Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

22 Şubat 2022 Salı

Potensial enerji

 Potensial enerji

Qarşılıqlı təsir enerjisinə potensial enerji deyilir.

Potensial enerji – 

  • Bir neçə cismin və ya bir cismin hissələrinin vəziyyəti ilə müəyyən olunan enerjidir.
  • Əsasən Ep və ya Wp ilə işarə olunur. 
  • Ölçü vahidi  
.

Hündürlüyə qaldırılmış cisim potensial enerjiyə malik olur.

h hündürlüyə qaldırlmış cismin potensial enerjisi: 

Ep=mgh.

        1.  Əgər cisim aşağı istiqamətdə hərəkət edirsə (hündürlük azalırsa), onda potensial enerji azalır. 
        2.  Əgər cisim yuxarı istiqamətdə hərkət edirsə (hündürlük artırsa), onda potensial enerji artır. 

Elastik deformasiya olmuş yay potensial enerjiyə malik olur.

Elastiki deformasıya olmuş yayın potensial enerjisi: 

         (I)

Fel=kx düsturunu  düsturunda yerinə qoyaraq alırıq: 
Elastiki deformasiya almuş yayın potensial enerjisinin II düsturu: 
         (II) 
  düsturunu  düsturunda yerinə qoyaraq, alırıq: 

 Elastiki deformasiya almuş yayın potensial enerjisinin III düsturu:

          (III)

        1.  Tarazlıq vəziyyətində olan yayın potensial enerjisi sıfıra bərabərdir. 
        2.  Yaya bərkidilmiş cismin tarazlıq  vəziyyətindən uzaqlaşması zamanı yayın potensial enerji artır.
        3.  Yaya bərkidilmiş cismin tarazlıq  vəziyyətinə yaxınlaşması zamanı yayın potensial enerji azalır.



Müəllif: 

 İmpulsun saxlanma qanunu

Bir biri ilə qarşılıqlı təsirdə olub başqa cisimlərlə  qarşılıqlı təsirdə olmayan cisimlər sisteminə qapalı sistem deyilir.

İmpulsun saxlanma qanunu.

Qapalı sistem təşkil edən cisimlərin impulslarının cəmi sabit qalır: 

Tutaq ki, kütlılıri m1 və m2 biri biri ilə qarşılıqlı təsirdədir. Bu cisimlərin başlanğıc impulsları  və , qarşılıqlı təsirdən sonrakı impulsları  və . Onda bu cisimlərin qarşılıqlı təsirdən qabaqkı impulslarının cəmi qarşılıqlı təsirdən sonrakı impulslarının cəminə bərabərdir: 

Əgər qarşılıqlı təsirdən əvvəl cisimlər sükunətdə olublarsa, onda qarşılıqlı təsirdən sonra bu cisimlərin impulsları qiymətcə bərabər istiqamətcə əksdir: 

Aşağıdakı şəkilə əsasən, atəşdən sonra topun impulsu modulca mərminin impulsuna bərabər olacaq.

ptop=pmərmi.



Müəllif: 

İmpulsun saxlanma qanununun tədbiqi.

 İmpulsun saxlanma qanununun tədbiqi.

Tutaq ki, iki arabacıq qarşı-qarşıya hərəkət edir. Qeyri elastiki toqquşmadan sonra bu arabacıqlar bir istiqamətdə eyni sürətlə hərəkət edirlər.


İmpulsun saxlanma qanununa əsasən:

Qeyri elastiki toqquşmadan sonra cisimlərin son sürəti:

Qarşı-qarşıya hərəkət edən cisimlərin qeyri elastiki toqquşduqdan sonrakı sürəti:

Eyni istiqamətdə hərəkət edən cisimlərin qeyri elastiki toqquşmadan sonrakı sürəti


Müəllif: 

Statika. Tərpənən və tərpənməz blok

 Tərpənməz blok

Tərpənməz blok 

  • Sadə mexanizmdir;
  • qüvvədə qazanc vermir, lakin qüvvənin istiqamətini dəyişməyə imkan verir; 
  • İş prinsipi momentlər qaydasına əsaslanıb.

                    

İpin sərbəst ucuna tətbiq olunmuş qüvvə yükün çəkisinə bərabərdir: 

F = P.

Əgər yük bərabər sürətlə hərəkət etdirilirsə və ya sükunətdə saxlanılırsa, onda: 

F = mg.

Əgər yük yuxarı yönəlmiş təcillə hərəkət edirsə, onda

F=m∙(g+a).

Əgər yük aşağı yönəlmiş təcillə hərəkət edirsə, onda 

F=m∙(g+a).

Tərpənməz blokda ipin yerdəyişməsi yükün yerdəyişməsinə bərabərdir 

hip=hyük.

Tərpənməz blokda ipin sərbəst ucunun sürəti yükün sürətinə bərabərdir 

υip=υyük

Tərpənən blok

Tərpənən blok 

  • Sadə mexanizmdir;
  • qüvvədə 2 dəfə qazanc verir. 
  • İş prinsipi momentlər qaydasına əsaslanıb.

            

İpin sərbəst ucuna tətbiq olunmuş qüvvə yükün çəkisinin yarısına bərabərdir: 

 

Əgər yük sükunətdədirsə və ya bərabərsürətlə hərəkət etdirilirsə, onda 
Əgər yük yuxarı yönəlmiş təcillə hərəkət edirsə, onda 
Əgər yük aşağı yönəlmiş təcillə hərəkət edirsə, onda 
Tərpənən blokda ipin sərbəst ucunun yerdəyişməsi yükün yerdəyişməsindən 2 dəfə böyükdür: 
 
İpin sərbəst ucunun sürəti yükün sürətindən 2 dəfə böyükdür: 
   



Müəllif: 

15 Şubat 2022 Salı

Deformasiya. Elastiklik qüvvəsi

 Deformasiya. Elastiklik qüvvəsi

Xarici qüvvənin təsiri altında cismin ölçülərinin və formasının dəyişməsinə cismin deformasiyası deyilir. 

Deformasiyalar elastiki və plastiki olur. 

Xarici qüvvənin təsiri kəsildikdən sonra yoxa çıxmayan deformasiya plastiki deformasiya adlanır. 

Xarici qüvvənin təsiri kəsildikdən sonra yoxa çıxan deformasiya elastiki deformasiya adlanır. Kiçik deformasiyalarda bir çox bərk cisimlər elastiki deformasiyaya məruz qalır. 

Deformasiya olmamış yayın bir ucunu divara bağlayaq digər ucuna isə F qüvvəsi tədbiq edək. Bu halda yay x qədər uzanır və eyni zamanda elastiklik qüvvəsi meydana çıxır. Elastiklik qüvvəsi yayı öz əvvəlki formasına qayıtmasına məcbur edir. Əgər yay uzanıbsa onda elastiklik qüvvəsi uzanmanın əksinə yönəlir və yayı tarazlıq vəziyyətinə qaytarmağa çalışır. Əgər yay sıxılıbsa onda elastiklik qüvvəsi sıxılmanın əksinə yönəlir və yayı tarazlıq vəziyyətinə qədər uzatmağa çalışır. Beləliklə, elastiklik qüvvəsi tədbiq olunmuş xarici qüvvənin təsir istiqamətinin əksinə yönəlib.


Yayın deformasiyası zamanı yaranan  və yayın hissəciklərin yerdəyişməsinin əksinə yönəlmiş qüvvəyə elastiklik qüvvəsi deyilir.

Huq qanunu. Cismin deformasiyası zamanı yaranmış elastiklik qüvvəsi cismin uanması ilə düz mütənasib olub, cismin hissəciklərinin yerdəyişməsinin əksinə yönəlib: 

Fel = – kx

Burada 

x   - cismin (yayın) uzanmasıdır. 

     - Uzanmanın ölçü vahidi [x]=1 m.

     - Ölçü cihazı xətkeş.

k – sərtlik əmsalı və ya sərtlik adlanır. Sərtlik – skalyar kəmiyyətdir, cismin uzanmasından və tətbiq olunmuş qüvvədən asılı deyil: 

k(Fel)=const

k(x)=const

Huk qanununa əsasən yayın uzanması n dəfə artsa elastiklik qüvvəsi də n dəfə artar, bu halda sərtlik dəyişməz qalar.

Sərtliyin ölçü vahidi:

 

Əgər cismə yalnız elastiklik qüvvəsi təsir edirsə onda Nyutonun ikinci qanununa əsasən cisim təcillə hərəkət edər: 

Fel = ma → – kx = ma

Yalnız elastiklik qüvvəsinin təsiri altında hərəkət edən cismin təcili:

Tutaq ki m kütləli cisim yaydan asılıb. 


Bu halda elastiklik qüvvəsi modulca cismin çəkisinə bərabərdir: 

|Fel.|=P.

        1.  Əgər yaydan asılmış cisim sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdə olarsa onda elastiklik qüvvəsi modulca ağırlıq qüvvəsinə bərabərdir:

kx = mg.

        2.  Əgər yaydan asılmış cisim şaquli yuxarı istiqamətdə yönəlmiş təcillə hərəkət edirsə onda

kx = m(g+a).

        3.  Əgər yaydan asılmış cisim şaquli aşağı istiqamətdə yönəlmiş təcillə hərəkət edirsə onda

kx = m(g-a).



Müəllif: 

Ağırlıq qüvvəsi

 Ağırlıq qüvvəsi

Cisimlərin yer tərəfindən cəzb olunduğu qüvvəyə ağırlıq qüvvəsi deyilir. 

Ağırlıq qüvvəsi 

  • Yerin mərkəzinə doğru yönəlir. 
  • Yer səthindən uzaqlaşdıqca azalır.
  • qravitasiya təbiətli qüvvədir.
  • düsturu:

Fağ = mg.

Ağırlıq qüvvəsinin təsiri altında olan cisimlər kütləsindən asılı olmayaraq eyni təcillə hərəkət edirlər. Yalnız ağırlıq qüvvəsinin təsiri altında yaranmış təcil sərbəst düşmə təcili adlanır. 

Sərbəst düşmə təcili

  • qiymətcə qravitasiya sahəsinin intensivliyinə bərabərdir: 
  • Yerin mərkəzinə doğru yönəlir.
  • Yer səthindən uzaqlaşdıqca azalır.

Cisim yer səthinə yaxın yerləşib.

 düsturunda cismin kütləsini m1=m, Yerin kütləsini m2=M yerin mərkəzindən cismə qədər məsafəni r=R qəbul edək. 

Yer səthinə yaxın olan cismə təsir edən ağırlıq qüvvəsi 

 

Yer səthinə yaxın olan cismin sərbəst düşmə təcili: 

Cisim Yer səthindən h hündürlüyünə qaldırılıb. 

Cisim Yerdən uzaqlaşarsa, onda cismə təsir edən ağırlıq qüvvəsi və sərbəst düşmə təcili azalır. Buna səbəb cisimlə Yerin mərkəzi arasındakı məsafənin artmasıdır: r = R + h. 

Hündürlükdə olan cismə təsir edən ağırlıq qüvvəsi: 

Hündürlükdə sərbəst düşmə təcili: 

Hündürlüyə qaldırılmış cismə təsir edən ağırlıq qüvvəsinin neçə dəfə azaldığını bilmək üçün


düsturundan istifadə etmək olar.

Hündürlükdəki sərbəst düşmə təcilinin Yer səthinə nəzərən neçə dəfə az olduğunu bilmək üçün 


düsturundan istifadə etmək olar.

Yer səthinə yaxın olan hissəsində sərbəst düşmə təcili ilə Yerin orta sıxlığı qrasında əlaqə düsturu


Sərbəst düşmə təcilinin cismin kütləsindən asılılıq qrafiki: 

 

Ağırlıq qüvvəsinin və sərbəst düşmə təcilinin hündürlükdən asılılıq qrafikləri: 



Müəllif: