Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

Maraqlı kəşflər






                                                              İlk saatlar

Qədim dövrlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan istifadə ediblər. Ən qədim saatlar Günəş saatları hesab olunur. İlk Günəş saatını düzəltmək qədim misirlilərin ağlına gəlib. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Qədim misirlilər Günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Yeri gəlmişkən, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb. Belə ki, Misir Yer planetinin şimal yarımkürəsində, ekvator xəttinə yaxın yerləşən ölkədir və Günəş çıxanda qədim misirlilərin düzəltdikləri saatda kölgə dərhal qərbdə meydana gəlir, Günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edirdi. Daha sonralar, çarxlı, mexaniki, batareyalı saatlar yaradılanda da istiqamət dəyişmədi və beləcə, əqrəbin soldan sağa doğru hərəkəti günümüzədək gəlib çıxdı. Maraqlıdır ki, Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, Günəş doğarkən daşın kölgəsi cənuba düşür və Günəş yüksəldikcə sola doğru dönməyə başlayar. Kim bilir, bəlkə ilk saat orada kəşf edilsəydi, bu gün əqrəblər əks istiqamətdə hərəkət edə bilərdi. Beləliklə, artıq eramızdan əvvəl III minilliyin ortalarında ən bəsit saat mövcud idi. Həmin dövrdə Qədim Misir və Yunanıstanda vaxtı üfüqi və şaquli sferblatlı Günəş saatı ilə hesablayırdılar.

Günəş saatından sonra su saatı yaranıb. Su
saatının yaranması isə qədim yunan riyaziyyatçısı, 
 mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı düzəldilənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də ölmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti onlarda suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi. Belə ki, qabda suyun həcmi dəyişdikcə qabın dibindəki təzyiq də dəyişirdi ki, bu da suyun axın sürətinə birbaşa təsir edirdi. Digər tərəfdən deşiyin çirklənməsi də saatın dəqiqliyini aşağı salırdı. Sonralar mühəndis Ktesibios bu problemləri aradan qaldırmaq üçün yeni konstruksiya təklif edib. Qabdakı deşiyin dəqiqliyini artırmaq üçün o, deşiyi qızıldan və ya xüsusi daşlardan hazırladı.

   Günəş və su saatlarından sonra qədim insanlar qum saatlarını icad ediblər. Ələnmiş narın qumu ortası boğma şüşə qaba tökür və sonra qabı tərsinə çevirirdilər. Ammu bu saatın yanında kimsə növbə çəkməli idi ki, qum şüşənin alt hissəsinə tökülüb qurtaran kimi, yenidən qabı tərsinə çevirsin. Qum saatı bərabər sürətli hərəkət prinsipi əsasında işləyirdi. Tarixi mənbəələrə görə, 1259-cu ildə böyük Azərbaycan alimi Nəsirəddin Tusinin Marağa rəsədxanasında Ay və Günəş tutulmasını, gecə-gündüz bərabərliyi anlarını müşahidə edən müxtəlif cihazlardan əlavə Günəş saatı və su saatı olub.



Orta əsrlərdə mexaniki saatların kəşfi zamanın daha dəqiq ölçülməsinə imkan yaradıb. Dünyada ilk sadə mexaniki saat 1335-ci ildə İtaliyanın Milan şəhərində düzəldilib. Sonralar illər ötdükcə mexaniki saat daha təkmilləşdirilib. Müasir mexaniki saatın ixtiraçısı 1657-ci ildə kəfkiri idarəedici detal kimi saata daxil edən X.Hüygensdir. Saatın sonrakı təkmilləşməsi ingilis saatsazı U.Klementin, C.Qraqamın, sonra yenə də Hüygensin adı ilə bağlıdır. XVI əsrin sonunda dəqiqə əqrəbi, 1760-cı ildə saniyə əqrəbi meydana çıxıb. Ardınca saatlarda ayın tarixini, həftənin günlərini göstərən əlavə mexanizmlər qoyulub.

  1300-cü ildən başlayaraq Avropa ölkələrində qüllə saatları düzəldilib. Bəzi məlumatlara görə, ilk qüllə saatı Fransanın Strasburq şəhərində ucaldılıb. Qüllə saatları çox güc tələb edən mexanizm üzərində qurulurdu. Dünyadakı məşhur qüllə saatlarından biri də Çexiyanın paytaxtı Praqada düzəldilib. Təəssüf ki, həmin saatlar müasir dövrə qədər qorunub saxlanılmayıb.




XV əsrin ikinci yarısından sonra saat istehsalında yeni təkmilləşmələr baş verib və ardınca divar, stolüstü, cib və bilək saatları yaradılıb. İlk cib saatları XIX əsrin əvvəllərində istehsal olunub. 1800-ci ildə isə dünyada ilk elektrik və elektromexanki saatlar buraxılıb. Daha sonralar elektron saatlar istehsal olunub. Elektron saatlar zamanı ölçən cihazların inkişafı sahəsində tamamilə yeni keyfiyyət mərhələsi təşkil edir. Müasir dövrdə də saat istehsalı üzrə yeni üsullar işlənib hazırlanmaqdadır. Bu gün saatlar təkcə zaman cərəyanını dəqiqliyi ilə göstərən mexanizm deyil, onlar həm də insanların cəmiyyətdə çəkisini göstərən vasitəyə çevirilib.
mənbə: modern.az




                                         İlk kompaslar


Hərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" deməkdir. Bu cihazın ən qədim forması istiqaməti yerin maqnit sahəsi əsasında müəyyən edən maqnit kompasdır. Kompas ilk dəfə eradan əvvəl təqribən 3-2-ci əsrlərdə Çində icad edilmişdir. Çində balıqvari kompas icad edildi. "Balıq" sərbəst şəkildə üzür və başı ilə istiqaməti göstərirdi. Bu əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi. Bu kompasların əsas üstünlüyü əqrəbin istiqamətinin suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbi az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi.


Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi. İlk kompas qayıqvari maqnitdən ibarət idi. "Qayığ"ın bir ucu kürəyə, bir ucu isə oxa bənzəyirdi. 11-ci əsrdə isə XII əsrin əvvəllərində Çin kompası Ərəbistana, XIII əsrin əvvəllərində isə Avropaya keçdi. Avropada isə Çin kompasından ilk istifadə edənlər italyanlar oldular. İtalyanlardan sonra Avropadakı başqa xalqlar da kompasdan istifadə etməyə başladılar. XVI əsrin əvvəllərində italiyalı Flavio Coyya kompası təkmilləşdirdi. Coyya maqnitləşdirilmiş əqrəbi bir iynənin ucuna qoyaraq kağız dairənin mərkəzində yerləşdirdi, sonra da bu kağız dairəni 16 hissəyə, yəni, 16 rumba böldü (yeri gəlmişkən deyək ki, yunan dilində "rhombos" -"dairəvi hərəkət" deməkdir). Sonrakı illərdə rumbların sayı 16-dan 32-yə çatdırıldı. Bu sadə ixtira dənizçiliyin inkişafında çox böyük rol oynadı. Artıq dənizçilər uzaq və təhlükəli səfərlərə qorxmadan  çıxmağa başladılar. Sonralar kompas müxtəlif alimlər tərəfindən daha da təkmilləşdirildi. Bu gün istifadə etdiyimiz kompası isə ilk dəfə 1483-cü ildə portuqaliyalı Pyer Qarsia Ferdinand icad etdi. Maqnit kompaslarından başqa, ən çox istifadə edilən kompaslar isə hiroskopik və elektron kompaslardır.
mənbə: modern.az

                                                  Güzgünün kəşfi


Günümüzdən 4 min əvvəl, Şumerlər, Hindlilər, Misirlilər və İtaliyanın şimal seqmentlərində, yanardağ lavalarının parlaq artıqlarının cilalanmasıyla, görünüşü əks etdirən ilk aynalar kəşf edildi. İlk şüşə güzgülər isə 12-ci əsrdə Murano adasında yaşayan Venesiya ustaları tərəfindən düzəldilib. İlk güzgülərin düzəlməsi sirrini Venesiyalılar düz 200 il gizli saxlayıblar. Həmin vaxtlar güzgünün düzəldilməsi də çox baha başa gəlirdi.

Gümüşləmə üsuluyla ayna əldə etmə texnikası isə 14-cü əsrdə Venedikdə inkişaf etdirildi. Venediklilər, bir şüşə təbəqəsinin arxa səthinə civə sürtərək, ayna etməyi bacardılar və otarixdən sonra bu şüşə parçası, xüsusi ilə qadınların əllərindən düşməz oldu.

İlk otaqlarda yerləşdirilən böyük aynalar isə ilk dəfə 14-cü əsrdə Almaniyanın Nürnberg şəhərində kəşf edildi. Şüşə ustaları, üfləmə üsuluyla şüşə kürələr meydana gətirdikdən sonra, bunları ortadan ikiyə bölürlər, sonra da iç qisimlərini incə bir civə təbəqəsiylə örtərək aynanı əldə edirlər. Müasir texnologiyalarla ayna əldə etməyin yollarını isə, 1835-ci ildə Alman kimyaçısı Justus von Liebig tərəfindən kəşf edildi. Gümüşnitrat xüsusi bir üsulla şüşəyə töküldüyündə, içindəki gümüş şüşəyə yapışır və beləcə də son dərəcə dəqiq görünüş verən bir ayna əldə edilirdi.


                                              İlk dəfə mövqeli say sistemi





 Mövqeli say sistemi – bu sistem bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s. Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. 


Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir. Avropada böyük tarixi səhvə yol verilmiş və hindlilərin mövqeli say sistemində işlətdiyi rəqəmlər "ərəb rəqəmləri" adı altında işlədilmişdir. Əslində isə "Hind rəqəmləri" olmalıdır. Mövqeli say sistemi bizim ölkədə XVII əsrdən işlənməyə başlamışdır. Ona kimi ən çox Roma rəqəmlərindən istifadə olunmuşdur. Hind pozision sistemində (latınca positio – mövqe, yer, vəziyyət deməkdir) hər bir natural ədəd on rəqəmin (0,1,2,3,4,5,6,7,8,9) vasitəsi ilə ifadə edildiyi halda, Babilistan sistemində 60 rəqəmin vasitəsilə edilir. Bu cəhətdəndə onluq say sistemi ondan üstün hesab edilir. Con Vallis (1616-1703) " Universal arfimetika" kitabında birinci dəfə müxtəlif əsaslı say sistemlərini araşdırmış və ədədlərin üçlük, dördlük və s. mövqeli sistemlərdə göstərilməsinə baxmışdır. O da bu prosesdə onluq mövqeli say sisteminin üstünlüyünü əsaslandırmışdır. Bunun kimi ikilik say sistemi də maraqlı idi. Onun əlamətləri və yazılı göstərilməsi ilə bir çox riyaziyyatçılar, o cümlədən fransız alimi B.Paskal (1623-1662), alman riyaziyyatçısı Q.F.Leybnis və İsveçrə

riyaziyyatçısı İohan Bernulli (1667-1748) məşğul olmuşlar. Mövqesiz say sistemi – Bütün say sistemləri mövqeli və mövqesiz olmaqla iki yerə ayrılır. Hər hansı sistemdə rəqəmlərin yazıldığı işarənin qiyməti onun mövqeyindən, yəni durduğu yerdən asılı olaraq dəyişməzsə, onda həmin sistem mövqesiz say sistemi adlanır. Məsələn, Roma say sistemi mövqesiz say sistemidir. Burada hər bir rəqəm, yazılışda durduğu yerdən asılı olmayaraq eyni bir ədədi ifadə edir. Belə ki, III ədədində 1 rəqəmi biribci yerdə bir ədədini göstərdiyi kimi, ikinci və üçüncü yerlərdə də bir ədədini göstərir. Lakin onluq say sistemində biri təkliyi, digəri onluğu, üçüncüsü isə yüzlüyü göstərir.
mənbə: vikipedia.az


Комментариев нет:

Отправить комментарий