Seyran Heydər oğlu Əliyev
Seyran Heydər oğlu Əliyev 1978-ci il yanvarın 10-da Lənkəran rayon Boladi kəndində anadan olmuşdur. 1995-ci il də Lənkəran rayon Boladi kənd 2 saylı orta məktəbini bitirərək M.Ə.Rəsulzadə adina Bakı Dövlət Universitetinin “Fizika” fakultəsinə qəbul olunmuşdur. 1999- cu ildə M.Ə.Rəsulzadə adina Bakı Dövlət Universitetinin “Fizika” fakultəsini bitirmişdir. 1999-cu ildə Bakı İxtiraçılar və Səmərələşdiricilər məktəbində Kompyuter kursunu bitirərək mütəxəssis diplomuna layiq görülmüşdür. 1999-cu ildən təyinat ilə Lənkəran rayon Boladi kənd 1 saylı tam orta məktəbində Fizika müəllimi kimi fəaliyyətə başlamışdır. 1999-2001 ci illerdə Ağdam döyüş bölgəsində yerləşən N saylı hərbi hissəsində Leytnant rutbəsi ilə hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra əvvəlki iş yerinə bərpa olunmuşdur. 2008 ci il dekabr ayında İNTEL GƏLƏCƏK UÇÜN TƏHSİL kursunu keçərək treninqçi statusunu almışdır. 2009-cu il yanvarayından Boladi kənd 1 saylı tam orta məktəbində İNTEL GƏLƏCƏK UÇÜNTƏHSİL treninqini keçirir. 2012-ci ildə Lənkəran rayon Fizika-Riyaziyyatfənni üzrə “Dayaq məntəqəsinin” rəhbəri seçilmişdir. 2012 -ci il də AMİ-də Öyrədənlər öyrədəni kursunu keçərək “Öyrədənlərıin öyrədilməsi”sertifikatını almışdır. 2012-ci ildə “Ən yaxşı videoresursların hazırlanması” müsabiqəsində 1-ci yeri tutduğuna görə Təhsil Nazirliyində Diplomla təltif olunmuşdur. 2013-cü ildə Təhsil problemləri qəzetində “ Fizikanın tədrisində İKT-dən istifadə” mövzusunda məqaləsi dərc olunmuşdur. 2013-cü ildə Vergilər Nazirliyi ilə Təhsil nazirliyinin birgə keçirtdiyi Vergi dostları lahiyəsinin iştirakçısı və “Vergi dostları”şəbəkəsinin üzvüdür. 20013-cü ildə Kurikulum kursunu keçərək kursun I dərəcə Sertifikatını almışdır. 2014 cü ildə “Ulu zirvə” qəzeti tərəfindən Fəxri diploma layiq görülmüşdür. 2015-ci il dekabr ayında keçirilən V ''Elektron Təhsil'' Respublika müsabiqəsi ''Müəllimlərin Bloqları'' nominasıyasında fərqlənməyə görə diplomuna layiq görülmüşdür. 2016-ci ildə VII ''Elektron Təhsil'' Respublika müsabiqəsində 'Təhsilə ən yaxşı İnternet resursu'' nominasıyasında II Yeri qazanmışır. 2017-ci ildə STEM müəllimi sertifikatı almışdır. 2019-cu ildə Sabahın alimləri lX Respublika müsabiqəsinin iştirakçı sertifikatını qazanmışdır. 2020-ci ildə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsildə inkişaf və innovasiyalar üzrə lV qrant müsabiqəsi» qalibi olmuşdur.
Ehtiyatda olan zabitdir. Hal-hazirda Lənkəran rayon Boladi kənd 1saylı tam orta məktəbində və Kaspi Hazırlıq Kursunda Fizika müəllimi işləyir.
Hazırladığı sayt və electron resurslar
azfizik.blogspot.com (Fizika-informatika haqqında)
www.azfizik.narod.ru (Fizika-informatika haqqında)
www.seyranfizik.narod.ru (Fizika haqqında)
boladimektebi.blogspot.com (Boladi 1 saylı məktəbin bloqu)
www.boladim.narod.ru (Lənkəran r/n Boladi kəndi haqqında)
E-mail : seyranaliyev@mail.ru
![]() |
İntel Gələcək üçün Təhsil kursunun Sertifikatı |
![]() |
Öyrədənlərin öyrədəni kursunun Sertifikatı |
Azərbaycan Müəllimlər İnistitundan
Lənkəran Təhsil Şöbəsinə təşəkkür məktubu
![]() |
STEM müəllimi sertifikatı |
![]() |
STEM müsabiqəsi iştirakçısı sertifikatı Sabahın alimləri lX Respublika müsabiqəsi |
x
Hiç yorum yok:
Yorum Gönderme