan çıxarılır. Ona görə də bu cür məktubların tez-tez alınması istifadəçilərin haqlı narazılığına səbəb oldu. Bir sıra insanlar elektron poçta gələn spamları açmadan silməli oldu. Bu da sözsüz ki, əlavə vaxt tələb edir. Məhz bu səbəbdəndir ki, elektron poçtlardan imtina olunmağa başlanıldı. Hazırda dünyada bu istiqamətdə bir-birinə zidd tendensiyanın getdiyi müşahidə olunur. Yəni insanlar bir tərəfdən elektron poçtdan istifadədən imtina edir, digər tərəfdən isə ondan yeni istifadə edənlər meydana çıxır. Lakin bildirilir ki, internet ünvanlara göndərilən spamlar elektron poçtun əvvəlki populyarlığının saxlanılmasına olduqca mənfi təsir göstərir.

Dünyada və Azərbaycandakı spamlar



"Box.az" rəsmiləri məşhur təhlükəsizlik şirkəti olan "Symantec"in hesabatına istinad edərək bildirirlər ki, dünyada göndərilən elektron məktubların 74.2%-ni spam təşkil edir. Onlar vurğulayırlar ki, bu rəqəmləri öz statistikaları da təsdiq edir. Belə ki, "box.az"-a gələn məktubların 70-75%-nin spam olduğu aydınlaşıb.

Spamların həcminin bu qədər böyük olduğunu müşahidə edəndə qeyri-ixtiyari sual yaranır ki, bəs, onları kim və hansı məqsədlə göndərir? "Symantec" öz hesabatında bu suala cavab vermək üçün spamları qruplaşdırıb. Məlum olub ki, ən çox göndərilən spamlar bunlardır: Farmasefrika (viaqra tipli saxta dərmanlar) 37,50 faiz; Kazino-qumar 23,50 faiz; Saat və zinət əşyaları (saxta replikalar) 15 faiz; "Scam" (milyonlarla dollar vəd edən məktublar) 6,50 faiz; "18+" məzmunlu 2,50 faiz, arıqlamaq üçün vasitələr 4,50 faiz; "Software" (saxta, lisenziyasız) 1,50 faiz, digər 1,50 faiz; Diplomlar (saxta) 0,50 faiz; "Malware" (kompüterə zərər verən proqram) 0,50 faiz; "Phishing" (istifadəçinin hesabını oğurlamaq üçün) 0,50 faiz.

Beləliklə, gördüyümüz kimi, xaricdə spam tipli reklamı yalnız və yalnız saxta, keyfiyyətsiz və ya qeyri-qanuni xidmət və məhsullar üçün istifadə edirlər.

İndi isə "box.az"a gələn yerli spamlara, yəni yerli şirkətlər tərəfindən göndərilən spamlara nəzər salaq. "Box.az" 2011-ci ilin oktyabr ayına olan statistikasına görə bildirir ki, Azərbaycanda bu sıraya beynəlxalq şirkətlər, əyləncə portalları, "hosting", "e-commerce" və onlayn elanlar, turizm, digər xidmətlər daxildir. "Siyahını davam etdirmək də olar, lakin bizim əsas məqsədimiz spamların növlərini araşdırmaqdır. Əyləncə saytlarını çıxsaq, yerdə qalan saytların bir çoxu müştəri qazanmaq istəyən ciddi şirkətlərdir. Problem də məhz burdadır – Azərbaycanda bir çox şirkət spamı normal bir marketinq aləti hesab edir. Həmçinin bizim müşahidələrimiz göstərir ki, yerli spamın həcmi hər il artır".

Elektron poçtun populyarlığı getdikcə azalır

"ComScore" şirkəti tərəfindən keçirilmiş irimiqyaslı tədqiqat nəticəsində məlum olub ki, dünyada elektron poçtdan istifadə edənlərin sayı getdikcə azalır. 2011-ci ilin dekabr ayında elektron poçt vasitəsi ilə əlaqə saxlayanların sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə üçdə bir qədər azalıb. Bu göstərici 18-24 yaş kateqoriyasına aiddir. 35-44 yaş kateqoriyasında elektron poçtun populyarlığı 1%, 55-64 yaş kateqoriyasında isə 7 % azalıb.

Mütəxəssislər elektron poçt sahəsindəki bu vəziyyəti mobil qurğuların geniş yayılması ilə əlaqələndirirlər. "Gmail" kimi bir sıra poçt veb-xidmətləri saytların mobil versiyalarını təklif etmələrinə baxmayaraq, onlara tələbat aşağıdır. Belə ki, istifadəçilər standart əlavələrdən istifadə etməyə üstünlük verirlər.

Analitiklər qeyd edirlər ki, bu tendensiya gələcəkdə də davam edəcək. Belə ki, proqnozlara görə, stolüstü kompüter bazarı əvvəlki vəziyyətini mobil elektronika bazarı fonunda bərpa edə bilməyəcək.

"ComScore" şirkətinin statistikasına əsasən, 12-17 yaşlı veb istifadəçilər tərəfindən göndərilmiş elektron məktubların sayı keçən il ərzində 25% azalıb. Həmçinin elektron poçt xidməti göstərən resursların davamiyyəti 6,6% azalıb.

İT xidmətlər bazarında dünyanın ən böyük şirkətlərindən biri olan Fransanın "Atos" şirkəti yaxın 1 il ərzində əməkdaşlarına elektron poçtdan istifadəni qadağan etməyi planlaşdırır. "Atos" şirkətinin icraçı direktoru Tyerri Bretonanın fikrincə, əməkdaşlar hər gün elektron məktubların təhlilinə çox vaxt sərf edirlər. Bu halda isə məktubların yalnız 10%-nin faydalı məlumatlara malik olduğu üzə çıxıb. Rəhbər əməkdaşlara alternativ kimi ani mesaj xidmətlərindən və korporativ çatlardan istifadəni təklif edir. O, son 3 il ərzində "email"-dən istifadə etmədiyini bildirib.

"Facebook" elektron poçtların sonunu yaxınlaşdırır

"Facebook" sosial şəbəkəsinin banisi Mark Zukerberq hesab edir ki, elektron poçtun populyarlığının pik dövrü artıq arxada qalıb. Onun qənaətinə əsasən, yeniyetmələr informasiya mübadiləsi üçün tez-tez alternativ vasitələrdən istifadə edirlər. Alternativ vasitələr isə mobil telefonlardan göndərilmiş ani mesajlar və sosial şəbəkə saytları vasitəsilə olan yazışmalardır.

Mark Zukerberq hələ keçən ilin noyabr ayında öz saytında ani mesaj mübadiləsi xidmətinin təqdimatı zamanı elektron poçtun gələcəkdə olmayacağını bildirib.

"Elektron məktubların sərhədləri həddindən artıq böyükdür"

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Cahandar Qədirov "Rabitə dünyası" qəzetinə bildirib ki, elektron məktubların sərhədləri həddindən artıq böyükdür: "Milli portallardan istifadə edib özlərinə elektron poçt açmış Azərbaycan vətəndaşları da az deyil, amma bu gün əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da gənclər tərəfindən yaradılan qeyri-korporativ elektron məktub ünvanları daha çox "Yahoo", "Google", "Hotmail"dədir. Xarici elektron poçt mənbələrinin verdiyi həm tez-tez yenilənən interfeysləri, həm bu poçtlara verilən texniki imkanlar, bəzi daxili şirkətlərin verdiyi imkanlara qarşı qat-qat rəqabət qabiliyyətli olur deyə, əksər kontingent bunlardan istifadə edir. Həmçinin ölkəmizdə "yandex.ru", "mail.ru" , "rambler.ru" istifadəçiləri də az deyil".

     

Bios

 BİOS

Əməli yaddaşdan əlavə daimi yaddaş da mövcuddur. Daimi yaddaşdakı informasiya dəyişdirilə bilməz, kompüterdə icra olunan proqramlar yalnız onu oxuya bilər. Belə yaddaş ROM (Read Only Memory) - yalnız oxunan yaddaş) adlanır. Kompüteri söndürdükdə belə ordakı informasiya dəyişilməz qalır. 

Daimi yaddaşda kompüter qurğularının yoxlanılması, əməliyyat sisteminin başlanğıc yüklənməsi və kompüter qurğularına xidmət edən baza funksiyalarının icrası üçün proqramlar yerləşir. Bu proqramların böyük hissəsi giriş-çıxış xidməti ilə bağlı olduğuna görə çox vaxt daimi yaddaş BIOS (Basic Input-Output System - Giriş-Çıxış Baza Sistemi) adlanır.

"BIOS"da həmçinin kompüter ayarlarının parametrini tənzimləyən proqram yerləşir (SETUP). Həmin proqram vasitəsilə kompüter qurğularının xüsusiyyətlərini tənzimləmək olur. SETUP proqramı klaviaturadakı düymə və ya düymələr kombinasiyası vasitəsilə çağrıla bilər.

Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün tarix, saat, kompüterin ayarı haqqında müəyyən informasiya lazım olur. Bu informasiya CMOS RAM-da saxlanılır. Bu yaddaş CMOS (Complementary Metal Oxide Semiconductor - Metal Oksid Yarımkeçirici Kristal) texnologiyası əsasında icra olunur və az enerji sərf edir. CMOS yaddaşdakı informasiya kompüter söndükdə belə pozulmur; onun enerji mənbəyindən qidalanması ana lövhədə yerləşdirilmiş xüsusi akkumlyator vasitəsilə mümkün olur.

Kompüterin hissələri


                                       Kompüterin əsas hissələri


Sistem bloku:

 
Sistem bloku  kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:

-verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);-verilənləri xaric edən qurğular (skaner, plotter);-verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);-verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər. Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür.

Ana lövhə

Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı elementlər yerləşir:-Mikroprosessor (MP)- kompüterində hesabi-məntiqi əməliyyatları yerinə yetirir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur. Mikroprosessorlar bir-biriindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə sürətinə və məhsuldarlığa MİPS (saniyədə miliyon əməliyyat) görə fərqlənirlər. Pentium tipli kompüterlərdə adətən İNTEL şirkətinin və onun törəməsi olan SELERON tipli mikroprosessorlardan istifadə edilir.Bir çox hallarda çoxlu sayda riyazi hesablamaların aparılması lazım gəlir ki, mikroprosessorlar bunu təmin edə bilmirlər. Bu səbəbdən də kompüterlərdə riyazi soprosessorlardan istifadə edilir. Müasir prosessorların gücü böyük olduğundan artıq soprosessorlara ehtiyac duyulmur; -

Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur;

-Şinlər- kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin edən naqillər yığımıdır;

Əməli yaddaş- 

əməli yaddaş qurğusu- ( RAM-ƏYQ)- kompüter xəttə qoşulan zaman verilənlərin müvəqqəti saxlanılan mikrosxem toplusudur. Gərginlik kəsildikdə burada olan məlumatlar itir. Onun tutumu müasir kompüterlərdə bir neçə QB olur;-keş yaddaş- əməli yaddaş ilə mikroprosessor arasında informasiya mübadiləsinin yüksəldilməsi məqsədilə istifadə edilən ifrat sürətli yaddaş qurğusudur. Onun iki Level1 və Level2 səviyyələri var. Level 1 səviyyəsi adətən mikroprosessorun daxilində, Level 2 səviyyəsi isə əməli yaddaşla mikroprosessor arasında yerləşir. Onun köməyi ilə informasiya mübadiləsi sürəti 10 dəfəyədək artırılır. Belə yaddaşların tutumu bir neçə Mbayt-a qədər olur.

-Daimi yaddaş qurğusu (BİOS-DYQ)- kompüterin ilkin yüklənməsini və qurğuların yoxlanılmasını həyata keçirən və daxilindəki verilənlərin gərginlikdən asılı olmayaraq saxlayan yaddaş qurğusu olan mikrosxemdir. 

-Portlar (yuvalar)- əlavə qurğuların (slotların) qoşulmasını təmin edirlər. Portlar paralel (LPT1-LPT4), ardıcıl asinxron (COM1-COM3) və universal (USB) ola bilərlər. Paralel portlar sürətinə görə ardıcıl portlardan, universal portlar isə hər ikisindən üstündür.- videoyaddaş nəticənin ekrana çıxarılmasını idarə edəcək elektron sxem olub videokontrollerin tərkibində yerləşir;

-videoadapter (videokart) monitorun ekranında alınmış təsviri formalaşdırmaq üçün istifadə edilir və həm qrafik, həm də mətn rejimində işləyə bilər;-Kontrollerlər- xüsusi elektron sxemlər olub disk sürücüləri. klaviatura və s. ilə əməli yaddaş arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.

Monitor

Monitorlar rəngli və ağ-qara olmaqla ekranın ölçüsünə, rənglərin miqdarına və elektron-şüa borulu, LCD, plazma növlərinə bölünürlər. Elektron-şüa borulu monitorlarda təsvirin ekrana verilməsi məqsədilə xüsusi elektron şüa borusundan istifadə edilir. LCD monitorlarında ekran iki nazik lovhə arasında yığılmış maye-kristal sxemldən ibarətdir. Plazma ekranlarında eyni prinsipdən istifadə edilsədə lövhələr arasında xüsusi qaz yerləşdirilir. Bu tip monitorlar gərginliyi daha çox istifadə edirlər. Məhz bu səbəbdən də onlardan portativ kompüterlərdə istifadə edilməsi məqsədəuyğun deyil.

\Klaviaturalar

\Klaviaturalar 84/86 düyməli klaviaturalara və 102/104 düyməli klaviaturalara bölünürlər. Klaviaturanın düymələri: funksional düymələrə (F1-F12), hərf-rəqəm düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.

Mouse

Mouse- müasir kompüterlərdə xüsusi əhəmiyyətə malik qurğulardan biridir. Bu qurğu istifadəçi işini asanlaşdırır və bir çox proqramlarla ondan istifadə etmədən işləmək həddən artıq çətindir. Mousun da müxtəlif növləri mövcuddur. Lakin ümumilikdə onların iş prinsipləri eynidir.

Xarici yaddaş qurğuları:


-elastiki (yumşaq) disk sürücüsü xarici yaddaş qurğusu olan elastiki maqnit disklərindən (disketlərdən- floppy disklərdən) məlumatın oxunması və ya onlara məlumatın yazılmasını təmin edən qurğulardır;-

Sərt maqnit diski (HDD, vinçester)

Sərt maqnit diski (HDD, vinçester)- kompüterin sistem blokunun daxilində yerləşərək xarici yaddaş qurğusu olub, informasiyanın saxlanması üçün istifadə edilir. Buraya həm informasiya yazmaq və həm informasiyanı oradan oxumaq mümkündür;-CD-ROM- kompakt disklərdən (CD-R, CD-RW) məlumatı oxumaq üçün istifadə edilir (600-800 MB);-CD-Writer- kompakt disklərdən məlumatı oxumaq və CD-RW-lərə informasiyanı yaza bilən qurğudur;-DVD- DVD (4-16 QB) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları həm də CD-lərlə işləyə bilir;-flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 QB);

Printerlər

Printerlər bir-birindən: çapetmə üsuluna, sıxlığma, sürətinə və çap rənginə görə fərqlənirlər. 1980-90-a illərdə kompüterlər üçün ən çox yayılmış printerlər matrisli printerlər idi. Matrisli printerlər ixtiyari simvolları və qrafik təsvirləri ağ-qara və rəngli (istifadə edilən lentin rəngindən asılı olaraq) çap edə bilirlər. Matrisli printerlərin qiyməti ucuz, cəldliyi isə yüksəkdir (mətn rejimində bir dəqiqədə 1 -6 səhifə, qrafik rejimdə isə hər səhifəyə 5 dəqiqə vaxt sərf olunur). Mənfi cəhəti ayrı-ayrı nöqtələrdən formalaşan şəkil və simvolların diskret quruluşlu olması, çap keyfiyyətinin aşağı olması, iş zamanı səs salması və rəngli çap üçün az əlverişli olmasıdır. Printerin əsas aktiv elementi xırda iynələrdir. Sadə modellərdə iynələrin sayı 9-12 arasında, mürəkkəb modellərdə isə 18-24 arasında olur. Hər iynə ayrıca çəkic rolunu oynayır. Müxtəlif düzümlü iynələrin eyni vaxtda lenti döyəcləməsi nəticəsində kağız üzərində istənilən formalı təsviri almaq mümkündür. Belə printerlərin çapetmə sıxlığı 300 dpi-yə bərabərdir. İndiki zamanda praktiki olaraq matrisli printerlərdən istifadə azalıbAxınlı printerlərdən kompüterlərdə geniş istifadə edirlər. Belə printerlərdə çap mexanizmi müxtəlif sayda rəng püskürtücülərindən ibarət olur. Printerin daxilindəki mikroprosessorun müəyyən etdiyi ardıcılıqla püskürücülər çox nazik şırnaqlarla rəngli boyağı kağızın üzərinə püskürürlər. Şırnaqların istiqamətini dəyişdirməklə müxtəlif növ təsvirləri almaq mümkündür. Axınla işləyən printerlər iki növdə olur: ağ-qara və rəngli. Printerin çapetmə sürəti ağ-qara rejim üçün səhifəyə 15-100 saniyə, rəngli rejim üçün isə 7 dəqiqəyə kimidir. Printerdə yüksək dəqiqliklə təsvir almaq üçün yüksək keyfiyyətli kağızdan istifadə etmək lazımdır (keyfiyyətsiz kağızda rənglərin bir-birinə qarışması baş verir). Müasir axınlı printerlər üçün çapetmə sıxlığı 700-720 dpi-dir (bir düymə düşən nöqtələrin sayı).Lazer printerləri digər printerlərə nəzərən mürəkkəb quruluşa malik olub, istər ağ-qara, istərsə də rəngli çapın (tipoqrafik çapa uyğun) yüksək keyfiyyətlə əldə olunmasını təmin edir (dəqiqədə 4-12 səhifə və daha çox). Printerin daxilində olan yarımkeçiricilərdən hazırlanmış silindrik səth yüksək gərginlikli elektrik mənbəyin­dən yüklənir. Təsvirə uyğun olaraq silindrik səthin müəyyən hissələri lazer şüası ilə elektrik yükündən azad edilir. Hazırlanmış boya tozları xüsusi qurğu vasitəsilə silindrin üzərinə səpilir. Lazer şüasınm düşmədiyi, yəni elektrik yükünün qaldığı yerlərdə boya tozları silindrin səthinə yapışır və silindrin fırlanması nəticə­sində kağız üzərinə hopdurulur. Beləliklə, kağız üzərində lazım olan təsvir alınır. Müasir lazer printerləri üçün çapetmə sıxlığı 600-1200 dpi-dir. Bu printerlərin müsbət cəhətləri səhifəni sətir-sətir deyil, bütövlükdə çap etməsidir. Mənfi cəhəti isə qiymətiərinin baha olmasıdır.

Modem

Müasir dövrdə qlobal problemlərin həll edilməsində istifadəçilər İnternet elektron şəbəkələrindən istifadə etməyə böyük üstünlük verirlər. Belə dövrələrin köməyi ilə istifadəçi elektron poçtu ilə işləyə bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı ya göndərir, ya da lazımi səviyyədə əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır. Hal-hazırda adi modemlər istehsal olunmur, «modem» dedikdə, sadəcə olaraq faks-modem nəzərdə tutulur. Modem - kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnalları vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir. Analoq siqnalları üç parametrlə: amplitudası, tezliyi və fazası ilə səciyyələndirilir. Müasir modemlərdə hər üç xüsusiyyətdən istifadə edilir. Modem iş prosesində kompüterdən üç bitə uyğun informasiya qəbul edir ki, birinci bit ilə amplitudaya, ikinci bit ilə tezliyə, üçüncü bit ilə isə fazaya uyğun analoji siqnalı xəttə göndərir. Göndərilmiş siqnallar modem-qəbuledici tərəfindən qəbul edilərək istifadəçiyə lazım olan şəkildə çatdırılır. Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın ötürülmə sürəti və informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni, əgər modem saniyə ərzində analoq siqnalının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyanı xəttə ötürmə sürəti 2400 boddur. İnforma­siyanın tutumu isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir. Əgər iki modem arasında əlaqə yaratmaq lazımdırsa, hər iki modemin düzgün işləməsi üçün modemlərin səciyyəvi xüsusiyyətləri eyni olmalıdır. Əks halda, informasiya dəyişməsi modemlər arasında baş verməyəcəkdir. Qeyd edək ki, telefon xətlərinin keyfiyyətsiz olması və ötürülən siqnalların maneələrə rast gəlməsi modemin iş xüsusiyyətinə, yəni siqnalların keyfiyyətli və sürətli ötürülməsinə xələl gətirir. Kompüterə qoşulan modem göstərilən iki iş rejimindən birində ola bilər: verilənlərin ötürülməsi və əmrlər rejimi. Birinci rejimdə kompüterin modemə ötürdüyü siqnal analoq siqnalına çevrilərək telefon xətti ilə ötürülür. İkinci rejimdə isə kompüter tərəfindən xüsusi əmrlərin verilməsinə baxmayaraq, modem özü müstəqil işləyir, yəni simvollar ardıcılğını əmrə çevirir. Modemlər istifadə olunan kompüterlərin tiplərindən asılı olaraq daxili (elektron lövhə şəkilində kompüterin daxilində yerləşdirilir) və xarici (fərdi kompü­terə ayrıca qurgu kimi qoşulur) olurlar.

Səs kartı (səs adapteri) 


Səs məlumatlarını (musiqi, danışıq və s.) canlandırmaq üçün kompüterə akustik sistemlər (səs ucaldanlar) və səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını genişləndirərək ona musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə etməklə) və məhdud şəkildə danışığı qəbul etməyə şərait yaradır. Əgər kompüter CD ROM və səs kartı ilə təmin olunmuşsa, belə fərdi kompüterləri multimediyalı andırırlar. Onlardan təhsildə, istirahətdə və əyləncədə istifadə edirlər.

Şəbəkə kartı 


Şəbəkə kartı (və ya şəbəkə adapteri) kompüterin lokal dövrəyə qoşulmasına imkan verir. Əgər firma və ya təşkilatda müəyyən sayda kompüterlərdən istifadə edilirsə, şəbəkə lövhəsi vasitəsilə ilə kompüterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.DVD (digital vidio disk) DVD kompakt diskləri oxuyan qurğunu (CD-ROM) əvəz edəcək qurğu kimi yaxın zamanlarda istehsal olunmağa başlanıb. Müxtəlif tutumlarda (təxminən 4.7 Hbayt-dan 17 Hbayt-a kimi) olan disklər adi kompakt disklərə çox oxşayırlar.Strimmer Strimmer (stream - uzun lent) informasiyaru maqnit lentinə yazan xüsusi imkanlı maqnitafondur. Ondan sərt maqnit diskində olan informasiyanın ehtiyatda saxlanılması üçün istifadə edirlər. Əgər həddindən artıq vacib olan informasiya sərt maqnit diskindədirsə, onu strimmerdə saxlamaq məsləhət görülür. Strimmerin kasset­ləri böyük tutuma (120 Mbaytdan 5 Hbayta qədər) malikdir.Skaner 


Mətn və qrafiki informasiyanın surətini çıxarıb kompüterə daxil etmək üçün skaner (Scaner) qurğusundan istifadə edilir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet və jurnal surətlərinin kompüterdə təkrar istifadə edilməsini təmin edir. Fərdi skanerin əl ilə işləyən, planşet və baraban növlərindən istifadə olunur. Skanerin əsas elementi yarımkeçirici lazer və yarımkeçirici işıqqəbuledicidir. Skaner mətn və ya təsvir üzərində hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası mətni və ya təsviri skanerləyir və təsvirə uyğun informasiyam işığa həssas yanmkeçi­ricilərdə əks etdirir. Nəticədə alınmış işıq siqnah elektrik siqnalına çevrilir və naqil vasitəsi ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir. Ahnmış məlumat istifadəçi tərəfindən lazım gəldikdə fayl şəklində diskə yazılır.

Plotter 


Plotter kağız üzərində müxtəlif çertyojların çəkilməsini təmin edir. Əsasən kompüterdə mühəndis məsələlərini həll etmək üçün istif adə edilir.Rəqəmsal kamera 


Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu cihazdır.











E-mail yazma etikası


                              E-mail yazma etikası 
 


E-mail yazma etikası nə üçün lazımdır? Hər bir təşkilat aşağıdakı səbəblərə görə öz elektron məktub yazmaq qaydalarını müəyyənləşdirməlidir:
1.Profesionallıq: özünə xas e-mail yazı dili olan kampaniyanız özü haqqında yüksək imic yaradacaq.
2.Effektlilik: ünvana çatmış professional yazılmış e-mail adi söz yığımından ibarət olan e-maillərdən dərhal fərqlənir və daha effektli olur.
3.Məsuliyyət altına girməmək üçün: işçilərinizin e-mail yazma qaydalarından xəbərdar olması kampaniyanızı gələcəkdə baş verə biləcək böyük məbləğ təşkil edən məhkəmə işlərindən qoruyacaq.

E-maili düzgün yazmaq haqqında çoxlu müxtəlif bələdçilər və qaydalar var. Bu qaydalar sizin gördüyünüz işin növünə və işlədiyiniz insanlar qrupuna görə dəyişir. Aşağıdakı 32 qayda isə bütün kampaniyalara aid edilir və əməl edilməsi vacibdir.
1. Qısa və yığcam olun, hədəfə doğru yönlənin.
E-maili lazım olduğundan daha uzun yazmayın. Unutmayın ki, e-mail oxumaq kağızdan oxumaqdan daha çətindir.

2.Bütün sualları cavablandırın və daha sonradan verilə biləcək sualları təxmin edin.
E-mailə cavab bütün sualları cavablandırmalıdır. Yoxsa gələn dəfə sizə cavablandırılmamış suallar haqqında yenə yazacaqlar. Bu isə həm sizin həm də müştərinizin vaxtınızı alacaq həm də arada çox böyük məyusluğa səbəb olacaq. Bundan başqa əgər siz müştərinin bundan sonra hansı sualları verə biləcəyini təxmin edib əvvəlcədən bu suallara cavab verə bilsəniz o sizə çox minnətdar olacaq və sizin servisinizin səviyyəli olduğuna tam əmin olacaq. Təsəvvür edin ki, müştəri sizə yazır ki, siz hansı kredit kartlarını qəbul edirsiz. Siz kartın növünü yazırsınız və artıq təxmin edirsiniz ki, gələn sual o olacaq ki, bu kartı necə sifariş etmək olar. Siz sifariş etməyin yolları haqqında məlumat yazırsız və mütləq daha ətraflı məlumat olan URL əlavə edirsiz.

3.Sözləri düzgün yazın, qrammatikaya və durğu işarələrinə fikir verin.
Yazıda olan səhvlər yalnız sizin şirkətiniz haqqında pis fikirlər yaratmır, həm də fikri düzgün çatdırmağa mane olur. Yersiz vergüllər qoymaq e-maili oxumağı çətinləşdirir, həm də cümlələrin mənasını dəyişə bilər.

4.Bunu şəxsən özünüz edin.
Ancaq məktubu şəxsən bir e-mailə göndərməkdən əlavə, məktubun məzmunu da siz tərəfdən şəxsən yazılmış olmalıdır. Şablon e-maillər elə də effektiv deyil. Şablon e-maillərdən istifadə haqqında aşağıdakı punktu oxuyun.

5.Tez-tez eyni cavablar verdiyiniz halda şablonlardan istifadə edin.
Bəzi sualları siz yenidən və yenidən alırsız. Məsələn: sizin ofisə gedən yol və ya sizin yeniliklərinizə necə abunə olmaq olar kimi suallar. Bu suallara cavab yazın və bu mətni saxlayın. Lazım olduqda kopyalayın və göndərin.

6.Cavabı gecikdirməyin.
Müştəri ona görə sizə e-mail yazır ki, tezliklə cavab alsın. Əgər ona cavab tez lazım olmasaydı o ya məktubla ya da faksla sizə göndərə bilərdi. Hər bir e-mail 24 saat ərzində cavablandırılmalıdır. Daha yaxşısı həmin iş günündə. Əgər e-mail çox qarışıq yazılmışsa siz cavab yazın ki, e-maili almısınız və bacardığınız qədər tez cavab verməyə çalışacaqsınız. Bu zaman cavab gözləyən şəxs də bunu bilərək daha səbrlə gözləyəcək.

7.Lazımsız fayllar əlavə etməyin.
Çox böyük faylın göndərilməsi onu alanı bezdirə bilər. Odur ki, çalışın faylları yığcam edəsiniz. Bundan əlavə sizin çox yaxşı antivirusunuz olmalıdır ki, müştərinizin komputerinə virus düşməsin, bu narazılığa səbəb ola bilər.

8.Quruluşu və yerləşdirməni düzgün edin.
E-mail oxumağın kağızdan oxumaqdan daha çətin olduğunu bayaq da dedik, odur ki, e-mailin quruluşu çox vacibdir. Mətni abzaslara bölün və aralarında məsafə qoyun. Punktlar varsa onları nömrələyin.

 9.Öndə duran məsələləri həddən artıq qabartmayın, əks halda bu öz effektivliyini itirə bilər.
Bundan əlavə e-mail həqiqətən də çox vacibdirsə siz onu vacib e-mail kimi işarələməyin. Bu aqressiv təəssürat yarada bilər.

10.BÖYÜK HƏRFLƏRLƏ (CAPSLOCKla) yazmayın.
BÜTÜN HƏRFLƏRİ BÖYÜK YAZIRSINIZSA BU ELƏ TƏƏSSÜRAT OYADA BİLƏR Kİ, SİZ QIŞQIRIRSIZ. Bu insanları qıcıqlandıra bilər və öz növbəsində arzuolunmaz cavablar almağınıza səbəb ola bilər.

11.E-mail zəncirini qırmayın.
Həmişə CVB(cavab) yazın. (RE:-reply) Əgər siz çox e-mail alırsızsa hamısının məzmununu yadda saxlaya bilməzsiniz. Ona görə də həmişə mütləq Reply edin. Yeni mail yazmayın. Sonradan bütün informasiyanı axtarıb tapmaq çətinləşəcək. Lakin bir “thread”də olsa sizin də vaxtınız e-mailləri axtarmağa getməyəcək.

12.E-mailinizə viruslardan qoruyan bir sistem əlavə edin.
Başqa kampaniyalardan sizə virus olan email ötürə bilərlər. Buna görə də sizin şirkətin e-mail qoruma siyasəti olmalıdır.

13.E-maili göndərməmişdən əvvəl bir də oxuyun.
Çoxları e-maili yazdıqdan sonra oxumurlar. Lakin, təcrübə göstərir ki, nə qədər də diqqətlə yazılmış mətn olsa belə onu yenidən oxuduqda səhvlər olur. Bundan başqa siz yazdığınız e-maili yenidən oxumaqla ona göndərdiyiniz şəxsin gözü ilə baxırsız və səhvləri düzəldərək onu daha effektli bir məktuba çevirirsiz.

14.Reply to All funksiyasından istifadə etməyin.
Yalnız o halda istifadə edin ki, sizin yazdığınız cavab məktubu orijinal məktubun göndərildiyi hər bir şəxsə çatmalıdır.

15.Çox adama məktub göndərirsinizsə:
bütün ünvanları To-yəni kimə bölməsində yazmayın. Bunun 2 səbəbi var: birincisi, məktubu alan şəxs bilir ki, siz onu başqa adamlara da göndərmisiniz. İkincisi, siz məktub göndərdiyiniz hər bir şəxsin şəxsi elektron ünvanını onun icazəsi olmadan yaymış olursuz. Buna görə də siz ünvanları To: yox BBC: sətrinə qoyursuz. Bu zaman məktubu alan şəxs sizin bu məktubu yalnız ona şəxsən göndərdiyinizi görür.

16. Qısaltmalara və emosiyalara fikir verin:
Biznes məktubu yazarkən çalışın BTW (by the way) və ya LOL(laugh out loud) kimi qısaltmalardan istifadə etməyəsiz. Çünki məktubu alan şəxs bunun mənasını bilməyə bilər və xüsusilə də biznes e-maillərində belə hallara qeyri-ciddi münasibət var. Elə həmin şey emosiya işarələrinə aiddir. Əgər siz əmin deyilsinizsə ki, qarşı tərəf bunun mənasını bilir yaxşı olar ki, ümumiyyətlə istifadə etməyəsiniz.

17.Şriftlərin formatına diqqət edin.
Məktub alan şəxs şriftləri görməyə bilər. Rənglərlə də ehtiyatlı davranın. Elə rənglərdən istifadə edin ki, yazını oxumaq asan olsun.

18.Rich text və HTML məktublara diqqət yetirin.
Siz rəngli, bər-bəzəkli e-mail göndərib məktubu alanı sevindirmək istəsəz nəzərə alın ki, o sizin bu məktubunuzu sadə şəkildə ala bilər.

19. Zəncirvari göndərilən e-mailləri forward etməyin.
Bunlar hamısı mifdir. E-maili alan kimi silin.

20.Emailin alınıb-alınmaması haqda avtomatik təsdiqləyici e-mail göndərməyin. Bu insanları bezdirir, çünki ola bilər ki, həmin insan heç məktubu açıb oxumağa macal tapmayıb. Əgər siz bilmək istəyirsinizsə ki, məktubunuz ünvana çatıb bir neçə gündən sonra yazıb soruşa bilərsiniz.

21.E-maili geri almaq üçün qətiyyən mesaj göndərməyin.
Sadəcə e-mail yazın və bildirin ki, e-maili səhv ünvana göndərmisiniz. Bu daha mədəni çıxır.

22.Başqa istifadəçiyə aid olan mesajı və ya faylı kopyalayıb kiməsə göndərməzdən əvvəl həmin şəxsdən icazə alın.
İcazə almadığınız təqdirdə siz müəllif hüquqlarını pozmuş olursuz.

23.E-maili konfidensial informasiyanı paylaşmaq üçün istifadə etməyin.
E-mail göndərmək açıqca göndərmək kimidir. İdeoloji, cinsi və irqi ayrıseçkilik bildirən şərhlər qətiyyən yolverilməzdir, hətta bunun zarafat olduğunu hamı bilsə belə.

24.Elə “Subject” seçin ki, sizə aydın olduğu qədər, e-maili alan şəxsə də aydın olsun.
Məsələn: əgər siz hər hansı bir şirkətin məshulu haqqında bir məktub yazırsızsa Subject hissəsində “A məhsulu haqqında informasiya” yazın.

25.Felləri cümlədə işlədərkən bu qaydalara əməl edin:
“Biz sizin sifarişinizi bugün çatdıracayıq” əvəzinə “Sizin sifarişiniz bugün ünvanına çatdırılacaq” yazmağınız daha məsləhətlidir. Bu daha səviyyəlidir.

26.VACIB və ya buna bənzər sözlər işlətməyin:
Nə qədər də vacib məsələ olsa belə sözləri işlətməkdən hər zaman qaçın. Belə sözləri ancaq ən ekstrimal şərait olduqda işlədin.

27.Uzun-uzadı cümlələr qurmayın.
Çalışın cümlələrdəki söz sayı maksimum 15-20 olsun.
E-mail qısa, ünvana tez çatan bir məktubdur, hansı ki, bu məktubun yazılışı adi məktublardan tam fərqlənir.

28.Yalan, böhtan, irçilik, hücüm, zorakılıqla dolu məzmunu olan e-maili heç vaxt başqasına ötürməyin.
Belə bir məktubun göndərilməsinə görə siz və ya sizin kampaniyanıza qarşı milyonlarla dollarlıq məhkəmə işi açıla bilər.

29.Mifik məzmunlu və zəncirvari formada sizə gəlib çatmış e-mailləri forward etməyin.
Əgər sizə gələn e-mailin məzmununda dayandırılması mümkün olmayan yeni bir virusun mövcudluğu və bu virusun komputerinizidəki hər şeyi silə biləcəyi haqda məlumat verilirsə bu 100% yalandır. Bu e-maili heç kəsə göndərməyin çünki bu e-mailin özündə virus ola bilər. Bu eləcə də zəncirvari və adətən spama düşən emaillərə aiddir. Hansı ki, sizə inanılmaz zənginlik vəd edir və ya sizdən xeyriyyə məqsədi ilə kömək etməyinizi xahiş edirlər. Belə e-maillərdən qurtulmağın ən yaxşı yolu onları silməkdir.

30.Spam maillərə cavab verməyin.
Spamlara cavab yazmaqla və ya hətta onlardan qeydiyyatdan çıxmaqla siz siqnal verirsiniz ki, e-mailiniz “sağdır”. Bununla da daha çox spam ala bilərsiz.

31.Cinsləri fərqləndirməyin, neytral saxlayın.
Azərbaycan dilində qadın, kişi cinsi yoxdur. Lakin, ingiliscə və ya başqa dillərdə e-mail yazırsınızsa orada sırf kişi və ya qadın cinsinə istinad etməyin. Sadəcə he/she və ya his/her yazın.

32.Məktubu alan şəxsin ünvanını cc-də yazmayın.
Çünki kiməsə məktubun kopyasını göndərsəniz həmin adam çaşa bilər ki, o bu müzakirədə iştirak edə bilər ya yox. Ümumiyyətlə, cc ilə heç kəsə məktub yollamayın. Əmin olun ki, cc-yə daxil etdiyiniz ünvanın sahibi bundan sonrakı müzakirələrdə iştirak etməlidir və cavabları görməlidir. Ancaq o halda şəxsə kopya göndərin ki, həmin şəxs bilir ki, siz nəyə görə bu maili ona yollamısız.


 Məqalənin müəllifi :  Çinarə Bayramova