Düzxətli bərabartəcilli hərəkət
Dəyişənsürətli hərəkətin növlərindən biri düzxətli bərabərtəcilli hərəkətdir. Tutaq ki, cisim elə bir hərəkətdə olur ki onun sürəti dəyişir: artır və ya azalır.
İstənilən bərabər zaman fasilələrində sürəti eyni qədər dəyişən cismin hərəkətinə düzxətli bərabərtəcilli hərəkət deyilir.
Düzxətli bərabərtəcilli hərəkət cismin təcili xarakterizə olunur. Təcil, cismin sürətinin 1 san ərzində nə qədər dəyişdiyini göstərən kəmiyyətdir.
Təcil cismin sürətinin dəyişməsinin, bu dəyişməyə sərf olunan zamana olan nisbətinə bərabər olan fiziki kəmiyyətdir:
Burada – başlanğıc,
– cismin son sürətidir,
- sürətin dəyişməsidir.
Təcil –
- vektorial kəmiyyətdir,- ölçü vahidi:
.
Düzxətli bərabərtəcilli hərəkətdə təcil həm qiymətcə, həm də ki istiqamətcə sabit kəmiyyətdir:
Təcilin istiqaməti həmişə sürətin dəyişməsi istiqamətində yönəlir.
Təcilin proyeksiyasının düsturu:
Buradan cismin son sürətini tapmaq olar: υx – υ0x = axt Þ
Bərabərtəcilli hərəkətdə olan cismin sürətinin proyeksiyası tənliyi.
υx = υ0x + ax∙t.
Sürətin zamandan asılılığı olan υx = υ0x + ax∙t tənliyi – xətti funksiyadır. Yəni ki, sürətin zamandan asılılıq qrafiki - düz xətdir. Bu düz xətt sürət oxunu υ0x qiymətinə uyğun olan nöqtədə kəsir.
Düzxətli bərabərtəcilli hərəkətin 2 növü var: bərabəryeyinləşən və bərabəryavaşıyan.
İstənilən bərabər zaman müddətində sürəti eyni qədər artan cismin hərəkətinə bərabəryeyinləşən hərəkət deyilir.
Bərabəryeyinləşən hərəkətdə cismin
- sürəti artır.- təcili sabitdir:

- sürəti və təcili eyni istiqamətdə yönəlir:


və ya
.
İstənilən bərabər zaman müddətində sürəti eyni qədər azalan cismin hərəkətinə bərabəryavaşıyan hərəkət deyilir.
Bərabəryavaşıyan hərəkətdə cismin
- sürəti azalır.
- təcili sabitdir:

- sürəti və təcili müxtəlif istiqamətdə yönəlir
və ya
.
və ya
.
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.