Səhifələr

22 Şubat 2022 Salı

Səs dalğaları

 Səs

Mühitdə yayılan ixtiyari mexaniki dalğalara səs deyilir. İnsan hiss edən səs dalğaları 16 Hs-dən 20 kHs-ə qədərdir. Bu diapazondan aşağıda ν<16 Hs – infrasəs, yuxarıda ν > 20 kHs – ultrasəsdir. 

Səsin xarakteristikaları

Səsin əsas xarakteristikaları - səsin gurluğu və tonudur. 

Səsin gurluğu 

  • Səs dalğasındakı təzyiqin amplitudu ilə müəyyən olunur.
  • Ölçü vahidi desibeldir (dB). Belə ki, 0 dB ­– eşitmə imkanının aşağı həddi, 10 dB – saatın çıqqıltısı, 50 dB – adi söhbət, 80 dB – qışqırtı, 130 dB – eşitmə imkanının yuxarı həddi – ağrıdıcı təsir. 

Harmonik rəqs edən cismin buraxdığı səs (kamerton və ya sim) – ton adlanır. Tonun yüksəkliyi səsin rəqs tezliyi ilə müəyyən olunur: tezliyi böyük olan səsin tonu yüksək olur.

Səsin mühitdə sürəti yalnız mühitin xassələrindən asılıdır. Mayelərdə səsin sürəti havada nisbətən kiçik, bərk cisimlərdə isə mayelərə nisbətən böyük olur. 

Misal üçün, 

  • 0°C-də səsin havada sürəti təqribən 340 
  • Səsin suda süəti 1500 
  • Səsin poladda sürəti 5000 

Səs lokasiyası

Səsin maneələrdən əks olunmasına əks-səda deyilir. 

Səs dalğaları vasitəsi ilə maneələrin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsi üsulu – səs lokasiyası adlanır. 

Səs lokasiyasının əsas mərhələləri

-  Vibrator səsi buraxır;
-  Səs müxtəlif istiqamətlərə yayılır, o cümlədən maneə olan tərəfə;
-  Səs maneədən əks olunur və qayıdır;
-  Səs qəbuledicisi ilə qayıdan səs qəbul olunur. 

Səsin maneəyə qədər və maneədən qəbulediciyə qədər ümumi yayıldığı məsafə s = 2r -dir:

s = υt   

2r = υt  

  •  – səs lokasiyası düsturu.



Müəllif: 

Hiç yorum yok:

Yorum Gönder

Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.