Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

Cərəyanın distant idarəsi

Hazırda elektrik işlədicilərin əksəriyyətini çalışdırmaq üşün onların üzərindəki “Pover” düyməsini sıxmaq və ya ən yaxşı halda 20-30 m məsafədən çalışa bilən pultla idarə etmək olur. Lakin yaxşı olmazdı ki, elektrik cərəyanına qoşulmuş işlədicilərini  artıq həyatımızın ayrılmaz hissəsi olan mobil telefonun köməyi ilə dünyanın istənilən yerində olduğumuz qədər məsafədən idarə edə bilək? Yerimə əngəlli insanların mobil telefon vasitəsi ilə evdəki elektrik işlədicilərini qapalı və ya açıq rejimə gətirməsi, evdən kilometrlərlə uzaqda olan biri evdə söndürməyi unutduğu elektrik işlədicilərini söndürmək və ya evə çatmamış bir telefon çağrısı ilə evdəki qızdırıcını işə salaraq evə çatdıqda evin artıq qızmış olduğuna nail olmaq çox yaxşı olardı. Kənd təsərüfatında əkin sahələrinə getmədən öncədən su nasosu qoşulmuş bu qurğuya telefon çağrısı göndərməklə nasosunu işə salıb əkin sahələrini suvarmaq, növbəti çağrı ilə söndürmək olar.

·         Məqsədlər, gözlənilən nəticələr, fərziyyələr;·                   Məqsədimiz  kilometrlərlə uzaq məsafədən elektrik cərəyanını idarə etmək  üçün bir qurğu yaratmaqdır. Bunun üçün elə bir elektrik dövrəsi yığırıq ki, bu dövrəyə qoşulmuş mobil telefona zəng etdikdə telefona çağrı gəldiyi zaman telefonun vibrator-mühərrikkinə gələn cərəyan yığdığımız dövrəni qapalı rejimə gətrisin. Növbəti edilən zəng zamanı  mikrokonroller, yarımkeşirici cihazlar və relelər vasitəsi ilə yaranan cərəyanın istiqaməti dəyişir, bu dəfə dövrə açıq rejimə keçir. 







Qurğunun video linki   https://www.youtube.com/watch?v=AEWUUbIHe9c                                                                                               

                                                                                      Əliyev Seyran 

Комментариев нет:

Отправить комментарий