Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

пятница, 6 мая 2022 г.

Dəyişənsürətli hərəkət. Orta sürət

 Dəyişənsürətli hərəkət. Orta sürət

Bərabər zaman fasilələrində müxtəlif yollar gedən cismin hərəkətinə dəyişənsürətli hərəkət deyilir. 

Dəyişənsürətli hərəkətdə sürət sabit deyil, o dəyişir – artır və ya azalır. Bu halda hərəkətin orta sürəti adlanan fiziki kəmiyyət daxil olunur. 

Hərəkətin orta sürəti gedilən tam yolun bu yola sərf olunan zamana nisbətinə bərabərdir: 

        1.  Tutaq ki hedilən yol iki hissədən s1 və s2-dən ibarətdir. Yolun bu hissələrində sərf olunan zaman fasilələri isə t1 və t2-dir. Onda tam yolda cismin orta sürəti:

        2.  Tutaq ki, cisim yolun birinci hissəsini υ1 sürəti ilə t1 zaman ərzində gedib, yolun ikinci hissəsini isə υ2 sürəti ilə t2 zaman ərzində gedib. Onda tam yolda cismin orta sürəti:


           -  Əgər t= t2 olarsa, onda 

        3.  Əgər gedilən yolun s1 və s2 hissələrində cismin sürəti uyğun olaraq υ1 və υ2-dirsə, onda tam yolda cismin orta sürəti:

            -  Əgər s1=s2 olarsa, onda 

Hərəkətin nisbiliyi

 Hərəkətin nisbiliyi

Cisim bir cismə nəzərən sükunətdə, başqa cismə nəzərən hərəkətdə ola bilər. Məsələn, hərəkət edən qatarda oturan sərnişin qatara nəzərən sükunətdədir, yerə nəzərən isə hərəkətdədir. Bunun səbəbi – müxtəlif hesablama sistemləridir. 


Tutaq ki, sonrakı cisimlər şosse üzrə hərəkət edirlər: 


  1. Minik avtomobili  sürətlə.
  2. Həmin istiqamətdə yük avtomobili  sürətlə. 
  3. Əks istiqamətdə velosipedçi  sürətlə.

Onda minik avtomobilin 

        1.  Yük avtomobilinə nəzərən sürəti . 
        2.  Velosipedçiyə nəzərən sürəti . 

Deməli cismin başqa cisimlərə nəzərən sürəti müxtəlifdir. 



  • Əgər qayıq çay axını istiqamətində hərəkət edirsə, onda qayığın sahilə nəzərən sürəti qayığın və çayın sürətlərinin cəminə bərabərdir: 

υaxın ilə=υqayıq υçay.

  • Əgər qayıq çay axınının əksi istiqamətində hərəkət edirsə, onda qayığın sahilə nəzərən sürəti qayığın və çayın sürətlərinin fərqinə bərabərdir: 

υaxının əksinə=υqayıq – υçay.

  • Əgər sərnişin eskalatorun hərəkəti istiqamətində hərəkət edirsə, onda sərnişinin yerə nəzərən sürəti: 

υsər.yerə nəz.=υsər.esk.nəz. υesk.

  • Əgər sərnişin eskalatorun hərəkətinin əksi istiqamətində hərəkət edirsə, onda sərnişinin yerə nəzərən sürəti:  

υsər.yerə nəz.=υsər.esk.nəz. – υesk.

Cisim sükunətdə olan cisimlərə nəzərən bir sürətlə, hərəkətdə olan cisimlərə nəzərən başqa sürətlə hərəkət edir. 

Bir cismin başqa cismə nəzərən sürəti nisbi sürət adlanır.

        1.   – I cismin II cismə nəzərən sürəti
        2.   – II cismin I cismə nəzərən sürəti.
        3.  x2,1=x2–x1 - II cismin I cisimlə bağlı hesablama sistemindəki koordinatı.
        4.  x2,1=x2–x1 I cismin II cisimlə bağlı hesablama sistemindəki koordinatı.

Tutaq ki, iki cisim  və  sürətləri ilə hərəkət edirlər. 

        1.   və  vektorlarını paralel olaraq elə köçürək ki, onların başlanğıc nöqtələri üst-üstə düşsün. Bu vektorlar üzərində üçbucaq qurulur.
        2.  vektorun sonundan  vektorun sonuna yönəlmiş vektor I cismin II cismə nəzərən sürətinə bərabərdir. 
        3.  I cismin II cismə nəzərən sürəti:

İki cisim qarşılıqlı perpendikulyar istiqamətdə  və  sürətləri ilə hərəkət edirlər, α=90º

            I cismin II cismə nəzərən sürəti: 

İki cisim əks istiqamətdə    sürətləri ilə hərəkət edir.

           I cismin II cismə nəzərən sürəti: 

υn12.


İki cisim eyni istiqamətdə  və  sürətləri ilə hərəkət edir. 

           I cismin II cismə nəzərən sürəti: 

υn- υ2.

Düzxətli bərabərtəcilli hərəkətin qrafikləri

 Düzxətli bərabərtəcilli hərəkətin qrafikləri

Tənliyi   şəklində verilmiş yerdəyişmənin zamandan asılılıq qrafiki paraboladır. 

Təniliyi υx0x+axt şəklində verilmiş sürətin zamandan asılılıq qrafiki düz xəttdir. 


1.  Cisim Ox oxu istiqamətində düzxətli bərabəryeyinləşən hərəkət edir.
            
         Təcilin, sürətin və yerdəyişmənin qrafikləri:

2.  Cisim Ox oxunun əksi istiqamətində bərabəryavaşıyan hərəkət edir.

           Təcilin, sürətin və yerdəyişmənin qrafikləri:


3.  Cisim Ox oxu istiqamətində bərabəryavaşıyan hərəkət edir.

Təcil, sürət və yerdəyişmə qrafikləri:


4.  Cisim Ox oxunun əksinə bərabəryeyinləşən hərəkət edir.

Təcil, sürət və yerdəyişmənin qrafikləri:

Bərabərtəcilli hərəkətdə yerdəyişmə

Bərabərtəcilli hərəkətdə yerdəyişmə
Bərabərtəcilli hərəkətdə
yerdəyişmə
Sükunət vəziyyətindən hərəkətə başlayan cismin yerdəyişməsi 


Bərabərtəcilli hərəkətdə sürət
Bərabərtəcilli hərəkətdə
sürət
υx = υ0x + ax ∙ t

Sükunət vəziyyətindən hərəkətə başlayan cismin sürəti

υx ax ∙ t


Bərabərtəcilli hərəkətdə koordinat tənliyi
.