Məlum olduğu kimi, maqnit sahəsi zamana görə dəyişərək, dəyişən elektrik sahəsi yaradır. Öz növbəsində dəyişən elektrik sahəsi maqnit sahəsi yaradır. Birlikdə bu sahələr elektromaqnit sahəsini təşkil edir. Maksvel zənn edib ki, elektrik və maqnit sahəsinin rəqsləri fəzada elektromaqnit dalğaları şəklində yayıla bilər.
Elektromaqnit dalğası – elektrik və maqnit rəqslərinin fəzada yayılmasıdır.
Elektromaqnit dalğasının mənbəyi – təcillə hərəkət edən yüklü zərrəciklərdir.
Zərrəciyin elektromaqnit dalğasını ətrafa saçması sonrakı şərtlər daxilində baş verir:
2. Təcillə hərəkət etməlidir:
- Tormozlanma;
- Sürətlənmə, yeyinləşən hərəkət;
- Çevrə üzrə hərəkət;
- Rəqsi hərəkət.
Adi elektromaqnit dalğası iki toplanandan ibarətdir: elektrik sahəsinin intensivliyi və maqnit sahəsinin induksiya vektorunun dövri dəyişməsindən. Elektrik sahəsinin intensivliyi, maqnit sahəsinin induksiya vektoru və dalğanın yayılma istiqaməti bir birinə perpendikulyardır:

Elektrik və maqnit sahəsinin rəqsləri fazaca üst-üstə düşür. Elektromaqnit dalğasındakı elektrik sahəsinin intensivliyinin rəqsləri və maqnit sahəsinin induksiya vektorunun rəqsləri arasındakı fazalar fərqi sıfıra bərabərdir: Δφ=0.
Bütün elektromaqnit dalğaları vakuumda eyni sürətlə yayılır. Bu sürət təbiətdə ən yüksək sürətdir və qiymətcə c=3∙108 - dir.
Elektromaqnit dalğasının mühitdə olan sürəti mühitin xassələrindən aslıdır. Vakuumdan mühitə, mühitdən vakuuma, bir mühitdən digər mühitə keçdikdə elektromaqnit dalğasının sürəti dəyişir.
Vakuumdan mühitə keçdikdə EM dalğasının sürəti n dəfə azalır:

Burada n – mühitin sındırma əmsalı adlanır və elektromaqnit dalğası vakuumdan mühitə keçdikdə onun sürəti neçə dəfə azaldığını göstərir. Vakuumdan mühitə keçdikdə elektromaqnit dalğasının sürəti və dalğa uzunluğu n dəfə azalır:

Sonuncu düsturda λ0 – vakuumda yayılan elektromaqnit dalğasının uzunludur, λ – mühitdə yayılan həmin dalğanın uzunludur.
Elektromaqnit dalğasını şüalandıran ən sadə cihaz – sarğacdan, kondensatordan və birləşdirici naqillərdən ibarət olan sadə rəqs konturudur.
Rəqs konturun şüaladığı radiodalğaların dalğa uzunluğu:
Rəqs konturunun şüaladığı radiodalğaların tezliyi:

Müəyyən olunub ki, şüalanma intensivliyi rəqs tezliyindən asılıdır. Elektromaqnit rəqslərinin tezliyi nə qədər yüksək olarsa, şüalanmanın intensivliyi də o qədər də böyük olacaq. Adi rəqs konturu çox zəif şüalanır, ona görə ki bu konturun rəqs tezliyi çox kiçikdir. Konturda yaranmış elektromaqnit rəqslərinin tezliyini artırmaq üçün kondensatorun tutumunu və sarğacın induktivliyinin azaltmağa çalışırlar. Bunu biz sarğacdakı sarğıların sayını azaltmaqla və kondensatorun lövhələrini bir birindən uzaqlaşdırmaqla nail ola bilərik.
Kondensatorun lövhələrini maksimal olaraq uzaqlaşdıraraq və eyni zamanda sarğacdakı sarğıların sayını azaldaraq açıq rəqs konturu alırıq. Açıq rəqs konturunun şüalanması, adi konturun şüalanmasıdan xeyli yüksəkdir.
Radodalğaların eninə olmasını təsdiq edən hadisə – radiodalğaların polyarizasiyasıdır.
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.