Yerdəyişmə. Yol
Cismin başlanğıc və son vəziyyətlərini birləşdirən istiqamətlənmiş düz xətt parçasına yerdəyişmə deyilir.
Yerdəyişmə
- vektorial kəmiyyətdir: həm ədədi qiymətə həm də ki istiqamətə malikdir.- əsasən

- ölçü vahidi:
[s]= 1 m.
- ölçü cihazı: xətkeş və ya ölçü lenti.Cismin hərəkəti zamanı cızdığı xəttə trayektoriya deyilir. Trayektoriyanın uzunluğu yol adlanır.
Yol
- skalyar kəmiyyətdir: yalnız ədədi qiymətə malikdir.- əsasən s və ya l hərfi ilə işarə olunur.
- ölçü vahidi
[s]=1 m.
- ölçü cihazı: xətkeş və ya ölçü lenti.Yolun və yerdəyişmənin bir birindən fərqli olan xassələri.
- Yol – skalyar, yerdəyişmə isə vektorial kəmiyyətdir.- Hərəkət zamanı yerdəyişmə sıfıra bərabər ola bilər, lakin yol həmişə sıfırdan fərqlidir. Əgər cisim hərəkətə başladığı nöqtəyə qayıdırsa, onda yerdəyişmə sıfıra bərabər olur:

- Hərəkət zamanı yerdəyişmənin modulu yoldan böyük ola bilməz:

Əgər cismin hərəkəti bir düz xətt üzrə eyni istiqamətdədirsə, onda yerdəyişmənin modulu yola bərabərdir
.
Tutaq ki А(х0,у0) nöqtəsi – cismin başlanğıc kordinatları, В(х,у) nöqtəsi isə cismin son kordinatları.
Onda:
- cismin yerdəyişməsi:

- cismin yerdəyişməsinin Ox oxuna proyeksiyası:
sx=x–x0.
- cismin yerdəyişməsinin Oy oxuna proyeksiyası:
sy=y–y0.
- cismin son koordinatları:
- yerdəyişmənin modulu:
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.