Rəqs konturunda enerjinin çevrilməsi
Rəqs konturun tam elektromaqnit enerjisi elektrik və maqnit sahəsinin enerjilərinin cəminə bərabərdir:
W = Wel + Wmaq.
Tam elektromaqnit enerji, elektrik sahəsinin və maqnit sahəsinin enerjilərinin maksimal qiymətinə bərabərdir:
Kondensatorun yükü və sarğacdakı cərəyan şiddəti dəyişdiyinə görə, konturdakı elektrik və maqnit sahələrinin enerjisi də dəyişir.
Rəqs konturun elektrik sahəsinin enerjisi:
Rəqs konturunun maqnit sahəsinin enerjisi:
Elektrik sahəsinin və maqnit sahəsinin enerjisinin zamandan asılılıq qrafiki:
Harmonik rəqslərində elektrik sahəsinin enerjisinin maqnit sahəsinin enerjisindən asılılığı sonrakı ifadə ilə müəyyən olunur:
Wel = W – Wmaq.
Wel. elektrik sahəsinin enerjisinin Wmaq maqnit sahəsinin enerjisindən asılılıq qrafiki.
Maqnit sahəsinin enerjisinin maksimal qiyməti və elektrik sahəsinin maksimal qiyməti rəqs konturunun tam elektromaqnit enerjisinə bərabərdir:
Wel.max = Wmaq.max = W.
A nöqtəsinə uyğun elektrik və maqnit sahələrinin cəmi tam elektromaqnit enerjiyə bərabərdir:
Wel + Wmaq = W.
Enerji itkisi olmayan ideal rəqs konturunda yaranan tam elektromaqnit enerjisi zamandan asılı deyil və zamandan asılı olan kəmiyyətlərdən asılı deyil:
W(t) = const.
Tam elektromaqnit enerji kondensatorun yükünün ani qiymətindən asılı deyil
W(q) = const,
ona görə ki, bu kəmiyyət zamandan asılıdır q = qmax ∙ cos ωt.
Konturun tam elektromaqnit enerjisi maqnit sahəsinin enerjisinin ani qiymətindən asılı deyil
W(Wmaq) = const.
Məlum olduğu kimi, maqnit sahəsinin enerjisi də zamana görə dəyişən kəmiyyətdir
Elektromaqnit rəqslərini ossilloqrafın köməyi ilə müşahidə etmək mümkündür.
Комментариев нет:
Отправить комментарий