İlğım (Miraj)
İlğım optik illüziya deyil, atmosferin istiləşməsi səbəbindən baş verən real optik fenomendir.
Yer Atmosferində baş verən bu optik hadisə ani, müxtəlif işıq axınlarının və havada olan temperatur qatlarının fəaliyyəti ilə yaranır.
Məlumdur ki, işıq sıxlığı fərqli olan optik mühitlərin sərhədindən keçərkən istiqmətini dəyişərək sınır. İsti qum və ya asfaltın üstündə, yerin səthinə yaxın hava güclü bir şəkildə istilənir və genişlənir, beləliklə üfüqi şüa daha sıx soyuq təbəqələrə doğru əyilir. Havanın sıxlığı daha da aşağı düşdükcə şüa yenidən aşağıya doğru axır və bu zaman biz duman içində titrəyən qəribə konturlar - ilğımlar görürük. Bu hadisənin özəlliyi ondadır ki, real obyektlə onun səmada təzahürünü müşahidə etmək olur. Məsələn dənizdə üzən gəmini suyun üzərində deyil, havada asılı vəziyyətdə görürük. Qızmış asfalt yol üzərində ilğım hadisəsi yolun su ilə örtülməsi effektini yaradır.
İlğımlar alçaq, obyekt üzərində görünən, obyektin altında görünən, aldadıcı və yan olmaqla beş tipə bölünür.
Aşağı ilğım
Bu tip ilğım düzən ərazilərdə yüksək temperaturda əsasən səhra şəraitində, yol üzərində müşahidə edilir. Mövcud olmayan bu qeyri maddi təsvir yer sətindən suyun buxarlanması fonunda yaranır.
Yuxarı ilğım
Bu tip isə əsasən soyun səthə malik ərazilərdə müşahidə edilir. Yuxarıya qalxdıqca temperatur artırsa bu tipi müşahidə etmək mümkünləşir. Çox nadir hallarda müşahifə edilsə də, dəyişməz görünüşü ilə fərqlənirlər. Səbəb isə soyuq havanın ağırlığı səbəbindən səmaya qalxa, isti havanın isə yüngül olması səbəbindən aşağı enə bilməməsindəndir.
Yuxarı ilğım əsasən qütblərdə daimi temperatur şəraitində görünür. Qrenlandiya və İslandiyada daha tez-tez müşahidə edilir. Qrenlandiyanın mövcudluğu İslandlar üçün bu hadisənin sayəsində məlum olmuşdur. İslandlar bu hadisəni hillingar olaraq adlandırırlar
Yuxarı ilğım hadisəsi çox maraqlı effekt yarada bilir. İlk dəfə rəsmi sənədlərdə 1596-ci ildə Villem Barensin rəhbərlik etdiyi gəmi Şimal dəniz yolunu tapmaq məqsədi ilə ilə etdiyi ekspedisiya zamanı Şimal Torpağı arxipelaqı yaxınlığında buzlar arasında sıxılaraq qalır. Ekipaj Qütb gecələrinin bitməsini gözləməli olur. Ancaq günəş qütb gecələrinin bitməsinə iki həftə qalmış görünür. XX əsrdə bu hadisə «Yeni torpaq effekti» adlandırılır.
Yan ilğım
Yan ilğım kifayət qədər günəş tərəfindən qızdırılmış divarın fonunda yaranır. Hətta qalanın düz beton divarının dalğavari şəkildə əksi yarana bilir. Əsasən isti günlərdə istənilən pridmedim yan ilğımı yarana bilər
Fata-Morqana
İlğımın nadir tipidir. Bu hadisə Fata Morqana olaraq adlandırılır. Atmorferdə baş verən hadisə, müxtəlif tip ilğımların bir yerdə cəmlənməsidir. Bu zaman uzaqda olan obyektlər çoxlu sayda və müxtəlif istiqamətdə dalğavari görünüşü fonunda görsənir.
Bu hadisə əsasən atmosferin aşağı qatlarında temperatur fərqindən formalaşır.
Aldadıcı ilğım
Dağlarda nadir hallarda müşahidə edilən hadisədir. Yaxın məsafədən öz əksini dalğvari şəkildə müşahidə etmək olar. Bu hadisə havada asılı vəziyyətdə olan su buxarlarının sayəsində müşahidə edilir.