Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

FIZIKA KURIKULUMU


1.Fizika təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi ( VI-IX siniflər) üzrə şagird:
·         təbiət hadisələrini xarakterinə görə qruplaşdırır və onların başvermə səbəblərini fiziki qanunlar əsasında izah edir;
·         təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir;
·         fiziki hadisələri müşahidə edir, nəticələri ümumiləşdirir və onlar haqqında mülahizələrini təqdim edir;
·         fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl edir;
·         fizika elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və əhəmiyyəti, görkəmli fizika alimlərinin yaradıcılığı barədə təqdimatlar edir.

Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
·         fiziki qanunların mahiyyətini və xarakterik xüsusiyyətlərini izah edir;
·         fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh edir;
·        nəzəri biliklərin həyatda reallaşdırılması imkanlarını nümayiş etdirir.

1.2. Məzmun xətləri
Məzmun xətti – fənn üzrə ümumtəlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hesab edilən tərkib hissəsidir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsəvvür etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır. Fizika fənninin məzmun xətləri təhsilin bütün mərhələləri üçün təlimin məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı kimi təyin edilmişdir:
1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
3. Eksperimental fizika və müasir həyat.

Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
Bu məzmun xətti şagirdlərə mexaniki, istilik, elektromaqnit, işıq, atom və nüvə hadisələrini dərk etməyə, onları xarakterizə edən kəmiyyətlər arasındakı əlaqələrə dair məsələlər üzərində müstəqil işləmək fəaliyyətini və yaradcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan verir. Şagirdlərə müxtəlif mexaniki, atom və molekulların xaotik istilik hərəkəti, yüklü zərrəciklərin atom və nüvə daxili   

zərəciklərin hərəkətlərinin qanun və qanunauyğunluqlarını mənimsəməyə şərait yaradır.
Tam orta təhsil səviyyəsində fundamental saxlanma qanunlarının köməyi ilə hadisənin, prosesin necə baş verməsini qabaqcadan anlamaq və tənzimlənməsində praktikada istifadəsinin əhəmiyyətini dərk etməyə imkan yaradır. Təbiətdə baş verən hadisələrin mahiyyətini şərh etməyə, onlardan həyati məqsədlər üçün istifadə etməyə, şagirdlərin tədqiqatçılıq meylinin inkişafına zəmin yaradır.
Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Bu məzmun xətti materiyanın maddə və sahə formaları, onların vəhdəti və qarşılıqlı çevrilməsi, maddənin quruluşu, aqreqat halları, qravitasiya, elektromaqnit sahələri, fundamental qarşılıqlı təsirlərin (qravitasiya, elektromaqnit, güclü və zəif) maddələr arasında fiziki sahə vasitəsi ilə ötürülməsi əsaslandırılır, müxtəlif pillələrdə əlaqəli sistemlərin yaranmasında qarşılıqlı təsirin rolu göstərilir, təbiətin vəhdəti, kainatın yaranması, əlaqəli sistemlərin ierarxiyası (pilləliyi) haqqında təsəvvürlər, həmçinin zaman və məkan anlayışları əsasında fəza təsəvvürləri formalaşdırılır. Bu təsəvvürlərin formalaşdırılması şagirdlərdə maddi aləmi dərk etmək, dünyanın vahid fiziki mənzərəsini təsvir etmək, məişət və istehsalatda istifadə üçün tələb olunan xassəli materialları seçmək və gündəlik həyatda onlardan istifadə etmək bacarıqlarının yaranmasına imkan verir.
Eksperimental fizika və müasir həyat
Eksperimental fizika və müasir həyat məzmun xətti şagirdlərdə elmi-texniki tərəqqidə, cəmiyyətin sosial-iqtisadi inkişafında, digər təbiət fənlərinin öyrənilməsində fizikanın rolu haqqında təsəvvürlərin yaradılmasına, fiziki hadisə və prosesləri müşahidə etmək, onların elmi-nəzəri əsaslarını dərk etmək, alınan biliyi sistemləşdirmək və praktikaya tətbiq etmək bacarıq və vərdişləri formalaşdırmaqla texniki yaradıcılıq qabiliyyətinin və tədqiqatçılıq meylinin inkişafına zəmin yaradır.
Məzmun xəttinin köməyi ilə fiziki hadisələr müşahidə edilir, müxtəlif təcrübələr aparılır, müəyyən fiziki kəmiyyətlər təhlükəsizlik qaydalarına uyğyn olaraq ölçülür, nəticələri cədvəl və qrafiklərdə təsvir edilir, kəmiyyətlər arasındakı qanunauyğunluqlar müəyyənləşdirilir, məişət və istehalatda istifadə olunan cihaz və avadanlıqların iş prinsipi öyrənilir, onlarda təhlükəsiz işləmək bacarıqları formalaşır.
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar.

Şagird:


·         təbiət hadisələrini xarakterinə görə qruplaşdırır, baş vermə səbəblərini izah edir;
·         təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir.

2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər

Şagird:
 maddələri quruluşuna görə təsnif edir;
 materiyanın maddə və sahə formalarının oxşar və fərqli cəhətlərini izah edir;
 təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsirin rolunu izah edir.

3.Eksperimental fizika və müasir həyat
Şagird:
·        təhlükəsizlik qaydalarını gözləməklə cihaz və avadanlıqlardan istifadə edir;
·        fiziki hadisələrə aid təcrübələr aparır, nəticələri cədvəl və qrafik şəkildə təsvir edir, kəmiyyətlər arasındakı qanunauyğunluqları müəyyənləşdirir;
·        texnikanın inkişafında fizika elminin rolu, görkəmli fizika alimlərinin yaradıcılığı barədə təqdimatlar edir.

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar.

Şagird:
 fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini şərh edir;
 fiziki hadisələrin tətbiqi yollarını şərh edir.

2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər

Şagird:
 maddələrin və sahələrin qurluşunu və qarşılıqlı çevrilmələri şərh edir;
 maddələrin qurluşunu və qarşılıqlı çevrilməsini şərh edir;
 təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsir xüsusiyyətlərini şərh edir.

3.Eksperimental fizika və müasir həyat
Şagird:
 müxtəlif fiziki hadisələrə dair təcrübələr qoyur, hesablamalar aparır, nəticələrini təqdim edir;
 fiziki hadisələrin həyatda reallaşdırılması imkanlarını nümayiş etdirir;
 cəmiyyətin inkişafında fizika elminin rolu və görkəmli fizika alimləri haqqında araşdırmalar aparır, nəticələrini müxtəlif formalarda (məruzə, referat, təqdimat) təqdim edir.

1.4. Fəaliyyət xətləri
Fizika fənni üzrə məzmun standartlarını reallaşdırmaq üçün aşağıdakı fəaliyyət xətlərindən istifadə olunur.
1. Mühakimə yürütmə və əsaslandırma
2. Problemin həlli
3. Ünsiyyət
4. Müşahidə, təcrübə və tədqiqetmə

5. Tətbiqetmə
6. Məsələ və çalışma həlli
7. Müzakirə
8.Təqdimat
1.5. Məzmun standartları
VI sinif
VI sinfin sonunda şagird:
·        hadisələri (mexaniki, istilik, elektrik) fərqləndirir, onlara dair sadə məsələlər həll edir;
·        materiyanın formalarını fərqləndirir, maddələrin aqreqat hallarını izah edir və sadə məsələlər həll edir;
·        təbiətdəki əlaqəli sistemləri fərqləndirir və qarşılıqlı təsirə dair müşahidələrini izah edir;
·        sadə təcrübələr aparır və ölçü cihazlarından təhlükəsiz istifadə edir;
·        fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir;
·        fizika elminin inkişafında dünya alimlərinin roluna dair məlumatları təqdim edir.

1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1.Mexaniki, istilik, elektromaqnit hadisələrini fərqləndirir.
1.1.2.Müxtəlif xarakterli fiziki hadisələrə dair sadə məsələlər həll edir.
1.1.3.Hərəkəti növlərinə görə qruplaşdırır.
1.1.4.Müxtəlif xarakterli təbiət hadisələrinə dair müşahidələrini təqdim edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir
2.1.1.Maddələri quruluşuna (aqreqat hallarına) görə fərqləndirir.
2.1.2.Materiyanın formalarını fərqləndirir.
2.1.3.Materiyanın formalarına dair müşahidələrini sadə şəkildə təqdim edir.
2.1.4. Maddələrin quruluşuna (aqreqat hallarına) dair sadə məsələlər həll edir.
2.2.Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemləri və qarşılıqlı təsirləri fərqləndirir. 10

2.2.2. Təbiətdəki qarşılıqlı təsirə dair müşahidəıərini təqdim edir.
3. Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. Sadə ölçü cihazlarından istifadə edir.
3.1.2.Sadə təcrübələr aparır, nəticələrini təqdim edir.
3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1.İş prinsipi fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir
3.2.2. Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumatı təqdim edir
VII sinif
VII sinfin sonunda şagird:
·        mexaniki hadisələrin başvermə səbəblərini şərh edir, onlara aid məsələlər qurur və həll edir;
·        mexaniki hərəkəti əlamətlərinə görə fərqləndirir, müşahidələrini ümumiləşdirib təqdim edir;
·        qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir və onlara aid sadə məsələlər həll edir;
·        maddələrin mexaniki xassələrini izah edir, onlara dair sadə məsələlər həll edir;
·        təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qüvvəsinin rolunu şərh edir, təbiət qüvvələrinə aid sadə məsələlər qurur və həll edir;
·        mexaniki hadisələrə aid təcrübələr aparır, fiziki kəmiyyətləri ölçür və hesablamalar aparır;
·        istehsalatda istifadə olunan mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.

1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Mexaniki hadisələri və onların baş vermə səbəblərini şərh edir.
1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir.
1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir.
1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqları nümayiş etdirir
2.1.1.Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir. 11

2.1.2.Qravitasiya sahəsinə dair məsələlər həll edir.
2.1.3.Maddələri mexaniki xassələrinə görə fərqləndirir.
2.1.4.Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir.
2.2.2. Ağırlıq, çəki, elastiklik və sürtünmə qüvvələrini fərqləndirir.
2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1.Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
3.1.2.Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların iş prinsiplərini izah edir.
3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.
VIII sinif
VIII sinfin sonunda şagird:
 istilik və elektromaqnit (elektrik) hadisələrinin mahiyyətini, qanunauyğunluqlarını izah edir, sadə məsələlər qurur və həll edir;
 elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətlərin tətbiqinə dair məsələlər həll edir;
 maddələri fiziki xassələrinə görə fərqləndirir, sadə məsələlər qurur və həll edir,
 maddənin aqreqat hallarını molekulların düzülüşünə, hərəkətinə və qarşılıqlı təsirinə görə fərqləndirir;
 təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinə dair məsələlər qurur və həll edir;
 istilik və elektrik hadisələrinə aid təcrübələr qoyur, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır;
 istilik texnikasının iş prinsipini izah edir və onun yaranmasında fizika elminin rolunu dəyərləndirir.

1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların baş vermə səbəblərini şərh edir.  

1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.
1.1.3.İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həll edir.
1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanunauyğunluqlarına aid topladığı məlumatları şərh edir
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqları nümayiş etdirir.
2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
2.1.2.Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
2.1.3.Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir.
2.1.4.Elektrik sahəsinə dair məsələlər həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir.
2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
2.2.3.İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1 İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
3.1.2.İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir
3.2.1.Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
3.2.2.İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
IX sinif
IX sinfin sonunda şagird:
 elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin qanunauyğunluq-larını şərh edir, onlara aid məsələlər qurur və həll edir;
 elektromaqnit və qravitasiya sahələrinə dair məsələlər qurur və həll edir;
 maddələri quruluşuna və xassələrinə görə təsnif edir, onlara aid məsələlər qurur və həll edir;
 təbiətdəki elektromaqnit və nüvə qarşılıqlı təsirlərinə aid məsələlər qurur və həll edir;
 elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun cihazlardan istifadə edir, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır;



elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinin inkişafında fizika elminin rolunu izah edir.

1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların baş vermə səbəblərini şərh edir.
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid məsələlər qurur və həll edir.
1.1.3.Yüklü zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin hərəkətini şərh edir.
1.1.4. Elektromaqnit (maqnit,işıq), atom və nüvə hadisələrinin qanunauyğunluq-larına dair topladığı məlumatları şərh edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir
2.1.1.Elektromaqnit və qravitasiya sahələrini müqayisəli şəkildə şərh edir.
2.1.2.Elektromaqnit və qravitasiya sahələrinə dair məsələlər qurur və həll edir.
2.1.3.Maddəni quruluşuna və xassələrinə görə təsnif edir.
2.1.4. Maddələrin quruluş və xassələrinə aid məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı təsirinin rolunu izah edir.
2.2.2.Elektromaqnit və nüvə qarşılıqlı təsirinə dair məsələlər qurur və həll edir
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1.Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun cihazlardan istifadə edir.
3.1.2. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun fiziki kəmiyyətlər arasındakı asılılığı müəyyən edir.
3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1.Müxtəlif fiziki hadisələrə (elektromaqnit, işıq, atom və nüvə) əsaslanan qurğuların iş prinsiplərini şərh edir.
3.2.2.Müxtəlif fiziki hadisələrin inkişafında fizika elminin roluna dair təqdimatlar edir.
X sinif
X sinfin sonunda şagird:  


 mexaniki və istilik hadisələrinin yaranma səbəblərini izah edir, qanun və qanunauyğunluqlarına aid məsələlər həll edir;
 mexaniki və istilik hadisələrini və onları xarakterizə edən fiziki kəmiyyətləri əlaqəli şərh edir;
 maddələrin qarşılıqlı çevrilməsini onların daxili quruluşu ilə əlaqələndirir və buna aid məsələlər həll edir;
 təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin qarşılıqlı təsirinin rolunu izah edir və bunlara aid məsələlər həll edir;
 mexaniki və istilik hadisələrinə dair qanunları təcrübədə yoxlayır, onları xarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir;
 fizika elminin istilik texnikası və texniki qurğuların inkişafında rolunu dəyərləndirir və onların tətbiqinə dair təqdimatlar edir.

1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Mexaniki və istilik hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsini şərh edir.
1.1.2. Mexaniki və istilik hadisələrinin qanun və qanunauyğunluqlarına aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər qurur və həll edir.
1.1.3.Mexaniki və istilik hərəkətini xarakterizə edən kəmiyyətlər arasındakı əlaqəni şərh edir.
1.1.4. Mexaniki və istilik hadisələrinin tətbiqinə dair təqdimatlar edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.
Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir
2.1.1. Maddələrin qarşılıqlı çevrilmələrini şərh edir.
2.1.2.Maddələrin qarşılıqlı çevrilmələrinə dair müxtəlif tipli məsələlər qurur və həll edir.
2.1.3.Maddələrin xassələrini daxili quruluşuna görə şərh edir.
2.1.4.Maddələrin daxili quruluşu ilə bağlı müxtəlif tipli məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin qarşılıqlı təsirinin rolunu dəyərləndirir.
2.2.2.Əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin qarşılıqlı təsirinə dair məsələlər həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.   

3.1.1.Mexaniki və istilik hadisələrinə dair qanunları təcrübi üsulla yoxlayır, nəticələrini təqdim edir.
3.1.2. Mexaniki və istilik hadisələrini xarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir.
3.2.Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1.Texnikanın inkişafında iş prinsipi mexaniki və istilik hadisələrinə əsaslanan qurğulara dair təqdimatlar edir.
3.2.2. Texnikanın (mexaniki və istilik qurğuları) inkişafında fizika elminin roluna dair tədqiqatlar aparır, nəticələrini təqdim edir.
XI sinif
XI sinfin sonunda şagird:
 elektromaqnit, atom, nüvə hadisələrinin qanun və qanunauyğunluqlarını izah edir, onlara aid məsələlər qurur;
 zərrəciklərin hərəkətini xarakterizə edən kəmiyyətlər arasındakı əlaqələri şərh edir;
 maddə və sahə hissəciklərinin qarşılıqlı çevrilməsini şərh edir, onlara aid məsələlər qurur və həll edir;
 maddələrin qarşılıqlı çevrilmələrini izah edir, onlara aid məsələlər qurur, həll edir;
 əlaqəli sistemlərdə qarşılıqlı təsirin xüsusiyyətlərini şərh edir və onlara aid məsələlər həll edir;
 elektromaqnit, atom və nüvə hadisələrinə aid qanun və qanunauyğunluqları təcrübədə yoxlayır, fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir;
 texniki qurğuların müasir həyatda roluna, onların inkişafının fizika elminin verdiyi töhfələrə dair referatlar hazırlayır.

1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Elektromaqnit, atom və nüvə hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsini şərh edir.
1.1.2. Elektromaqnit, atom və nüvə hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsinə aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər qurur və həll edir.
1.1.3.Yüklü zərrəciklərin, aton və nüvədaxili zərrəciklərin hərəkətini xarakterizə edən kəmiyyətlər arasında əlaqəni şərh edir.
1.1.4. Elektromaqnit, atom və nüvə hadisələrinin tətbiqinə dair təqdimatlar edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.   

Şagird:
2.1.Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddə və sahə zərrəciklərinin qarşılıqlı çevrilməsini şərh edir.
2.1.2. Maddə və sahə zərrəciklərinin qarşılıqlı çevrilmələrinə dair müxtəlif tipli məsələlər qurur və həll edir.
2.1.3. Maddələrin qarşılıqlı çevrilmələrini və xassələrini zərrəciklərin təbiəti ilə izah edir.
2.1.4.Maddələrin qarşılıqlı çevrilmələrində zərrəciklərin rolu ilə bağlı müxtəlif tipli məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə (elektromaqnit,güclü və zəif) qarşılıqlı təsirin xüsusiyyətlərini şərh edir.
2.2.2. Əlaqəli sistemlərdə (elektromaqnit, güclü və zəif) qarşılıqlı təsirin xüsu- siyyətlərinə dair məsələlər qurur və həll edir.
3.Eksperimental fizika və müasir həyat.
Şagird:
3.1.Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1.Elektromaqnit, atom və nüvə hadisələrinə dair qanun və qanunauyğunluqları təcrübələrlə yoxlayır, nəticələrini təqdim edir.
3.1.2. Elektromaqnit, atom və nüvə hadisələrini xarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir.
3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1.Texniki qurğuların müasir həyatda rolunu dəyərləndirir və müxtəlif məzmunlu referatlar hazırlayır
3.2.2. Müasir texnikanın inkişafında fizika elminin roluna dair tədqiqatlar aparır və referatlar hazırlayır.
FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ


1. MOTİVASİYA

· Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.

· Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

· Motivasiya - Psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir.

· Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.

____ Motivasiyanın yaradılmasına təsir edən amillər ____

· Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir, müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;

· Materialın təqdim olunma üsulları və formaları;

· Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;

· Yaradıcılıq imkanı;

· Müəllim tərəfindən bələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə);

· Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.

           Motivasiya 2 mərhələdən ibarətdir: problemin qoyulması, tədqiqat sualı.

1. Problemin qoyulması - Yönəldici suallar, tapşırıqlar
(mövzuya, təlim nəticələrinə yönəldirlər; dərsin başlanmasını təşkil edirlər; 1- 3 sual ola bilər).

2. Tədqiqat sualı . Bu sualı tərtib etmək üçün müəllim əvvəlcə dərsin sonunda olan ümumiləşdirməni müəyyən etməlidir;
tədqiqat sualı = yeni biliyi əks etdirən təlim nəticəsi;
adətən bir sual olur, motivasiya mərhələsi tədqiqat sualına irəli sürülən fərziyyələr ilə bitir. Dərsin sonunda onlara qayıtmaq vacibdir.




2.TƏDQİQATIN APARILMASI

· Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır.

· Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.

· Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır.

· Tədqiqatın aparılması üzrə metodların seçiminə,

· İşin qrup şəklində və digər formada təşkili və aparılmasına,

· Tədqiqatın aparılması qçün tapşırıqların və bilik mənbələrinin seçilməsinə,

· İş vərəqlərinin hazırlanmasına.

3. MƏLUMAT (İnformasiya) MÜBADİLƏSİ

· Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.

· Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.

· Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.

· Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.

4.MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

· Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.

· Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onlarınsistemləşdirilmə-sinə yönəldilir.

· Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.

5.NƏTİCƏLƏRİN ÇIXARILMASI

· Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır

· Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.

· Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.

6. YARADICI TƏTBİQETMƏ

· Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə

tətbiqidir.

· Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.

· Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

7.EV TAPŞIRIQLARI

· Ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır

· Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar,
modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;

· Lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;

· Şagirdlər yuixarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.

8.QİYMƏTLƏNDİRMƏ (REFLEKSİYA)

 Qiymətləndirmə - istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.

 Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.



2 комментария: