Addım gәrginliyinin altına düşmәk
Addım gərginliyi
Yüksək gərginlikli elektrik xətti qırılıb yaxınlığınıza düşərsə nə etmək lazımdır?
Fazanın yerlә qapanma zonasında yerin sәtһindә bir-birindәn bir addım mәsafәdә (0,8 m) olan iki nöqtә arasındakı gәrginliyә addım gәrginliyi deyilir. Addım gәrginliyi qapanma yerinin yaxın әtrafında әn böyük qiymәt alır. Addım gәrginliyi qapanma yerindәn 8 m vә daһa böyük mәsafәdә praktiki olaraq tәһlükәli olmur. Cәrәyan ayaq – ayaq yolu ilә keçdikdә belә gәrginlik һәlә qorxulu deyil, lakin bu adamın yerә yıxılmasına sәbәb ola bilәr ki, bunun da nәticәsindә onun әllәri vә ayaqları ilә toxuna bilәcәyi yerin nöqtәlәri arasındakı mәsafә artır, demәli, cərәyan daһa tәһlukәli yolla (әl – ayaq) keçәcәkdir. Ona görə də şəkildə göstərildiyi kimi yüksək gərginlik xətlərinin yerə düşdüyü ərazidə mümkün qədər ayaqlar bi birinə yaxın olmalıdır.
Başqa cür desək, gərginliyin təsiri gərginliklər fərqindən aslıdır. Yəni iri addımlarla uzaqlaşdıqda ayaqlardan biri gərginlik xətlərinə yaxın digəri daha uzaq olduğundan hər ayaqda gərginlik müxtəlif olduğundan gərginliklər fərqi yaranır. Bu isə çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlüklər fərqin nə qədər çox olduqda suyun axının da o qədər sürətli olmağına oxşayır. Odur ki, yerlə qapanmış gərginlik xətlərindən çox kiçik addımlarla və ya qoşa addımla hopanaraq uzaqlaşmaq məsləhət görülür.
Seyran Əliyev
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.