Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

6 Mayıs 2022 Cuma

Hərəkətin nisbiliyi

 Hərəkətin nisbiliyi

Cisim bir cismə nəzərən sükunətdə, başqa cismə nəzərən hərəkətdə ola bilər. Məsələn, hərəkət edən qatarda oturan sərnişin qatara nəzərən sükunətdədir, yerə nəzərən isə hərəkətdədir. Bunun səbəbi – müxtəlif hesablama sistemləridir. 


Tutaq ki, sonrakı cisimlər şosse üzrə hərəkət edirlər: 


  1. Minik avtomobili  sürətlə.
  2. Həmin istiqamətdə yük avtomobili  sürətlə. 
  3. Əks istiqamətdə velosipedçi  sürətlə.

Onda minik avtomobilin 

        1.  Yük avtomobilinə nəzərən sürəti . 
        2.  Velosipedçiyə nəzərən sürəti . 

Deməli cismin başqa cisimlərə nəzərən sürəti müxtəlifdir. 



  • Əgər qayıq çay axını istiqamətində hərəkət edirsə, onda qayığın sahilə nəzərən sürəti qayığın və çayın sürətlərinin cəminə bərabərdir: 

υaxın ilə=υqayıq υçay.

  • Əgər qayıq çay axınının əksi istiqamətində hərəkət edirsə, onda qayığın sahilə nəzərən sürəti qayığın və çayın sürətlərinin fərqinə bərabərdir: 

υaxının əksinə=υqayıq – υçay.

  • Əgər sərnişin eskalatorun hərəkəti istiqamətində hərəkət edirsə, onda sərnişinin yerə nəzərən sürəti: 

υsər.yerə nəz.=υsər.esk.nəz. υesk.

  • Əgər sərnişin eskalatorun hərəkətinin əksi istiqamətində hərəkət edirsə, onda sərnişinin yerə nəzərən sürəti:  

υsər.yerə nəz.=υsər.esk.nəz. – υesk.

Cisim sükunətdə olan cisimlərə nəzərən bir sürətlə, hərəkətdə olan cisimlərə nəzərən başqa sürətlə hərəkət edir. 

Bir cismin başqa cismə nəzərən sürəti nisbi sürət adlanır.

        1.   – I cismin II cismə nəzərən sürəti
        2.   – II cismin I cismə nəzərən sürəti.
        3.  x2,1=x2–x1 - II cismin I cisimlə bağlı hesablama sistemindəki koordinatı.
        4.  x2,1=x2–x1 I cismin II cisimlə bağlı hesablama sistemindəki koordinatı.

Tutaq ki, iki cisim  və  sürətləri ilə hərəkət edirlər. 

        1.   və  vektorlarını paralel olaraq elə köçürək ki, onların başlanğıc nöqtələri üst-üstə düşsün. Bu vektorlar üzərində üçbucaq qurulur.
        2.  vektorun sonundan  vektorun sonuna yönəlmiş vektor I cismin II cismə nəzərən sürətinə bərabərdir. 
        3.  I cismin II cismə nəzərən sürəti:

İki cisim qarşılıqlı perpendikulyar istiqamətdə  və  sürətləri ilə hərəkət edirlər, α=90º

            I cismin II cismə nəzərən sürəti: 

İki cisim əks istiqamətdə    sürətləri ilə hərəkət edir.

           I cismin II cismə nəzərən sürəti: 

υn12.


İki cisim eyni istiqamətdə  və  sürətləri ilə hərəkət edir. 

           I cismin II cismə nəzərən sürəti: 

υn- υ2.

Hiç yorum yok:

Yorum Gönder

Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.