Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

четверг, 14 апреля 2022 г.

Radioaktivlik

 Radioaktivlik 

Radioaktivlik– qamma kvantların, elementar zərrəciklərin və ya yüngül nüvələrin şüalanması ilə müşayiət olunan atom nüvələrinin özbaşına çevrilmələridir. Belə çevrilmələrə məruz qalan nüvələr radoaktiv, çevrilmə prosesi isə radioaktiv parçalanma adlanır.

Radioaktivliyi 1896-cı ildə fransız fiziki Anri Bekkerel kəşf edib. O müəyyən edib ki, uran duzları özündən işıq üçün qeyri-şəffaf olan maneədən keçə bilən və fotoemulsiyanın qaralmasına gətirib çıxaran şüalar buraxır. İki il sonra fransız fizikləri Pyer Küri və Mariya Küri toriumun radioaktivliyini aşkar ediblər və iki yeni  radioaktiv element kəşf ediblər – polonium  və radium . Sonradan müəyyən olub ki, sıra nömrəsi 83-dən böyük olan elementlərin hamısı radioaktivdir. 

Aşkar olunub ki, radioaktivlik xarici təsirlərdən – temperaturdan, təzyiqdən və maddələrin kimyəvi tərkibindən asılı deyil. Bəzi radioaktiv elementlər öz aktivliyini uzun müddət dəyişmirlər. 

1899-cu ildə Rezerford radioaktiv şüalanmanın mürəkkəb tərkibini aşkar edən təcrübə keçirib. Radoaktiv maddəni qurğuşun silindrdəki dar kanalın dibinə yerləşdirirlər. Kanalın əks tərəfində fotolövhəcik var. Radioaktiv maddənin bütün tərəflərə saçan şüalanması, bu halda şaquli yuxarı buraxılır, fotolövhəciyin üzərinə düşür və onun üzərində kiçik qara ləkə əmələ gətirir.


Rezerford bu qurğunu güclü maqnit sahəsinə yerləşdirdi. İndi şüalar 3 hissəyə bölündü. Şüaların bir hissəsi sola, digər hissəsi sağa meyl etdi, üçüncü hissə isə heç meyl etmədi. Rezerford bu şüalaları α-, β- və γ-şüalar adlandırdı.

    

 


Beləliklə müəyyən olundu ki,
    1.  α-şüalar –  sürətlə hərəkət edən “müsbət” yüklü zərrəciklərdən ibarətdir, dəqiq desək, helium  nüvələrinin selidir.
        - α-zərrəcik – helium nüvəsidir.
    2.  β-şüalar –  sürətlə hərəkət edən “mənfi” yüklü zərrəciklərdən ibarətdir, dəqiq desək, elektronların selidir.
        - β-zərrəcik – atom nüvəsi tərəfindən buraxılan elektrondur.
    3.  γ-şüalar – neytraldır. Məlumdur ki, γ-şüalar – çox böyük tezliyə malik olan elektromaqnit dalğasıdır.

Rezerfordun bu təcrübəsi radioaktiv şüalanmanın mürəkkəb tərkibli oluğunu sübut etdi.


Müəllif: 

Комментариев нет:

Отправить комментарий