Səhifələr

среда, 10 июля 2024 г.

Mpemba effekti

 Mpemba effekti və ya isti suyun soyuq suya nisbətən daha tez donması

 Mpemba effekti – isti suyun soyuq sudan daha tez donması 1963-cü ildə tanzaniyalı şagird Erasto Mpemba tərəfindən kəşf edilmişdir. 

1963-cü ildə tanzaniyalı şagird Erasto Mpemba və bacısı dondurma hazırlamaq üçün qaynar süddə şəkəri həll etdilər. Əslində, Erasto soyuducuya qaynar südü qoymadan əvvəl gözləməli idi, ancaq tələsdi və Erastonun qaynar südü digərindən daha tez dondu.

Erasto müəlliminə baş verənləri izah etdi, lakin müəllimi ona inanmadı. Öz maraqlarından imtina etməyən Erasto təcrübələrini davam etdirdi. Fizika mövzusunda bir konfrans üçün məktəbi ziyarət edən professora "Nə üçün 35 °C və 100 °C su olan eyni qablardan isti su olan qab daha tez dondu?" deyə sual verdi. Fizika professoru Denis Ozborn ilk olaraq sualı anlamadı və Erastodan sualı təkrarlamasını istədi. Erasto təcrübəsini professora danışdı. Ozborn da bir sınaq etməyi qəbul etdi.

Denis Ozborn Dar əs Salam Universitetinə qayıtdıqdan sonra, gənc bir texnikdən ona bu mövzuda bir təcrübə etməsini istədi. Texnik isti suyun soyuqdan əvvəl donduğunu təsdiqlədi. İsti suyun donması ilə təəccüblənən texnik, təcrübəni dəfələrlə təkrarladı və eyni nəticəyə gəldi.

Təkrarlanan eksperimentlər Erasto Mpembanı haqlı çıxardı. Və Erasto ilə Ozborn bir məqalə yayımladı. Bu məqalənin yayımlanmasından bəri isti suyun donması Mpemba effekti kimi anılır.

İsti suyun soyuq suya nisbətən daha tez donmasının səbəbləri haqqında bir çox fikirlər olsada bunun dəqiq cavabı tam olaraq izah edilməmiş qalır.

 Bəs siz necə düşünürsünüz?



Комментариев нет:

Отправить комментарий