Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

четверг, 14 апреля 2022 г.

Bor postulatları

 Bor postulatları

Borun birinci postulatı. Atom sistemi, hər birisi müəyyən En enerjiyə malik olan, yalnız xüsusi stasionar vəziyyətlərdə ola bilər. Stasionar vəziyyətdə atom şüalanmır.

Borun ikinci postulatı. Atom sistemi enerjini yalnız bir stasionar vəziyyətdən digər stasionar vəziyyətə keçdikdə enerji şüalayır və ya enerji udur. Şüalanan və ya udulan fotonun enerjisi stasionar vəziyyətlərin enerjiləri fərqinə bərabərdir. 

Atom k-cı enerji səviyyəsindən n-ci enerji səviyyəsinə keçdikdə şüalanan və ya udulan fotonun enerjisi:

Efoton = E– Ek.

h·νnk = E– Ek.

 

Burada h=6,63∙10-34 C∙san, νnk - şüalanan və ya udulan fotonun tezliyi.

Atom böyük enerjiyə malik olan səviyyədən kiçik enerjiyə malik olan səviyyəyə keçdikdə foton şüalanır. Fotonun enerjisi səviyyələrdəki enerjilərin fərqinə bərabərdir. Və, əksinə, fotonun udulması zamanı, atom kiçik enerjiyə malik olan vəziyyətdən böyük enerjiyə malik olan vəziyyətə keçir.

Bor – hidrogen atomunun hər bir stasionar vəziyyəti üçün enerji qiymətlərini hesablayıb. 

 

Hidrogen atomunun ən aşağı enerji səviyyəsində olan vəziyyəti əsas və ya həyacanlanmamış adlanır. Bütün başqa vəziyyətlər isə həyacanlanmış adlanır. Digər atom və ya yüklü zərrəcik ilə toqquşması zamanı və ya fotonu udarkən, hidrogen atomu enerji ehtiyyatı az olan vəziyyətdən enerji ehtiyyatı çox olan vəziyyətə keçir. Hidrogen atomu istənilən həyacanlanmış vəziyyətdən aşağı vəziyyətə keçə bilər ki, bu keçid foton şüalanması ilə müşahidə olunur. Müşahidələr və təcrübələr onu göstərir ki, atom yalnız stasionar vəziyyətlərindəki enerji fərqinə bərabər olan miqdarda enerji şüalayır və ya udur. 

Hidrogen atomunun enerji udması

Hidrogen atomun enerji udması zamanı səviyyələr arasındakı keçid:

 

Hidrogen atomunun enerji şüalaması 


Hidrogen atomunun enerji şüalaması zamanı səviyyələr arasındakı keçid:

 

Balmer seriyası. Hidrogen atomunun yuxarı energetik səviyyədən ikinci energetik səviyyəyə keçidi görünən işığın şüalanması ilə müşahidə olunur. İkinci energetik səviyyədən daha yüksək energətik səviyyəyə keçid isə görünən işığın görünən işığın udulması ilə müşayiət olunur. 

 

Hidrogen atomunun istənilən Ek enerjisi olan səviyyədən enerjisi sıfır olan E=0 səviyyəsinə keçidi atomun ionlaşmasına uyğundur.

Eionlaşma= – Ek.

Atom ionlaşarkən, elektron ilə əlaqəsini itirir.

Комментариев нет:

Отправить комментарий