F i Z i K A

Blog üzrə axtar

Cihazlar

Akselerometr - təciliölçən cihaz
Ampermetr - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsiningöstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Areometr - mayelərinsıxlığını təyin edən cihaz.İşləmə prinsipi Arximed qanununa əsaslanır.
Barometr ( civəli barometr) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi Paskalqanununa əsaslanır.
Barometr - aneroid - atmosfertəzyiqini ölçən cihaz. İşprinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır.
Dinamometr - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununaəsaslanır.
Dilatometr - qazların istidən genişlənməsini müşahidəetmək üçündür.
Elektrometr - potensiallarfərqini təyin edən cihaz. İşprinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır.
Elektroskop - cisimlərinyüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinəəsaslanır.
Hiqrometr ( tük ) - nisbirütubəti ölçən cihaz. Rütubətintəsiri ilə tükün uzunluğunun dəyişməsinə əsaslanır.
Hiqrometr ( metal ) - şehnöqtəsinə görə rütubəti ölçən cihaz.İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinəəsaslanır.
Kalorimetr - cisimlərinistilik tutumunu, cismin verdiyi və aldığı istilik miqdarını, maddələrin xüsusiistilik tutumunu təyin edirlər. İşprinsipi istilik proseslərində enerjinin saxlanma qanununa əsaslanır.
Kondensator – Elektrik yüklərini toplamaq üçündür. İşprinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlamasıhadisəsinə əsaslanır.
Lazer ( Optik kvantgeneratoru ) - lazer şüalarını almaq üçünişlədilir. İş prinsipi məcburi şüalanma hadisəsinə əsaslanır. Lazerinişləməsi üçün ən azı 3 enerji səviyyəsi olmalıdır. Lazer böyük gücə malikkoherent şüalanma yaradır. Lazerlərdən metalların qaynaq edilməsində, tibbdəcərrahiyyə əməliyyatlarının aparılmasında, cisimlərin həcmi xəyalını almaq,işıq lokatoru yaratmaq, atom və molekulları həyacanlandırmaq, kimyəvireaksiyaları yaratmaq və s. işlərdə istifadə edilir.
Manometr - qazların ( metal manometr ) vəmayelərin ( mayeli manometr ) təzyiqini ölçür. İş prinsipi Paskal qanununaəsaslanır.
Menzurka , ölçüslindri - maye və bərk cisimlərin həcmini ölçür. İş prinsipi Arximed qanununaəsaslanır.
Ommetr - müqaviməti ölçən cihaz
Ossiloqraf – elektromaqnitrəqslərini müşahidə etmək üçün işlədilir.
Psixrometr – havanınrütubətini ölçür. İş prinsipi quru və nəm ( yaş ) termometrləringöstərişləri fərqinə əsaslanır.
Reostat – dövrədə cərəyanşiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onunuzunluğundan asılı olmasına və Om qanununa əsaslanır.
Spidometr – sürət ölçəncihaz. İş prinsipi maqnit qarşılıqlı təsirinə əsaslanır.
Termometr – temperaturuölçən cihaz. İş prinsipi mayelərin sıxlığının temperaturdan asılı olaraqdəyişməsinə əsaslanır.
Transformator – dəyişəncərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipielektromaqnit induksiya hadisəsinə əsaslanır.
Voltametr – elektrokimyəviekvivalenti təyin edən cihaz
Voltmetr – gərginlik ölçəncihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyiyönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.



Комментариев нет:

Отправить комментарий