Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

15 Şubat 2022 Salı

Ümumdünya cazibə qanunu

 Ümumdünya cazibə qanunu

Ümumdünya Cazibə qanununa əsasən:

İki   maddi nöqtə bir birini kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb edir. 

burada G – qravitasiya sabitidir, r - maddi nöqtələr arasındakı məsafələrdir. 

Qravitasiya sabitinin 

  • düsturu: 

 

  • ölçü vahidi: 

;

  • ədədi qiyməti: 

.

Məlumdur ki, cisimlər bir birini qravitasiya sahəsi vasitəsi ilə cəzb edirlər. Birinci cismin yaratdığı qravitasiya sahəsi ikinci cismə, ikinci cismin yaratdığı qravitasiya sahəsi birinci cismə təsir edir. Bu qüvvələr isə qravitasiya qüvvələri adlanır. Əgər qravitasiya sahəsinə hər hansı bir cismi yerləşdirsək, bu cismə qravitasiya qüvvəsi təsir edəcək.

Cismə təsir edən qravitasiya qüvvəsinin bu cismin kütləsinə olan nisbəti qravitasiya sahəsinin intensivliyi adlanır

  

Qravitasiya sahəsinin intensivliyinin 

  • ölçü vahidi: 

 

  • cismin kütləsindən asılı deyil: 

g(m)= const.

  • yerin mərkəzinə doğru yönəlib.
Qravitasiya qüvvəsinin düsturu:  


Müəllif: 

Maddənin sıxlığı

 Maddənin sıxlığı

Bircins maddənin kütləsinin onun həcminə olan nisbəti bu maddənin sıxlığı adlanır: 

Sıxlığın ölçü vahidi: 

Bəzən sıxlığın sistemdən kənar vahidi istifadə olunur:

Maddənin kütləsini tapmaq üçün onun sıxlığını həcminə vurmaq lazımdır:

m = ρV.


 düsturuna əsasən kiçik bərk cisimlərin sıxlıqlarını ölçmək üçün menzurka və tərəzidən istifadə olunur.



Müəllif: 

Qüvvə

 Qüvvə
Qüvvə – bir cismin digər cismə təsirini xarakterizə edən kəmiyyətdir.
Əgər sonrakı şərtlərdən biri ödənirsə
        -  Cismin sürəti dəyişir;
        -  Cismin hərəkət istiqamətini dəyişir;
        -  Cisim deformasiyaya uğrayır (cismin forması və ölçüləri dəyişir)
onda deyirlər ki, cismə qüvvə təsir edir. 
Qüvvənin təsiri zamanı sürətin istiqaməti və qiyməti dəyişdiyi üçün, qüvvəyə də istiqamət və qiymət verirlər.
Hər bir qüvvənin
        -  Tədbiq nöqtəsi,
        -  İstiqaməti,
        -  Ədədi qiyməti var.
Qüvvə 
        -  vektorial kəmiyyətdir
        -  əsasən  hərfi ilə işarə olunur.
        -  ölçü vahidi:
[F] = 1 N (nyuton).
        -  dinamometrlə ölçülür. Dinamometrin iş prinsipi Huq qanununa əsaslanıb.



Müəllif: 

Nyutonun III qanunu

 Nyutonun III qanunu
Cisimlər bir birinə modulları bərabər, lakin istiqaməti əks olan qüvvələrlə təsir edirlər: 
 

Bir cismin digər cismə birtərəfli təsiri mümkün deyil, yalnız qarşılıqlı təsir mövcuddur. Yəni ki, əgər bir cisim başqa cismə təsir edirsə, onda ikinci cisim də birinci cismə təsir edir. Başqa sözlə desək hər təsirə bir əks təsir var. Təsir və əks-təsir qüvvələri bir birinə bərabər, amma istiqamətcə əksdir. Təsir və əks-təsir həmişə cüt meydana gəlir.
Bilmək lazımdır ki, bu qüvvələr bərabər və əks istiqamətdə yönəlsələr də, onlar bir birini kompensasiya etmir, çünki müxtəlif cisimlərə tətbiq olunub. 


Müəllif: 

 Nyutonun ikinci qanunu
Cismin təcili cismə təsir edən əvəzləyici qüvvə ilə düz mütənasib olub, cismin kütləsi ilə tərs mütənasibdir. 

Cismə təsir edən əvəzləyici qüvvə cismin kütləsi ilə aldığı təcilin hasilinə bərabərdir:

  Qüvvənin ölçü vahidi: 
(nyuton).
Praktikada qüvvənin sistemdən kənar vahidləri də istifadə olunur:
1 kN = 1000 N = 103 N;
1 mN = 0,001 N = 10–3 N. 
Kütlələri bərabər olan cisimlərin təcillərinin nisbəti, bu cisimlərə təsir edən əvəzləyici qüvvələrin nisbətinə bərabərdir:

Böyük əvəzləyici qüvvə təsir edən cismin təcili böyük, kiçik əvəzləyici qüvvə təsir edən cismin təcili kiçikdir:

Cismə təsir edən  и  qüvvələri üçün:
  • əgər qüvvələr bir düz xətt eyni istiqamətdə yönəlibsə onda cismin təcili maksimal olacaq: 
  • əgər qüvvələr bir düz xətt əks istiqamətdə yönəlibsə onda cismin təcili minimal olacaq:: 

Nyutonun I və II qanunlarından belə çıxır ki 
-  Əgər əvəzləyici qüvvə sıfıra bərabər deyilsə, onda cisim təcillə hərəkət edəcək: 

-  Cismin təcili həmişə əvəzləyici qüvvə ilə eyni istiqamətdə olur:
.
-  Əgər əvəzləyici qüvvə sıfıra bərabərdirsə, onda cisim düzxətli bərabərsürətli hərəkət edir və ya sükunətdə qalır:


Müəllif: 

Nyutonun birinci qanunu

 Nyutonun birinci qanunu

Əgər cismə başqa cisimlər təsir etmirsə və ya başqa cisimlərin təsiri tarazlaşırsa, onda bu cisim öz sürətini sabit saxlayır: . 
Nyutonun birinci qanununa əsasən:


Nyutonun qanunları yalnız inersial hesablama sistemlərində ödənilir. 
Yerə nəzərən sükunətdə olan və ya düzxətli bərabərsürətli hərəkət edən cisimlə bağlı hesablama sistemlərini İnersial hesablama sistemi (İHS) hesab etmək olar. 
Bərabərsürətli hərəkət edən liftlə bağlı hesablama sistemini İHS hesab etmək olar. Düzxətli şossedə bərabərsürətli hərəkət edən avtomobillə bağlı hesablama sistemini İHS hesab etmək olar.
Fizikada cismin düzxətli bərabərsürətli hərəkəti və ya onun sükunətdə qalması cismin tarazlığı adlanır.
Qalileyin nisbilik prinsipi. Mexaniki hərəkət qanunları bütün İHS-larda eynidir.
Bir İHS-dan digər İHS-ya keçdikdə dəyişməyən kəmiyyətlərə invariant kəmiyyətlər deyilir. Zaman, təcil, kütlə və qüvvə – invariant kəmiyyətlərdir. Bu kəmiyyətlər bütün İHS-larda eynidir.
Sürət, yerdəyişmə, impuls invariant kəmiyyətlər deyil. Bu kəmiyyətlər müxtəlif İHS-larda müxtəlifdir. Cismin trayektoriyası da bir İHS-dan digər İHS-ya keçdikdə dəyişir. 

Sərbəst düşən cismin enerjisi

Cisim H hündürlüyündən sərbəst düşür, υ0=0.

Başlanğıc anında:
                  a) Kinetik enerji: Ek0=0.

b) Potensial enerji maksimaldır: Ep0=mgH.

c) Cismin tam mexaniki enerjisi: E=Ek0+Ep0=mgH.

Düşmə zamanı

a) Cismin sürəti artır: υ = gt. 

b) Cismin kinetik enerjisi artır: 

c) Cismin potensial enerjisi azalır.

Kinetik və potensial enerjilərinin qrafikləri: 
 
Müəllif: 

  

Sərbəstdüşmə hərəkəti

 Cisim sərbəst düşür 


Cismin başlanğıc sürəti sıfıra bərabərdir v0=0. Sərbəst düşən cisim bərabəryeyinləşən hərəkət edir, onun sürəti artır.

Sərbəst düşən cismin son sürəti
Sərbəst düşın cismin yerdəyişməsi


 düsturundan sərbəst düşmə müddətini tapaq: 

 

  •  Sərbəst düşən cismin uçuş müddəti:

 

  • Sərbəst düşən cismin hərəkətinin n-ci saniyəsində yerdəyişməsi: 

 


Müəllif: 


Amper qüvvəsi

 Amper qüvvəsi

Maqnit sahəsi tərəfindən cərəyanlı naqilə təsir edən qüvvəyə Amper qüvvəsi deyilir. Bu qüvvə naqildəki I cərəyanından, B maqnit induksiyası vektorundan, naqilin l aktiv hissəsindən və В maqnit induksiyası vektoru ilə I cərəyanın istiqaməti arasındakı α bucağından asılıdır. 

Amper qüvvəsinin düsturu

FA = I ∙ B ∙ l ∙ sin α,

        1.  Əgər cərəyanlı naqil maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyardırsa α=90°, onda Amper qüvvəsi maksimal qiymət alacaq 

FA,max = I ∙ B ∙ l.

        2.  Əgər cərəyanlı naqil maqnit sahəsinin qüvvə xətlərinə paraleldirsə α = 0º, onda Amper qüvvəsi sıfıra bərabərdir

FA = I ∙ B ∙ l ∙ sin 0° = 0.

Amper qüvvəsinin istiqamətini sol əl qaydası ilə təyin edirlər: 

Sol əlimizi maqnit sahəsində elə yerləşdirək ki, uzadılmış dörd barmaq naqildəki cərəyanın istiqamətini göstərsin, maqnit induksiya vektoru ovucumuza daxil olarsa, onda 90º açılmış baş barmaq Amper qüvvəsinin istiqamətini göstərəcək. Amper qüvvəsi həmişə naqilə və maqnit induksiya vektoruna perpendikulyardır. 


Müəllif: