Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

22 Şubat 2022 Salı

Sönən rəqslər. Məcburi rəqslər. Rezonans

 Sönən rəqslər

Həqiqi rəqs sistemlərində sürtünmə və müqavimət qüvvələrinin təsiri rəqslərin tam mexaniki enerjinin azalmasına səbəb olur. Rəqslər sönür. Rəqsin amplitudu sabit qalmır – azalır. 

Məcburi rəqslər

Rəqslərin sönməsinin qarşısını almaq üçün rəqqasa kənardan enerji verilməlidir. Bundan ötrü rəqqasa kənardan təsir edən periodik dəyişən qüvvə lazımdır. Məcburedici qüvvənin təsiri altında baş verən rəqslərə məcburi rəqslər deyilir. 

Məcburi rəqslərin tezliyi məcburedici qüvvənin tezliyinə bərabərdir.

Əgər məcburedici qüvvənin təsiri dayanıbsa, onda rəqqas yenidən özünün (məxsusi) tezliyi ilə rəqs edəcək. 

Əgər məcburi rəqslərin tezliyi məxsusi tezliyə bərabər olarsa onda rezonans yaranır. 

Məcburi rəqslərin tezliyi məxsusi tezliyə bərabər olan anda rəqslərin amplitudunun kəskin artmasına rezonans deyilir. 




Müəllif: 

Hiç yorum yok:

Yorum Gönder

Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.