Nyutonun ikinci qanunu
Cismin təcili cismə təsir edən əvəzləyici qüvvə ilə düz mütənasib olub, cismin kütləsi ilə tərs mütənasibdir.

Cismə təsir edən əvəzləyici qüvvə cismin kütləsi ilə aldığı təcilin hasilinə bərabərdir:

Qüvvənin ölçü vahidi:
(nyuton).
Praktikada qüvvənin sistemdən kənar vahidləri də istifadə olunur:
1 kN = 1000 N = 103 N;
1 mN = 0,001 N = 10–3 N.
Kütlələri bərabər olan cisimlərin təcillərinin nisbəti, bu cisimlərə təsir edən əvəzləyici qüvvələrin nisbətinə bərabərdir:

Böyük əvəzləyici qüvvə təsir edən cismin təcili böyük, kiçik əvəzləyici qüvvə təsir edən cismin təcili kiçikdir:

Cismə təsir edən
и
qüvvələri üçün:- əgər qüvvələr bir düz xətt eyni istiqamətdə yönəlibsə onda cismin təcili maksimal olacaq:

- əgər qüvvələr bir düz xətt əks istiqamətdə yönəlibsə onda cismin təcili minimal olacaq::

Nyutonun I və II qanunlarından belə çıxır ki
- Əgər əvəzləyici qüvvə sıfıra bərabər deyilsə, onda cisim təcillə hərəkət edəcək:

- Cismin təcili həmişə əvəzləyici qüvvə ilə eyni istiqamətdə olur:
.
- Əgər əvəzləyici qüvvə sıfıra bərabərdirsə, onda cisim düzxətli bərabərsürətli hərəkət edir və ya sükunətdə qalır:

Müəllif: Ağakişiyev Səbuhi
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.