F i Z i K A

Blog üzrə axtar

Müəllimlər üçün

Kurikulum Onlayn İmtahan (1) üçün daxil ol  (Müəllif Orxan Məmmədov)

Kurikulum Onlayn Test (2) üçün daxil ol (Müəllif Orxan Məmmədov)

Kurikulum sualları və cavablar  Yüklə






1. Təhsil islahatı neçənci illəri əhatə edir?a) 1999—2007 b) 2001—2011d) 1999—2013c) 1999—20092. Kurrikulum nədir?a) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusub) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.c) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusud) Təlim metodu, forma və vasitələrin məcmusu3. Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?a) tələbyönümlükb) nəticəyönümlükc) subyektivlikd) şəxsiyyətyönümlük4. İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?a) 10 b) 9c) 11 d) 12
5. Kurrikulumlarda fənnin məzmunu necə verilmişdir?a) bacarıqlar şəklində ifadə edilən təlim nəticələri- standartlar formasındab) qimətləndirmə standartları şəklində ifadə edilən təlim nəticələri- standartlar formasındac) biliklər şəklində ifadə edilən təlim nəticələri — standartlar formasındad) oyun və fəaliyyət şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
6. Kurrikulumda məzmun standartı nədir?a. şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.b. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidirc. təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidird. yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir
7. Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?a. əsas standartın tərkib hissəsi olub ona xidmət edirb. təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verirc. təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirird. təhsil pillələri üzrə dəyişməz qalır
8. 4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?a) deklorativ bilik bilik – idraki fəaliyyət b) kontekstual bilik – psixomator fəaliyyətc) prosedural bilik – idraki fəaliyyət d) deklorativ və kontekstual bilik
9. Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?a) Qiymətləndirmə standartları b) Fənnin məqsədləri c) Valideynin arzusud) Fənnin məqsəd və vəzifələri
10. Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?a) Fənnin təliminə verilən əsas tələblərb) Təlimin təşkilində istifadə olunan forma və üsullarc) Fənn üzrə təlimin planlaşdırılmasıd) Kurrikulum islahatının mərhələləri
11. Təlim üsullarını seçin1. Müzakirə 2. Qeyri —standart dərs 3. Beyin həmləsi 4. Kiçik qruplarla iş 5. Venn diaqramı 6. Debatlar7. Dərs oyuna) 1,3,5,6 b)1, 2,4,6 c) 1, 4,5, 7 d) 3,4,5,6
12) Təhsildə qiymətləndirmə nədir?a) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsib) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.c) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.d) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir
13. Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?a) diaqnostik qiymətləndirmə b) formativ qiymətləndirməc) summativ qiymətləndirmə d) milli qiymətləndirmə
14. Summatıv qiymətləndirmə nə vaxt aparılmır?a) yarımilin sonunda b) dərs ilinin əvvəlindəc) ayın sonunda d) bölmə başa çatdıqda
15. Qiymətləndirmə standartları nədir?a. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin nailiyyət səviyyəsinə qoyulan tələb.b. tədris ilinin sonunda şagirdlərin nailiyyət səviyyəsinə və məktəbin fəaliyyətinə qoyulan dövlət tələbidir.c. təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.d. Şagird və müəllimlərin bilik və bacarıqlarına qoyulan tələb
16. Qiymətləndirmə standartları sxem üzrə neçə səviyyədə hazırlanır?a) 3 b) 5 c) 4 d) 2
17. Tədris prosesinin sonunda bütün səviyyələr üzrə sualların bölgüsü necə olmalıdır?
a) 1-ci səviyyə üzrə suallar 20%2-ci səviyyə üzrə suallar 30%3-cü səviyyə üzrə suallar 30%4-cü səviyyə üzrə suallar 20%
b) 1-ci səviyyə üzrə suallar 20%2-ci səviyyə üzrə suallar 20%3-cü səviyyə üzrə suallar 30%4-cü səviyyə üzrə suallar 20%5-ci səviyyə üzrə suallar 10%
c) 1-ci səviyyə üzrə suallar 30%2-ci səviyyə üzrə suallar 30%3-cü səviyyə üzrə suallar 30%4-cü səviyyə üzrə suallar 10%
d) 1-ci səviyyə üzrə suallar 30%2-ci səviyyə üzrə suallar 20%3-cü səviyyə üzrə suallar 30%4-cü səviyyə üzrə suallar 20%
18. Qeyd olunan bəndlərdən hansı qiymətləndirmə standartıdır?a) 3.4.1.Q1.Borc analayışını izah etməyi bacarır.b) 3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.c) 3.3.2. Dinlər haqqında ilkin təsəv¬vürlərini sadə şəkildə izah edir.d) 3.2.2. Mənəviyyata zidd xüsu¬¬siyyətlərə(yalançılıq, paxıllıq, xəbərçilik) münasibət bildirir.
19. Test nümunələri nəyin əsasında hazırlanır?a) Əsas standartların b) Qiymətləndirmə standartlarının c) Alt standartlarınd) Əsas və alt standartların
20. “Beyin həmləsi” nədir?a) İş üsulu b) Dərs forması c) Təlim üsulu d) Dərs nümunəsi1 — d2 – b3 – c4 – c5 – a6 – c7 – d8 – a9 – c10 – d11 – a12 – b13 — d14 – b15 – c16 – c17 – a18 – a19 – b20 – c

Suallar
1. Kurikulum nədir?
a) planlaşdırma 
b) konseptual sənəd 
c) standart 
d) qiymətləndirmə
2. Aşağıdakı anlayışlardan hansı fənn kurikulumuna aid deyil?
a) məzmun standartı 
b) məzmun xətti 
c) ümumi təlim nəticələri 
d) həftəlik dərs saatlarının miqdarı
3. Aşağıdakılardan hansı fənn kurikulumlarının səciyyəvi cəhətidir? 
a) bilikyönümlüdür 
b) nəticəyönümlüdür 
c) müəllimyönümlüdür 
d) fənyönümlüdür
4. Bunlardan biri əsas qiymətləndirmə növünə aid deyil ? 
a) diaqnostik 
b) rüblük 
c) formativ 
d) summativ
5. Aşağıdakılardan hansı biliyin kateqoriyasına aiddir?
a) psixomotor
b) deklarativ
c) idraki
d) ünsiyyət
6. Kurikuluma nə daxil deyil?
a) təlim strategiyaları
b) məzmun standartları
c) təhsil qanunu
d) qiymətləndirmə mexanizmləri
7. Məzmun standartı neçə hissədən ibarətdir?
a) 2 b) 1 c) 3 d) 5
8. "Tələbyönümlülük” deyəndə nə nəzərdə tutulur?
a) məktəbin tələbatının nəzərə alınması.
b) fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
c) şagirdin tələbatının nəzərə alınması.
d) məktəbin və ailənin tələbatının nəzərə alınması.
9. Aşağıdakılardan hansı təlimin təşkilinə verilən tələblərə daxil deyil?
a) dəstəkləyici mühitin yaradılması
b) fəaliyyətin stimullaşdırılması
c) təlimdə bərabər imkanların yaradılması
d) bilikyönümlülük
10. Neçə təlim forması var?
a) 8 b) 5 c)4 d) 14
11. Aşağıdakılardan hansı iş forması deyil?
a) cütlərlə b) fərdi c) müzakirə d) kollektiv
12. Aşağıdakılardan hansı iş üsuludur?
a) klaster, müzakirə
b) qruplarla, müsahibə
c) bibö, cütlərlə
d) cütlərlə, fərdi
13. Planlaşdırmanın neçə növü var?
a) 1 b) 3 c)2 d) 6
14. Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?
a) aylıq b) illik c) rüblük d) gündəlik
15. Perspektiv planlaşdırma aparmaq üçün müəllim hansı bacarıqlara malik olmalıdır?
1. Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3. İnteqrasiya imkanlarını müəyyən etmək.
4. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək.
a) 2, 3, 4 b) 1, 2, 3 c) 1,3, 4 d) 1, 2, 4
16. Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına daxil deyil?
a) xronoloji
b) sadədən mürəkkəbə
c) şeirlərin ardıcıllığı.
d) məntiqi ardıcılllıq
17. Aşağıdakılardan hansı ənənəvi qiymətləndirmə sisteminə aiddir?
a) cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.
b) qiymətləndirməşagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu.
c) şagirdin nailiyyəti (qazanılan dəyərər) qiymətləndirilir, inkişafı sistemli şəklidə izlənilir.
d) cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.
18. Məktəbdaxili qiymətləndirmənin neçə növü var?
a) 2 b) 4 c) 5 d) 3
19.Diaqnostik qiymətləndirmə hansı məqsədlə aparılır? 
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə 
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə 
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə
20. Formativ qiymətləndirmə hansı məqsədlə aparılır? 
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə . 
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə 
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə
21. Summativ qiymətləndirmə hansı məqsədlə aparılır 
a) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə 
b) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə 
c) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə
22. Summativ qiymətləndirmə hansı mərhələdə aparılır
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda). 
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq 
c) summativ qiymətləndirmə bölmə və bəhslərin, yarımilin sonunda
23. Formativ qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda) 
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq 
c) kiçik summativ qiymətləndirmə bölmə və bəhslərin, yarımilin sonunda
24 Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
a) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda) 
b) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq 
c) bölmə və bəhslərin, yarımilin sonunda
25 Diaqnostik qiymətləndirmədə istifadə olunan metod və vasitələr? 
a) müşahidə, şagirdlərin şifahi cavabları , şagirdlərin yazı işlərinin təhlili , test tapşırıqlarının nəticələri 
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
26 Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır? 
a) müşahidə, şagirdlərin şifahi cavabları ,şagirdlərin yazı işlərinin təhlili , test tapşırıqlarının nəticələri 
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
27 Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır? 
a) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri 
b) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq
c) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
28) Qiymətləndirmə standartları neçə səviyyədə müəyyən olunur?
a) 3 b) 6 c) 6 d) 4
29) Aşağıdakılardan hansı təlim üsuludur?
a) qiymətləndirmə b) kompetensiya c) yazı işləri d) müzakirə
30) İllik planlaşdırmaya hansı daxil deyil?
a) standartlar b) inteqrasiya c) motivasiya d) resurslarjh31) Aşağıdakılardan hansı iş formasıdır?
a) müzakirə b) cütlərlə c) söz assosiasiyası d) debat
32 Summativ qiymətləndirmə tapşırıqları hazırlanan zaman sualların çətinlik dərəcəsi necə paylaşdırırlır?
a) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 40% təşkil edir.
b) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 60%, çətin səviyyəli suallar 20% təşkil edir.
c) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 20% təşkil edir.
d) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 20%, çətin səviyyəli suallar 40% təşkil edir.


1-b 2-d 3-b 4b 5b 6c 7a 8b 9d 10c 11c 12a 13c 14b 15b 16c 18d 19a 20b 21c 22c 24b 25b 26a 27c 28a 30c 31b 32a

VAQİF MAHMUDOV. AMİ

VARİANT 1
1. “NƏTİCƏYÖNÜMLÜLÜK” DEDİKDƏ KURIKULUMDA NƏ NƏZƏRDƏ TUTULUR?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
B) Fəaliyyətin təhsilalanın potensial imkanlarının inkişafına yönəldilməsi
C) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması
D) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi
E) Təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsi
2. AŞAĞIDAKILARDAN BİRİ ƏSAS STANDARTIN FUNKSİYASIDIR:
A) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir
B) Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir
C) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
D) Təlim üsullarının seçilməsini təmin edir.E) Təlimdə inteqrativliyi təmin edir
3. MƏZMUN XƏTTİI NƏDİR?
A) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir
B) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
C) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir
D) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
E) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
4. BİRİ FƏNN KURİKULUMUNUN STRUKTURUNA AİD DEYİL:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Təlim strategiyaları
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
D) Təhsilin məzmunu
E) Məzmun standartlarının şərhi
5. DEKLARATİV BİLİK NƏDİR?
A) Fənn üzrə məlumat xarakterli biliklərdir
B) Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir
C) İdrak prosesinin gedişatına kömək edən biliklərdir
D) Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir
E) Yalnız İKT-dən istifadə etməklə əldə olunan biliklərdir
6. İDRAK TAKSONOMİYASI ÜZRƏ SƏVİYYƏ VƏ TƏLİM NƏTİCƏLƏRİNİ UYĞUNLAŞDIRIN:
1. Bilik a) dəyişir,nümayiş etdirir
2. Anlama b) müəyyən edir,sadalayır
3. Tətbiqetmə c) fərqləndirir,izah edir
4. Analiz d) ayırır, müəyyən edir
A) 1-b, 2-c, 3-a, 4-d
B) 1-c, 2-b,3-d,4-a
C) 1-b,2-c,3-d,4-a
D) 1-b,2-d,3-a,4-c
E) 1-b, 2-c, 3-d, 4-a
7. MÜƏLLİMİN İNNOVATİV FƏALİYYƏTİNƏ AİD DEYİL:
A) İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir
B) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir
C) Pedaqoji prosesə yeni yanaşmalar əsasında səmərəli təlim üsulları yaradır
D) İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir
E) Təlim proresində şagirdə obyekt kimi yanaşır
8. ŞAGİRDLƏRDƏ MƏNƏVİ TƏRBİYƏNİN ƏSAS METODU:
A) Danlamaq
B) Tapşırıq vermək
C) İnandırmaq
D) Cəzalandırmaq
E) Bütün cavablar doğrudur
9. DƏRSİN CARİ PLANLAŞDIRILMASINDA NƏZƏRDƏ TUTULMUR:
A) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuların müəyyənləşdirməsi
B) Dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrinin müəyyənləşdirilməsi
C) Dərsin icmalının hazırlanması
D) Tapşırıqların dərsin təlim nəticələri ilə uyğunlaşdırılması
E) İş vərəqlərinin hazırlanması
10. PERSPEKTİV PLANLAŞDIRMA HANSI MÜDDƏTİ ƏHATƏ EDİR?
A) Aylıq
B) İllik
C) Gündəlik
D) Yarımillik
E) Həftəlik
11. TƏLİM STRATEGİYALARINA AİDDİR:
A) Resurslar, qiymətləndirmə standartları, tədris vahidləri
B) Təlim fəaliyyətinin planlaşdırılması, ümumi təlim nəticələri, şagird nailiyyətləri
C) Təlimin təşkilinə verilən əsas tələblər, təlim fəaliyyətinin planlaşdırılması,forma və üsullar
D) Təlim fəaliyyətinin planlaşdırılması, qiymətləndirmə standartları
E) Resurslar, təlim fəaliyyətinin planlaşdırılması, ümumi təlim nəticələri
12. BİRİ FƏAL TƏLİMİN MƏRHƏLƏSİ DEYİL:
A) Tədqiqatın aparılması
B) Motivasiya
C) Məlumat mübadiləsi
D) Yaradıcı tətbiqetmə
E) Tədqiqat sualının verilməsi
13. FƏAL TƏLİMİN REALLAŞDIRILMASI MEXANİZMİNƏ AİD DEYİL:
A) Şagird- tədqiqatçı, müəllim – fasilitator, bələdçi
B) Problem situasiyanın yaradılması
C) Təlim məqsədinin düzgün müəyyənləşdirilməsi
D) Dialoqun və əməkdaşlığın zəruriliyi
E) Psixoloji dəstək: hörmət və etibar
14. VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN XÜSUSİYYƏTİDİR:
A) Problemin həlli prosesində biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi
B) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
C) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması.
D) Monoloji təlim
E) Hafizəyə əsaslanan təlim
15. AŞAĞIDAKILARDAN HANSI İŞ FORMASIDIR? 
A) Müzakirə 
B) Cütlərlə iş 
C) Söz assosiasiyası 
D) Debat
E) Beyin həmləsi
16. FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİNİN DÜZGÜN ARDICILLIĞINI MÜƏYYƏN EDİN:
1. Motivasiya
2. Qiymətləndirmə
3. Məlumat mübadiləsi
4. Tədqiqatın aparılması
5. Ümumiləşdirmə və nəticələrin çıxarılması
6. Məlumatın müzakirəsi
7. Yaradıcı tətbiqetmə
A) 1,2,4,3,6,7,5
B)1,4,3,5,7,6,2
C) 1,4,3,6,5,7,2
D) 1,2,6,3,5,4,7,2
E) 1,3,4,2,5,7,6
17. DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏNİN ƏSAS MƏQSƏDİ NƏDƏN İBARƏTDİR?
A) Təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıqlarının səviyyəsinin üzə çıxarılmasını təmin etmək
B) Şagirdlərin özünüqiymətləndirmə bacarığını inkşaf etdirmək
C) Tədris ilinin sonunda şagirdlərin nailiyyətlərini qiymətləndirmək
D) Şagirdlərin müvəffəqiyyəti barədə valideynləri məlumatlandırmaq
E) Şagirdlərin tədris vahidinin sonunda əldə etdikləri bilik və bacarıqların hansı səviyyədə olduğunu yoxlamaq
18. MÜASİR QİYMƏTLƏNDİRMƏYƏ AİD EDİLƏ BİLMƏZ:
A) Şagirdlərin yarımillik qiymətlərinin çıxarılmasında formativ qiymətləndirmə əsas rol oynayır
B) Qiymətləndirmə tədris prosesinin bütün mərhələlərində tətbiq edilir
C) Qiymətləndirmə təhsil keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır
D) Məzmun standartlarının reallaşdırılma səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilir
E) Şagirdin nailiyyətləri qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir
19. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİ KİM TƏRƏFİNDƏN HAZIRLANIR?
A) Məktəb direktoru
B) Direktor müavini
C) Fənn müəllimi
D) Xüsusi komissiya
E) Fənn üzrə metodist
20. BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ TƏDRİS İLİNİN HANSI MƏRHƏLƏSİNDƏ APARILIR?
A) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə təlimin istənilən mərhələsində
B) Bəhs və ya bölmənin sonunda fənni tədris edən müəllim tərəfindən aparılır
C) Yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır
D) Dərs ilinin əvvəlindən başlayaraq gündəlik
E) Təlim prosesisinin əvvəlində
VAQİF MAHMUDOV. AMİ
MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.
VARİANT 2
1. “ŞƏXSİYYƏTYÖNÜMLÜLÜK” DEDİKDƏ KURİKULUMDA NƏ NƏZƏRDƏ TUTULUR?
A) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi
B) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
C) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
E) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi
2. AŞAĞIDAKILARDAN BİRİ KURİKULUMUN ƏSAS XÜSUSİYYƏTLƏRİNƏ AİDDİR:
A) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır
B) Təklifyönümlüdür
C) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir
D) Müəllimyönümlüdür
E) Bilikyönümlüdür
3. VERİLƏNLƏRDƏN ALT – STANDARTIN FUNKSİYALARINI SEÇİN:
1.Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
2.Təhsil strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır
3.Təlimdə inteqrativliyi təmin edir
4.Bütün növ qiymətləndirmənin aparılmasını təmin edir
5.Təlimin məzmununun davamlı inkişafını təmin edir
A) 1,3,4 
B) 1,2,5 
C) 2,4,5 
D) 1,2,3 
E) 1,3,5
4. FƏNN KURİKULUMUNA AİD DEYİL:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Ümumi təhsilin məzmunu
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
D) Məzmun xətləri
E) Məzmun standartlarına verilən şərhlər
5. TAKSONOMİYALAR TƏLİM PROSESİNDƏ HANSI İMKANLARI YARADIR?
1.Təlim məqsədlərini düzgün müəyyənləşdirmək
2. Dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirmək
3. Qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək
4. Şagirdlərin fəaliyyətini stimullaşdırmaq
A) 1,2 B) 1,3 C) 1,4 D) 3,4 E) 2,4
6. BİLİK KATEQORİYASINA AİD OLANI SEÇİN.
A) Psixomotor
B) Deklarativ
C) İdraki
D) Ünsiyyət
E) Emosional-affektiv
7. MÜƏLLİMİN VƏZİFƏLƏRİNƏ AİD DEYİL:
A) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
B) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək
C) Pedaqoji etika və əxlaq normalarına riayət etmək
D) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq
E) Dərslik və dərs vəsaitləri hazırlamaq
8. MÜƏLLİMİN İNNOVATİV FƏALİYYƏTİNƏ AİD OLMAYANLARI GÖSTƏRİN:
1. İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir
2. Yeni təlim üsulları yaradır
3. Təlim proresində şagirdə obyekt kimi yanaşır
4. İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir
5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox məlumat verməyə çalışır
A) 4,5 B) 1,3,5 C) 1,2 D) 1,2,4 E) 3,5
9. PEDAQOJİ TEXNOLOGİYA: 
A) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
B) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
C) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu
D) Bütün cavablar doğrudur
E) Düzgün cavab yoxdur
10. PERSPEKTİV PLANLAŞDIRMAYA AİDDİR:
A) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək
B) Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
C) Dərsin icmalını hazırlamaq
D) Tapşırıqları dərsin təlim nəticələri ilə uyğunlaşdırmaq
E) İş vərəqləri hazırlamaq
11. PROBLEM SİTUASİYANIN YARADILMASI ZAMANI BURAXILAN SƏHVİ GÖSTƏRİN:
A) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur
B) Problemin həlli müxtəlif fərziyyələr yaradır
C) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
D) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
E) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır
12. VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN XÜSUSİYYƏTİ DEYİL:
A) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
B) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
C) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi
D) Dialoji təlimə üstünlük verilməsi
E) Təfəkkürə əsaslanması
13. TƏQDİM EDİLMİŞ QAYDALARDAN BİRİ İŞ VƏRƏQLƏRİNƏ VERİLƏN TƏLƏBLƏRƏ UYĞUN DEYİL:
A) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır
B) Cəlbedici məzmunu və tərtibatı olmalıdır
C) Coxlu tapşırıqlar əks olunmalıdır
D) Dərsin məqsədinə uyğun olmalıdır
E) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır
14. REFLEKSİYA MƏRHƏLƏSİ NƏYƏ XİDMƏT EDİR?
A) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
B) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
C) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
D) Əldə olunmuş biliklərin müzakirəsinə
E) Tədqiqatın nəticələrini müzakirə etməyə
15. NƏYƏ GÖRƏ MOTİVASİYA DÜŞÜNDÜRÜCÜ VƏ MƏQSƏDƏUYĞUN OLMALIDIR? 
1. Tədqiqatı dərsin nəticələrinə istiqamətləndirir.
2. 45 dəqiqə ərzində dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirməyə imkan yaradır.
3. Dərsi maraqlı edir, dərs vaxtında qurtarır.
4. Şagirdlərdə idrak fəallığı oyadır.
A) 1,2 B) 2,3 C) 1,4 D) 3,4 E) 2,4
16. BİRİ FASİLİTASİYA QAYDALARINA AİD DEYİL:
A) Fəaliyyətin stimullaşdırılması
B) Psixoloji dəstək
C) Məlumatla təminetmə
D) Təşkilati dəstək
E) Motivasiyanın düzgün qurulması
17. SUMMATİV QİYMƏTLƏNDİRMƏ HANSI MƏQSƏDLƏ APARILIR?
A) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
B) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə
C) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə
D) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə
E) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
18. MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏNİN NÖVLƏRİ:
A) Yarımillik, illik, diaqnostik
B) Diaqnostik, formativ, summativ
C) Formativ, şifahi, praktik
D) Diaqnostik, formativ, illik
E) Yarımillik, illik, summativ
19. DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ HANSI MƏRHƏLƏDƏ APARILIR? 
A) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
B) Hər ayın əvvəlində.
C) Bölmə və bəhslərin, yarımilin sonunda.
D) Təhsil səviyyələrini başa vurarkən.
E) Tədris ilinin sonunda.
20. BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN (BSQ) XÜSUSİYYƏTLƏRİNİ SEÇİN:
1. Bəhs və ya bölmənin sonunda keçirilir.
2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır.
3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir.
4. Yarımilin sonunda keçirilir.
5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.
A) 1,3,5 B) 2,4,5 C) 1,2,3 D)1,3,4 E) 2,3,4
VAQİF MAHMUDOV. AMİ
MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.
VARİANT 3
1. “TƏLƏBYÖNÜMLÜLÜK” DEYƏNDƏ KURİKULUMDA NƏ NƏZƏRDƏ TUTULUR? 
A) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə xidmət etməsi
B) Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi
C) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
D) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan tələblər
E) Təhsilin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsi
2. AŞAĞIDAKILARDAN BİRİ KURİKULUMUN ƏSAS XÜSUSİYYƏTLƏRİNƏ AİD DEYİL
A) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimi qəbul olunub.
B) Təklifyönümlüdür.
C) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib.
D) Şagirdyönümlüdür.
E) Tələbyönümlüdür.
3. MƏZMUN XƏTTİ NƏDİR?
A) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir
B) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
C) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir
D) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
E)Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
4. TƏHSİL STANDARTI NƏDİR?
A) Təhsilalanların bilik və bacarıqları məcmusudur
B) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir
C) Təlim nailiyyətlərinin konkret bir səviyyəsidir
D) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarı
E) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur
5. MÜƏLLİMİN HÜQUQLARINA AİD DEYİL:
A) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək
B) İxtisasını artırmaq və təkmilləşdirmək
C) Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək
D) Pedaqoji şuraya rəhbərlik etmək
E) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək
6. AŞAĞIDAKILARDAN BİRİ TƏLİMİN TƏŞKİLİNƏ VERİLƏN TƏLƏBLƏRƏ DAXİL DEYİL:
A) Dəstəkləyici mühitin yaradılması
B) Fəaliyyətin stimullaşdırılması
C) Təlimdə bərabər imkanların yaradılması
D) Summativ qiymətləndirilmənin aparılması
E) İnkişafyönümlülük
7. PEDAQOJİ DİAQNOSTİKA:
A) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir
B) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür.
C) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir
D) Pedaqoji prosesin fasiləsizliyidir
E) Pedaqoji prosesin idarə edilməsidir
8. MÜƏLLİMLƏRİN İNNOVATİV FƏALİYYƏTİNİN NƏTİCƏSİNƏ AİD OLANLARI GÖSTƏRİN:
1. Təhsilin keyfiyyəti yüksəlir
2. Təhsildən yayınma halları artır
3. Təhsil müəssisəsinin nüfuzu artır
4. Şagirdlərin kompetensiyası artır
5.Təhsil müəssisəsində psixoloji iqlim pisləşir
A) 2,3,5 B) 1,3,5 C) 1,2,3 D) 1,3,4 E) 2,3,4
9. İDRAK TAKSONOMİYASININ MƏRHƏLƏLƏRİ ƏKS OLUNMUŞ CƏRGƏNİ MÜƏYYƏN EDİN.
A) Məqbul saymaq, bilmək, anlamaq, hazır olmaq, tətbiq etmək
B) Hiss etmək, hazır olmaq, təqlid etmək, uyğunlaşmaq
C) Yadda saxlamaq,anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq
D) Bilmək, məqbul saymaq, dəyərləndirmək, təşkil etmək
E) Bilmək, anlamaq, hiss etmək, tətbiq etmək, yaratmaq
10. CARİ PLANLAŞDIRMADA MÜƏLLİMİN BURAXDIĞI SƏHVLƏR HANSILARDIR?
1. Keçiləcək mövzunun müəyyənləşdirilməsinə üstünlük vermək
2. Məzmun standartını müəyyənləşdirmək
3. İnteqrasiya imkanlarını müəyyənləşdirmək
4. Dərsin təlim nəticələrini müəyyənləşdirmək
5. Dərslikdə verilmiş materialı mənimsətmək
.A) 1,2 B) 3,5 C) 1,3 D) 1,5 E) 2,4
11. TƏLİM STRATEGİYALARINA AİD DEYİL:
A) Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
B) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
C) Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
D) Həftəlik dərs saatlarının miqdarı
E) Təlimin təşkilinə verilən tələblər
12. AŞAĞIDAKILARDAN BİRİ FASİLİTASİYA QAYDALARINI POZUR:
A) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir
B) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır
C) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazə verilmir
D) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır
E) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır
13. FƏAL (İNTERAKTİV) TƏLİMİN ƏSAS XÜSUSİYYƏTLƏRİNİ GÖSTƏRİN:
1. Təlimin “subyekt-subyekt” xarakteri daşıması
2. Müəllim əsas bilik mənbəyidir
3. Dərsin tədqiqat şəklində keçirilməsi
4. Tapşırıqların təfəkkürün inkişafına yönəlməsi
5. Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
A) 1, 3, 5 B) 1, 3, 4 C) 2, 4, 5 D) 2, 3, 4 E) 1, 2, 5
14. SADALANANLARDAN BİRİ QRUP İŞİ ZAMANI BURAXILAN SƏHVDİR:
A) Qrupların işini müəyyən etmək və ona nəzarət etmək
B) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyən etmək
C) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmaq
D) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək, lideri təyin etmək
E) Qrup üzvlərinin suallarına cavab vermək
15. HANSI CƏRGƏDƏ SADALANANLARIN HAMISI ÜSUL DEYİL?
A) Kiçık qrupda müzakirə, BİBÖ 
B) Şaxələndirmə, Venn diaqramı
C) Əqli hücum, cütlərlə iş
D) Akvarium, səhnələşdirmə
E) Auksion, BİBÖ
16. HANSI CƏRGƏDƏ MÜASİR QİYMƏTLƏNDİRMƏYƏ AİD OLMAYAN XÜSUSİYYƏT VERİLMİŞDİR?
A) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir.
B) Dərsin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
C) Qiymətləndirmə standartlarına əsaslanır.
D) Şəxsiyyətin inkişafına yönəlmişdir.
E) Keyfiyyət göstəricisini nəzərə alır.
17. SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDLƏRİNI SEÇİN:
1.Müəllimin tədris fəaliyyətini dəyərləndirmək
2. Sinfin ilkin səviyyəsini müəyyənləşdirmək
3. Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək
4. Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək
5. Təlimin hər hansı bir mərhələsində (tədris vahi dinin, yarımilin, tədris ilinin sonunda) şagirdlərin nailiyyətlərini qiymətləndirmək
A) 1,2,3 B) 2,3,5 C) 2,4,5 D) 1,3,5 E) 1,4,5
18. QİYMƏTLƏNDİRMƏ STANDARTLARI NEÇƏ SƏVİYYƏDƏ MÜƏYYƏN OLUNUR?
A) 2 B) 3 C) 4 D) 5 E) 6
19. FORMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDİ:
A) Fənn üzrə şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi
B) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi
C) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
D) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi
E) Bölmə üzrə mövzuların tədrisinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
20. QİYMƏTLƏNDİRMƏ ÜSULU HANSIDIR?
A) Müşahidə vərəqi
B) Özünüqiymətləndirmə vərəqi
C) Şifahi sual-cavab
D) Çalışmalar
Е) Meyar cədvəli
VAQİF MAHMUDOV. AMİ
MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.
VARİANT 4
1. “ŞAGİRDYÖNÜMLÜLÜK” DEDİKDƏ KURİKULUMDA NƏ NƏZƏRDƏ TUTULUR?
A)Təhsil sahəsində fəaliyyətlərin təhsilalanın mənafeyinə, maraq və təlabatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir
B) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
C) Təlim nailiyyətlərinin nəticələr formasında müəyyən edilməsidir
D)Тəhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsidir
E) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır
2. FƏNN KURİKULUMUNDA NƏ ƏKS OLUNUB?
1. Qiymətləndirmə növləri və üsulları
2. Mövzülar
3. Məzmun (fənnin məqsədi, məzmun xətti, standartlar, alt-standartlar)
4. Həftəlik dərs saatlarının miqdarı
5. Təlim strategiyaları
A) 1, 2, 4
B) 1, 3, 5
C) 2, 3, 5
D) 3, 4, 5
E) 2, 4, 5
3. KURİKULUMUN XÜSUSİYYƏTLƏRİNİ GÖSTƏRİN.
1. Şəxsiyyətyönümlü 
2. Nəticəyönümlü 
3. Təklifyönümlü 
4. İnteqrativlik 
5. Tələbyönümlü
6. Fənyönümlü
7. Bilikyönümlü
8. Müəllimyönümlü
A) 1, 3, 4, 7 
B) 2, 5, 6, 8 
C) 1, 2, 4, 5 
D) 2, 3, 4, 5 
E) 1, 2, 3, 4
4. AŞAĞIDAKI FİKİRLƏRDƏN HANSI DOĞRUDUR?
1. Məzmun standartları dərsin məqsədlərinin ifadə formalarından biridir
2. Fənn kurikulumlarında fənnin məzmunu standartlar şəklində ifadə olunur
3. Sinifdən sinfə keçdikcə alt – standartlar dəyişir
4. Hər sinif üzrə məzmun xətləri dəyişmir
A) 3, 4 B) 1, 2 C) 1,3 D) 2,3 E) 2,4
5. BİR ALT-STANDARTI REALLAŞDIRMAQ ÜÇÜN NEÇƏ TƏLİM NƏTİCƏSI MÜƏYYƏNLƏŞDİRMƏK OLAR?
A) Yalnız bir
B) Ən çoxu iki
C) Standart tələb etsə də, yalnız iki- üç
D) Standartın reallaşmasına xidmət edəcək qədər
E) Alt-standart əsasında təlim nəticəsi çıxarılmamalıdır
6. TƏRBİYƏ SİSTEMİNİN KOMPONENTLƏRİNƏ AİDDİR:
A) Tərbiyənin məqsədi
B) Tərbiyənin məzmunu
C) Tərbiyəvi işin forma və üsulları
D) Bütün cavablar doğrudur
E) Düzgün cavab yoxdur
7. MÜƏLLİMİN İNNOVATİV FƏALİYYƏTİNƏ AİD OLANLARI GÖSTƏRİN:
1. İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir
2. Yeni təlim üsulları yaradır
3. Təlim proresində şagirdə obyekt kimi yanaşır
4. İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir
5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox məlumat verməyə çalışır
A) 1,3,4 B) 1,2,5 C) 3,4,5 D) 1,2,4 E) 1,3,5
8. PERSPEKTİV PLANLAŞDIRMAYA HANSI DAXİL DEYİL?
A) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuları müəyyənləşdirmək
B) İnteqrasiya imkanlarını müəyyən etmək
C) Motivasiya yaratmaq
D) Resurslar seçmək
E) Qiymətləndirmə növlərini müəyyənləşdirmək
9. AŞAĞIDA SADALANANLARDAN HANSI DİDAKTİK PRİNSİP DEYİL? 
А) Fasiləsizlik B) Elmilik С) Varislik D) Sistemlilik Е) Şagirdlərin fəallığı
10. TƏLİM STRATEGİYALARINA AİD OLANLARI SEÇİN:
1. Təlim fəaliyyətinin planlaşdırılması
2. Qiymətləndirmə növləri
3. İş formaları
4. Təlimin nəticələri
5. Məzmun standartları
6. Üsullar
A) 1, 3, 4 B) 3, 4, 6 C) 1, 3, 6 D) 2, 3, 5 E) 1, 2, 3
11. FASİLİTASİYA NƏYƏ ƏSASLANIR? BİRİ SƏHVDİR:
A) Müəllim və şagirdlərin birgə əməkdaşlığı
B) Müəllim və şagirdlərin qarşılıqlı hörmət və etibarı
C) Şagirdlərdə öyrənmə motivasiyasının yaradılması
D) Şagirdlərə problemi həll etmək üçün kömək göstərilir və bəzi məqamlarda tapşırıq onların əvəzinə yerinə yetirilir
E) Qapalı suallardan daha çox açıq suallara üstünlük verilir
12. BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN MƏRHƏLƏSİDİR:
A) Qrup işinin təşkili
B) İş vərəqlərinin hazırlanması
C) Məlumat mübadiləsi
D) Veb-resurslardan istifadə
E) Şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması
13. “VENN DİAQRAMI”NDAN NƏ MƏQSƏDLƏ İSTİFADƏ OLUNUR?
A) Çətin vəziyyətlərdə problemin bir neçə həlli yolunu tapmaq üçün
B) Məntiqi təfəkkürü inkişaf etdirmək, səhvləri müəyyən etmək üçün
C) Əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyən etmək üçün
D) Şagirdlərdə əməkdaşlıq bacarıqlarının formalaşdırılması üçün
E) Şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək üçün
14. TƏLİM ZAMANI ÜSULLAR SEÇİLƏRKƏN NƏYİ NƏZƏRƏ ALMAQ LAZIMDIR?
1. Şagirdlərin yaş səviyyəsini
2. Mövzunu
3. Ümumi təlim nəticələrini
4. Dərsin hansı mərhələsində istifadə olunacağını
5. Dərsin gözlənilən təlim nəticələrini
A) 1,4,5 B) 1,3,5 C) 2,4,5 D) 3,4,5 E) 1,2,3
15. BİRİ TƏDRİS RESURSUNA AİD DEYİL:
A) Elektron təlim vasitələri
B) Əyani vəsaitlər
C) Didaktik materiallar
D) Tədris planı
E) Test tapşırıqları
16. BUNLARDAN BİRİ MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏNİN TƏRKİB HİSSƏSİ DEYİL?
A) Diaqnostik qiymətləndirmə
B) Formativ qiymətləndirmə
C) Milli qiymətləndirmə
D) Böyük summativ qiymətləndirmə
E) Kiçik summativ qiymətləndirmə
17. FORMATİV QİYMƏTLƏNDİRMƏ NƏ VAXT APARILIR?
A) Təlim prosesinin əvvəlində
B) Kiçik summativ qiymətləndirmədən əvvəl
C) Dərs ilinin əvvəlindən başlayaraq gündəlik olaraq
D) Hər yarımilliyin sonunda
E) Yalnız tədris ilinin sonunda
18. “PORTFOLİO” NƏDİR?
A) Şagirdin davranışı barədə məlumatlar
B) Şagirdin təlim nailiyyətləri və inkişaf göstəricilərindən, pedaqoji heyətin rəy və tövsiyələrindən ibarət sənədlər toplusu
C) Şagirdin yazı işləri
D) Müəllimlərin şagird haqqında rəyləri
E) Şagirdin sağlamlıq göstəriciləri
19. DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏDƏ İSTIFADƏ OLUNAN VASİTƏLƏR HANSILARDIR? 
A) Müşahidə, şagirdlərin şifahi cavabları
B) Tapşırıqlar, sorğu vərəqi
C) Şifahi təqdimat, testlər
D) Təqdimatlar, müşahidə
E) Müsahibə, şagirdlərin yazı işlərinin təhlili
20. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN (KSQ) XÜSUSİYYƏTLƏRİNİ SEÇİN:
1. Bəhs və ya bölmənin sonunda keçirilir
2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır
3. KSQ bir dərs ərzində keçirilir
4. Yarımilin sonunda keçirilir
5. Yarımillik qiymətə təsir etmir
A) 1,3 B) 2,4,5 C) 1,2,3 D) 3,4 E) 1,5
VAQİF MAHMUDOV. AMİ
MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.


Комментариев нет:

Отправить комментарий