Elektromaqnit rəqsləri
Cərəyan şiddətinin, gərginliyin, elektrik yükünün zamana görə periodik dəyişməsi elektromaqnit rəqsləri adlanır.
Elektromaqnit rəqslərinin meydana gəldiyi ən sadə mexanizm – kondensatordan, sarğacdan və birləşdirici naqillərdən ibarət olan rəqs konturudur.
Kondensatoru sabit cərəyan mənbəyi vasitəsi ilə yükləyək. Bundan ötrü çeviricini А vəziyyətinə gətirək. Bu halda kondensatorun üst lövhəsi müsbət, alt lövhəsi isə mənfi yüklənəcək.
Başlanğıc anda, yəni ki t = 0 olduqda:
- Kondensatorun yükü, gərginliyi, elektrik sahəsinin enerjisi maksimaldır: - Cərəyan şiddəti, maqnit seli və maqnit sahəsinin enerjisi sıfıra bərabərdir:I = 0 ⇔ Ф = 0 ⇔ Wmaqn=0.
Çeviricini B vəziyyətinə gətirdikdə, kondensator boşalmağa başlayacaq. Konturda elektrik cərəyanı yaranacaq. Kondensatorun boşalması bir an ərzində yox, tədricən baş verir. Dövrədəki cərəyan şiddəti də tədricən artacaq. Cərəyan şiddətinin kəskin artmasına, sarğacda yaranmış öz-özünə induksiya EHQ-sı mane olacaq.
Çeviricini B vəziyyətinə
gətirdikdə, kondensator boşalmağa başlayacaq. Konturda elektrik cərəyanı yaranacaq. Kondensatorun boşalması bir an ərzində yox, tədricən baş verir. Dövrədəki cərəyan şiddəti də tədricən artacaq. Cərəyan şiddətinin kəskin artmasına, sarğacda yaranmış öz-özünə induksiya EHQ-sı mane olacaq.
Çeviricini B vəziyyətinə gətirdikdən sonra, yəni ki ərzində:
q↓ ⇔U↓ ⇔Wel↓.
- Sarğacdan keçən cərəyan şiddəti, maqnit seli və sarğacda yaranmış maqnit sahəsinin enerjisi artır:I↑ ⇔Ф↑⇔Wmaqn↑.
Müəyyən müddətdən sonra kondensator tamamilə boşalır. Zənn etmək olar ki, kondensatorun boşalmasından sonra cərəyan kəsilməlidir. Lakin bu baş vermir, cərəyanın ani kəsilməsinə, sağacda yaranmış öz-özünə induksiya EHQ-sı mane olur.
Kondensatorun tamamilə boşalması zamanı, yəni ki zamanın anında:
q = 0 ⇔ U = 0 ⇔ Wel = 0.
- Cərəyan şiddəti, maqnit seli və maqnit sahəsinin enerjisi maksimal qiymət alacaq:Daha sonra konturda cərəyan şiddəti azalır, kondensator yenə yüklənir, lakin bu hadisə tədricən baş verir. Kondensatorun alt lövhəsi müsbət yükə, üst lövhəsi isə mənfi yükə malik olur.
Kondensatorun yüklənməsi zamanı, yəni ki ərzində:
q↑ ⇔ U↑ ⇔ Wel↑.
- Sarğacdan keçən cərəyan şiddəti, maqnit seli və maqnit sahəsinin enejisi azalır:I↓ ⇔ Ф↓ ⇔ Wmaqn↓.
Müəyyən vaxtdan sonra sarğacdan keçən cərəyan şiddəti sıfıra bərabər olur, kondensatorun yükü isə maksimal qiymətinə çatır.
Kondensatorun tam yüklənməsi anında, yəni ki olduqda:
q = qmax ⇔ U = Umax ⇔ Wel = Wmax.
- Cərəyan şiddəti, maqnit seli, maqnit sahəsinin enerjisi sıfıra bərabərdir:I = 0 ⇔ Ф = 0 ⇔ Wmaqn = 0.
Qeyd edək ki, yuxarıda göstərilən proses – bir tam rəqs deyil, rəqsin yarısısdır. Sonrakı zaman fasiləsində kondensator yenidən boşalır, konturda cərəyan yaranır, lakin bu dəfə əks istiqamətdə.
Beləliklə, rəqs konturundakı kondensatorun yükü, cərəyan şiddəti və maqnit seli periodik dəyişir – elektromaqnit rəqsləri yaranır.
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.