Deformasiya. Elastiklik qüvvəsi
Xarici qüvvənin təsiri altında cismin ölçülərinin və formasının dəyişməsinə cismin deformasiyası deyilir.
Deformasiyalar elastiki və plastiki olur.
Xarici qüvvənin təsiri kəsildikdən sonra yoxa çıxmayan deformasiya plastiki deformasiya adlanır.
Xarici qüvvənin təsiri kəsildikdən sonra yoxa çıxan deformasiya elastiki deformasiya adlanır. Kiçik deformasiyalarda bir çox bərk cisimlər elastiki deformasiyaya məruz qalır.
Deformasiya olmamış yayın bir ucunu divara bağlayaq digər ucuna isə F qüvvəsi tədbiq edək. Bu halda yay x qədər uzanır və eyni zamanda elastiklik qüvvəsi meydana çıxır. Elastiklik qüvvəsi yayı öz əvvəlki formasına qayıtmasına məcbur edir. Əgər yay uzanıbsa onda elastiklik qüvvəsi uzanmanın əksinə yönəlir və yayı tarazlıq vəziyyətinə qaytarmağa çalışır. Əgər yay sıxılıbsa onda elastiklik qüvvəsi sıxılmanın əksinə yönəlir və yayı tarazlıq vəziyyətinə qədər uzatmağa çalışır. Beləliklə, elastiklik qüvvəsi tədbiq olunmuş xarici qüvvənin təsir istiqamətinin əksinə yönəlib.
Yayın deformasiyası zamanı yaranan və yayın hissəciklərin yerdəyişməsinin əksinə yönəlmiş qüvvəyə elastiklik qüvvəsi deyilir.
Huq qanunu. Cismin deformasiyası zamanı yaranmış elastiklik qüvvəsi cismin uanması ilə düz mütənasib olub, cismin hissəciklərinin yerdəyişməsinin əksinə yönəlib:
Fel = – kx
Burada
x - cismin (yayın) uzanmasıdır.
- Uzanmanın ölçü vahidi [x]=1 m.
- Ölçü cihazı xətkeş.k – sərtlik əmsalı və ya sərtlik adlanır. Sərtlik – skalyar kəmiyyətdir, cismin uzanmasından və tətbiq olunmuş qüvvədən asılı deyil:
k(Fel)=const
k(x)=const
Huk qanununa əsasən yayın uzanması n dəfə artsa elastiklik qüvvəsi də n dəfə artar, bu halda sərtlik dəyişməz qalar.
Sərtliyin ölçü vahidi:
Əgər cismə yalnız elastiklik qüvvəsi təsir edirsə onda Nyutonun ikinci qanununa əsasən cisim təcillə hərəkət edər:
Fel = ma → – kx = ma
Yalnız elastiklik qüvvəsinin təsiri altında hərəkət edən cismin təcili:
Tutaq ki m kütləli cisim yaydan asılıb.
Bu halda elastiklik qüvvəsi modulca cismin çəkisinə bərabərdir:
|Fel.|=P.
1. Əgər yaydan asılmış cisim sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdə olarsa onda elastiklik qüvvəsi modulca ağırlıq qüvvəsinə bərabərdir:kx = mg.
2. Əgər yaydan asılmış cisim şaquli yuxarı istiqamətdə yönəlmiş təcillə hərəkət edirsə ondakx = m(g+a).
3. Əgər yaydan asılmış cisim şaquli aşağı istiqamətdə yönəlmiş təcillə hərəkət edirsə ondakx = m(g-a).
Müəllif: Ağakişiyev Səbuhi
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.