Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

суббота, 6 июля 2024 г.

Bu gün Yer Günəşdən ən uzaq məsafədə yerləşəcək

 Bu gün Yer Günəşdən ən uzaq məsafədə yerləşəcək


Yer Günəş ətrafında çevrə üzrə deyil, elleps üzrə hərəkət edir. Buna görədə Yerlə Günəş arasında məsafə dəyişkəndir və orta qiymət olaraq təqribən 150 milyon kilometrdir.

Yerin Günəşdən ən uzaq nöqtəsi Afeli, ən yaxın nöqtəsi isə Periheli adlanır.

Bu gün (06.07.2023) maraqlı bir astronomik hadisə müşahidə ediləcək. Yer öz orbitinin Günəşdən ən uzaq nöqtəsi olan afellidən keçəcək.


Panetimiz iyulun 6-da afeliyə çatacaq. Bu anda Yer Günəşdən 152 094 000 kilometr məsafədə olacaq.


Bu gün 2023-cü ildə Günəşin ən kiçik diskini, cəmi 31 dəqiqə 31 saniyə qövsünü müşahidə etmək mümkün olacaq. Afelidə Yer Günəşdən təxminən 152 milyon kilometr uzaqda olacaq ki, bu da orbitin Günəşə ən yaxın nöqtəsi olan perihellidən 5 milyon kilometr uzaqdadır.

 Bəzən insanlar yay fəslində Yerin Günəşə daha yaxın olduğunu, qışda isə uzaq olduğunu düşünürlərki, bu yanlışdır. Əslində bu tam əksinədir. Günəşin Yeri qızdırması məsafədən daha çox şüalarının düşmə bucağından asılıdır. 

İnsanlar arasında yayılmış daha bir yanlış fikir var ki, Günəş ilə Yer arasındakı məsafə bir neçə metr də  uzaq olacağı təqdirdə Yerin donacağını və ya yaxın olacağı təqdirdə Yerdə  istədən hər şeyin əriyəcəyi fikri də yanlışdır. Qeyd etdiyimiz kimi Yerin qış duruşu ilə yay duruşu arasındakı məsagələr fərqı 5 milyon kilometrdir. Bu qədər məsafə fərqi Yerdə yay və qışdakı tempraturlar fərqi qədər dəyişiklik yaradır ki, bunun da əsas səbəbi

Günəş şüalarının düşmə bucağının dəyişməsidir.

Afelli və Periheli arasındakı günəş diskinin ölçüsündə fərq olduqca nəzərə çarpır. Ancaq bu dəyişiklik yarım il ərzində rəvan şəkildə baş verir, buna görə də insan gözü bu fərqi çətinliklə hiss edir. Disk ölçüsündə nisbi dəyişiklik yalnız 3 faiz olacaq.




"Afeli" sözü yunan mənşəlidir (yunanca "apo" - uzaq və "helios" - Günəş sözlərindəndir) və hərfi mənada "Günəşdən uzaqda" deməkdir. Afeli Günəş sistemindəki bir planetin orbitində günəşdən ən uzaq olan nöqtədir.

Seyran Əliyev

Комментариев нет:

Отправить комментарий