F i Z i K A

Blog üzrə axtar

Fizikanın tədrisində İKT-dən istifadə

Fizikanın tədrisində İKT-dən istifadə


Seyran Əliyev, Lənkəran rayon Boladi kənd 1 ¹-li tam orta məktəbin fizika müəllimi
Seyran Əliyev,
Lənkəran rayon Boladi kənd 1 ¹-li tam orta məktəbin fizika müəllimi
Müasir dövrdə fizka elmi-texniki tərəqqinin aparıcı qüvvəsidir. Buna görə də şagirdlərin orta məktəbdə aldıqları biliklərin fəaliyyət dairəsini maksimal dərəcədə genisləndirməyə ehtiyac vardır. Bu sahədə laboratoriya işlərinə geniş ehtiyac olsa da bir sıra məktəblərdə demək olar ki, laboratoriya avadanliqlari qeyri-işlək vəziyyətdədir. Lakin bilirsiniz ki, artiq bütun məktəblərə kompyuter dəstləri və elektron dərslik verilmişdir. Artiq asağı siniflərdə də informatika dərsinin tədrisi şagirdlərə fizika dərsində elektron dərsliklərindən müstəqil surətdə istifadə etməsini təmin edir. Bu da fizika dərsində şagirdə elektron dərslikdən istifadə etmək qaydasını öyrətmək üçun sərf olunan əlavə vaxt itkisini aradan qaldırır. Özundə laboratoriya işləri ilə yanaşı testlər, fiziki hadisələrin modelləşdirilmiş videogörüntüsü, fizika qanunları və düsturları, eləcədə alimlər haqqında məlumatlari toplayan fizika elektron dərsliyi ilə dərsi çox effektiv şəkildə keçirtmək olar. Elektron dərslik çox mükəmməl hazirlanmisdir. Burada lazımi məlumatı mündəricat və ya sorğu vasitəsi ilə tapib, muxtəlif səsli və yazılı qeydlər edə bilərik. Elektron dərslikdən istifadə qaydasi dərsliyə aid metodik vəsaitdə olduğu üçün bu barədə çox danismaq istəmirəm. Sadəcə bunu əlavə edə bilərəm ki, dərslikdə olan videomaterialları əvvəlcə səssiz rejimdə sagirdlərə nümayiş etdirməklə şagirdlərə videomaterialda hansı fiziki hadisədən, hansi qanunun doğruluğunun yoxlanılmasından və s. bəhs olunduğu haqda sual vermək, bu hadisənin izahını soruşmaq olar. Şagirdlərin cavabından sonra fraqmenti səsli rejimdə təkrar nümayis etdirmək yaxsi olardi.
Təbii ki, multimedia dərslikləri elə hazırlanıb ki, nəzərdə tutulmüş laboratoriya işlərindən əlavə təcrübələr aparmaq mümkün deyil. Dərs zamanı internetdəki fizika resurslarina da müraciət etmək olar. İnternetdə Azərbaycan dilində fizika fənninə aid resurslar azda olsa vardır.
Hər hansı qanunun, eləcədə ixtiyari bir hadisəninn şagirdlər tərəfindən daha aydın qavranılması, müstəqil olaraq virtual təcrübələrin aparılması üçün Crocadil Physics proqramı gözəl bir proqramdır. Proqramda fizikanın “Dinamika”, “Optika” və “Elektrik” bölməsiinə aid təcrübələr aparmaq olar. Bu proqramınn pulsuz versiyasını hər kəs internetdən tapıb yükləyə bilər. Proqramı hazırladığım www.azfizik.narod.ru saytındakı “Fiziklər üçün proqram” bölümündən də yükləyə bilərsiniz (http://azfizik.narod.ru/fiziklr_n_proqram/ . Proqram rar formatında olduğu üçün öncə kompyuterə Winrar proqramı yüklənilməlidir. Proqramla işləməyi öyrənmək üçün saytda videodərslik də yerləşdirilmişdir.)
Crocadil Physics proqramında elektrik bölməsinə baxaq. Nümünə üçün naqillərin paralel birləşməsində dövrənin bütün hissələrində gərginliklərin eyni (U=U1=U2) olduğunu, ümumi cərəyan şiddətinin isə dövrənin budaqlanmış hissələrindəki cərəyan şiddətlərinin cəminə bərabər olmasını (I=I1+I2) yoxlayaq. Proqramı çalışdırdıqdan sonra Toolbars bölümündən düyməsini seçirik. Alətlər panelində elektrik bölməsindəki laboratoriya işlərini aparmaq üçün avadanlıqlarının piktoqramlarını görmüş olarıq.
Təcrübəmiz üçün lazımı avadanlığın üzərində mausun sol düyməsini sıxılı saxlamaqla həmin obyekti işçi səhifəsinə sürüşdürüb gətiririk. Batareykalar, reostat, elektrik açarı və iki elektrik lampasını işçi səhifəyə gətirib, onları naqillərlə şəkildəki kimi birləşdirək. Dovrənin həm umumi, həmdəki budaqlanmış hissələrində olan lampalardakı gərginlik və cərəyan
Şəkil
Şəkil
şiddətlərini ölçmək üçün voltimetr və ampermetr daxil edək. Bu cihazları baş menyudakı Measure menyusundan Ad meters – Ampermetr və Voltmetr menyusundan daxil edə bilərik. Şəkildə olduğu kimi voltmetrlər dövrəyə paralel, ampermetrlər isə ardıcıl qoşulur.
Şəkil
Şəkil
Proqramda artıq naqilləri və detalları düyməsi ilə silə bilərik. Dövrədəki voltmetrlərin və ampermetrlərin göstərişinə əsasən görünür ki, paralel birləşmədə dövrənin bütün hissələrində gərginliklərin qiyməti eyni, ümumi cərəyan şiddəti isə ayrı-ayrı hissələrdəki cərəyan şiddətlərinin cəminə bərabərdir. Reostat vasitəsi ilə cərəyan şiddətini dəyişməklə yuxarıdakı ifadənin doğruluğunu birdaha görmüş oluruq. Bütün bunları şagirdlərə göstərdikdə və ya şagirdlər özləri bu təcrübələri virtual yerinə yetirdikdə bu kimi dərslər onlar tərəfindən daha anlaşıqlı qavranılır.
Crocadil Physics proqramında “Dinamika” bölməsindən də bir təcrübəyə baxaq. Nümünə üçün riyazi rəqqasın hərəkətini izləyək. Bunun üçün Toolbars bölümündən
düyməsini seçirik.
Şəkil
Şəkil
Sonra alətlər panelindən
Şəkil
Şəkil
obyektini işçi sahəyə gətiririk. Alətlər panelində rəqqasin amplitudunun, uzunluğunun və sapdan asılmış kürənin kütləsinin qiyməti verilmişdir.
Şəkil
Şəkil
Bu qiymətləri dəyişmək olur. Riyazi rəqqası tarazlıqdan çıxarıb onun dövretmə periodunu qeyd edirik Sonra yükün kütləsini dəyişmədən sapın uzunluğunu 4 dəfə artırmış olsaq, rəqs periodunun 2 dəfə artdığını görmüş olarıq. Yükün kütləsini dəyişdikdə riyazi rəqqasın periodunun dəyişmədiyini görərik. Beləliklə şagirdlər hadisənin modelini izləyib, ölçmələrdən aldıqları qiymətlərdən öyrənirlər ki riyazi rəqqasın dövretmə periodu yükün kütləsindən asılı olmayıb sapın uzunluğunun kökaltısı ilə düz mütənasibdir.
Laboratoriya işləri və təcrübələri aparmaq üçün www.portal.edu.az saytında olan materiallardan da istifadə etmək olar. Saytın “Fizika” bölümündə olan təcrübələr və testlər çox gözəl hazırlanmışdır. Bu işlər orta məktəb proqramına uyğun olmaqla yanaşı, şagirdlərin yaş həddinə də uyğundur. Həmin təcrübə işləri ilə həm online rejimdə çalışmaqla yanaşı, eyni zamanda öncədən onları kompyuterin yaddaşına yükləyib, sonradan internet olmadan belə çalışdırmaq olur. Saytda aşağıdakı təcrübə işləri vardır:
Cisimlərin elektriklənməsi
Elektrik dövrələri
Ətalət
Maye və qazların genişlənməsi
Müstəvi güzgülər
Səthi gərilmə qüvvəsi
Ümumdünya cazibə qanunu
Xətti harmonik assilyator
Elektrik mühərriyi
Temperatur
Bərabərtəcilli hərəkət
Elektrik sahəsi 
Atmosfer təzyiqi
Temperatur (müəllimlər üçün)
Bərabərtəcilli hərəkət (müəllimlər üçün)
Elektrik sahəsi (müəllimlər üçün)
Atmosfer təzyiqi (müəllimlər üçün)
Elektrik mühərriyi (müəllimlər üçün)
Arximed qanunu
Bernulli qanununun tətbiqi
İnternet resurslarından www.shagird.info saytından da istifadə etmək olar. Saytın “Fizika” bölümündə VII-XI siniflər üçün mövzular üzrə interaktiv testlər yerləşdirilmişdir.
Bəzən İnternetdə Azərbaycan dilində resursların az olduğundan gileylənirik.
Halbuku həmin boşluqları biz müəllilər doldurmalıyıq. Bunun üçün hazırladıqımız elektron materialları yerləşdirmək üçün pulsuz domenlərdə sayt və ya bloqlar yaradıb, orda yerləşdirə bilərik. Əgər bu cür saytlar yaratmaq problem yaradırsa, hazırladığınız materialları yuxarıda adı çəkilən saytlara göndərə bilərsiniz.
Təhsil Nazirliyinin xətti ilə orta məktəblərin internetlə təmin olunması müəllim və şagirdlərə geniş imkan açır. Sevindirici haldır ki, artıq bir çox fənnlər üzrə müəllimlər sosial şəbəkələrdə ixtisasları ilə bağlı qruplarda birləşir, mütəmadi olaraq telekonfranslar keçirirlər. Bu qruplarda müəllimlər təcrübələrini və hazırladıqları elektron materialları paylaşır, bir-birilərinə yardımçı olurlar. Bu qruplardan ixtisasıniz üzrə testlər, virtual laboratoriya işləri, təqdimatlar və s götürə bilərsiniz. Belə qruplardan aşağıdakıları göstərmək olar.

https://www.facebook.com/groups/fizikamuellimi/?fref=ts  (Fizika müəllimləri üçün)

www.facebook.com/groups/Fizikamuellimleri/ (Fizika müəllimləri üçün )
www.facebook.com/groups/inf.muallim/ (İnformatika müəllimləri)
www.facebook.com/groups/438756822854995/ (Sinif müəllimləri)
Ümumiyyətlə kompyuter texnologiyasi tədris prosesinin təskili üçün çoxlu yeni imkanlar verir. Belə ki, təkcə elektron dərsliklərlə kifayətlənmək lazim deyil. Məsələn kompyuterin köməyi ilə ən sadə halda POWER POİNT və ya digər qrafika proqramlardan istifadə etməklə müxtəlif fiziki hadisələrin üçölçülü modellərini qurmaq, müxtəlif animasiyalar yaratmaq olar. Bu kimi materiallar sagirdlərə keçdikləri mövzuları mənimsəməyə və bu mövzu barədə duzgun fikir yürütməyə böyük kömək edir. “PowerPoint” proqraminda “Hyperlink” mənyusundan istifadə etməklə yaratdiğimiz testlərə interaktivlik vermək olarki, sagird seçdiyi cavabı vurduqda monitora cavabin səhf və ya düzgün olduğu barədə informasiya çıxsın. Bunun üçün POWER POİNT proqramında ayrılıqda iki fayl yaradırıq. Faylın birində “Cavab doğrudur!”, digərində isə “Cavab səhfdir!” slaydı yaradıb, onlara animasiya və səs effektləri veririk. Sonra proqramda yeni bir fayl açıb diaqramlar daxilində testlər hazırlayırıq. Səhf cavablar – ayrı-ayrılıqda seçib, “Hyperlink” (Qipersılka) menyusundan istifadə etməklə “cavab səhfdir” faylı ilə bağlantı qururuq. Eyni qayda ilə testlərin düzgün cavablarınada “Cavab düzdür” faylı ilə bağlantı qururuq. Beləliklə şagird cavabi seçdikdə ekrana cavabın səhf və ya doğru olması barədə məlumat çıxır.
Bu isə qısa müddət ərzində sagirdin özü-özünü çoxlu suallarla yoxlaması deməkdir.
Gəlin etiraf ədək ki, ənənəvi dərsdən fərqli olaraq, interaktiv metodla və kompyuter texnologiyasi ilə keçilən dərs şagirdlər üçun də maraqlıdır. Bu vasitələrdən istifadə etməklə sagirdlərdə bu fənnə böyük maraq oyatmaq olar.

Комментариев нет:

Отправить комментарий