Səhifələr

суббота, 6 июля 2024 г.

Sianometr

 Sianometr

Sianometr 18-ci əsrdə səmanın maviliyini ölçmək üçün hazırlanmış bir cihazdır. Bu sadə cihaz 1789-cu ildə isveçrəli fizik Horace-Benedict de Saussure və alman təbiətşünası Alexander Von Humboldt tərəfindən icad edilmişdir. 




Sianometrin tarixi səyahətinə başlamazdan əvvəl günəş işığı ilə səmanın rəngi arasındakı əlaqəni nəzərdən keçirək. Yerə ağ olaraq əks olunan, lakin əslində çoxlu rənglər ehtiva edən günəş işığı atmosferə çatdıqda çoxlu hissəciklərlə toqquşaraq səpələnir. Səpilmə miqdarı işığın dalğa uzunluğu ilə müəyyən edilir. Dalğa uzunluğu qısaldıqca səpilmə miqdarı da artır. Günəş səmada ən yüksək nöqtəyə çatdıqda, günəşdən gələn qısa dalğalı mavi işıq uzun dalğalı rənglərdən daha çox səpələnir. Beləliklə, yerdən baxanda göy mavi görünür.

Alpinizimə marağı olan Saussure

dağa qalxma zamanı səmanın mavilik dərəcələrini nömrələmək üçün  mavinin müxtəlif çalarlarına boyanmış kağız parçalarından istifadə edirdi. Beləliklə, o, səmanın rənginin hər tonunu müxtəlif rəqəmlərlə təsvir etmişdir. Bu rəqəmlərə əsaslanaraq o, 1790-cı ildə siyanometrin ilk versiyasını hazırlayıb. Saussure və  Humboldt təcrübələrində  53 xananın hər birində mavinin ardıcıl tonları olan dairəvi massivlərdən istifadə edərək siyanometrəni ixtira etdilər.

Sianometrədən bu gün dünyanın hava çirkliliyi xəritəsini hazrılamaq üçün də istifadə edilir.


Комментариев нет:

Отправить комментарий