Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

четверг, 11 июля 2024 г.

Qütb parıltısı

 Qütb parıltısı

Günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların Yerin maqnit sahəsinə daxil olması nəticəsində Qütb parıltısı yaranır. Yeri


n maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin (F=qvBsinx) təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və “həyəcanlanır”. Bunun nəticəsində də qütb parıltısı əmələ gəlir.

Günəş küləyinin (Günəşdən püskürülən elementar zərrəciklər) maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Günəşdən püskürülən  hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur.


Günəşdən püskürülən bu hissəciklərin tərkibində helium və digər elementlər var. Qütb parıltısı və ya Aurora qütb bölgəsində görünən, dünyanın maqnit sahəsi ilə Günəşdən gələn yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində əmələ gələn təbii işıqlardır. Şimaldakına Aurora Borealis, Cənubda formalaşana isə Aurora Australis adı verilib. Aurora sözü Roma şəfəq tanrısının adından gəlir. Borealis isə 1621-ci ildə Pierre Gassendi tərəfindən Yunanıstanın şimal küləyinə verilən addır. 60-72 dərəcə  şimal və cənub paralelləri arasında görünür. Görünmə ehtimalı şimal maqnit qütbünə yaxınlaşdıqca artır. Uzaqdan şimal qütbünü yaşılımtıl bir parlaq işığa boyayır. 


Yaşıl rəng Auroraların ən məşhur rəngidir. Çox yüksəklərdə olan Auroralar qırmızı və çəhrayı da ola bilir. Atmosferin 100 ilə 1000 km aralığında meydana gəlir və atmosfer boyunca 1000-lərlə km üfüqi uzunluğa sahib ola bilir. Əsas mənbəyi Yer kürəsindən keçən Günəş fırtınaları və Günəş küləyi kimi plazmalardır (ionlaşmış qazlar).


Auroraların rəngli olmasının səbəbi nədir?

Atmosferimiz əsasən oksigen və azot atomlarından ibarətdir. Günəşdən gələn yüklənmiş hissəciklərin toqquşacağı atom və molekullara görə, auroralda fərqli rənglər müşahidə edilir. Eyni zamanda, hündürlük auroraların rənginin dəyişməsinə səbəb olur. Oksigen atomundan əmələ gələn enerji miqdarından asılı olaraq 240 km qədər yaşıl, bundan hündür də qırmızı rəngdə olur. Azot atomuna görə isə 90 km yüksəkliyə qədər mavi, bundan hündür isə qırmızı işıq müşahidə edilir.

Auroralar yalnız Yer kürəsində deyil  Günəş sistemində yer alan bir çox planetdə aşkar edilmişdir. Həm Yupiter, həm də Saturn, Dünyadan daha güclü maqnit sahələrinə sahibdirlər və iki böyük radiasiya kəməri də Habl Kosmos Teleskopu tərəfindən və iki planetdə açıq aydın görünür. Uran və Neptunda da auroralar müşahidə edilir. 


Комментариев нет:

Отправить комментарий