Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

15 Şubat 2022 Salı

Ağırlıq qüvvəsi

 Ağırlıq qüvvəsi

Cisimlərin yer tərəfindən cəzb olunduğu qüvvəyə ağırlıq qüvvəsi deyilir. 

Ağırlıq qüvvəsi 

  • Yerin mərkəzinə doğru yönəlir. 
  • Yer səthindən uzaqlaşdıqca azalır.
  • qravitasiya təbiətli qüvvədir.
  • düsturu:

Fağ = mg.

Ağırlıq qüvvəsinin təsiri altında olan cisimlər kütləsindən asılı olmayaraq eyni təcillə hərəkət edirlər. Yalnız ağırlıq qüvvəsinin təsiri altında yaranmış təcil sərbəst düşmə təcili adlanır. 

Sərbəst düşmə təcili

  • qiymətcə qravitasiya sahəsinin intensivliyinə bərabərdir: 
  • Yerin mərkəzinə doğru yönəlir.
  • Yer səthindən uzaqlaşdıqca azalır.

Cisim yer səthinə yaxın yerləşib.

 düsturunda cismin kütləsini m1=m, Yerin kütləsini m2=M yerin mərkəzindən cismə qədər məsafəni r=R qəbul edək. 

Yer səthinə yaxın olan cismə təsir edən ağırlıq qüvvəsi 

 

Yer səthinə yaxın olan cismin sərbəst düşmə təcili: 

Cisim Yer səthindən h hündürlüyünə qaldırılıb

Cisim Yerdən uzaqlaşarsa, onda cismə təsir edən ağırlıq qüvvəsi və sərbəst düşmə təcili azalır. Buna səbəb cisimlə Yerin mərkəzi arasındakı məsafənin artmasıdır: r = R + h

Hündürlükdə olan cismə təsir edən ağırlıq qüvvəsi: 

Hündürlükdə sərbəst düşmə təcili: 

Hündürlüyə qaldırılmış cismə təsir edən ağırlıq qüvvəsinin neçə dəfə azaldığını bilmək üçün


düsturundan istifadə etmək olar.

Hündürlükdəki sərbəst düşmə təcilinin Yer səthinə nəzərən neçə dəfə az olduğunu bilmək üçün 


düsturundan istifadə etmək olar.

Yer səthinə yaxın olan hissəsində sərbəst düşmə təcili ilə Yerin orta sıxlığı qrasında əlaqə düsturu


Sərbəst düşmə təcilinin cismin kütləsindən asılılıq qrafiki: 

 

Ağırlıq qüvvəsinin və sərbəst düşmə təcilinin hündürlükdən asılılıq qrafikləri: 



Müəllif: 

Hiç yorum yok:

Yorum Gönder

Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.