Daxili yanma mühərriki — ardıcıl olaraq yanacağın yanmasından alınan enerjini mexaniki enerjiyə çevirən qurğudur. Yanacaq xaricində baş verən mühərriklər (məsələn buxar maşını, stiril mühərrik və b.) buraya aid deyildirlər. Qaz turbinləri isə daxili yanma mühərriki sayılır. Daxili yanma mühərrikləri (DYM) avtomobillərdə,qatarlarda, hava nəqliyyatında, gəmilərdə və stasionar maşınlarda tətbiq edilirlər.
Daxili yanma mühərrikində ümumi olaraq hava-yanacaq qarışı kamerada alovlandırılır və yandırlır. Yanacaq zamanı ayrılan istiliyin nəticəsində kamerada olan qazın genişlənməsi silindrdə olan porşeni və ya turbinin pərini itələyir. Vankel mühərrikində porşenlər ardıcıl olaraq işləyirlər. Daxili yanma mühərriklərinin çoxunda Otto və Dizel prinsiplərindən istifadə edilir.
Bu proses aşağıdakı addımlardan ibarətdir:
![]() |
4-Gedişli Otto mühərrikinin işləmə prinsipi |
2-ci gediş: Sıxma (Yanacaq qarşığı sıxılır. Ventillərin ikisi də bağlı olur. Porşen aşağıya hərəkət edərək yanacaq-hava qarışığını sıxır. Porşen aşağı nöqtədən yuxarıya hərəkət edir. Bu nöqtəyə bir az qalmış yanacağa od vurulur. Bu Otto mühərriklərində kənar alışqanın hesabına, Dizel mühərriklərində isə öz-özünə avtomatik olaraq yerinə yetirilir.
3-ci gediş: İşləmə (Yanacaq qarşığı yanır və porşen itələnir). Ventillər bağlı qalır.Temperaturun qalxması və qazın həcminin genişlənməsi nəticəsində kamerada təzyiq artır. Bu porşeni aşağı ölü nöqtəsinə qədər itələyir. Bu zaman porşen ilə şatunla əlqədə olan dirsəkli val hərəkətə gəlir və irəli-geri hərəkət fırlanma hərəkətinə çevrilir.
4-ci gediş:xaricetmə (Yanmış qazın xaric edilməsi). Çıxış ventil açılır və yuxarıya (ölü nöqtəsinə)hərəkət edən porşen kamerada əmələ gəlmiş qazı xaricə itələyir. Qaz xüsusi borularda təmizlənərək ətraf mühitə ötürülür.
Sonuncu gedişlə bərabər olaraq kameraya yeni yanacaq sorulur və proses təkrarlanır. Yanancaq qarşığının sıxılması kimyəvi enerjinin mexaniki enerjiyə çevrilməsinə xidmət edir.
İki cür DYM mövcuddur. Onların iş tsiklləri bir-birindən fərqlənirlər. İki gedişli mühərriklərdə qazın sorulması və xarici və həmçinin sıxma və yanma prosesləri parallel baş verir. Burada da yuxarıda qeyd olunan tsiklin bütün mərhələləri baş verir. Sadəcə olaraq onlar 2 gedişli mühərrikdə kombinasiya olunublar. Onun üçün tam iş tsikli üçün 4 yox 2 gediş tələb olunur. Bu mühərriklərdə sorma və yanacaq qarşığının sıxılması mühərrikdən kənarda baş verir (çox vaxt dirsəkli valın alt hissəsində). Bu konstruksiyalarda dirsəkli val yalnız bir dəfə dönür. Qaz dəyişilməsi açıq halda baş verdiyindən, yanmış qazla təzə qazın nisbi qarışması baş verir.
1.Termodinamiki xüsussiyətinə görə
- -Dizel mühərriki.
-Otto mühərriki. - 2. İş üsuluna görə
- -İki gedişli,
- -Dörd gedişli.
- 3. Hərəkət formasına görə:-Porşenli mühərrik (dirsəkli val, qol və porşenin kombinasiyası)
- -Fırlanan porşenli mühərrik (məs. Vankel və ya sferik mühərrik),
- -Xətti porşenli mühərrik,
2-Gedişli mühərrikin
iş prinsipi- -Mederer-mühərriki (porşen qol ilə birlikdə hazırlanır).
- 4.Silindrlərin sayına və quruluşuna görə
- - Bir silindrli (1),
- - Ardıcıl silindrli (2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12, 14, 16),
- -U formalı (4, 12, 16),
- -V formalı (2, 4, 6, 8, 10, 12, 16, 20, 24),
- -VR formalı (5, 6, 8, 12, 16),
- -W-mühərriki (3, 8, 12, 16, 18, 24),
- -Y-mühərriki (3, 6, 12, 18, 24),
- -H-mühərriki (16, 24, 40),
- -X-mühərriki (16, 24),
- -Boks formalı (2, 4, 6, 8, 12),
- -Ulduz formalı (3, 5, 7, 9, 11),
- 5.Alışdırma üsuluna görə
- -xaricidən alışdırma,
- -daxildən alışdırma,
- -öz-özünə alışdırma.
Tarixinə dair Lenoarın qaz mühərriki, 1860

Dizel mühərriki
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.