Səhifələr

вторник, 9 июля 2024 г.

Gündəlik həyatımızda ildırım enerjisindən istifadə edə bilərikmi?

 Gündəlik həyatımızda ildırım enerjisindən istifadə edə bilərikmi? 

İldırım — buludların içərisində və ya buludlarla yer səthi arasında elektrik boşalmalarının baş verdiyi atmosfer hadisəsi olub şimşək çaxması ilə müşayiət olunur. 

Yer kürəsinin atmosferində hər saniyədə orta hesabla 100  ildırım olur və onların daşıdığı enerji  planetimizin səthinə ötürülür.

Kənardan ildırım tam potensial enerji mənbəyi kimi görünür. Bu o deməkdir ki, o, iqlim şəraitinə görə tamamilə bərpa olunan, sərfəli və dünyanın bəzi yerlərində hazır enerji mənbəyidir. Bu nöqtədə, bu qədər enerji əldə etmək və onu saxlamaq fikri olduqca cəlbedici görünür.

 İldırımın gücü 100 meqavoltdan çoxdur. Bu gücün miqyası həqiqətən də valehedicidir və bu təbiət hadisəsini istifadə edilə bilən enerjiyə çevirmək hər bir alimin arzusudur. Stratosferlə yer arasında davamlı elektrostatik sahə var. Bir növ kondansator funksiyasını yerinə yetirən bu qarşılıqlı təsir zaman zaman istehsal etdiyi enerjini boşaltmaq məcburiyyətindədir. Bunu ya buludlar arasında, ya da yerlə bulud arasında şimşək şəklində edirlər. Buludlar arasında yaranan bu enerji boşalmalarını günümüz texnologiyası ilə istifadə etməyimiz mümkün deyil. Ona görə də bu enerji boşalmalarından faydalanmaq üçün yerlə bulud arasındakı qarşılıqlı təsirdən faydalanmaq lazımdır. Lakin bu, çox çətin məsələdir.  İldırım enerjisindən istifadənin digər çətinliyi onun hara düşəcəyinin dəqiq koordinatlarının bilinməməsidir. Bundan əlavə, ildırımın nə vaxt və harada vuracağını müəyyən edə biləcək heç bir hesablama metodu yoxdur. Lakin su roketləri və ya metal simli çərpələnglərdən istifadə etməklə yaxınlıqda ehtimal olunan ildırımları lazımi nöqtəyə yönəltmək mümkün ola bilər.

Buna görə də, saxlama üçün quracağımız elektrik stansiyasının neçə funksiyanı yerinə yetirəcəyi həqiqətən də təsadüfdən asılıdır.  Ancaq bu mərhələni keçsək və ildırımın harada vuracağını dəqiq müəyyən edə biləcəyimizi düşünsək belə, problemimiz olacaq:

 Əgər buludların yüklərini hələ yükləmə mərhələsində ikən təsbit edə bilsəydik və xəritələmə sistemi ilə yerlərini dəqiq müəyyən edə bilsəydik, çox böyük bir şimşək qülləsinə ehtiyacımız olardı və bu qüllədəki  ildırım çubuğundan axan enerjini tam enerji ilə istifadə edə bilərik.  Yaradılan enerji çox böyük olduğu üçün qurduğumuz stansiyada saxlama materiallarında ani gərginlik 10 mikro saniyədə 10 meqa volt olacaq və indiki materialların buna tab gətirməsi mümkün deyil.



İldırım çaxması qısamüddətli  "partlayışlarla" olur. Bu adətən bir neçə millisaniyə çəkir. Başqa sözlə desək, ildırım harasa düşəndə ​​o qədər tez baş verir ki, onun daşıdığı enerjinin böyük hissəsi istilik və işıq kimi itir. Güclü və böyük bir ildırımın ətrafındakı hava çox qısa bir an üçün 54 min dərəcə Selsiyə qədər qıza bilər. Əlbəttə ki, bu cür istiləşmə yalnız böyük miqdarda enerji istifadə etməklə mümkündür. Beləliklə, ildırım enerjisinin qalanını saxlaya bilsək belə, səylərimizin bəhrəsini almaq üçün kifayət qədər enerji əldə etmək mümkün olmayacaq.

Elm adamları ildırımın saxlanması üzərində işləməyə davam edir və ildırımı Fransada istehsal olunan basketbol meydançası ölçüsündə bir kondansatordə saxlamağa çalışıblar. Amma nəticə belə oldu ki, kondansator yararsız hala düşüb.

Bəlkə gələcəkdə  bir gün ildırım enerjisindən istifadə etmək reallığa çevrilə bilər. Məsələn XX əsrdə ixtira olunan texnologiyalara XlX əsrdə yaşayan insan gözü ilə baxılsaydı bu texnologiyalar bir xəyal kimi görünərdi.  Bəlkə bir gün bunun da mümkünsüz olduğunu bilməyən biri tapılar və  üzərində çalışıraq  mümkünsüzü reallığa çevirər.

Seyran Əliyev

Комментариев нет:

Отправить комментарий