Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

вторник, 22 февраля 2022 г.

Sönən rəqslər. Məcburi rəqslər. Rezonans

 Sönən rəqslər

Həqiqi rəqs sistemlərində sürtünmə və müqavimət qüvvələrinin təsiri rəqslərin tam mexaniki enerjinin azalmasına səbəb olur. Rəqslər sönür. Rəqsin amplitudu sabit qalmır – azalır. 

Məcburi rəqslər

Rəqslərin sönməsinin qarşısını almaq üçün rəqqasa kənardan enerji verilməlidir. Bundan ötrü rəqqasa kənardan təsir edən periodik dəyişən qüvvə lazımdır. Məcburedici qüvvənin təsiri altında baş verən rəqslərə məcburi rəqslər deyilir. 

Məcburi rəqslərin tezliyi məcburedici qüvvənin tezliyinə bərabərdir.

Əgər məcburedici qüvvənin təsiri dayanıbsa, onda rəqqas yenidən özünün (məxsusi) tezliyi ilə rəqs edəcək. 

Əgər məcburi rəqslərin tezliyi məxsusi tezliyə bərabər olarsa onda rezonans yaranır. 

Məcburi rəqslərin tezliyi məxsusi tezliyə bərabər olan anda rəqslərin amplitudunun kəskin artmasına rezonans deyilir. 




Müəllif: 

Səs dalğaları

 Səs

Mühitdə yayılan ixtiyari mexaniki dalğalara səs deyilir. İnsan hiss edən səs dalğaları 16 Hs-dən 20 kHs-ə qədərdir. Bu diapazondan aşağıda ν<16 Hs – infrasəs, yuxarıda ν > 20 kHs – ultrasəsdir. 

Səsin xarakteristikaları

Səsin əsas xarakteristikaları - səsin gurluğu və tonudur. 

Səsin gurluğu 

  • Səs dalğasındakı təzyiqin amplitudu ilə müəyyən olunur.
  • Ölçü vahidi desibeldir (dB). Belə ki, 0 dB ­– eşitmə imkanının aşağı həddi, 10 dB – saatın çıqqıltısı, 50 dB – adi söhbət, 80 dB – qışqırtı, 130 dB – eşitmə imkanının yuxarı həddi – ağrıdıcı təsir. 

Harmonik rəqs edən cismin buraxdığı səs (kamerton və ya sim) – ton adlanır. Tonun yüksəkliyi səsin rəqs tezliyi ilə müəyyən olunur: tezliyi böyük olan səsin tonu yüksək olur.

Səsin mühitdə sürəti yalnız mühitin xassələrindən asılıdır. Mayelərdə səsin sürəti havada nisbətən kiçik, bərk cisimlərdə isə mayelərə nisbətən böyük olur. 

Misal üçün, 

  • 0°C-də səsin havada sürəti təqribən 340 
  • Səsin suda süəti 1500 
  • Səsin poladda sürəti 5000 

Səs lokasiyası

Səsin maneələrdən əks olunmasına əks-səda deyilir. 

Səs dalğaları vasitəsi ilə maneələrin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsi üsulu – səs lokasiyası adlanır. 

Səs lokasiyasının əsas mərhələləri

-  Vibrator səsi buraxır;
-  Səs müxtəlif istiqamətlərə yayılır, o cümlədən maneə olan tərəfə;
-  Səs maneədən əks olunur və qayıdır;
-  Səs qəbuledicisi ilə qayıdan səs qəbul olunur. 

Səsin maneəyə qədər və maneədən qəbulediciyə qədər ümumi yayıldığı məsafə s = 2r -dir:

s = υt   

2r = υt  

  •  – səs lokasiyası düsturu.



Müəllif: 

Mexaniki rəqslərin sürəti və təcili

 Mexaniki rəqslərin sürəti və təcili

F= –kx qüvvəsinin təsiri altında baş verən rəqslərə harmonik rəqlər deyilir. Harmonik rəqs edən cismin yerdəyişməsi, sürəti və təcili sinus və ya kosinus qanunu ilə dəyişir. 

Tutaq ki, cismin koordinatı kosinus qanunu ilə dəyişir x=xm∙cos ωt. 


-  А, С və Е nöqtələri amplitud vəziyyətinə uyğundur: 
 В və Д nöqtələri tarazlıq vəziyyətinə uyğundur: 

А nötəsindən В nöqtəsinə və С nöqtəsindən Д nöqtəsinə qədər: 

azalan təcillə yeyinləşən hərəkət.

В nötəsindən С nöqtəsinə və Д nöqtəsindən Е nöqtəsinə qədər: 

 ⇒ artan təcillə yavaşıyan hərəkət.

Cismin sürəti koordinatın birinci törəməsinə brabərdir:

Burada υ= x∙ ω – sürətin maksimal qiymətidir. 

Təcil sürətin birinci törəməsinə bərabərdir:

           Burada amm∙ω – təcilin maksimal qiymətidir.

Sürətin maksimal qiymətinin düsturları:

Təcilin maksimal qiymətinin düsturları:

υm=ω∙xm düsturunu am=ω∙υm düsturunda yerinə qoyaraq alırıq:

a= ω ∙ ω ∙ xm  

a= ω2 ∙ xm



Müəllif: 

Mexaniki rəqslər

 Rəqslər

Müəyyən zaman fəasiləsindən sonra təkrarlanan və tarazlıq vəziyyəti ətrafında baş verən hərəkətə rəqsi hərəkət deyilir. 

Hər bir rəqsi hərəkətin tarazlıq vəziyyəti olur. Bu vəziyyətdə cismə təsir edən qüvvə sıfıra bərabərdir. Rəqs edən cismin tarazlıq vəziyyətinə qədər olan məsafəsi yerdəyişmə adlanır. Tarazlıq vəziyyətindən uzaqlaşan cismə bu cismi tarazlıq vəziyyətinə qaytaran qüvvə təsir edir. Bu qüvvə cismi tarazlıq vəziyyətinə doğru yönəlib və cismin yerdəyişməsi ilə düz mütənasibdir: . 

Cismin tarazlıq vəziyyətindən ən böyük uzaqlaşdığı məsafə rəqsin amplitudu adlanır.

Rəqsin amplitudu 

-  А və ya xm hərfi ilə işarə olunur. 
-  ölçü vahidi: [A] = 1 m-dir.

Mexaniki rəqslərin baş vermə şərtləri:

          -  Tarazlıq vəziyyəti olmalıdır. Tarazlıq vəziyyətində qüvvə sıfıra bərabərdir.
          -  Cismi tarazlıq vəziyyətindən çıxaranda tarazlıq vəziyyətinə doğru yönəlmiş F = –kx qüvvəsi yaranmalıdır. 
          -  Rəqsi hərəkət zamanı cismə təsir edən Fx qüvvəsinin x 
yerdəyişmədən asılılıq qrafiki: 
              -  Nyutonun ikinci qanununa əsasən, F= –kx qüvvəsinin təsiri ilə rəqs edən cisim ma= –kx düsturuna əsasən təcil alacaq.
              -  Rəqsi hərəkət zamanı sürtünmə və müqavimət qüvvələri kiçik olmalıdır.

Rəqsi hərəkət sistemlərinə misal olaraq riyazi və yaylı rəqqasları göstərmək olar.

Cismi tarazlıq vəziyyətindən sol amplitud vəziyyətinə qədər uzaqlaşdıraq. 

Amplitud vəziyyətində 

  • Cismi tarazlıq vəziyyətinə qaytarmağa çalışan qüvvə maksimaldır F = Fmax
  • Cismin sürəti sıfıra bərabərdir υ = 0

Cismi buraxsaq cisim tarazlıq vəziyyətinə doğru hərəkətə başlayacaq. 

Cismin tarazlıq vəziyyətinə doğru hərəkəti zamanı

  • Sürət artır υ↑, 
  • Cismin tarazlıq vəziyyətindən olan yerdəyişməsi azaldığı üçün müəyyən olunur ki F = –kxdüsturuna əsasən qüvvə F↓ azalır
  •  düsturuna əsasən cismin təcili azalır. 

Deməli, amplitud vəziyyətindən tarazlıq vəziyyətinə qədər cismin hərəkəti – azalan təcillə yeyinləşəndir.


Cisim tarazlıq vəziyyətini keçən anda

·Sürət maksimal qiymət alacaq: υ=υmax

·Qüvvə və təcil sıfıra qədər azalır: F=0 və a=0.

·Ətalətliyə görə cisim tarazlıq vəziyyətində  dayanmır və hərəkətini davam edir. 

Tarazlıq vəziyyətini keçən cisim sağ amplitud vəziyyətinə doğru həkəkət edir. 


Cismin tarazlıq vəziyyətindən uzaqlaşması zamanı

  • Qüvvə hərəkətin əksinə – tarazlıq vəziyyətinə doğru yönəlib, ona görə də cismin sürəti azalır υ↓. 
  • Eyni zamanda Fx qüvvəsi artır, ona görə ki cismin tarazlıq vəziyyətindən yerdəyişməsi artır. 
  •  düsturuna əsasən cismin təcili də artır. 

Deməli, rəqs edən cismin tarazlıq vəziyyətindən sağ amplitud vəziyyətinə hərəkəti – artan təcillə yavaşıyandır

Cisim yavaşıyan hərəkət edərək, sağ amplitud vəziyyətində dayanır. 


Bu vəziyyətdə 

  • Sürət sıfıra bərabərdir: υ = 0.
  • Qüvvə və təcil öz maksimal vəziyyətinə çatır: F = Fmaxa = amax. 

Yuxarıda qeyd olunanları qısaca cədvəldə göstərək:



Müəllif: 

Mexaniki iş və güc

 Mexaniki güc

Görülən işin, bu işin görülməsinə sərf olunan zamana nisbətinə bərabər olan fiziki kəmiyyətə güc deyilir:

       .

Güc

  • İşin görülmə yeyinliyidir.
  • Skalyar kəmiyyətdir.
  • ölçü vahidi: 

 (vatt).

Praktikada gücün sonrakı ölçü vahidləri də istifadə olunur:

  • 1 kVt = 1000 Vt, 
  • 1 MVt = 1000000 Vt, 
  • 1 mVt = 0,001 Vt.

Mexaniki iş gücün zamana hasilinə bərabərdir: 

İş = güc∙zaman  ⇔    A = N∙t.

Tutaq ki, cisim sabit qüvvənin təsiri istiqamətində düzxətli bərabərsürətli hərəkət edir. Onda bu qüvvənin işinin A=Fs  və getdiyi yolun s = υt düsturlarını  düsturunda yerinə qoysaq, alırıq 

Cismin bərabərsürətli hərəkəti zamanı sabit qüvvənin yaratdığı güc.

N = F ∙ υ.

Avtomobilin mühərrikinin sabit qiymətində dartı qüvvəsi cismin sürəti ilə tərs mütənasibdir:

Sabit gücdə yaranan böyük dartı qüvvəsi, sürətin böyük qiymətinə uyğundur.

Əgər avtomobil düzxətli bərabərsürətli hərəkət edirsə, onda onda dartı və sürtünmə qüvvələrin işi əksdir: 

Ad = –As.

Dartı qüvvəsi müsbət iş görür: 

Ad=Fd∙s.

Sürtünmə qüvvəsi mənfi iş görür:  

Asür – Fsür ∙ s.

Əgər gücün zamandan asılılığı qrafik vasitəsi ilə verilibsə, onda qrafikin altındakı sahə ədədi qiymətcə mexaniki işə bərabərdir:

İşSahə(N,t) 


Müəllif: