Dopler effekti — dalğa uzunluğu və tezliyində baş verən dəyişiklikdir. Bu prinsipi ilk dəfə Avstriya riyaziyyatçısı və fiziki Kristian Dopler 1842-ci ildə aşkar etmişdir.
Dopler effekti özünü həm səs dalğalarında, həm də işıq salğalarında göstərir.
Doppler effektinin mahiyyətini izah edən ən məşhur və sadə nümunə hərəkətsiz müşahidəçiyə sürətlə yaxınlaşıb, onu keçərək uzaqlaşan sirenli avtomobilin səs tezliyində hiss etdiyimiz dəyişiklikdir. Avtomobil yaxınlaşdıqca eşidəcəyiniz səsin tezliyi eyni deyil. Əvvəlcə avtomobil müşahidəçiyə çatdıqda səs daha yüksək tezlikli olacaq. Siren səsinin əsl tezliyini eşidəcək və uzaqlaşdıqca səsin tezliyi azalacaq. Bu Dopler effektidir.

İndi isə Dopler effektini ən maraqlı olan işıq dalğalarında sadə formada izah edək.
Bildiyimiz kimi görünən işıq (məsələn Günəş işığı) 7 fərqli rəngdən ibarətdir. Ən yuxarı sırada dalğa uzunluğu böyük, tezliyi isə kiçik olan qırmızı işıq, ən aşağıda isə dalğa uzunluğu kiçik, tezliyi isə böyük olan bənövşəyi işıqdır. Yəni rəngli işıqların fərqi həmdə onların dalğa uzunluğunda və tezliyindədir. Sarı rəngli İşıq mənbəyi bizdən işıq sürətinə yaxın sürətlə uzaqlaşdıqda biz onu qırmızı rəngdə, bizə yaxınlaşdıqda isə yaşıl rəngdə görmüş olarıq. Məsələn işıq sürətinə yaxın sürətlə işıqfora yaxınlaşdıqda işıqfordakı sarı işığı yaşıl rəngdə görərdik.

Uzaq qalaktikaları müşahidə edərkən qırmızı sürüşmə müşahidə olunur - spektral xətlər spektrin qırmızı tərəfinə sürüşür. Doppler effektindən istifadə edib qırmızı yerdəyişməni izah edərək, nəzəriyyəyə uyğun bir nəticə çıxara bilərik: qalaktikalar bir-birindən uzaqlaşır, Kainat genişlənir.
Seyran Aliyev