Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

Məsələlər

MƏSƏLƏLƏR 



Məsələ 1.
Cisim koordinat başlanğıcından 200 m məsafədə OX oxunun əksinə 5 m/san sürətlə hərəkətə başlayır.Nə qədər vaxtdan sonra cisim koordinat başlanğıcından keçər? 


Məsələ 2.
Cisim koordinat başlanğıcından 100 m məsafədə OX oxu istiqamətdə 20 m/san sürətlə hərəkət edir.Neçə saniyə əvvəl cisim koordinat başlanğıcında olmuşdur? 


Məsələ 3.
Iki cisim koordinat başlanğıcından 50 m və 150 m məsafədə OX oxunun əksinə 5 m/san və 9 m/san. sürətlə hərəkət edirlər.Cisimlər nə qədər vaxtdan sonra görüşər? 


Məsələ 4.
Cisim koordinat başlanğıcından 200 m məsafədə OX oxunun əksinə 5 m/san sürətlə hərəkətə başlayır.Nə qədər vaxtdan sonra cisim koordinat başlanğıcından keçər? 


Məsələ 5.
Cisim 2 m/san2 təcillə hərəkətə başlayır. Nə qədər vaxtdan sonra cisim 36 m yol gedər? 


Məsələ 6.
Kütləsi 500 q olan cismə 2 N qüvvə təsir edir.Nə qədər vaxtdan sonra cisim 20 m/san sürətə malik olar? 


Məsələ 7.
Kütləsi 2 kq olan cisim 2 N sürtünmə, 5 N dartı qüvvəsinin təsiri ilə düz xətli hərəkət edir. Cismin təcilini tapın. 


Məsələ 8.
Cisim qarşılıqlı perpendikulyar olan 3 N və 4 N qüvvənin təsiri ilə hərəkət edir.Cismin təcilini tapın. m=0,5 kq. 


Məsələ 9.
Uzunluğu l olan nərdivan üfüqlə α bucaq altında divara söykənib. Nərdivanla döşəmə əarasında sürtünmə əmsalı μ – dür. Nərdivanın kütlısini nəzərə almadan, adam nərdivana nə qədər çıxdıqda, o sürüşər? 


Məsələ 10.
Şaquldan α bucağı qədər meyl etdirilib buraxılan riyazi rəqqas, tarazlıq vəziyyətindən v sürəti ilə keçir. Rəqqasın rəqs periodunu tapın 


Məsələ 11.
M kütləli silindirik formada olan qabın hündürlüyü H, oturacağın sahəsi S– dır. İçərisində sıxlığı ρ olan qum tökülür. Asqı nöqtəsindən vedrənin dibinə kimi məsafə l – dir. (l>>H). Vedrənin rəqslərinin priodunun qumun hündürlüyündən asılılığını tapın 


Məsələ 12.
Kütlələri m1 və m2 olan cisimlər, sərtlik əmsalı k olan yay vasitəsi ilə birləşdirib, üfüqi vəziyyətdə qoyulub. Sistemin rəqs periodunu tapın 


Məsələ 13.
Həcmi V=0,2sm3 olan şüşə kürə bərabərsürətlə suda düşür h=6m dərinliyə düşənə qədər nə qədər istilik ayrılar? 


Məsələ 14.
a uzunluqlu riyazi rəqqasın rəqs periodu T1, b uzunluqlu riyazi rəqqasın rəqs periodu T2 – dir. a+b uzunluqlu riyazi rəqqasın rəqs periodunu tapın. 


Məsələ 15.
Sərtlik əmsalları k1 və k2 olan yayları ardıcıl və paralel qoşduqda rəqs periodları necə fərqlənər? 


Məsələ 16.
Kütləsi M olan, radiusu R olan bircins silindir mərkəzindən keçirilən üfüqi ox ətrafında fırladıla bilir. Silindirə aşırılmış çəkisiz ipdən P yükü asılmışdır. t=0 anında y=0 – dır. silindirin dönmə bucağının zamandan asılılığını tapın 


Məsələ 17.
m kütləli cisim H yüksəklikdən mail müstəvi boyu sürüşərək, sonda qoyulan maneə ilə mütləq elastik toqquşur, nəticədə periodik hərəkət yaranır. Cismin rəqs peridunu tapın 


Məsələ 18.
Yayı 2 qatlasaq, ondan asılan cismin rəqs periodu necə dəyişər?

 
Məsələ 19.
v0 sürəti ilə şaquli h yüksəkliyə qalxan su şırnağının en kəsiyi necə dəyişər?

 
Məsələ 20.
Hansı hündürlükdə fəvvarənin en kəsiyi su şırnağının çıxdığı yerdə en kəsikdən K dəfə böyük olacaq? Fəvvarənin borudan çıxma sürəti v- dir. 
Məsələ 21.
m kütləli cismin potensial enerjisi W(x)=αx2+βx+c ilə verilmişdir. Cismin tarazlıq vəziyyətindən keçdiyi anda təcilini tapın. 


Məsələ 22.
Süni peykin yeri tərk etməsi üçün tələb olunan sürəti tapın. (ΙΙ kosmik sürət). 


Məsələ 23.
Sferik çuxurda onun divarlarında eyni üfüqi vəziyyətdə yerləşmiş nöqtələrə dəyərək sıçrayır. Soldan sağa hərəkət müddəti T1, sağdan sola hərəkət müddəti T2-dir. Çuxurun R radiusunu tapın. Zərbələr mütləq elastikdir. 


Məsələ 24.
Yerdən burularaq sabit v sürəti ilə şaquli yuxarı atılmağa çalışan kobranın yerə təzyiq qüvvəsini tapın. Kobranın uzunluğu l – dir. 
Məsələ 25.


Şaquli istiqamətdə v sürəti ilə buraxılan süni peyk Yer səthindən hansı məsafəyə uzaqlaşar?


Məsələlər LDU-nun dosenti Mirnamiq Bəşirov tərəfindən hazırlanmışdır.

Комментариев нет:

Отправить комментарий