Blog üzrə axtar

20 Aralık 2020 Pazar

Fikirləş, cavab tap!

Kim öləcək?

Nyutonun III qanununun ifadəsi belədir: Cisimlər modulca bərabər, istiqamətcə əks olan qüvvələrlə bir-birinə təsir edir:. Nyutonun III qanunundan çıxır ki : " At arabanı hansı quvvə ilə dartırsa, araba da atı həmin quvvə ilə dartır"". Bəs niyə at arabanın dalınca yox, araba atın dalinca gedir?

Səhv hardadır?

Sizə 1, 2, 3, … , 10 kq-lıq çəki daşları verilmişdir. Bu 10 çəki daşını, tərəzi sisteminin nəlbəkilərinə elə yerləşdirin ki, sistem, hazırkı mükəmməl tarazlığını qoruyub saxlasın.

Stəkandakı suyun müəyyən hissəsini bir ucu bağlı olan nazik sivri uclu boruya necə tökmək olar?

Ötən əsrdə Rusiyanın Leninqrad (İndiki Sankt-Petrburq) şəhərində əsgərlər hərbi addımlarla bir körpüdən keçərkən körpü uçulmuşdu. Hansı ki, həmin körpüdən bu əsgərlərin kütlələrindən dəfələrlə ağır olan tanklar keçəndə körpü dağılmamışdı. Sual: Əsgərlərin nizami addımlarla körpüdən keçərkən körpünün dağılmasına səbəb hansı fiziki hadisə olmuşdur?

Fizikanın tədrisində İKT-dən istifadə

                         Fizikanın tədrisində İKT-dən istifadə
                                                                                                         
          Müasir dövrdə fizka elmi-texniki tərəqqenin aparıcı qüvvəsidir.Buna görə də şagirdlərin orta məktəbdə aldıqları biliklərin fəaliyyət dairəsini maksimal dərəcədə genisləndirməyə ehtiyac vardır.  Bu sahədə labaratoriya işlərinə geniş ehtiyac olsa da bir sıra məktəblərdə demək olar ki, laboratoriya avadanliqlari qeyri-işlək vəziyyətdədir.  Lakin bilirsiniz ki, artiq bütun məktəblərə komputer dəstləri və elektron dərslik verilmişdir. Artiq asaği siniflərdə də informatika dərsinin tədrisi şagirdlərə fizika dərsində elektron dərsliklərindən müstəqil surətdə istifadə etməsini təmin edir. Bu da fizka dərsində şagirdə elektron dərslikdən istifadə etmək qaydasını öyrətmək üçun sərf olunan əlavə vaxt itgisini aradan qaldırır. Özundə labaratoriya işləri ilə yanaşı testlər, fiziki hadisələrin modelləşdirilmiş video görüntüsü, fizika qanunları və düsturlari , eləcədə alimlər haqqında məlumatlari toplayan Fizika elektron dərsliyi ilə dərsi çox effektiv şsəkildə keçirtmək olar. Elektron dərslik çox mükəmməl hazirlanmisdir. Burada lazimi məlumati mündəricat və ya sorğu vasitəsi ilə tapib, muxtəlif səsli və yazılı qeydlər edə bilərik. Elektron dərslikdən istifadə qaydasi dərsliyə aid metodik vəsaitdə olduğu üçün bu barədə çox danismaq istəmirəm. Sadəcə bunu əlavə edə bilərəm ki, dərslikdə olan videomaterialları əvvəlcə səssiz rejimdə sagirdlərə nümayiş etdirməklə şagirdlərə videomaterialda hansı fiziki hadisədən, hansi qanunun doğruluğunun yoxlanılmasından və s. bəhs olunduğunu sual vermək, bu hadisənin izhını soruşmaq olar. Şagirdlərin cavabından sonra fraqmenti səsli rejimdə təkrar nümayis etdirmək yaxsi olardi.
       Təbii ki,  multimedia dərslikləri elə hazırlanıb ki, nəzərdə tutulmüş lobaratoriya işlərindən əlavə təcrübələr aparmaq mümkün deyil. Dərs zamanı internetdəki fizika resurslarina da müraciət etmək olar. İnternetde Azərbaycan dilində fizika fənninə aid resurslar azda olsa vardır.
      Hər hansı qanunun, eləcədə ixtiyari bir hadisəninn şagirdlər tərəfindən daha aydın qavranılması, müstəqil olaraq virtual təcrübələrin aparılması üçün Crocadil Physics  proqramı gözəl bir proqramdır. Proqramda fizikanın “Dinamika”, “Optika” və “Elektrik” bölməsiinə aid təcrübələr aparmaq olar. Bu proqramınn pulsuz versiyasını hər kəs internetdən tapıb yükləyə bilər.  Proqramı hazırladığım www.azfizik.narod.ru  saytındakı “Fiziklər üçün proqram” bölümündən də yükləyə bilərsiniz (http://azfizik.narod.ru/fiziklr_n_proqram/ . Proqram rar formatında olduğu üçün öncə kompüterə Winrar proqramı yüklənilməlidir. Proqramla işləməyi öyrənmək  üçün saytda videodərslik də yerləşdirilmişdir.)

        Crocadil Physics  proqramında elektrik bölməsinə baxaq. Nümünə üçün naqillərin paralel birləşməsində dövrənin bütün hissələrində gərginliklərin eyni (U=U1=U2) olduğunu, ümumi cərəyan şiddətinin isə  dövrənin budaqlanmış hissələrindəki cərəyan şiddətlərinin cəminə bərabər olmasını (I=I1+I2) yoxlayaq.  Proqramı çalışdırdıqdan sonra Toolbars  bölümündən   düyməsini seçirik. Alətlər panelində  elektrik bölməsindəki laboratoriya işlərini aparmaq üçün avadanlıqlarının piktoqramlarını görmüş olarıq. Təcrübəmiz üçün lazımı avadanlığın üzərində mausun sol düyməsini sıxılı saxlamaqla həmin obyekti işçi səhifəsinə sürüşdürüb gətiririk. Batareykalar, reostat, elektrik açarı və iki elktrik lampasını işçi səhifəyə gətirib, onları naqillərlə şəkildəki kimi birləşdirək.  Dovrənin həm umumi, həmdəki budaqlanmış hissələrində olan lampalardakı  gərginlik və cərəyan
                            
şiddətlərini ölçmək üçün voltimetr və ampermetr daxil edək. Bu cihazları baş menyudakı Measure menyusundan Ad meters - Ammmetr  Voltmetr menyusundan daxil edə bilərik.  Şəkildə olduğu kimi voltimetrlər dövrəyə paralel, ampermetrlər isə ardıcıl qoşulur. Proqramda artıq naqilləri və detalları  düyməsi ilə silə bilərik. Dövrədəki voltimetrlərin və ampermetrlərin göstərişinə əsasən görünür ki,  paralel birləşmədə dövərnin bütün hissələrində gərginliklərin qiyməti eyni, umui cərəyan şiddəti isə ayrı ayrı hissələrdəki şərəyan şiddətlərinin cəminə bərabərdir. Reostat vasitəsi ilə cərəyan şiddətini dəyişməklə yuxarıdakı ifadənin doğruluğunu birdaha görmüş oluruq. Bütün bunlari şagirdlərə göstərdikdə və ya şagirdlər özləri bu təcrübələri virtual yerinə yetirdikdə bu kimi dərslər onlar tərəfindən daha anlaşıqlı qavranılır.

           Crocadil Physics  proqramında “Dinamika” bölməsindən də bir  təcrübəyə baxaq.  Nümünə üçün  riyazi rəqqasın hərəkətini izləyək. Bunun üçün Toolbars bölümündən  düyməsini seçirik. Sonra alətlər panelindən  obyektini işçi sahəyə gətiririk. Alətlər panelində rəqqasin amplitudunun, uzunluğunun və sapdən asılmış kürənin kütləsinin qiyməti verilmişdir.

Bu qiymətləri dəyişmək olur. . Riyazi rəqqası tarazılıqdan çıxarıb onun dövretmə periodunu qeyd edirik Sonra yükün kütləsini dəyişmədən sapın uzunluğunu  4 dəfə artırmış olsaq, rəqs periodunun 2 dəfə artdığını görmüş olarıq. Yükün kütlsini dəyişdikdə riyazi rəqqasın periodunun dəyişmədiyini görərik. Beləliklə şagirdlər hadisənin modelini izləyib, ölçmələrdən aldıqları qiymətlərdən öyrənirlərki riyazi rəqqasın dövretmə periodu yükün kütləsindən asılı olmayıb sapın uzunluğunun kökaltısı ilə düz mütənasibdir.
        
        Lobaratoriya işləri və təcrübələri aparmaq üçün  www.portal.edu.az saytında olan materiallardan da istifadə etmək olar. Saytın “Fizika” bölümündə olan təcrübələr və testlər çox gözəl hazırlanmışdır.  Bu işlər  orta məktəb proqramına uyğun olmaqla yanaşı, şagirdlərin yaş həddinə də uyğundur. Həmin  təcrübə işləri il həm online rejimde çalışmaqlayanaşı, eyni zamanda öncədən onları komputerin yaddaşına yükləyib, sonradan internet olmadan belə çalışdırmaq olur. Saytda aşağıdakı təcrübə işləri vardır:

Cisimlərin elektriklənməsi
Elektrik dövrələri  
Ətalət        
Maye və qazların genişlənməsi 
Müstəvi güzgülər  
Səthi gərilmə qüvvəsi     
Ümumdünya cazibə qanunu              
Xətti harmonik assilyator         
Elektrik mühərriyi           
Temperatur          
Bərabərtəcilli hərəkət
Elektrik sahəsi      
Atmosfer təzyiqi            
Temperatur (müəllimlər üçün)  
Bərabərtəcilli hərəkət (müəllimlər üçün)
Elektrik sahəsi (müəllimlər üçün)
Atmosfer təzyiqi (müəllimlər üçün)    
Elektrik mühərriyi (müəllimlər üçün)            
Arximed qanunu            
Bernulli qanununun tətbiqi
       İnternet resurslarından www.shagird.info saytından da istifadə etmək olar. Saytın “Fizika”  bölümündə  VII-XI siniflər üçün  mövzular üzrə interaktiv testlər yerləşdirilmişdir.
       Bəzən İnternetdə Azərbaycan dilində resursların az olduğundan gileylənirik.
Halbuku həmin boşluqları biz müəllilər doldurmalıyıq.  Bunun üçün hazırladıqımız elektron materialları yerləşdirmək üçün pulsuz domenlərdə sayt və ya bloqlar yaradıb, orda yerləşdirə bilərik. Əgər bu cür saytlar yaratmaq problem yaradırsa, hazırladığınız  materialları yuxarıda adı çəkilən saytlara göndərə bilərsiniz.
         Təhsil Nazirliyinin xətti ilə orta məktəblərin internetlə təmin olunması
müəllim və şagirdlərə geniş imkan açır. Sevindirici haldır ki, artıq bir çox fənnlər üzrə  müəllimlər sosial şəbəkələrdə ixtisasları ilə bağlı qruplarda birləşir, mütəmmadi olaraq telekonfranslar keçirirlər. Bu qruplarda  müəllimlər təcrübələrini və hazırladıqları elektron materialları paylaşır, bir-birilərinə yardımçı olurlar. Bu qruplardan ixtisasıniz  üzrə testlər, virtual lobaratoriya işləri, təqdimatlar və s götürə bilərsiniz. Belə qruplardan aşağıdakıları göstərmək olar.
www.facebook.com/groups/Fizikamuellimleri/    (Fizika müəllimləri üçün )
www.facebook.com/groups/inf.muallim/ (İnformatika müəllimləri)
         Umumiyyətlə komputer texnologiyasi tədris prossesinin təskili üçün çoxlu yeni imkanlar verir. Belə ki, təkcə elektron dərsliklərlə kifayətlənmək lazim deyil. Məselen komputerin köməyi ilə ən sadə halda POWER POİNT və ya digər qrafika proqramlardan istifadə etməklə müxtəlif fiziki hadisələrin üç ölçülü modellərini qurmaq, müxtəlif animasiyalar yaratmaq olar. Bu kimi materiallar sagirdlərə keçdikləri mövzularin mənimsəməyə və bu mövzu barədə duzgun fikir yürütməyə böyük kömək ədir. “ PowerPoint” proqraminda “Hyperlink” mənyusundan istifadə etməklə yaratdiğimiz testlərə interaktivlik vermək olarki , sagird seçdiyi cavabi vurduqda monitora cavabin səhf və ya düzgün olduğu barədə informasiya çixsin. Bunun üçün POWER POİNT proqramında  ayrılıqda iki fayl yaradırıq. Faylın birində “Cavab doğrudur!” , digərində isə “Cavab səhfdir!” slaydı yaradıb, onlara animasiya və səs effektləri veririk. Sonra proqramda yeni bir fayl açıb diaqramlar daxilində testlər hazırlayırıq.  Səhf cavablar ayrı-ayrılıqda seçib, “Hyperlink” (Qipersılka)  menyusundan istifadə etməklə “cavab səhfdir” faylı ilə bağlantı qururuq. Eyni qayda ilə testlərin düzgün cavablarınada “Cavab düzdür” faylı ilə bağlantı qururuq.  Beləliklə şagid  cavabi seçdikdə ekrana cavabın səhf və ya doğru olması barədə məlumat çıxır. Bu isə qısa müddət ərzində sagirdin özü-özünü çoxlu suallarla yoxlaması deməkdir.
        Gəlin etiraf ədək ki, ənənəvi dərsdən fərqli olaraq, interaktiv metodla və komputer texnologiyasi ilə keçilən dərs şagirdlər üçun də maraqlıdır. Bu vasitələrdən istifadə etməklə sagirdlərdə bu fənnə böyük maraq oyatmaq olar.
 Çatacaq çox hörmətli  Şahrza müəllimə
                                                                       Seyranaliyev@mail.ru
                                                                       www.azfizik.blogspot.com  
                                                                       www.azfizik.narod.ru
                                               
     Lənkəran rayon Boladi kənd  N.Axundov adına
    1 №-li tam orta   məktəbin fizika müəllimi Seyran  Əliyev                                                                               

Səndə düzəlt

Səndə düzəlt ! 

 Bir çoxlarımız bəzən televizorda müxtəlif yaş və sənət sahibi olan insanların əyləncə və ya hobbi naminə nəsə qurub yaratdığı haqqında eşidirik. Xüsusi istedada, əmək vərdişlərinə və müəyyən bilgiyə malik olan bu insanlar müxtəlif maraqlı maşın və mexanizimlər, fərqli dizayna malik avtomobillər, fərqli ölçülərdə idarə olunan avtomobil, təyyarə, lokomotiv və s. modellər və daha başqa maraqlı qurğular, cihazlar hazırlayırlar. Onu da qeyd edək ki, bunların hazırlanması üçün təkcə hansısa əmək vərdişinin, müəyyən təlimat və çertyojların olması yetərli deyil. Sizə hər şeydən əvvəl görüləcək işin nədən ibarət olacağından asılı olaraq cürbə-cür alətlər, çəkic, kəlbətin, müxtəlif ölçülü açarlar, burğu, yivaçan, taxta və metal kəsmək üçün mişarlar və s. (hər bir evdə olması vacib olan alətlər) alətlər, eləcə də müxtəlif materiallar (metal, taxta, plastik və s.) lazım olacaq. Bunlar əgər sizdə yoxdursa əlbəttə ki, onları almaq və ya tapmaq üçün sizə bir qədər pul da lazım olacaq. (bu pula siz hətta özünüzə bu işlərdən ötrü boş vaxt da ala bilərsiniz ). Kiçik model və ya maketlərı hazırlamaq üçün çox vaxt zəhmət çəkib əlinizi cibinizə salmaya bilərsiniz. Sadəcə olaraq əlinizin altında olan materiallar da “lazımsız” hesab edilən köhnə cihazlar və məişət avadanlıqları da sizə işinizdə yetərili ola bilər. Böyük işlərdən ötrü isə böyük zəhmət və xərc tələb olunur. Məsələn əgər siz avtomobil həvəskarısınızsa və sizin ürəyinizdən öz şəxsi “istehsalınız” olan yeni dizayna və fərqli quruluşa malik avtomobil quraşdırmaq keçirsə bunun üçün sizin xəricləyəcəyiniz pul maşın bazarındakı hər hansı bir ucuz avtomobilin qiymətindən az olmaya bilər. Şəxsən mənim üçün ev şəraitində əldəqayırma su çarxlarının və külək qurğularının quraşdırılması daha cəlbedici və maraqlıdır. Bunun üçün sizin yaşadığınız coğrafi məkan da xüsusi əhəmiyyət daşıyır. Yəni əgər sizin həyətinizdə və ya yaşadığınız yerin yaxınlığında bol sulu hər hansı bir arx və ya kiçik bir çay yoxdursa onda sizin su çarxı düzəltmək istəməyiniz mənasız güc və vaxt itkisindən başqa bir şey deyil. 
Biz bu səhifədə böyük və ya kiçik ölçülü külək qurğusunun ev şəraitində nə cür düzəldilməyindən danışacağıq. 
Elektrik enerjisi verən sadə külək qurğusu əsasən 5 hissədən ibarətdir: 
1)Pər. (propeller və ya vint) 
2)Ötürücü mexanizm. (multiplikator, sürət qutusu və s. mexaniki ötürmələr) 
3)Generator 
4)Dayaq-çərçivə 
5)İstiqamətləndirici (yönəldici,istiqamətverici)

Əvvəlcə kiçik modelin nə cür hazırlandığını izah edək. Hər şeydən əvvəl siz bu qurğu üçün münasıb pər (propeller) tapmalısınız. Pərsiz külək enerji qurğusu-mühərriksiz avtomobil kimi bir şeydir. Bu pərləri siz ya özünüz hazırlaya bilərsiniz ya da haradansa, hər cür malların satıldığı dükan-bazarlardan tapa bilərsiniz (İnternetdən yararlanaraq sifariş də etmək olar.). Onun çəkisi nə qədər yüngül olsa zəif küləkli havada bir o qədər yaxşı işləyər. Əlbəttə burada həm də pərin ölçüsü, pərin qanadlar sayı və aerodinamik keyfiyyəti də xüsusi rol oynayır. 
 Pərləri hazırlamağa gəlincə isə onu müxtəlif üsullarla hazırlamaq olar. Əgər buçaqla düzgün rəftar edə bilirsinizsə və bunun üçün az da olsa əl qabiliyyətiniz varsa onda siz taxtadan yonmaqla da pər hazırlaya bilərsiniz. Daha yaxşı nəticə əldə etmək üçün daha çox zəhmət çəkməli olacaqsınız. İkinci üsul isə pərlərin adi alümin lövhədən hazırlanmasıdır. Siz isdədiyiniz ölçüdə və formada pəri alümin lövhənin üzərində çəkib (və ya iti uclu alətlə cızıb) sonra da onu metalkəsən qayçı və ya isgənə vasitəsilə kəsib götürə bilərsiniz. Belə olan halda sizin pəriniz daha dəqiq və simmetrik olacaq. Yaxşı olar ki, siz lövhə üzərində cızılmış və ya çəkilmiş formanı, əgər metalkəsən qayçıdan istifadə etməklə kəsirsinzsə bu forma xətlərindən 2−3 mm, isgənə ilə kəsirsinizsə 1−1,5 mm aralı kəsməlisiniz. Artıq hissələri sonradan yeyələməklə aradan qaldırmaq və lazımi dəqiq formanı almaq olar. Pərin müstəvi üzrə əyriliyini isə onu ehtiyatla dəmirçi zindanı üzərində çəkiclə döyməklə düzəltmək olar. Daha sonra isə pərin qabaqcadan təyin olunmuş mərkəzində lazımi diametirdə yuva (və hatta yiv) açmaq olar. 
Bu yuvanı açmazdan pərinizin ağırlıq mərkəzinin nə dərəcədə dəqiq olduğunu onu fırlanma mərkəzində iynə üzərində tarazlıqda saxlamaqla təyin edə bilərsiniz. Pərlərin hazırlanması zamanı onların fırlanma oxunda tarazlığın alınması əsas şərtdir. Bu isə onun nə dərəcədə dəqiq və simmetrik hazırlanmasından asılıdır. Əks halda pərin firlanması titrəmə ilə müşayət olunacaq və hətta böyük fırlanma (bucaq sürətində) sürətlərində pər fırlanma oxundan boşalıb yerindənçıxa da bilər. 
Bütun bu işlərdən sonra isə sizə pərin qanadlarını fırlanma müstəvisində birini digərinə nəzərən ehtiyyatla bürüb çevirmək qalır. Bu qanadın profili adi lövhə olduğundan fırlanma müstəvisinə nəzərən qanadların maillik bucağının 5−7° olması məsləhətdir. Lakin dəqiq və asan hazırlanmasına baxmayaraq lövhədən hazırlanmış pərlər kifayət qədər sürətli olmur.

Aralıq ötürücü mexanizm − bu əlavə müqavimətə və güc itkisinə səbəb olsa da əhəmiyyətli ola bilər. Çünki sizin pərləriniz nə qədər yaxşı olsa da, o çox vaxt aralıq mexaniki sürətləndiricisiz (sürət qutusu, multiplikator) 30−40 Hs tezliyi təmin edə bilmir. Ən azından küləyin sürəti buna çox vaxt imkan vermir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, böyük gücə malik olan nəhəng külək qurgularının hamısı multiplikatora − yəni aşağı fırlanma tezliyini yüksək fırlanma tezliyinə çevirən sürət qutusuna malikdir. Öz modelinizdə siz aralıq ötürücü kimi dişli çarx ötürməsindən və yaxud qayış ötürməsindən istifadə edə bilərsiniz. Öz təcrübəmdən deyə bilərəm deyə bilərəm ki kiçik külək mühərriki hazırlayanda qayış ötürməsini quraşdırmaq daha az zəhmət tələb edir və rahatdır. Lakin bu ötürmənin ömrü qısadır. Belə ki, qayış tez-tez qırılır və ya bəzən də qasnaqdan çıxa bilir. Qayış ötürməsi üçün lazım olan hər bir detalı (qasnaqlar, val, qayışı, dayaq) istənilən maqnitafonda tapa bilərsinin. 
Onun artıq nə cür qüraşdırılması isə sizin öz şəxsi yaradıcılıq qabiliyyətinizdən asılıdır.

Dişli çarx ötürməsi hazırlamaq üçün sizə modulu eyni olan, biri digəri ilə uyuşan dişli çarxlar lazım gələcək. Bunun üçun bəzi dişli çarx mexanizmə malik olan cihazlardan, oyuncaq mexanizmlərindən və eləcə də saatlardan yararlanmaq olar. Şəkildə bu məqsəd üçün hazırlanmış paket multiplikator göstərilmişdir. Onun ötürmə ədədi 30-a bərabərdir. Yəni giriş valının bir tam dövründə çıxış valı 30 tam dövr etmiş olur. Dişli çarx ötürməsinin qurulması çətin ola bilər lakin bu ötürmə iş zamanı daha etibarlıdır və sizin model daha dolğun görünəcək.
Bizim külək qurğusunda digər mühüm hissə generatordur. Əlbəttə söhbət ev şəraitində hazırlanan əldəqayırma maketdən getdiyi üçün sizə çoxlu düsturlardan istifadə edib cansıxıcı riyazi hesablamalar aparmaq lazım olamayacaq. Burada sadə bir çixiş yolu var. Generator kimi işlədəcəyimiz elektrik maşını az müqavimətlə kiçik fırlanma tezliklərində alçaq gərginlikli elektrik və ya yarımkeçirici lampaların işıqlanmasını təmin etməlidir. Belə bir generatoru surətlər qutusu olmadan, sadəcə olaraq birbaşa pərə qoşmaqla da işlətmək olar. Yuxarıda elektrik maşını sözünü səbəbsiz işlətməmişdik. Əslinə qalarsa mənim bu maketlərdə quraşdırdığım “generatorlar” elektrik mühərriki kimi istifadə üçün nəzərdə tutulub. Siz bu generatorları da həmçinin hər bir maqintafonda və bəzi elektrik cihazlarında tapa bilərsiniz. Bu sabit cərəyan elektrik maşınları həm elektrik mühərriki, həm də generator kimi işləyə bilər.
Onlar məftil sarğıya malik lövbərdən və bu lövbərin ərtafında sükunətdə olan sabit maqnitlərdən ibarətdir. Bu lövbərə sabit cərəyan verildikdə (məsələn akkumlyator batareyalarından) o fırlanır və elektrik maşını elektrik mühərriki kimi işləyir.

Bizim nümunədə isə əksinə həmin lövbər kənardan pər vasitəsilə firladılır və sabit maqnitlərin təsiri ilə bu lövbərin sarğılarında elektrik cərəyanı (induksiyalanır) yaranır . (Həqiqi külək mühərriklərində isə generator kimi sinxron generatorlar tətbiq olunur). 
Markasından asılı olaraq bu generaorlar 1,5V, 2V, 4,5V, 9V və 12V gərginlikli cərəyan verə bilir. Bunun üçün onun fırlanma sürəti normadan az lmamalıdır. Lakin Abşeron yarımadasında hər hansı normanı nəzərə almamaq da olar. Çünki küləyin sürəti öz işini görür. Burada kiçik bir məsləhət yerinə düşər. Yaxşı olar ki siz üzərinə 1,5−2V yazılmış elektrik maşınlarından istifadə etməyəsiniz. Ona görə ki, bu halda sizə hər hansı bir mexaniki sürətləndirici və çox vaxt sürətli külək lazım olacaq. 
Əks halda siz öz əl işinizin gecələr, küləkli havalarda nə cür işıq saçdığından doyunca zövq ala bilməyəcəksiniz. Çünki bu cür alçaq gərginlikli generatorlar bir-iki yarımkeciricini sürət artırıcı ötürmə ilə belə güclə işıqlandırır.ДПМ−30Н1−05, К4А2, EG−530AD−9B, MMİ−6S9L markalı elektrik maşınları işdə daha yaxşıdır. Onları sürət artırıcı mexanizimə ehtiyac olmadan da, birbaşa pərlə əlaqələndirmək olar. Əgər belə etsəniz onda özünüz də alçaq gərginlikli elektrik lampaların və ya yarımkeçirici lampaların (xoşbəxtlikdən onlara çox yerdə, hətta əksər alışqanlarda da rast gəlinir) nə cür parlaq işıqla yandığını görəcəksiniz.

Bilirsinizmi

 Dünyada ən sürüşkən material olan teflon- polytetrafluoroethene - təsadüfən əldə edilib.

Rezinin qızdırılarkən sıxılması və soyudularkən genişlənməsi onun entropiya halının dəyişməsi ilə əlaqədardır.

Istilik genişlənməsi    ilə əlaqədar olaraq yayada Eyfel qülləsi 15 sm daha hündür olur.

Radarsözü  RaDio Detection And R anging -in abbreviaturasıdır .

Əgər аtom stadion ölçüsündə olsa idi,  onun  elektronları arı ölşüsündən də kiçik olacaqdı.

Lаzer sözü Light Amplification Stimulated  Emissiya Radiation-ın abbreviaturasıdır .

İşıq " qocalmır".

Lorens Breqqya 25 yaşında ikən Nobel mükafatı almış ən gəmc fizikdir.

Atomun 99,9% hissəsi boş fəzadır

Ən güclü lazer olan  Neodymium-doped Yttrium kristalı saniyədə Birləşmiş Ştatların enerjisindən çox enerji hasil edir.
   Orta ocean səviyyəsi təxminən 3600 m dərinliyindədir

Gün işığı  təmiz okean suyunun 73m dərinliyinə qədər keçə bilir.   

Astronavt Serqey Avdeyev kosmosda 747 gün qaldıqdan  və Yer planetinə qayıtdıqdan sonra nisbilik effekti  hesabına onun ömrünün ikinci gəncik hissəsi yaşanmışdır.

Ölü dənizin  suyu o dərəcədə duzludur ki,batmadan rahatlıqla üzə bilərsiniz.

Rusiyadakı Baykal gölünün su tutmu Şimali Amerikadakı Böyük göllərin birlikdə su tutumundan daha çoxdur.

Dünyadakı ən bərk ağac Qara Dəmirağacıdır,o suda üzmədən batır.

Bizim bütün  аtmosferin kütləsi təxminən 5,5 kvadrillion ton hesablanılır  (55 sonra 14 sıfır kimi yazılır) .

 Protonun diametri təxminən 0.000000000001 mm (1/25, 000 000 000 000 )-dir.

İldırım Günəşdən  3 dəfə qızğındır.Bədənimizin hər kvadrat sm-nə təxminən 1 kq atmosfer təzyiqi təsir edir.

Dünyanın ən dərin yeri Sakit okeanın şimalında 11 km dərinliyi olan Mariana Çökəkliyidir.

Qırmızıağacın qabığı odadavamlıdır .

Bızə eyni kütlə verilsə idi,  bizim bədənimiz Günəşdən  də isti olardı.

Bəzi fiziklər zaman və fəzada atomdan da kiçik olan boşluqlar olduğunu hesab edirlər .
 Qravitasiya effektinin , təsiri ilə Ay düz başımızın üzərində olduğu  an çəkimiz nısbətən az olur

 Aydın havada güzgüdən əks olunan ışıq 40 km -dən görülə bilər

Bir qallon su 3.8 kq tutur .

Cisim nə qədər çox sürətli hərəkət edərsə , o bir o qədər kiçilər  və ağırlaşar.

Mənfi 40 dərəcə Selsi təxminən elə mənfi  40 dərəcə Faranheyt temperaturudur 

Suda üzən yeganə daş pemzadır.

Mexiko şəhəri qurunt suları  səbəbindən ildə  46 sm boşalır-batır.

25mm  yağış suyu  381mm  quru qara bərabərdir.

Dünyadakı ən qədimi və ən böyük aydın görünən meteorit krateri  Cənubi Afrikadakı Vredefort Domenin eni 380km-dir.

  Hidrogen havada yanan vaxt su formalaşır.

Almaz ən bərk cisimdir

Fizikanın tədrisində İKT-dən istifadə Müasir dövrdə fizka elmi-texniki tərəqqenin aparıcı qüvvəsidir.Buna görə də şagirdlərin orta məktəbdə aldıqları biliklərin fəaliyyət dairəsini maksimal dərəcədə genisləndirməyə ehtiyac vardır. Bu sahədə labaratoriya işlərinə geniş ehtiyac olsa da bir sıra məktəblərdə demək olar ki, laboratoriya avadanliqlari qeyri-işlək vəziyyətdədir. Lakin bilirsiniz ki, artiq bütun məktəblərə komputer dəstləri və elektron dərslik verilmişdir. Artiq asaği siniflərdə də informatika dərsinin tədrisi şagirdlərə fizika dərsində elektron dərsliklərindən müstəqil surətdə istifadə etməsini təmin edir. Bu da fizka dərsində şagirdə elektron dərslikdən istifadə etmək qaydasını öyrətmək üçun sərf olunan əlavə vaxt itgisini aradan qaldırır. Özundə labaratoriya işləri ilə yanaşı testlər, fiziki hadisələrin modelləşdirilmiş video görüntüsü, fizika qanunları və düsturlari , eləcədə alimlər haqqında məlumatlari toplayan Fizika elektron dərsliyi ilə dərsi çox effektiv şsəkildə keçirtmək olar. Elektron dərslik çox mükəmməl hazirlanmisdir. Burada lazimi məlumati mündəricat və ya sorğu vasitəsi ilə tapib, muxtəlif səsli və yazılı qeydlər edə bilərik. Elektron dərslikdən istifadə qaydasi dərsliyə aid metodik vəsaitdə olduğu üçün bu barədə çox danismaq istəmirəm. Sadəcə bunu əlavə edə bilərəm ki, dərslikdə olan videomaterialları əvvəlcə səssiz rejimdə sagirdlərə nümayiş etdirməklə şagirdlərə videomaterialda hansı fiziki hadisədən, hansi qanunun doğruluğunun yoxlanılmasından və s. bəhs olunduğunu sual vermək, bu hadisənin izhını soruşmaq olar. Şagirdlərin cavabından sonra fraqmenti səsli rejimdə təkrar nümayis etdirmək yaxsi olardi. Təbii ki, multimedia dərslikləri elə hazırlanıb ki, nəzərdə tutulmüş lobaratoriya işlərindən əlavə təcrübələr aparmaq mümkün deyil. Dərs zamanı internetdəki fizika resurslarina da müraciət etmək olar. İnternetde Azərbaycan dilində fizika fənninə aid resurslar azda olsa vardır. Hər hansı qanunun, eləcədə ixtiyari bir hadisəninn şagirdlər tərəfindən daha aydın qavranılması, müstəqil olaraq virtual təcrübələrin aparılması üçün Crocadil Physics proqramı gözəl bir proqramdır. Proqramda fizikanın “Dinamika”, “Optika” və “Elektrik” bölməsiinə aid təcrübələr aparmaq olar. Bu proqramınn pulsuz versiyasını hər kəs internetdən tapıb yükləyə bilər. Proqramı hazırladığım www.azfizik.narod.ru saytındakı “Fiziklər üçün proqram” bölümündən də yükləyə bilərsiniz (http://azfizik.narod.ru/fiziklr_n_proqram/ . Proqram rar formatında olduğu üçün öncə kompüterə Winrar proqramı yüklənilməlidir. Proqramla işləməyi öyrənmək üçün saytda videodərslik də yerləşdirilmişdir.) Crocadil Physics proqramında elektrik bölməsinə baxaq. Nümünə üçün naqillərin paralel birləşməsində dövrənin bütün hissələrində gərginliklərin eyni (U=U1=U2) olduğunu, ümumi cərəyan şiddətinin isə dövrənin budaqlanmış hissələrindəki cərəyan şiddətlərinin cəminə bərabər olmasını (I=I1+I2) yoxlayaq. Proqramı çalışdırdıqdan sonra Toolbars bölümündən düyməsini seçirik. Alətlər panelində elektrik bölməsindəki laboratoriya işlərini aparmaq üçün avadanlıqlarının piktoqramlarını görmüş olarıq. Təcrübəmiz üçün lazımı avadanlığın üzərində mausun sol düyməsini sıxılı saxlamaqla həmin obyekti işçi səhifəsinə sürüşdürüb gətiririk. Batareykalar, reostat, elektrik açarı və iki elktrik lampasını işçi səhifəyə gətirib, onları naqillərlə şəkildəki kimi birləşdirək. Dovrənin həm umumi, həmdəki budaqlanmış hissələrində olan lampalardakı gərginlik və cərəyan şiddətlərini ölçmək üçün voltimetr və ampermetr daxil edək. Bu cihazları baş menyudakı Measure menyusundan Ad meters - Ammmetr və Voltmetr menyusundan daxil edə bilərik. Şəkildə olduğu kimi voltimetrlər dövrəyə paralel, ampermetrlər isə ardıcıl qoşulur. Proqramda artıq naqilləri və detalları düyməsi ilə silə bilərik. Dövrədəki voltimetrlərin və ampermetrlərin göstərişinə əsasən görünür ki, paralel birləşmədə dövərnin bütün hissələrində gərginliklərin qiyməti eyni, umui cərəyan şiddəti isə ayrı ayrı hissələrdəki şərəyan şiddətlərinin cəminə bərabərdir. Reostat vasitəsi ilə cərəyan şiddətini dəyişməklə yuxarıdakı ifadənin doğruluğunu birdaha görmüş oluruq. Bütün bunlari şagirdlərə göstərdikdə və ya şagirdlər özləri bu təcrübələri virtual yerinə yetirdikdə bu kimi dərslər onlar tərəfindən daha anlaşıqlı qavranılır. Crocadil Physics proqramında “Dinamika” bölməsindən də bir təcrübəyə baxaq. Nümünə üçün riyazi rəqqasın hərəkətini izləyək. Bunun üçün Toolbars bölümündən düyməsini seçirik. Sonra alətlər panelindən obyektini işçi sahəyə gətiririk. Alətlər panelində rəqqasin amplitudunun, uzunluğunun və sapdən asılmış kürənin kütləsinin qiyməti verilmişdir. Bu qiymətləri dəyişmək olur. . Riyazi rəqqası tarazılıqdan çıxarıb onun dövretmə periodunu qeyd edirik Sonra yükün kütləsini dəyişmədən sapın uzunluğunu 4 dəfə artırmış olsaq, rəqs periodunun 2 dəfə artdığını görmüş olarıq. Yükün kütlsini dəyişdikdə riyazi rəqqasın periodunun dəyişmədiyini görərik. Beləliklə şagirdlər hadisənin modelini izləyib, ölçmələrdən aldıqları qiymətlərdən öyrənirlərki riyazi rəqqasın dövretmə periodu yükün kütləsindən asılı olmayıb sapın uzunluğunun kökaltısı ilə düz mütənasibdir. Lobaratoriya işləri və təcrübələri aparmaq üçün www.portal.edu.az saytında olan materiallardan da istifadə etmək olar. Saytın “Fizika” bölümündə olan təcrübələr və testlər çox gözəl hazırlanmışdır. Bu işlər orta məktəb proqramına uyğun olmaqla yanaşı, şagirdlərin yaş həddinə də uyğundur. Həmin təcrübə işləri il həm online rejimde çalışmaqlayanaşı, eyni zamanda öncədən onları komputerin yaddaşına yükləyib, sonradan internet olmadan belə çalışdırmaq olur. Saytda aşağıdakı təcrübə işləri vardır: Cisimlərin elektriklənməsi Elektrik dövrələri Ətalət Maye və qazların genişlənməsi Müstəvi güzgülər Səthi gərilmə qüvvəsi Ümumdünya cazibə qanunu Xətti harmonik assilyator Elektrik mühərriyi Temperatur Bərabərtəcilli hərəkət Elektrik sahəsi Atmosfer təzyiqi Temperatur (müəllimlər üçün) Bərabərtəcilli hərəkət (müəllimlər üçün) Elektrik sahəsi (müəllimlər üçün) Atmosfer təzyiqi (müəllimlər üçün) Elektrik mühərriyi (müəllimlər üçün) Arximed qanunu Bernulli qanununun tətbiqi İnternet resurslarından www.shagird.info saytından da istifadə etmək olar. Saytın “Fizika” bölümündə VII-XI siniflər üçün mövzular üzrə interaktiv testlər yerləşdirilmişdir. Bəzən İnternetdə Azərbaycan dilində resursların az olduğundan gileylənirik. Halbuku həmin boşluqları biz müəllilər doldurmalıyıq. Bunun üçün hazırladıqımız elektron materialları yerləşdirmək üçün pulsuz domenlərdə sayt və ya bloqlar yaradıb, orda yerləşdirə bilərik. Əgər bu cür saytlar yaratmaq problem yaradırsa, hazırladığınız materialları yuxarıda adı çəkilən saytlara göndərə bilərsiniz. Təhsil Nazirliyinin xətti ilə orta məktəblərin internetlə təmin olunması müəllim və şagirdlərə geniş imkan açır. Sevindirici haldır ki, artıq bir çox fənnlər üzrə müəllimlər sosial şəbəkələrdə ixtisasları ilə bağlı qruplarda birləşir, mütəmmadi olaraq telekonfranslar keçirirlər. Bu qruplarda müəllimlər təcrübələrini və hazırladıqları elektron materialları paylaşır, bir-birilərinə yardımçı olurlar. Bu qruplardan ixtisasıniz üzrə testlər, virtual lobaratoriya işləri, təqdimatlar və s götürə bilərsiniz. Belə qruplardan aşağıdakıları göstərmək olar. www.facebook.com/groups/Fizikamuellimleri/ (Fizika müəllimləri üçün ) www.facebook.com/groups/inf.muallim/ (İnformatika müəllimləri) www.facebook.com/groups/438756822854995/ (Sinif müəllimləri) Umumiyyətlə komputer texnologiyasi tədris prossesinin təskili üçün çoxlu yeni imkanlar verir. Belə ki, təkcə elektron dərsliklərlə kifayətlənmək lazim deyil. Məselen komputerin köməyi ilə ən sadə halda POWER POİNT və ya digər qrafika proqramlardan istifadə etməklə müxtəlif fiziki hadisələrin üç ölçülü modellərini qurmaq, müxtəlif animasiyalar yaratmaq olar. Bu kimi materiallar sagirdlərə keçdikləri mövzularin mənimsəməyə və bu mövzu barədə duzgun fikir yürütməyə böyük kömək ədir. “ PowerPoint” proqraminda “Hyperlink” mənyusundan istifadə etməklə yaratdiğimiz testlərə interaktivlik vermək olarki , sagird seçdiyi cavabi vurduqda monitora cavabin səhf və ya düzgün olduğu barədə informasiya çixsin. Bunun üçün POWER POİNT proqramında ayrılıqda iki fayl yaradırıq. Faylın birində “Cavab doğrudur!” , digərində isə “Cavab səhfdir!” slaydı yaradıb, onlara animasiya və səs effektləri veririk. Sonra proqramda yeni bir fayl açıb diaqramlar daxilində testlər hazırlayırıq. Səhf cavablar ayrı-ayrılıqda seçib, “Hyperlink” (Qipersılka) menyusundan istifadə etməklə “cavab səhfdir” faylı ilə bağlantı qururuq. Eyni qayda ilə testlərin düzgün cavablarınada “Cavab düzdür” faylı ilə bağlantı qururuq. Beləliklə şagid cavabi seçdikdə ekrana cavabın səhf və ya doğru olması barədə məlumat çıxır. Bu isə qısa müddət ərzində sagirdin özü-özünü çoxlu suallarla yoxlaması deməkdir. Gəlin etiraf ədək ki, ənənəvi dərsdən fərqli olaraq, interaktiv metodla və komputer texnologiyasi ilə keçilən dərs şagirdlər üçun də maraqlıdır. Bu vasitələrdən istifadə etməklə sagirdlərdə bu fənnə böyük maraq oyatmaq olar. Çatacaq çox hörmətli Şahrza müəllimə Seyranaliyev@mail.ru www.azfizik.blogspot.com www.azfizik.narod.ru Lənkəran rayon Boladi kənd N.Axundov adına 1 №-li tam orta məktəbin fizika müəllimi Seyran Əliyev