Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 N-li tam orta məktəb Seyran Əliyev 0503373932 Blog artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin skrinini və gmail ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin. Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz.
Fizika hazırlığı
Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev
Blog üzrə axtar
20 Aralık 2020 Pazar
Səndə düzəlt
Bir çoxlarımız bəzən televizorda müxtəlif yaş və sənət sahibi olan insanların əyləncə və ya hobbi naminə nəsə qurub yaratdığı haqqında eşidirik. Xüsusi istedada, əmək vərdişlərinə və müəyyən bilgiyə malik olan bu insanlar müxtəlif maraqlı maşın və mexanizimlər, fərqli dizayna malik avtomobillər, fərqli ölçülərdə idarə olunan avtomobil, təyyarə, lokomotiv və s. modellər və daha başqa maraqlı qurğular, cihazlar hazırlayırlar. Onu da qeyd edək ki, bunların hazırlanması üçün təkcə hansısa əmək vərdişinin, müəyyən təlimat və çertyojların olması yetərli deyil. Sizə hər şeydən əvvəl görüləcək işin nədən ibarət olacağından asılı olaraq cürbə-cür alətlər, çəkic, kəlbətin, müxtəlif ölçülü açarlar, burğu, yivaçan, taxta və metal kəsmək üçün mişarlar və s. (hər bir evdə olması vacib olan alətlər) alətlər, eləcə də müxtəlif materiallar (metal, taxta, plastik və s.) lazım olacaq. Bunlar əgər sizdə yoxdursa əlbəttə ki, onları almaq və ya tapmaq üçün sizə bir qədər pul da lazım olacaq. (bu pula siz hətta özünüzə bu işlərdən ötrü boş vaxt da ala bilərsiniz ). Kiçik model və ya maketlərı hazırlamaq üçün çox vaxt zəhmət çəkib əlinizi cibinizə salmaya bilərsiniz. Sadəcə olaraq əlinizin altında olan materiallar da “lazımsız” hesab edilən köhnə cihazlar və məişət avadanlıqları da sizə işinizdə yetərili ola bilər. Böyük işlərdən ötrü isə böyük zəhmət və xərc tələb olunur. Məsələn əgər siz avtomobil həvəskarısınızsa və sizin ürəyinizdən öz şəxsi “istehsalınız” olan yeni dizayna və fərqli quruluşa malik avtomobil quraşdırmaq keçirsə bunun üçün sizin xəricləyəcəyiniz pul maşın bazarındakı hər hansı bir ucuz avtomobilin qiymətindən az olmaya bilər. Şəxsən mənim üçün ev şəraitində əldəqayırma su çarxlarının və külək qurğularının quraşdırılması daha cəlbedici və maraqlıdır. Bunun üçün sizin yaşadığınız coğrafi məkan da xüsusi əhəmiyyət daşıyır. Yəni əgər sizin həyətinizdə və ya yaşadığınız yerin yaxınlığında bol sulu hər hansı bir arx və ya kiçik bir çay yoxdursa onda sizin su çarxı düzəltmək istəməyiniz mənasız güc və vaxt itkisindən başqa bir şey deyil.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.