Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

Maraqlı təbiət hadisələri

 

  

 Günəşin hər ay eyni yerdən çəkilişi


   İldırımın yolunu düzxətli olaraq bir istiqamətə yönləndirilməsi. (Metal simli çərpələng və ya roket modelləri vasitəsi ilə)

      

    Günəşin hər həftədə eyni yerdən eyni vaxtda çəkilmiş şəkillərinin birləşdirilməsindən alınan görüntü




    Qütb parıltısı — günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir.

  Suyu qırmızı rəngdə olan Natron gölü. Bu göldə ölmüş canlıların cürümədiyi söylənilir

       
                     İldırım

               
           Okean sahilində köpük
      
      Okeandakı canlıların suyun         rəngini dəyişməsi
 
       Burulğan zamanı buludun göldən su "içməsi"




James Veb teleskopu ilə çəkilmiş ilk fotoşəkil (12.07.2022)


Qara Günəş: Hər il mart-aprel aylarında Danimarkada milyonlarca quş gün batmasına yarım saat qalmış göy üzündə toplaşır və qəribə şəkillər yaranır. Elm adamları bunu hələ də araşdırırlar.


Bitməyən fırtına: Venesuellada Catatumbo çayı ilə Marakaibo gölünün qovuşduğu yerdə ilin 140-160 gecəsində 10 saat davam edən şimşək çaxması olur. Bu bölgə dünyada ozon yaradan tək bölgədir və şimşəklərin çaxması 400 km məsafədən də müşahidə oluna bilər.


Dağınıq Göyqurşağı: ABŞın İdaho ştatında göy qurşağı fərqli formada görsənir. Başqa qurşaqlardan fərqli olaraq burda qurşaq dağınıq formada yığışır. Alimlərin fikrinə görə Günəş 52 dərəcədə olanda cirus buludları yaranır. Bu buludlar su kristallarından ibarət olduğu üçün günəş şüası bu buludardan keçəndə belə qurşaq yaranır.


Qırmızı yağış: 25 iyul 2001-ci ildə Hindistanda Kerala şəhərində yağan yağış hər tərəfi qırmızıyaya boyadı. Hətta bayram münasibətilə ağ geyinən hindlilər qizrmızıya boyanıblar. Səbəbi isə məlum olmadı.


Mamatus buludları: Bu buludlar elə bil aşağıya doğru sallanıb. Hərəkətsiz görünsə də hərəkət edən buludlardandır.


Penitentes: Fərqli formada olan buz dağları. Buz dağlarının bu formaya necə düşdükləri məlum deyil. Ehtimala görə günəş şüalarının buzlaqlara təsiri nəticəsində yaranıb.


Şeytan burulğanı: Digər burulğanlardan fərqli olaraq alovlardan ibarət olan və bir neçə metr yüksəkliyə qalxa bilən burulğan bir neçə dəqiqə davam edir.


Mavi Günəş: 14 Dekabr 2006-cı ildə Misirin paytaxtı Qahirə şəhərində kameralara düşən kadrlarda təxminən 15 dəqiqə Günəşin mavi rəngdə olması müşahidə olunmuşdur. Fizikçilər tərəfindən aparılan araşdırmalar nəticəsiz qalmışdır. İndiyənə kimi Mavi Günəş 5 dəfə görsənib. Axırıncı analoji hadisə 1950-ci ildə Şotlandiyanın Edinburg şəhərində qeydə alınmışdır.
 

Комментариев нет:

Отправить комментарий