Hərəkətin nisbiliyi
Cisim bir cismə nəzərən sükunətdə, başqa cismə nəzərən hərəkətdə ola bilər. Məsələn, hərəkət edən qatarda oturan sərnişin qatara nəzərən sükunətdədir, yerə nəzərən isə hərəkətdədir. Bunun səbəbi – müxtəlif hesablama sistemləridir.
Tutaq ki, sonrakı cisimlər şosse üzrə hərəkət edirlər:

- Minik avtomobili
sürətlə. - Həmin istiqamətdə yük avtomobili
sürətlə. - Əks istiqamətdə velosipedçi
sürətlə.
Onda minik avtomobilin
1. Yük avtomobilinə nəzərən sürəti . 2. Velosipedçiyə nəzərən sürəti . Deməli cismin başqa cisimlərə nəzərən sürəti müxtəlifdir.
- Əgər qayıq çay axını istiqamətində hərəkət edirsə, onda qayığın sahilə nəzərən sürəti qayığın və çayın sürətlərinin cəminə bərabərdir:
υaxın ilə=υqayıq + υçay.
- Əgər qayıq çay axınının əksi istiqamətində hərəkət edirsə, onda qayığın sahilə nəzərən sürəti qayığın və çayın sürətlərinin fərqinə bərabərdir:
υaxının əksinə=υqayıq – υçay.
- Əgər sərnişin eskalatorun hərəkəti istiqamətində hərəkət edirsə, onda sərnişinin yerə nəzərən sürəti:
υsər.yerə nəz.=υsər.esk.nəz. + υesk.
- Əgər sərnişin eskalatorun hərəkətinin əksi istiqamətində hərəkət edirsə, onda sərnişinin yerə nəzərən sürəti:
υsər.yerə nəz.=υsər.esk.nəz. – υesk.
Cisim sükunətdə olan cisimlərə nəzərən bir sürətlə, hərəkətdə olan cisimlərə nəzərən başqa sürətlə hərəkət edir.
Bir cismin başqa cismə nəzərən sürəti nisbi sürət adlanır.
1.
– I cismin II cismə nəzərən sürəti.
2.
– II cismin I cismə nəzərən sürəti.
3. x2,1=x2–x1 - II cismin I cisimlə bağlı hesablama sistemindəki koordinatı.
4. x2,1=x2–x1 - I cismin II cisimlə bağlı hesablama sistemindəki koordinatı.
Tutaq ki, iki cisim
və
sürətləri ilə hərəkət edirlər.
1.
və
vektorlarını paralel olaraq elə köçürək ki, onların başlanğıc nöqtələri üst-üstə düşsün. Bu vektorlar üzərində üçbucaq qurulur.
2.
vektorun sonundan
vektorun sonuna yönəlmiş vektor I cismin II cismə nəzərən sürətinə bərabərdir.
3. I cismin II cismə nəzərən sürəti:
İki cisim qarşılıqlı perpendikulyar istiqamətdə
və
sürətləri ilə hərəkət edirlər, α=90º.
I cismin II cismə nəzərən sürəti:
İki cisim əks istiqamətdə
və
sürətləri ilə hərəkət edir.
I cismin II cismə nəzərən sürəti: υn=υ1+υ2.
İki cisim eyni istiqamətdə
və
sürətləri ilə hərəkət edir.
I cismin II cismə nəzərən sürəti: υn=υ1 - υ2.