Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

Fizika lətifələri


FİZİKA LƏTİFƏLƏRİ

Müəllim şagirdlərə atomun quruluşunu başa salır:
-Beləliklə,uşaqlar,atom nüvə və onun ətrafında fırlanan
elektronlardan təşkil olunb.Hamıya aydındır ?
-Bəli, bir şey aydın olmadı, bəs nüvə ilə elektronlar arasında nə var ?
-Aaa...yəqin ki...hava var.







Müəllim soruşur:

-"at gücü"-nün nə olduğunu bilən varmı ?
Vüqar cavab verir:
-Boyu 1m və kütləsi 1kq olan atın yaratdığı gücə " at gücü " deyilir.
-Maraqlıdır! Sən özün elə at görmüsən ?
-Xeyir, onu Parisdə ,Ölçü və Çəkilər üçün Etalonlar Palatasında saxlayırlar.





  Müəllim soruşur:
-Əli ,Arximed kim olub ?

-Deməli ,.. Arximed alim olub ..su ilə dolu
vannada uzanıb fikirləşən vaxt birdən " Evrika" deyə qışqırıb.
-Evrika nə deməkdir ki?
-"tapdım" deməkdir.
-Arximed nə tapmışdı ki?
-Bilmirəm...yəqin sabun tapıb.







                             Müəllim soruşur:


-Vəliyev , bu iki fazanı əlinə alsan ,səni neçə volt gərginlik vurar?

-Müəllim , mən niyə?, Məmmədov fazaları əlinə alsın , axı əlaçı odur?!







       Müəllim: 
  -  Əli, Yerin forması dairəvidir , yoxsa ellipsdir ?
    -Müəllim, dəqiq bilmirəm ,ancaq babam deyir ki,        dünya çox qarmaqarışıqdır.









-Baba ,müəllimim dedi ki , bu gün Günəş tutulması baş verəcək.Olar, həyətə çıxım ,baxım ?
-Bala ,çıx bax , ancaq çox yaxına getmə!








Əhməd kiçik qardaşına deyir :
-Vəli, bilirsən ,ümumdünya cazibə qanunu olmasa idi , biz havada uçardıq.
-Çox heyf ,görəsən kim və nə vaxt bu qanunu qəbul edib, imzalayıb ?







Bir gün Nəsrəddin Hocadan zarafatla soruşurlar:
-Hoca ,sən bilərsən ,dünyanın mərkəzi haradadır ?
Nəsrəddin Hoca özünü itirmədən cavab verir :
-Uzunqulağımın ayağını qoyduğu yerdədir.İnanmırsınız,ölçün!












Müəllim :-Uşaqlar ,bilirsinizmi ,ümumdünya cazibə qanunu hesabına bizyerdə ayaq üstə dururuq ,gəzirik. 
-Müəllim , bəs bu qanun qəbul olunmazdan
əvvəl necə ayaq üstə dururduq ?






  Ata qızının gündəliyini yoxlayır :

                                              Fizika-2

Kimya -2
Tarix -2

Ədəbiyyat-2
Nəğmə -5
Qiymətləri görən ata hiddətlənir:
-Bu qiymətlərlə hələ sənin mahnı oxumaq həvəsin də var ?!



Stola içində yarıya qədər su olan stəkan qoyulur.
Təklif olunur ki , hər kəs öz fikrini söyləsin.
Optimist deyir :
-Yarım dolu su stəkanıdır.
Pessimist deyir :
Stəkanın yarısı boşdur.
Mararaqlıdır bəs fizik nə deyir. O, yazır :
1/2 ( Vtam -Vdolu)



                                                                 
                                                                   Valideyn iclasında ata etiraf edir :
-Sizinlə razıyam , söz mənim oğlumun bu  
qulağından girir , o biri qulağından çıxır.Neyləyə bilərəm ?
Fizika müəllimi tez düzəliş edir :
-Səhv edirsiniz ,səs vakuumda (boşluqda ) yayılmır!












-Ata ,sənə bir fizika sualı verəcəm ,baxaq cavab verə biləcəksən?
Gücü nə ilə ölçürlər ?
-Bala ,gücü indi pul ilə ölçürlər!
-Bəs fizika müəllimim deyir ki . gücü Vattla ölçürlər ?!





Məqalənin müəllifi :  Aliyə Əhmədova







Комментариев нет:

Отправить комментарий