Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

6 Mayıs 2022 Cuma

Düzxətli bərabərsürətli hərəkət

Düzxətli bərabərsürətli hərəkət

        İstənilən bərabər zaman fasilələrində bərabər yol gedən və bu halda trayektoriyası düz xətt olan cismin hərəkətinə, düzxətli bərabərsürətli hərəkət deyilir.

Cismin yerdəyişməsinin bu yerdəyişməyə sərf olunan zamana nisbətinə bərabər olan vektorial fiziki kəmiyyətə, düzxətli bərabərsürətli hərəkətin sürəti deyilir: 

Düzxətli bərabərsürətli hərəkət edən cismin sürətinin proyeksiyası bu cismin yerdəyişməsinin proyeksiyasının zamana olan nisbətinə bərabərdir:

Sürət – vektorial kəmiyyətdir, 

  • ölçü vahidi: 
.
  • ölçü cihazı spidometrdir.

Sürətin istiqaməti cismin hərəkəti istiqaməti ilə üst-üstə düşür.

Düzxətli bərabərsürətli hərəkətdə sürət həm istiqamətcə, həm də ki qiymətcə sabit kəmiyyətdir: 

.

Düzxətli bərabərsürətli hərəkətdə cismin yerdəyişməsi sürətin zamana olan hasilinə bərabərdir:

Düzxətli bərabərsürətli hərəkətdə cismin yerdəyişməsinin proyeksiyası sürətin proyeksiyasının zamana olan hasilinə bərabərdir:

S= υx∙t.

sx=x–x0 düsturunu  düsturunda yerinə qoyaraq alırıq:

Düzxətli bərabərsürətli hərəkət edən cismin sürəti, bu cismin koordinatının dəyişməsinin zamana nisbətinə  bərabərdir.

Əgər cisim X oxu istiqamətində hərəkət edirsə, onda onun sürətinin proyeksiyası müsbətdir: υx>0.

Əgər cisim X oxunun əksi istiqamətində hərəkət edirsə, onda onun sürətinin proyeksiyası mənfidir: υx<0.


Əlavə oxu

Düzxətli bərabərsürətli hərəkətin qrafikləri
Düzxətli bərabərsürətli hərəkətdə yerdəyişmə və sürət
Dəyişən sürətli hərəkət. Orta sürət
Nisbi hərəkət. Nisbi sürət
Düzxətli bərabərtəcilli hərəkətin qrafikləri

Düzxətli bərabərtəcilli hərəkət 

Hiç yorum yok:

Yorum Gönder

Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.