Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

Texnologiya

Texnologiya haqqında


Telefonun tarixi


 Əsrlər boyu insanlar uzaq yerlərlə xəbərləşməyi təmin edəcək işarələr göndərmə yollarını axtardılar. Mesaj çatdırmaq üçün müraciət edilən ilk üsullar, açıq havada yandırılan atəşlər və parlayan aynalardı. Fransız Claude Chappe 1793'te icad etdiyi mesaj çatdırma maşınına, "uzaqdan yazan" mənasında "teleqraf" adını verdi. Bu cihazın işləyişi, qüllə təpəsinə ilişmiş hərəkətli qolların istifadə edilməsiylə yaradılan işarələr köməyiylə rəqəm və hərfləri çatdırmağa söykənirdi. 
Sonrakı 40 il içində elektrikli teleqraf

inkişaf etdirildi və 1876-cı ildə Aleksandr Graham Bell ilk dəfə danışmaları tellər vasitəsilə çatdırmağı təmin edən telefonu icad etdi. Sağırlarla əlaqədar işləri, Belli səslərin havadakı rəqslərlə necə meydana gəldiyini maraq etməyə yönəltmiş, "harmonik teleqraf" adı verilən bir qurğu üzərində çalışarkən, elektrik cərəyanının danışma əsnasında ibarət olan titrəşmələri andıracak şəkildə dəyişdirilə tapmışdı. Telefonla əlaqədar işlərinin söykəndiyi qanun də bu idi. Türkiyədə ilk telefon 1908-ci ildə tətbiq olunmağa başlandı. Kadıköy və Beyoğlu stansiyaları 1911-ci ildə xidmətə açıldı. İlk avtomatik telefon stansiyası 1926-ci ildə Ankarada quruldu. Ardından digər il mərkəzlərində də telefon stansiyaları qurulmağa başlandı.



"ALO" sözu necə yarandı?


Telefonda az qala hər gün kim bilər neçə dəfə istifadə etdiyimiz ALO sözü, gerçəkdə bir sevgilinin adının "qısaldılmış" formasıdır.Sevgilinin "tam adı" "Alessandra Lolita Oswaldo" dur. Bu sevimli gənc qız, telefonu icad edən Aleksandr Graham Bellin sevgilisi idi. Graham Bell, telefonu icad edincə ilk xətti sevgilisinin evinə çəkmişdi. Atelyesində, telefonu çalınca, axtaranın Allessandra Lolita Oswaldodan başqası ola 

bilməyəcəyini bildiyindən; Graham Bell, telefonu açar açmaz "Alessandra Lolita Oswaldo" deyirdi. Bell, zamanla sevgilisinə adını qısaldaraq xitab etməyə başladı və telefonu hər açılışında onu "Ale Lol Os" deyə qarşıladı. İşləri uzandıqca Graham Bell, sevgilisinin adını daha da qısaltdı və ona iki hecalı bir ad tapdı. Bu qısa ad "ALO" idi. Allessandra Lolita Oswaldo, inkişaf etdirib bütün şəhərə yaymağa çalışdığı telefondan başqa bir şey düşünməyən, sevgilisinin bitməz tükənmək bilməyən təcrübələrindən narahat olmağa başlayınca Belli tərk etdi. Yaşlı Bell, sevgilisinin özünü bir gün axtaracağı ümidiylə telefonun başından ayrılmadı. Şəhərdə çəkilən telefon xəttlərinin sayı da gedərək artmağa başlamışdı. Graham Belli artıq başqa kəslər də axtarırdı.
Lakin o, telefonun hər çalışında, özünü sevgilisinin axtardığını sanaraq telefonunu ALO deyərək açır və hər kəsə artıq ALO deyirdi. O günlərdə dərhal hər kəs, telefonu açdıqlarında Alexander Graham Bellin xatirəsinə hörmət olaraq ALO deməyə başladı. Bu gün hamımızın istifadə etdiyi ALO sözü bax o günlərdən uzanmaqdadır.






Televizorun tarixi


   Televizorun əsasını 1873-cü ildə V. Smit tərəfindən icad edilmiş foto effekt qoyub. Ondan sonra 1884-cü ildə P. Nipkovyın tərəfindən skanlaşdıran diskin icadından sonra mexaniki televizorun yaradılmasına səbəb olmuşdur, bu 1930-cu illərdə populyar idi. 1925-ci ildə Nipkovyın icad etdiyi disklər vasitəsi ilə Bedromun tərəfindən Böyük Britaniyada, Cekinson tərərfindən ABŞ-da və L.S.Termenov tərəfindən SSSR-də televizor yaradılmışdır. Nəhayət, ən 
uğurlu icad edilmiş ilk televizor trupkası “İkonoskop” olmuşdur 1923-cü ildə Vladimir Zvorıkin tərəfindən (o zaman Radio Corporation of America-da çalışırdı). İkonoskop – kütləvi televizor-radio texnikaları üçün istehsal olunan televizor trupkası olmuşdur.Hərəkətli təsvirlər ilk olaraq 26.06.1928-ci ildə Daşkənddə B.Qrabovskiy və İ.F.Belyanskiy tərəfindən yayımlanmışdır. Lakin bu yayım çox kobud və qeyri-təmiz alınmışdır. Amma məhz bu təcrübədən sonra televiziya yayımının yaranmasına səbəb olmuşdur.
Başqa mənbələrdən isə deyilir ki, ilk hərəkətli təsvir 26.01.1926-cı ildə şotlandlı icadçı C.Beydrom tərəfindən icad edilmişdir.
İlk ağ-qara və səssiz televizorlar natist Almaniyada 1929-cu ildə yaranmışdır. Həmçinin, ağ-qara televizorlar 1949-cu ildə SSSR-də yaranmışdır.
10.10.1906-cı ildə icadçı Maks Dikman, tələbəsi

K.Ferdinanda və Q.Qlage görünüşün (təsvirin) ötürülməsi üçün Braunun trubkasını patentləşdirirlər. Braun özü bu ideyaya qarşı idi, bunu mənasız hesab edərək.
Hal-hazırki elektron televizorun ilk patentini professor Boris Rozinq almışdır. Lakin o ancaq 09.05.1911-ci ildə hərəkətsiz təsvirin yayımını əldə edə bilmişdir.



Microsoft şirkəti

Microsoft Şirkəti 1975-ci ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton əyalətindəki Seattle şəhərində iki universitet şagirdi tərəfindən qurulmuşdur. Bu iki təşəbbüskarın vizionu "hər ev və hər masada bir kompüter" idi.
Popular Electronics jurnalının 1 Yanvar 1975-ci il tarixli sayında Altair 8800 kompüter sisteminin təqdimatını oxuduqdan bir neçə gün sonra Bill Gates kompüterin dizaynçısı MITS (Micro Instrumentation and Telemetry Systems) ilə təmasa keçdi. Qrupu ilə birlikdə Altair 8800 üzərində çalışan BASIC yazılımlama dili inkişaf etdirdiklərini ifadə etdi. Paul Allen MITS'e proqramın təqdimatını etməyə getdi. Paul Allen Altair 8800'i daha əvvəl istifadə etməmiş olmasına qarşı təqdimatı müvəffəqiyyətli oldu. Təqdimatın sonunda MITS Bill Gates və Paul Allen'dan Altair kompüterləri üçün BASIC yazılımlama dilinin təlif haqqını satın aldı. Karlı bir iş fürsəti tutduqları düşüncəsiylə Bill Gates Harvard Universitetindəki hüquq təhsilini yarıda

buraxıb New Mexiko əyalətinin Albuquerque şəhərində Microsoft şirkətini qurdu.
Şirkət ilk beynəlxalq bürosunu 1 Noyabr 1978-ci ildə Yaponiyada açdı. 1 yanvar 1979-cu ildə şirkət mərkəzini Vaşinqton əyalətinin Bellevue şəhərinə daşıdı. Aradan keçən zaman müddətində Microsoft bir dünya nəhəngi olmuş, sahibi Bill Gates dünyanın ən zəngin adamı halını gətirmişdir.



İnternetin qısa tarixi


2 sentyabr 1969-cu il ABŞ-in hərbi sənaye qurumunun xətti ilə Ali məktəblər tərəfindən bir layihə həyata keçirildi. Məqsəd çoxlu sayda kompüterləri birləşdirən kabel vasitəsilə eyni vaxtda informasiya mübadiləsi aparmağın mümkünlüyünü təmin etməkdən ibarət idi. Öncə Kaliforniya Universitetinin tələbələri Stiven Kroker və Vinton Serf 4-5 metr uzunluğunda kabellə kompüterləri birləşdirdilər. İlk dəfə olaraq kompüterlər arasında məlumat ötürülməsi baş verdi. Layihə olduqca uğurlu həyata keçirildi. Əvvəlcə 4 Universitetin birləşməsindən ARPANET adlı bir kompüter şəbəkəsi əmələ gəldi və qısa müddətdə ABŞ ərazisində kompüterlər bu şəbəkəyə qoşulmağa başladılar.
1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən program yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynalxalq standart kimi təsdiqləndi.
1973-1974-cü illərdə TCP/IP protokolu meydana çıxdı. TCP/IP protokolları ARPANETin əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən təklif olunub. TCP/IP protokolu 2 rabitə protokolundan ibarətdir. Transmission Control Protocol ötürməyə nəzarət protokolu – verilənlərin ötürülməsinə nəzarət edən protokol və Internet Protocol yəni internet protokol.
1980-ci ildə DNS yaradıldı.



1985-ci ildə ABŞ milli elm fonduna məxsus NSFNET – Milli elm fondu şəbəkəsi yaradıldı.
1995-ci ildə bu şəbəkə bir neçə hissəyə ayrıldı. Hazırda qlobal şəbəkədə BACKBONE rolunu oynayan xeyli sayda şəbəkələr mövcuddur.
İnternet inkişaf etdikcə belə bir sual ortaya çıxdı: necə etmək olar ki, bu şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilsin?
Məhz bu problemin həlli 1989-1990-cı illərdə www sisteminin yaranmasına səbəb oldu. Tim Börner Li hiper mətinli sənədlər texnologiyasını yaratdı. Qeyd etmək yerinə düşər ki, Ser titulu qazanan Tim Börner 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynalxalq Fond tərəfindən 1.000.000 avro məbləğində pul mükafatı qazanıb. İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular.
Keçmiş SSRİ məkanına daxil olan ölkələr üçün ”.su” domeni fəaliyyətə başlayıb. Rusiya 1993-1994-cü ildən RELKOME şəbəkəsi vasitəsilə internetə qoşulub və 1994-cü ilin aprelində “.ru” domenini qeydiyyatdan keçirib. 1993-cü ildə ABŞ administrasiyası ilk dəfə olaraq öz rəsmi veb saytını qəbul etdi.
1994-cü ildə ilk dəfə olaraq internetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb.
Beləliklə öncə elm və təhsil qruplarını birləşdirən ARPANET sadə kompüter şəbəkəsi qısa bir müddətdə böyük populyarlıq qazandı. Məhz bu şəbəkə indiki internetin əsası oldu. İlk vaxtlar bu şəbəkədən ancaq mətn formasında olan informasiyanın elektron poçt vasitəsilə ötürülməsi üçün istifadə edilirdi. Hazırda isə internetlə qrafik və multimedia faylları əldə etmək, eyni vaxtda yazışmaq və danışmaq, eyni zamanda oyunlar və əyləncələrlə məşğul olmaq, ucuz telefon bağlantısı yaratmaq, musiqi və video əldə etmək mümkündür. Bütün bunlardan istifadə etmək üçun olduqca sadə bir informasiya vasitəsi olan İnternet haqqında müəyyən bilgi əldə etmək zəruridir.


Soyuducunun tarixi

İçərisinə buz doldurulmuş, qida məhsullarını saxlamaq üçün tətbiq edilən soyuducu otaqlar hələ bir neçə min il əvvəl mövcud olsa da, ilk soyuducu qurğusu XIX əsrdə yaranır. Bu qurğu doldurulmuş buzun tez-tez dəyişdiirlməsini tələb edirdi.
1856-cı ildə avstraliyalı Ceyms Harrison kompressorla işləyən soyuducunu düzəldir. Bu soyuducudan pivələrin sərinləşdirilməsində istifadə edilirdi.
1857-ci ildə ilk soyuducu vaqon düzəldilir.
İlk sənaye soyuducusu 1913-cü ildə yaradılmışdır. Sənaye soyducuları kimi onlar da istilik nasosları əsasında işləyirdilər. Bu ilk məişət soyuducularında soyuducu maddə kimi toksik maddələrdən istifadə olunurdu.
1927-ci ildə "General Elektrik" soyuducuların istehsalına başlayır və onların geniş yayılmasına imkan yaradır.



Fotoaparatın icadı


Tarixin ilk fotoaparatı Fransız fiziki Cozef Niepce tərəfindən, quru qutudan istifadə edilərək, bir qalayın lövhə üzərinə kopiyalanması ilə icad edildi. Bu icadın tarixi isə 1826-ci ilə gedib çıxır. 1839-cu ildə daha sonralar Niepce'nin köhnə şəriki Luis Jak Daguerre, təsadüfən xarab görünüşlü bir lövhəni təmizləmək üçün, kimyəvi maadələrdən istifadə etməsi nəticəsində görünüşün kəskinləşdiyini gördü. Sonralar bu kimyəvinin civə olduğu təsbit edildi və fotoşəkillərini çəkdirən şəxslərin tərpənməməsi şərtiylə dəqiq sayıla biləcək fotoşəkillərin çəkilə bildiyi görüldü. Fotoşəkilçilik göründüyü kimi ,19-cu əsrin içində həm kommersiya, həm ictimai həm də bədii sahədə böyük irəliləyişlər yaşadı. Sonrakı zaman inkişafı boyunca, camera obscura'nın icadı hər nə qədər bəzi yazarlar tərəfindən Roger Bacon, Albert, Leonardo da Vinçi və Giovanni Battista Porta'ya mal edilirsə də, bəzi tarixçilər 1039-ci ildən 250 il əvvəl Ərəb elm adamı Alhazen tərəfindən ortaya atıldığını iddia etməkdədirlər. Ancaq Alhazen'in iddia edilən bu kəşfi öz mədəniyyətinin sərhədləri içində qaldığından, qaranlıq qutunun gerçək qaynağı olaraq şərhlənməkdədir. 1550-ci ildə Gardano söz mövzusu qaranlıq qutuya cüt tərəfli xaricbükey bir lupa yerləşdirmişdir. 1568-ci ildə Daniel barbaro yaradılan görünüşün daha da dəqiqləşməsi üçün bir diafraqma əlavə

Tarixiolunması vacibliyini təklif etmişdir. 1573-ci ildə də Dante, görünüşün yuxarıdan aşağıya düzəldilməsi üçün içbükey bir güzgü istifadə edilməsi lazım olduğunu açıqlamışdır.1558-ci ildə Porta, söz mövzusu cihazın rəssamlar tərəfindən istifadə edilə və beləliklə də həqiqətə yaxın, doğru perspektivə sahib görünüşlər çəkilə bləcəyinii açıqlamışdır.
Əslində, fotoaparat böyük icatların çoxu kimi bir adam tərəfindən icad edilməmişdir. Fikrin doğulması, həyata keçirilməsi, inkişafı, dəyişik şəxslərin işləri və uzun fasiləli dövrlərin nəticəsidir. 11. və 16. əsrlər arasında, insanlar "qaranlıq otaq" fikiriylə əlaqədar işlər etmişdilər. Həqiqətdə kağız üzərinə bir şəkilin "alınması" söz mövzusu deyildi.
1568-ci ildə Daniello barbaro, "qaranlıq otaq" adı verilən cihaza bir lupa əlavə etdi. Primitiv bir obyektiv xüsusiyyətindəki linzanın açılışı, görünüşün daha qəti ola bilməsi üçün idi. 1802-ci ildə, Tomas Wedgwood və Sor Humphrey Davy, işığa qarşı həssas bir maddəylə örtülü kağız üzərinə, kontakt təzyiq yoluyla siluet və görünüşlər təsbitinə müvəffəq oldular. Lakin təzyiq ömürlü deyildi.
1816-ci ildə, Cozef Niepce, bir ləl-cəvahirat qutusu və bir mikroskopda alınmış lupayla primitiv bir fotoaparat etməyi bacardı. Mənfi bir görünüşü təsbit etdi. William Talbot adındakı İngilis, 1835-ci ildə, neqativdən alınma ilk müsbət nəticə əldə etdi. Görünüşün ömürlü (davamlı) olması sağlana bilmişdi.
l839'da, Luis Daguerre, gümüş val üzərinə görünüş alıb. Eyni çıxış nöqtəsindən təməllənən işlər bir-birini izlədi. Başlanğıcda ağır addımlı inkişaflar bir sonrakına zincirləndi.


Ən sonunda, 1888-ci ildə, qutu fotoaparat bazara çıxarıldı. Bu maşın, Kodak sistemini istifadə (Eastman Dry Plate and Film Company - Eastman Quru Val və Film Şirkəti) tərəfindən inkişaf etdirildi. Söz mövzusu maşın, 100 pozalıq filmlə dolu olaraq satılıb. Çəkilişdən sonra, maşın və film Rochester'e göndərilir, burada film alınır, duş əməliyyatı edilir, maşına təkrar film doldurularaq sahibinə qaytarılırdı.
Söz mövzusu qaranlıq qutu fotoqrafik məqsədlər üçün də istifadə edilməyə başlandığında, 19. əsrin əvvəllərindən günümüzə qədər əsas xüsusiyyəti eyni qalmaq şərti ilə, dəyişikliklərə uğramışdır.

İlk avtomobil

İlk avtomobil cizgiləri Leonardo da Vinçiyə aid edilir. 1447-ci ildə o, əzələ gücü ilə hərəkətə gətirilə bilən zirehli arabanın

layihəsini işləyir. 1600-cü ildə hollandiyalı riyaziyyatçı Simon Stevin külək enerjisi ilə işləyən 30 nəfəri nəql etməyə imkan verən araba düzəldir. 1769-cu ildə fransız ixtiraçısı Kuno (Nicholas Cugnot) ilk dəfə olaraq buxarla işləyən hərbi avadanlıqları dartamq üçün üç təkərli araba düzəldir. Onun bu maşını nəinki avtomobilini, hətta

paravozun əcdadı hesab edirlər. XİX əsrin əvvəlində yığcam və güclü daxili yanma mühərriklərinin yaranması ilə avtomobilqayırmanın inkişafı üçün geniş imkanlar açılır. 1885-ci ildə alman mühəndisi Daimler, 1886-cı ildə isə onun həmkarı Benç ilk dəfə olaraq benzinlə işləyən, özü hərəkət edən maşınları ixtira edərək patent alırlar. 1895-ci ildə Benç öz ilk avtobusunu düzəldir. XİX əsrin sonunda avtomibil sənayesi üçün amerikalı sənayeçi Fordun işləri böyük rol oynamışdır. O ilk dəfə olaraq sənayedə axın xəttini tətbiq etmiş və bunla da istehsalatda işin təşkilinin yeni formasını tətbiq etmişdir. Onun düzəltdiyi avtomobillər uzun müddət şöhrət gazanmışlar.



Avtomobillərin çoxu 1906-cı ildə Mersedes-Simplex modeli əsasında hazırlanırdı. Bu avtomobil qabaqda yerləşdirilmiş bir mühərrikdən, ötürmə və hərəkəti çarxalara ötürən vallardan ibarət idi. 1888-ci ildə Zigfried Markus (Siegfried Marcus) Benç və Daimlerdən asılı olmayaraq dördtaktlı mühərriklə işləyən avtomobili düzəldir və patentləşdirir. Bu gələcək avtomobilin xüsussiyyətlərinin əksəriyyətini özündə əks etdirən bir maşın idi. İlk sürət rekordunu 1898-ci ildə fransız Gaston de Chasseloup-Laubat elektrik avtomobildə 64,14 km/saat sürətlə hərəkət edərək vurur. 1891-ci ildə Fransada Pegeot avtomobil zavodu yaradılır. 1892-ci ildə alman mühəndisi Rudolf Diezel öz yeni mühərriki üçün patent alır və bununla Otto prosesini modifikasiya etmiş olur. 1899-cu ildə Camille Jenatzy"La Jamais Contente" elektrik avtomobilində 100 km/saat sürətini əldə edir.
XIX əsrin sonunda kolbalı mühərrikin tətbiqinə qədər bir neçə müxtəlif ötürmə növləri bir-biri ilə rəqabətdə idilər. 1900-cu ildə məlum olan rəqəmdən bu aydın görünür ki, cəmi 4192 avtomobildən 1688-i buxar,
1575-i elektrik avtomobili, 929-u isə benzinlə işləyən avtomobil idi.

1920-ci ilə qədər davam edən bu rəqabətdən benzinlə işləyən avtomobillər qalib çıxır. Benzinin neftdən asan və ucuz alınması onun üstünlüyünü göstərmişdir. Daha sürətlə və uzaq məsafəni qət etmək elə ilk vaxtlardan avtomobilqayıranların qarşısında duran əsas məsələ olub və bu gün də öz aktuallığını itirməmişdir.



Planşetlərin yaranma tarixi

Planşetlər dövrü hələ keçmiş əsrin 80-90-cı illərindən
başlayıb. Hazırda iPad qurğusu ilə planşet bazarını ələ almış Apple şirkəti dünyada ilk planşet yaradan

şirkətlərdən olub. Belə ki, Apple şirkəti 1987-ci ildə Knowledge Navigator adlı qurğusunu təqdim edib. Bu qurğu özündə elektron katib konsepsiyası daşıyırdı və şirkətin gələcək inkişafında çox kömək oldu. Çünki müasir jestlərlə idarə olan multi-touch funksiyası ilk dəfə elə bu qurğuda tətbiq olunmuşdu və hazırda Apple məhsul istifadəçiləri bu funskiyadan yararlanır. Bundan sonra planşet erası yaranmağa başladı və 1996-cı ildə DEC şirkəti Lectrice qurğusu, 2000-ci ildə 3Com şirkəti Audrey qurğusu, 2000-2002-ci illərdə Microsoft şirkəti Tablet PC, 2005-ci ildə Nokia şirkəti 770 İnternet Tablet qurğusunu təqdim etdi. Eləcə də bu dövrlətdə müxtəlif kommunikator və smartfonlarda yaradılırdı ki, bunlar da kiçik ekran ölçülü planşet kimi fəaliyyət göstərirdilər.
2007-ci ildə Apple şirkəti tərəfindən yeni iPhone smartfonu (cib kompüteri) yaradıldıqdan sonra, digər mobil telefon istehsalçı şirkətləri bu tip qurğuların yaradılmasına diqqəti yönəltdirlər. Daha funksional planşetlərin meydana gəlməsi 2010-ci ildə iPhone smarfonun daha geniş ekranlı versiyası, 9.7 düym ekranlı iPad adlı qurğusu yaranması ilə başladı. Apple şirkəti yaradıcılarından olan Stiv Cobs bu yeniliklə dünyada planşetlərin yenidən meydana gəlməsi və kütləvi şəkildə yayılmasına səbəb oldu.

Funksionallıq dərəcəsi
Funksionallıq və lazımlılığa gəldikdə isə tarixə nəzər salsaq, görərik ki, bu cür planşetlərə hələ ötən əsrin 80-90`cı illərindən tələbat olub və bu cihazlar indi də

istifadə üçün çox rahatdır. İnsanlar yolda, kafe və restoranlarda, xarici ölkələrdə səfərdə və s. iş və ev rejimindən kənar olarkən, netbook, noutbuk və s. kimi kompüterlərdən istifadədə əziyyət çəkirlər. Çünki bu qurğuların həm çəkisi, həm də ölçüsü rahat istifadə üçün şərait yaratmır. Müasir planşetlər isə daha portativdir. Funskionnalıqda isə bu qurğular digər kompüter cihazlarından geridə qalmır və istifadəçilərə böyük imkanlar yaradır.

Kompyuterin tarixi

Komputer sözü ingilis sözü olub-"computer" hesablayıcı deməkdir.Minlərlə il bundan əvvəlcə hesablama üçün çubuqlardan, daşlardan istifadə olunurdu.1500 il bundan əvvəl abak meydana gəlmişdir. 1642-ci ildə B.Paskal vurma əməlini yerinə
yetirən mexanik qurğu kəşf etdi. 1673-cü ildə V.Leybnits dörd arifmetik əməli yerinə yetirən arifmometr adlanan cihaz hazırladı. Bunlarla bərabər hesabdar adlanan ixtisas da meydana gəldi. Hesabdar arifmometrlə işləyərək cəld və dəqiq ayrıca ardıcıllıqla
instruksiyanı yerinə yetirirdi. Belə ardıcıllıq proqram adlanırdırılmağa başlandı.
XIX əsrin I yarısında ingilis riyaziyyatçısı Ç.Bebbic universal hesab maşını-Analitik maşın yaratdı. Bunun üçün o perfokartlarla işləyən
proqramdan istifadə etdi və verilənlərin saxlanması üçün anbar-müasir terminalogiyada yaddaş tətbiq etdi. Bebbic öz işini sona çadıra bilmədi. Bir də ki,o əsas ideyanı işləyib hazırlamışdı. 1943-cü ildə amerikalı
H.Eyken Bebbicin işinin köməkliyi ilə XX əsrin texnikası əsasında elektromexanik rele ilə işləyən Mark-1 maşınını hazırladı. Hələ bundan əvvəl 1941-ci ildə alman mühəndisi K.Çuz Bebbicin ideyalarından istifadə edərək analoji maşını yaratmışdı. 1943-cü ildən başlayaraq ABŞ-da C.Moçli və
P.Ekertin rəhbərliyi altında mütəxəssislər qrupu elektromaqnit lampaları ilə işləyən maşınlar düzəltməyə başladılar. Onların maşını Eniac adlanırdı və Mark-1 maşınından 1000 dəfə sürətlə işləyirdi. Bundan sonra Moşli və Ekert proqramı
öz yaddaşında saxlaya bilən yeni maşın hazırlamağa başladılar.1945-ci ildə məşhur riyaziyyatçı alim Con Fon Neyman müasir maşınlar haqqında doklad hazırladı. Bu doklad fon Neyman prinsipləri adlandırıldı. Neyman prinsiplərinə görə komputer aşağıdakı hissələrdən ibarət olmalı idi:
-arifmetrik-məntiqi qurğu
-idarəetmə qurğusu
-yaddaş qurğusu
-xarici qurğular
Fon Neyman arxitekturalı ilk komputer 1949-cu ildə ingilis M.Uilks tərəfindən yaradılmışdı.

Комментариев нет:

Отправить комментарий