F i Z i K A

Blog üzrə axtar

суббота, 13 мая 2017 г.

Quşları Niyə Cərəyan Vurmur?

 

         Bildiyiniz kimi, insanların əlinin çatmadığı yüksəklilərdən keçən elektrik xətləri izolasiyasız olur. Transformatorlara gələn yüksəkgərginlikli elektrik xətlərində gərginlik 10000 V və ya daha yüksək, transformatorlardan evlərə gedən xətlərdə isə gərginlik 220 V olur.
 Bəzən quşlar yüksək elektrik naqillərinə qonub orada oturur, amma onları cərəyan vurmur.

      Hər bir maddənin eılektrik cərəyanına qarşı bir müqaviməti var (R, vahidi Om)  Elektrik cərəyanı, müqaviməti "sevməz". Cərəyan axması üçün daim ən qısa və  müqaviməti az olna asan yolu seçər. Əgər su  içindəsinizsə və elektrikli bir naqilə  toxunsanız, cərəan ən asan yol olan bədəninizə girər, oradan da son dərəcə keçirici olan suya keçərək  ( saf su elektrik cərəyanı keçirməsədə, torpaqla təmasda olan suya kifayət qədər minerallar qarışdığından elektrik cərəyanını keçirmiş olur)  torpağa axar. Elektrik telləri üzərinə qonan quşların torpaqla əlaqələri yoxdur. Onlar elektrik axınının davam etməsi  üçün bir qısa yol yaratmazlar.  Quşlar iki ayağı ilə elektrik naqillərinə toxunarkən,  paralel birləşmə əmələ gətirirlər.  Lakin bu zaman quşun ayağının və bədəninin müqaviməti ayaqları arasında yerləşən naqil hissəsinin müqavimətindən böyük olur.,    Elektrik onların bədənindən keçməkdənsə, özünə quş bədənindən daha az müqavimət göstərən, iki ayaqları arasındakı teli seçər. Quşlar da bu səbəblə bütün bir gün boyu, yüksək gərginlik daşıyan, çılpaq elektrik telləri üzərində dayana bilərlər.                                             

            Əgər  naqil quşların ayaqları arasındakı hissədən qırılmış olsa, həmin anda quş bədəni ilə  naqildə ardıcıl birləşmə əmələ gətirər, cərəyanın başqa axın yolu olmadığından , quşun bədənindən keçərək onların həyatına son qoyardı.  Quşlar bir naqildə oturarkən qanadları, dimdik və ya digər bədən hissəsi ilə ikinci naqilə və ya yerlə əlaqəli olan elektrik dirəyinə toxunsalar, bu da onların ölümünə səbəb olurlar.  Bəzən elektrik dirəkləri üzərində oturan quşlar  dimdiklərini təmizləmək üçün onu dirək üzərindəki kranşteynə sürtürlər. Bu da cərəyanın onları vurmasınə səbəb olur. Arıq bəzi ölkələrdə, məsələn Almaniyada bu kranşteynləri Yerlə təcrid edir, və ya üzərində quşlar  üçün izolasiyalı  oturacaqlar qoyurlar.    


Seyran  Əliyev



Комментариев нет:

Отправить комментарий