Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

3 Ocak 2025 Cuma

XƏBƏRDARLIQ

Salam. 
 azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin. 
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.

 Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.

Ber qanunu və Koriolis təcili

Ber qanunu və ya cənub yarımkürəsində çayların sol sahilinin daha dik olma səbəbi. Ber qanunu — meridian istiqamətində axan böyük çayların Şimal yarımkürəsində sağ, Cənub yarımkürəsində isə sol sahilinin yuyulması səbəblərini izah edən müddəadır. 1857-ci ildə eston alimi Karl Ber həmin hadisənin Yerin öz oxu ətrafında fırlanmasından yaranan Koriolis təcilinin təsiri nəticəsində baş verdiyini göstərmişdir. Koriolis təcili ekvatorda sıfıra bərabərdir; ən böyük qiymətə qütblərdə çatır. Buna görə də Ber qanunu orta və yüksək enliklərdə daha aydın müşahidə olunur. Çay sahilləri axınların məcradan kənara çıxmasına mane olduğundan Ber qanununa müvafiq yuyulmaya məruz qalır. Nəticədə sağ sahillər adətən dik, sol sahillər isə yastı olur. Cənub yarımkürəsində sahillərin yuyulması prosesi bunun əksinədir. Qütblərə daha yaxın ərazidəki çaylarda Ber qanunu daha yaxşı müşahidə edilir. Lakin bizim ərazilərdədə bunu müşahidə edə bilərik. Çayların axdığı istiqamətə doğru qaldıqda sol sahilin daha dik, sağ tərəfdəki sahil isə nisbətən düzən olur. Yerin fırlanması hava kütlələrinin, həmçinin dəniz və okean axınlarının hərəkətinə də təsir göstərir.