Səhifələr

24 Nisan 2022 Pazar

Rəqs konturunda enerjinin çevrilməsi

Rəqs konturunda enerjinin çevrilməsi

Rəqs konturun tam elektromaqnit enerjisi elektrik və maqnit sahəsinin enerjilərinin cəminə bərabərdir: 

W = Wel + Wmaq.

Tam elektromaqnit enerji, elektrik sahəsinin və maqnit sahəsinin enerjilərinin maksimal qiymətinə bərabərdir: 

Kondensatorun yükü və sarğacdakı cərəyan şiddəti dəyişdiyinə görə, konturdakı elektrik və maqnit sahələrinin enerjisi də dəyişir. 

Rəqs konturun elektrik sahəsinin enerjisi: 

        Wel = W ∙ cosωt.

Rəqs konturunun maqnit sahəsinin enerjisi: 

        Wmaq = W ∙ sinωt

Elektrik sahəsinin və maqnit sahəsinin enerjisinin zamandan asılılıq qrafiki:

Harmonik rəqslərində elektrik sahəsinin enerjisinin maqnit sahəsinin enerjisindən asılılığı sonrakı ifadə ilə müəyyən olunur:

Wel = W – Wmaq.

Wel. elektrik sahəsinin enerjisinin Wmaq maqnit sahəsinin enerjisindən asılılıq qrafiki.


Maqnit sahəsinin enerjisinin maksimal qiyməti və elektrik sahəsinin maksimal qiyməti rəqs konturunun tam elektromaqnit enerjisinə bərabərdir:

Wel.max Wmaq.max W.

A nöqtəsinə uyğun elektrik və maqnit sahələrinin cəmi tam elektromaqnit enerjiyə bərabərdir:

Wel Wmaq W.

Enerji itkisi olmayan ideal rəqs konturunda yaranan tam elektromaqnit enerjisi zamandan asılı deyil və zamandan asılı olan kəmiyyətlərdən asılı deyil: 

W(t) = const.

Tam elektromaqnit enerji kondensatorun yükünün ani qiymətindən asılı deyil 

W(q) = const,

ona görə ki, bu kəmiyyət zamandan asılıdır q = qmax ∙ cos ωt

Konturun tam elektromaqnit enerjisi maqnit sahəsinin enerjisinin ani qiymətindən asılı deyil 

W(Wmaq) = const.

Məlum olduğu kimi, maqnit sahəsinin enerjisi də zamana görə dəyişən kəmiyyətdir 

Elektromaqnit rəqslərini ossilloqrafın köməyi ilə müşahidə etmək mümkündür.


Hiç yorum yok:

Yorum Gönder

Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.