Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

Fizika Şeirləri

Daşı suya atanda

Niye suda batır o?
Ağaç qabigi isə
Uzur suyu səthində

 İzah hardadır harda?
Arximed qanununda.

Borunun dar hissəsində
Maye süretlə axir.
Geniş yerində isə
Maye çox yavaş axir
Izah hardadır harda?
Bernulli qanununda.

Güzgudeki əşyalar 
olduğu tək görünür
Isıq düşərkən ona
dəyişmədən qayıdır
Izah hardadır harda?
Qayıtma qanununda.

Butun düşən əşyalar
Niye məhz yerə düşür
Fəzaya ya boşluğa
Uçmur yaxud da qalxmır?
Izah hardadır harda?
Cazibə qanununda.

Evlərdə naqillərdən
Cərəyan axan zaman
Bəzən qısa qapanma
Eridir naqilləri
Izah hardadir harda?
Coul-Lens qanununda.

Topa zərbəylə vursan
Ayagini agrıdar
Gedib deyib divara
Yene geri qayadar
Izah hardadir harda
Nyuton qanunlarında.

Elektron itirse
Cisim musbet yuklənər
Qebul etdikde isə
Mütləq mənfi yuklənər.
Bu yuklər bir birini 
Ya cəzb ya da dəf edər
Izah hardadır harda? 
Kulon qanununda.

Təbiət və aləmin
Bütün proseslərini
Yaradan tabe edib
Fiziki qanunlara
Gelin,biz de ey dostlar,
Oyrənək fizikanı
Bəlkə  biz də kəşf etdik
Tapılmamış  qanunları.




atom

Gözlə görunməyirsən.

Atom sən çox kiçiksən.

Baxma kiçikliyinə                                   

Nələr vardır nüvəndə,

Dairəvi yörünge.

*****************************************

Müsbət yüklünüvədən
Mənfi   elektrondan
İbarətsən ibarət.

butun maddi varliklar

Yalnız   səndən ibarət.

*****************************************

Hələ danışmamıram

Nüvəndəki sirlərdən

Kvark ve nuklonlardan.

Böyüyəndə bilərik. 

 Dərindən öyrənərik.

*****************************************

Atom bizə çox əzizsən,                  

Demokritin kəşfisən.

Ernesty   Rezerfordun

gezegen modeli

Aydınlığa çıxartdı

Əlaqəli sistemi.

****************************************

Tomson da sınamışdır

Özünü bu aləmdə
O, atomu bənzətmiş           

Üzüm kek modelinə


 Fizika müəllimi Əliyeva Elnarə     


Комментариев нет:

Отправить комментарий