F i Z i K A

Blog üzrə axtar

Açıq dərs icmalları



 ________________________________________________________

Mövzu: Arximed qüvvəsi.
Standart: 2.1.1. 2.2.1. 2.2.2. 3.2.2.
Məqsəd: - maye və qaza batırılmış cismə təsir edən qüvvələri fərqləndirir.
- Arximed qüvvəsini izah edir.
- itələyici qüvvənin cismin sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabər olmasının təcrübi olaraq müəyyənləşdirir.
- cismin mayedəki çəkisi ilə havadakı çəkisini müqayisə edir.
İş forması: Qruplarla iş.
İş üsulu: Beyin həmləsi, Karusel, BİBÖ, Venn diaqramı,
Müzakirə.
Resurslar: Dinamometr, içərişində su olan silindrşəkilli qablar,
paralelepiped formalı taxta cisim, tərəzi və çəki daşları, ştativ,
şüşə kürə, hava kamerası, menzurka (spirt, bitki yağı).
Dərsin gedişi.
I Mərhələ: Canlandırma.
Bu mərhələ 3-5 dəqiqə davam edir. Həmin vaxtda şagirdlərin diqqətini cəmləmək, əhval-ruhiyyəni artırmaq, müxtəlif oyun formalarından istifadə etməklə bildiklərini xatırlatmaq (bilmə mərhələsi) məqsədi həyata keçirilir. Mövzuya müvafiq olaraq bir neçə oyun formasını seçmək olar:
I Düşün tap:
1. Lövhəyə aşağıdakı formada tapşırıqlar yazılır (bu əvvəlcədən hazırlanmış ış vərəqləri də ola bilər) mg

                           Радиальная диаграмма
Sual: Dairənin içərisində hansı fiziki kəmiyyət olmalıdır? (Cavab: Qüvvə.)
2. “ Paskal “ - sözündəki həriflər bildiyiniz hansı fiziki kəmiyyətlərə uyğundur? (Cavab: P- təzyiq və ya çəki, a – təcil,

s – yerdəyişmə, k – sərtlik əmsalı,
l - gedilən yolun uzunluğu.)
3. Verilmiş ifadələrdə nöqtələrin yerinə uyğun fiziki kəmiyyətləri yazın:
a= P= ....=mn= (cavab -F, S, N , F ) m F a t
4. Şagirdlərdən 5 – 6 nəfəri əhatə edən qrup yaradılır. Həmin qrup dairəvi şəkildə oturdulur. Şagirdlərdən biri dairənin ortasında dayanır. Müəllim həmin şagirdə bir zərf verir. Zərfin içərisində ixtiyari bir fiziki kəmiyyətin adı yazılmış olur. Zərfi açan həmin şagird kəmiyyətin adını elan edir. ( Qüvvə ) . Sonra hər bir şagird həmin kəmiyyət haqqında bildiyi yalnız bir fikri ifadə edir. Sonra növbəti şagird əvvəlki şagirdin dediyini təkrar etməmək şərti ilə həmin kəmiyyətə müvafiq başqa bir bildiyi məlumatı verir. Bu proses dairənin sonuncu şagirdinə qədər davam edir. Əgər şagirdlərdən biri fikir söyləyə bilməsə dairəni tərk edir. Əgər hansı bir fikir söylənməyibsə onu dairənin ortasında dayanan şagird söyləməli olur. Əks halda oyun baş tutmamış hesab olunur.
Mövzuya müvafiq olaraq bu oyun üçün zərfin içərisində “ qüvvə “ – sözü yazılır.
Cavablar:
- qüvvə cisimlər və ya zərrəciklər arasındakı qarşılıqlı təsirin miqdarı ölçüsüdür.
- qüvvə cismin sürətini dəyişən, ona təcil verən səbəbdir.
- qüvvə cismin hərəkət istiqamətini dəyişən səbəbdir.
- qüvvə cismi deformasiya etdirən səbəbdir.
- qüvvə F hərfi ilə işarə olunur, vektorial kəmiyyətdir.
- qüvvə dinamometrlə ölçülür.
- qüvvənin BS – də vahidi 1 Nyutondur.
- təbiətdə müxtəlif növ qüvvələr mövcuddur.
5. Lövhədə yazılmış “ Famil “ sözündəki hərflərdən hansı düsturları yazmaq olar?
Cavab: F = m.a
Nəzərdə tutulmuş bütün tapşırıqlar şagirdlərin öyrəndikləri fiziki kəmiyyətləri xatırlayıb yada salmağa imkan verir.
II Mərhələ: Motivasiya – Problemin qoyulması
Qruplara Venn diaqramı çəkilmiş iş vərəqləri paylanılır
1-ci qrupa mayelərin xassələri, 2-ci qrupa qazların xassələri, 3-cü qrupa isə maye və qazların oxşar xassələrini qeyd etmək tapşırılır.
Mayelər Qazlar

1.Formasını saxlamırlar
2.Axıcıdırlar
3.Molekulları arasında cazibə zəifdir
4.Hər ikisinin molekulları mütəhərrikdir
5. Üzərlərinə düşən xarici təzyiq hər tərəfə bərabər ötürülür
1. Mayeni bir qabdan başqa qaba axıtmaq mümkündür.
2.Sıxılmır
3. Həcmini saxlayır
4. Molekullar arasında-da itələmə qüvvəsi böyük, cazibə qüvvəsi zəifdir
5.Molekulları sıx və nizamlı düzülür
6.Qabın dibinə və divarlarına təzyiq
müxtəlifdir
7. Müxtəlif səviyyə lərdə təzyiq müx təlifdir. sixliq və h dan asılıdır
1. Qaz molekulları arasındakı məsafə onların xətti ölçülərindən böyükdür.
2.Sıxıla bilir
3.Həcmini, və formasını saxlamır
4.Molekulları arasında itələmə və cazibə qüvvəsi çox zəifdir
6.Molekulları seyrək və nizamsız düzülür
7.Qabın divarlarına eyni təzyiq göstərir


Problemin qoyulması
1. Maye və qazlar onlara batırılmış cismə təsir edirmi? Bu təsirə səbəb nədir? Təsir necə yönəlir?

Problemin həlli üçün belə bir təcrübənin aparılması tapşırılır.
Təcrübə 1. İçərisində su olan silindr formalı qaba paralelepiped formalı taxta parçası salıb əllə onu suya batırın.
Sual: Nə müşahidə etdiniz?
Cavab: Taxta parçası yuxarıya doğru itələndi.
Sual: Taxta parçasının itələnməsinə səbəb nədir?
Problemi həll etmək üçün şagirdlərə köməkçi suallar verilir:
Köməkçi sual: Taxta parçasına(Bu dəfə taxta parçasına iplə yük bağlayırıq ki, suyun ortasında qalsın) suyun içərisində hansı qüvvələr təsir edir.
Cavab: Yanlardan, alt və üst tərəfdən təzyiq qüvvələri təsir edir.
Sual: Bu qüvvələri qrafik təsvir edə bilərsinizmi?
Cavab: Bəli. Qüvvələr qrafik təsvir olunur.
Sual: Qüvvələri müqayisə edə bilərsinizmi?
Cavab: F3 = -F4 ; F2 F1
Sual: Nə üçün tirciyə alt hissədən təsir edən F2 qüvvəsi üst tərəfdən təsir edən F1 qüvvəsindən böyükdür?
Cavab: Çünki yuxarı üzə h1 hündürlüklü maye sütunu, aşağı üzünə h 2 hündürlüklü maye sütunu təzyiq göstərir. h2 h1 olduğundan F2 F1 olur.
Sual: Tirciyə təsir edən əvəzləyici qüvvəni necə hesablamaq olar?
Cavab: Bu qüvvələr əks tərəflərə yönəldikləri üçün əvəzləyici qüvvə onların modulları fərqinə bərabər olacaq.
Müəllim: Şagirdlərdən biri lövhəyə çağırılır və bu qüvvənin hesablanması ona tapşırılır.
Fəv = F2 – F1 = gh . S – gh1 .S = gS.(h2-h1)
h2 – h1 = h qəbul etsək, S . h = V tirciyin həcmini göstərir.
Onda F = alınır. b m V g 
Müəllim: Tirciyə bağlanmış sapı kəsir, tircik mayenin səthinə qalxır.
Sual: Tircik mayedən hansı qüvvənin təsiri ilə itələndi?
Müəllim: Hesabladığımız əvəzləyici qüvvəni itələyici qüvvə adlandırmaq olarmı?
Şagirdlər: Olar.
Müəllim: Bu ifadəni ilk dəfə Arximed müəyyən etdiyi üçün ona Arximed qanunu deyilir.
FA = b m V g 
Problem: Qazlar da içərisində olan cismə təsir edə bilərmi?
Təcrübə 2. Tərəzinin bir qolundan asılmış şüşə kürəni havada müəyyən yüklə tarazlaşdırın. Tərəzini hava kamerasının altına qoyub, havanı sorub çıxarın. ( İcra olunur.)
Sual: Nə müşahidə etdiniz?
Cavab: Tərəzinin tarazlığı pozuldu. Şüşə asılmış qol aşağı endi.
Sual: Nə üçün tərəzinin tarazlığı pozuldu? Bunu necə izah edə bilərsiniz?
Qruplardan müxtəlif cavablar alınır.
Doğru cavab: Havada olduqda şara itələyici qüvvə təsir edirdi. Hava sorulduqdan sonra kürəyə daha itələyici qüvvə təsir etmədiyi üçün öz çəkisinin təsiri ilə aşağı enir.
Nəticə: Deməli qazlarda olan cismə də itələyici qüvvə təsir edir.
Təcrübə 3. İçərisində su, spirt və bitki yağı olan üç şüşə qab götürüb onların içərisinə dinamometr bağlanmış eyni həcmli paralepiped formalı tirciklər salınır.
Sual: Nə müşahidə edirsiniz?
Cavab: Dinamometrlərin göstərişi müxtəlif oldu?
Sual: Dinamometr nəyi göstərir?
Cavab: Mayeyə batırılmış cismə təsir edən əvəzləyici qüvvəni.
Sual: Əvəzləyici qüvvə nəyə bərabərdir?
Cavab: Cismin mayedəki çəkisinə.
Sual: Bu çəkini necə hesablamaq olar?
Cavab: P = P0 – Fit ( P0 – cismin havadakı çəkisidir.)
Sual: Hansı qabda cismin mayedəki çəkisi çox oldu?
Cavab: Spirtdə.
Nəticə: Spirtdə Arximed qüvvəsi az olduğundan çəki P = P0 –          düsturuna əsasən digər qablardakından çox olmuşdur. 
( Arximed qüvvəsi mayenin sıxlığı ilə düz mütənasibdir).
Təcrübə 4. İçərisi su ilə dolu qaba silindr formalı qab salıb, ondan tökülən suyu menzurka ilə ölçün. Onun çəkisini hesablayıb, Arximed qanunu ilə müqayisə edin.
Nəyicə: 1. Mayeyə batırılmış cisim öz həcmi qədər mayeni qabdan sıxışdırıb çıxardı.
2. Sıxışdırılıb çıxarılan suyun çəkisi Arximed qyvvəsinə bərabər oldu. FA = Mm . g
Tədqiqat sualları:
1. Məişətdə itələyici qüvvənin mövcudluğuna misallar göstərin.
2. İxtiyari cismin sıxlığını necə təyin etmək olar?
3. Cisimlərin hansına ən böyük itələmə qüvvəsi təsir edər?
4. Nə üçün suda asanlıqla qaldırdığımız cismi sahildə-havada qaldıra bilmirsiniz?
5. Arximed qüvvəsi hansı kəmiyyətlərdən asılıdır?

Nəticə və ümumiləşdirmə:
1. Maye və qazlara batırılmış cismə itələyici qüvvə təsir edir.
2. Gündəlik həyatımızda, məişətimizdə bu qüvvənin mövcudluğunu müşahidə edirik.

Məs:.. Suda üzərkən, suyun içərisində cisimləri qaldırarkən, içərisinə müxtəlif qaz doldurulmuş şarların uçmasını müşahidə edərkən və s.
3. Həcmi böyük olan çismə təsir edən itələyici qüvvə böyükdür.
4. Arximed qüvvəsinin yaranmasına səbəb maye və ya qaz tərəfindən cismə təsir edən təzyiq qüvvələrinin fərqidir.
5. Arximed qüvvəsi mayenin sıxlığından və cismin batan hissəsinin həcmindən, eləcə də cismin sıxlığından asılıdır.

Fn = =    gV
6. Cismin mayedəki çəkisi onun havadakı çəkisindən az olur.
7. Mayeyə batırılmış cisim öz həcmi qədər mayeni sıxışdırıb çıxarır.
8. Mayedə cismə təsir edən Arximed qüvvəsi cismin sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabərdir.
9. Cismin mayedəki çəkisi havadakı çəkisindən az olduğu üçün onu mayedə qaldırmaq havaya nisbətən asan olur.
10. Arximed qüvvəsini öyrənməklə cismin üzmə şərtləri aşkara çıxarılır, gəmilərin üzməsi və havada uçmanın səbəbləri izah olunur, cisimlərin sıxlığı təyin edilir.

Qiymətləndirmə: Biliklər şagirdlərin özlərinin iştirakı ilə qiymətləndirilir.






__________________________________________________________

Sinif: VIII.
Standartlar: 1.1.1.İstilik və elektromaqnit hadisələrinin baş vermə səbəblərini şəhr edir.
1.1.2. İstilik və elektromaqnit hadisələrinə aid məsələlər qurur və həll edir.
Mövzu: “İstilik miqdarı, xüsusi istilik tutumu.”
Məqsəd: Dərsin sonunda şagird:
1. İstilik hadisələrinə dair bilik və bacarıqlarını nümayiş etdirir.
2. İstilik hadisələrini və onların baş vermə səbəblərini şəhr edir, istilik hadisələrinə dair məsələlər qurur və həll edir.
3. İstilik hadisələrinə aid təcrübələr qoyur, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
4. Istilik texnikasının iş prinsipini izah edir və onun yaranmasında fizika elminin rolunu dəyərləndirir.
İnteqrasiya: K.1.2.1.
İş forması: Qruplarla iş, fərdi iş.
İş üsulu: Müzakirə, müsahibə, BİBÖ, Ziq-Zaq.
Resurslar: Dərslik, “Fizika” elektron dərs vəsaiti, qruplar üzrə iş vərəqləri, slaydlar şəklində hazırlanmış elektron vəsait, təcrübə aparmaq üçün müxtəlif avadanlıqlar.
Dərsin gedişi:
Şagirdlər 3 qrupa bölünür. Qrupların adları mövzuya uygun seçilir.
Kompüter və proyektor vasitəsilə əvvəlcə fəndaxili əlaqə yaratmaq məqsədilə “Elektron” dərs vəsaitindən istilik verməklə cismin daxilində molekullar arasında qarşılıqlı təsirin və molekulların sürətlərinin dəyişməsi təcrübəsi göstərilir. (Daxili enerjinin dəyişməsi)
Sonra mövzüya uyğun qurdugum motivasiyanı ekranda təqdim edirəm.
Motivasiya.
202

Tədqiqat sualları:
1. Su və spirtə verilən istilik miqdarlarının müxtəlıf olması nədən asılıdır?
2. Mayeləri qızdırmaq üçün verilən istilik miqdarı niyə fərqlənir?
3. Cisim qızarkən aldığı istilik miqdarı temperaturdan necə asılıdır?
Hər qrupa iş vərəqlərində bir tədqiqat sualı verilir, qruplar ekranda gördükləri haqqında təsəvvürlərini qeyd edirlər və təqdim edirlər.
Müzakirədən sonra qrupların fikirləri ümumiləşdirilir və hazır çəkilmiş BİBÖ cədvəlinin birinci hissəsində qeyd edilir:
214

Şagirdlərə istilik miqdarı və onun vahidi, hansı cihazla ölçülürsə, məlumat verirəm. Şagirdlərin fikirlərində qeyd etdikləri kimi izah edirəm ki, istilik miqdarının cismin maddəsinin növündən asılı olduğu kəmiyyət xüsusi istilik tutumudur. Xüsusi istilik tutumunun və cismim istilik tutumunun tərifləri, vahidlərini, nədən asılı olduğunu bildirirəm.
Q=cm(t2-t1),
222

BİBÖ cədvəlinin ikinci hissəsini şagirdlərdən müsahibə ilə soruşaraq doldururuq.
232

Hər qrupa ayrı-ayrı təcrübələr aparmaq tapşırılır:
1-ci qrup stəkanda isti suyun içərisinə soyuq alüminium qaşıq salaraq qaşığın qızdıgını, suyun isə şoyuduğunu müşahidə edir.
241
2-ci qrup bu təcrübəni taxta qaşıqla aparır.
251

3-cü qrup temperaturları və kütlələri məlum olan isti su ilə soyuq suyu qarışdıraraq yekun temperaturu ölçür. Qruplarin fikirləri müzakirə olunur.
Nəticələr çıxarılır.
İstilik mübadiləsi zamanı, isti cismin verdiyi istilik miqdarı soyuq cismim aldığı istilik miqdarına bərabərdir.
262

İstilik miqdarını ölçən cihaz-kalorimetr haqqinda, kalorimetrin işləmə qaydası, nədən ibarət olduğu haqqında məlumat verilir. Kompyuter vasitəsilə cihaz nümayiş etdirilir.
272

Qrupların bir-birinə suallar verməsini tapşırıram. Bu zaman Ziq-Zaq üsulundan istifadə edilir.
Qpuplara iş vərəqlərində tapşırıqlar verilir. İş vərəqləri həm də ekranda göstərilir.
282

I qrup üçun iş vərəqi:
1. Şəkildə üç cismin temperaturunun aldığı istilik miqdarından asılılıq 3 qrafiki verilmişdir. Cisimlərin xüsuci istilik tutumların müqayisə edin.
291

İstilik miqdarı hansı cihazla ölçülür?
a) kalorimetr b) termometr c) manometr d) dinamometr.
II qrup üçün iş vərəqi:
1. Aşağıdakı fikirlərdən hansılar doğrudur?
1. Cismin istilik tutumu temperaturundan asılıdır.
2. Cismin istilik tutumu kütləsindən asılıdır.
3.Cismin istilik tutumu onun maddəsinin növündən asılıdır.
4.Cismin istilik tutumunun vahidi 1 c /.kq- dır
a) 1, 3 b) 1,4 c) 2, 3 d) 2, 4 .
2. Kütləsi məlum olan cismin xüsusi istilik tutumunu tapmaq üçün hansı cihazlardan istifadə etmək olar?
1. termometr 2. manometr 3. kalorimetr 4. saniyəölçən 5.xətkeş
a) 1, 5 b) 1, 3 c) 3,5 d) 2, 4
III qrup üçün iş vərəqi:
1. Aşağıdakı fikirlərdən hansılar doğrudur.
1. İstilik həmişə soyuq cisimdən isti cisimə verilir.
2. Istilik həmışə isti cisimdən soyuq cisimə verilir.
3. İstilik miqdarı vektorial kəmiyyətdir.
4. İstilik miqdarının vahidi 1C-dur.
a) 2, 3,4 b) 1,3, 5 c) 2, 4 d) 1, 4.
2. Aşağıdakı qrafiklərdən hansı xüsusi istilik tutumunun cismin kütləsindən asılılıq qrafikinə uygundur?
312

Şagirdlər iş vərəqlərini təqdim edirlər. Müzakirədən sonra nəticə çıxarılır və həm qrupları, həm də ayrı-ayrı şagirdləri qiymətləndirirəm. Qiymətləndirmə vərəqini əvvəlcədən cədvəl şəklində çəkirəm. Fərqlənən qruplar və şagirdlər alqışlanır.
Qiymətləndirmə:
321

Şagirdlərə ev tapşırıgı kimi öyrəndiklərini möhkəmlətmək məqsədi ilə təcrübələri təkrarlamaq, mövzuya uyğun sözlərdən istifadə edərək (kalorimetr, tutum, termometr, Coul, klaqram, temperatur, konveksiya və s.) krossvord qurmaq və iş vərəqlərində testlər tərtib etmək tapşırılır.
Diləfuruz Baxşəlıyeva
Advertisements

Комментариев нет:

Отправить комментарий