Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

Alimler



Isaak Nyuton 
Kəndli ailəsində dünyaya göz açan Nyuton, atasını o doğulmamışdan 3 ay qabaq itirmişdi. On iki yaşında Grantham-da "kings Schools”a yazılan Nyuton bu məktəbi 1661-ci ildə bitirdi. Həmin il Cambridge Univərsitətindəki Trinity Kollecinə daxil oldu. 1665-ci ilin aprelində bu məktəbdən lisans(indiki bakalavr pilləsi) dərəcəsini aldı. Yüksək lisans(indiki magistr pilləsi) çalışmalarına başlayacagı müddətdə əhali arasında vahimə yaradan vəba xəstəliyi üzündən universitet bağlandı. Xəstəlikdən qorunmaq məqsədi ilə anasının yanına sığınan Nyuton burada keçirdiyi iki il boyunca ən önəmli ideyalarını gerçəkləşdirdi. 1667-ci ildə Trinity Kollecinə qayıtdığı zaman differensial və inteqral hesabın təməllərini qoymuş , ağ işığın rəngli spektrlərə ayrılmasını müəyyənləşdirmiş və cisimlərin bir-birlərini aralarındakı məsafənin kvadrati ilə tərs mütənasib olaraq cəzb ətdiklərini fikrinə gəlmişdir. Çəkingənliyi üzündən Nyuton hər bir elmdə böyük dəyişiklik yarada biləcək bu kəşflərin çoxunu uzun illər sonra (məsələn differensial və inteqral hesabları 38 il sonra) üzə çıxarmışdır. Nyuton 1669-cu ildə hələ 27 yaşı olanda Cambridge Universitetində riyaziyyat professoru kimi çalışmaşa başladı . 1671-ci ildə ilk aynalı teleskopu ixtira etdi və ertəsi il Royal Society-in üzvü seçildi .Royal Society-yə təklif etdiyi rəng haqqında fikirlərinin tənqidlərə hədəf olması , xüsusən də Robert Hooke tərəfindən şiddətli tənqidlərə məruz qalması Nyutonun özünə qapanaraq elm dünyasından əlaqəsini tamamilə kəsməyə gətirib çıxardı. 1675-ci ildə yenidən təklif etdiyi optik mövzusundakı iki fikri yeni münaqişələrə yol açdı. Hooke məqalələrdə bəzi tapıntıların öz kəşfi olduğunu, Nyutonun bunlara sahib çıxdığını söyləmişdi. Bütün bu münaqişələr və tənqidlər nəticəsində 1678-ci ildə ruhi sarsıntı keçirən Nyuton ancaq yaxın dostu, məşhur astronom, riyaziyyatçi Edmond Halleyin xahişi ilə altı il sonra elmi çalışmalarına geri döndü. Cambridge Universitetindəki katolikliyi yaymağa qarşı yönəldilən hərəkata başçılıq ədən Nyuton , Kral düşürüldükdən sonra 1689-cu ildə universitetin parlamentindəki təmsilçiliyinə səçildi. 1693-cu ildə yenidən ruhi sarsıntı keçirdi və yaxın dostları ilə , bu arada Samuel Pepys və John Locke ilə arası pozuldu. Iki il davam ədən ruhi sarsıntıdan sonra sağlışına yenidən qovuşsa da bundan sonrakı həyatında elmi çalışmalara əvvəlki kimi maraq göstərmədi . Daha sonra 1699-cu ildə Fransa Elmlər Akademiyasının xarici üzvülüyünə , 1703-cu ildə Royal Society-nin prezidenti seçildi. Gəlmiş keçmiş elm adamlarının ən böyüklərindən biri olaraq qəbul edilən Nyuton riyaziyyat və fizikada çox önəmli kəşflər etmişdi. Nyutonun elmə ən böyük köməyi mexanikadadır. Mərkəzəqaçma qüvvəsi qanunu ilə Kepler qanunlarını ele alaraq kütlə-çəki qanununu ortaya qoydu. Nyutonun kitablarından bəziləri Philosophiae naturalis principia mathematica, principia , opticks sayıla bilər.





                                           

                         Albert Eyneşteyn 
Albert Einstein 1879-cu il martın 14-də Almaniyada doğulub. Doğulandan az müddət sonra ailəsi Munichə köçdüyü üçün təhsilinə Munich-dəki Luitpold Gymnasium-da başladı. Bu ərəfədə anasının təkidi ilə kaman dərsləri alırdı. 1894-cü ildə Hermann Einstein-in iflası nəticəsində ailə İtaliyaya köçdü. Bu müddətdə Albert məktəbini bitirmək üçün Munichdə qaldı. 1896 -ci ildə ailəsi tərəfindən təhsilini davam etdirməsi üçün Aarau,İsveçrəyə göndərildi və Zurich-dəki Swiss Federal Polytechnic School-a fizika və riyaziyyat müəllimi olmaq üçün başladı. 1901-ci ildə məzun oldu və İsveçrə vətəndaşlığına qəbul edildi. 1905-ci ildə doktorluq dissertasiyasını müdafiə etdi. 1909-cu ildə Zurich Universitetində professor kimi çalışmağa başladı. 1911-ci ildə Prague Universitetində Fizika Professorluğuna yiyələndi ancaq 1912-ci ildə Zurich Universitetinə geri döndü Burada riyaziyyatçı Marcel Grossman ilə çalişmağa başladı. Bu müddətdə Albert zamanı dördüncü ölçü olaraq tanıtdı. 1914-cü ildə Berlin Universitetində professor kimi çalişdı. Həmin il Alman vətəndaşlığına qəbul edildi ancaq 1933-cü ildə siyasi səbəblərə görə ( Hitlerin və Nazi Partiyasının iqtidara gəlməsi və Albertin Müsəvi olması) vətəndaşlıqdan imtina edib Amerikaya köçdü və Princeton Universitetində professor kimi çalişmağa başladı. 1940-cı ildə Amerikan vətəndaşı oldu və 1945-ci ildə Princetondakı işindən təqaüdə çıxdı. İkinci dünya müharibəsindən sonra Albert Einstein dünya üzərində böyük hörmətə malik olmuşdu. Albert Einsteinə təklif edilən İsrailin Prezidəntliyini rədd etdi ancaq Dr. Chaim Weizmann ilə Jerusalem Musəvi Universitetinin quruluşunda şərik çalışdı. 1945-ci ildə Roosvelt-ə yazdığı məktubunda nüvə silahlarını düzəldə bildiyi baradə bəhs etdi. Hiroşima faciəsindən sonra bu ixtirasından böyük peşmanlıq hissi kəçirdi və ömrünün axırına qədər nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə apardı. Atom Bombası Albert Einsteinə, Avropa və Amerikadakı birçox Universitetdən fizika , tibb və fəlsəfə sahələrində qürurlu doktorluq dərəcəsi almağa haqq qazandırdı. 1920-ci illərdə Avropada , Amerikada və Uzaq Şərqdə dərs dedi. Çalışmaları nəticəsində birçox mükafatlar aldı bunlar arasında Copley Nişanı(1925) və Franklin Nişanı(1935) da var. 1921-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görüldü( fotoeffekt hadisəsinə görə ).




Galileo Galilei (1564-1642) müasir fizikanın və teleskopik astronomiyanın banilərindən olan İtaliyan elm adamıdır. 1564-cü ildə İtaliyanın Pisa şəhərində anadan olub. Zəmanəsinin tanınmış musiqiçilərindən Vincenzo Galilei-in oğlu olan Galileo , ilk təhsilini Florensiyada almışdı. 1581-ci ildə Pisa Universitetində tibb təhsilinə başladı , ancaq maddi çətinlik ucbatından universiteti tərk etdi. 1583-cü ildən riyaziyyat elminə maraq göstərən Galileo , bu sahədə çalışmaları nəticəsində 1589-cu ildə Pisada professor oldu. Üzən cisimlərin və hərəkətin Aristotel fizikasından fərqli bir düşüncə ilə riyazi olaraq ələ alınmasının lazım olduğuna inanan Galileo , Pisa qalasından ağir bir cisim düşürdərək Aristotelin səhf fikirdə olduğunu göstərdi. Galileonun bu hərəkəti yaşlı professorların heç bir şey anlamamasına səbəb oldu. 1592-ci ildə Pisanı tərk edərək Padova Universitetinə gəldi. Galileo 1600-cü ildə termometr, insan ürəyinin döyüntüsünü qeydə alan sayğac və 1604-cü ildə sərbəst düşmənin riyazi qanunlarını kəşf etdi. 1609-cun ildə hollandiyada teleskopun tapıldığını eşitdi, bundan sonra özü daha mükəmməl teleskop düzəldərək astronomiyada istifadə etməyə başladı. 1610-cu ildə aydakı dağlar, ulduz kümələri və Südyolu ilə bağlı ilk tedqiqatları haqqında cəmiyyətə məlumat verdi. 1611-ci ildə Romaya getdi və ordakı Elmlər Akademiyasının üzvi seçildi. Florensiyaya döndüyü zaman hidrostatika ilə bağlı (bu kitab bir çox elm adamının etirazına səbəb olmuşdu) , 1613-cü ildə Günəş ləkələri üçün yazdığı əsərini çap etdirdi. Bu əsərində Kopernik sistemini açıq şəkildə müdafiə edirdi. Ancaq 1616-cı ildə Papa Beşinci Paul tərəfindən Galileonun kitablarını yoxlamaq üçün komissiya quruldu. Bu komissiya Galileonun kitablarına qadağa qoymadı . sadəcə yerin dönməsi iddiasından əl çəkməsini istıdi. Galileo bir müddət elmin praktik tərəfinə döndü , mikroskopu inkişaf etdirdi . Ancaq 1618-ci ildə üç quyruqlu ulduzun görünməsi ilə bağlı kilsə ilə münaqişəyə girdi. Dostunun Səkkizinci Urban olaraq Papa seçilməsindən cəsarət alaraq yazdığı “ İki kainat sistemi üzərində danışıqlar” adlı əsərini çap etdirdi. Ancaq kitab daha əvvəl edilən xəbərdarlıqlara zidd olduğuna görə Roma məhkəməsinə çağrıldı. 1633-cü ildə bu kitab qadağan edildi və Galileonun özü də həbs edildi. Yetmiş yaşında həbs edilən Galileonun gözləri kor oldu və 1642-ci ildə yanvarın 8-də həbsdə olarkən vəfat etdi.


Ernest Rutherford 1871-ci il avqustun 30-da Yeni Zellandiyanın Braytoter şəhərində anadan olmuşdur. İngilis fiziki və kimyaçısı , atom quruluşu və radioaktivlik təliminin banilərindən biri , milliyətcə ingilisdir. Yeni Zellandiyaya köçmüş Şotlandiyalı bir ailənin 12 uşağından dördüncüsü idi. Atası (bir az loru dildə desək) təkər yamayan işləyirdi. Ernest litseyi dövlət hesabına oxuyurdu. Yenə də təhsilini dövlət hesabına davam etdirdiyi Christchurch-dakı Canterbury College-dən 1892-ci ildə lisans(bakalavr), ertəsi il isə yüksək lisans(magistr) dərəcələrini aldı. Canterbury College-da bir il də qaldıqdan sonra dəmirin yüksək tezlikli maqnetik mühitlərdə maqnitləşmə xüsusiyyətləri üzərində tədqiqatlar apardı. Hertz-in bir nəçə il əvvəl tapmış olduğu elektromaqnit dalğalarını qeydə ala bilən dedektor ixtira etdi. 1895-ci ildə ingiltərəyə gedən Rutherford Cambridgə Universitetində Cavendish Laboratoriyasında J.J. Thomson-un yanında çalışmağa başladı. Burada elektromaqnetizm üzərindəki təcrübələrini davam etdirdi və Hertz dalğalarını 3 km uzaqlıqdan göndərib almağı bacardı. 1895-ci il Wilhelm Conrad Röntgen-in X şüalarını tapdığı açıqlamasından sonra J.J. Thomson və Rutherford bu sahədə çalışmağa başladılar. XIX yüz illiyin sonuna gələrkən bir çox elm adamı artıq fizikada bundan sonra kəşf ediləcək bir şey qalmadığı fikrində idi. Ancaq Rutherford 3 il içərisində fizikanın yeni bir sahəsini ortaya çıxardı: Radioaktivlik. Radioaktivliyin fiziki mənasını bir elementin atomunun digər bir elementin atomuna özbaşına çevrilməsi kimi başa düşürdü. Maddənin dəyişməzliyi fikrinə tam bağlanan alimlər bu ideyaya qarşı çıxacaqdı ancaq Rutherford-un bu ideyası sonradan göründüyü kimi öz doğruluğunu isbat edəcəkdi. Bu böyük uğurun ardından Rutherford 1903-cü ildə Royal Society-in müxbir üzvü seçildi. Bir il sonra isə Royal Society-in böyük bacarığı olan elm adamlarına verdiyi Rumford Medalı ilə təltif edildi. α zərrəciklərinin elektrik və maqnit sahəsində səpilməsini 1903-cü ildə tapan Rutherford bunların həm də yüklü zərrəcikələr olduğunu aşkar etdi. Rutherford-un 1911-ci ildə yaratdığı "Atom Modeli" onun elmə ən böyük əməyidir. Atomun bu modelinə “ Rutherford Atom Modeli” ya da “Kişmişli Atom Modeli” deyilirdi. Elementlərin radioaktiv parçalanması və radioaktiv maddələrin kimyası sahəsindəki tədqiqatlarına görə 1908-ci ildə kimya sahəsində Nobel mükafatına layiq görülmüşdür. 1914-cü ildə Ernest Rutherford-a Baron adı verildi və 1922-ci ildə Royal Society-nin ən böyük mükafatı olan Copley Medalı ilə təltif edilmişdi. 1922-ci ildə Royal Society-nin prezidenti vəzifəsinə keçdi. E.Retherford 1937-ci ildə oktyabrın 19-da İngiltərənin Cambridge şəhərində vəfat etmişdir.



James Chadwick 1891-ci il oktyabrın 20-də İngiltərənin Cheshirə şəhərində anadan olmuşdur. James milliyətcə ingilisdir. Təhsilini Rutherford-un tələbəsi kimi Manchestər Universitetində aldı. 1919-cu ildə çalışmağa başladığı Cambridge Universitetində 1935-ci ilə qədər oradakı işinə davam etdi. Əsas elmi işləri nüvə fizikasının problemləri olmuşdur. 1923-cü ildə Cavendish Laboratoriyasının Tədqiqatlar şöbəsinin müdürü vəzifəsinə keçmişdir. 1927-ci ildə isə Royal Society-nin müxbir üzvü seçildi. 1932-ci ildə neytronu kəşf etdi və 3 il sonra bu kəşfinə görə 1935-ci ildə Nobel mükafatı laureatı adına layiq görülmüşdür. Bundan başqa 1935-ci ildə Liverpool Universitetinin fizika kürsüsünə keçdi. İkinci Dünya Müharibəsi dövründə Los Alamos-dakı atom tədqiqatlarına başçılıq etdi. 1948-ci ildə Cambridge-dəki bir kollecin müdürü vəzifəsinə keçdi. Deteryumun qamma şüaları ilə parçalanmasını tədqiq edərək nüvə fotoelektrik effektini tapdı. James Chadwick 24 iyul 1974-cü ildə Cambridge-də vəfat etdi.


Marie Curie 7 noyabr 1867-ci ildə Polşanın Varşava şəhərində anadan olub (əvvəl adı Maria Skłodowska idi). Özündən böyük bir bacısı (Brenya) var idi. O müəllim ailəsində dünyaya gəlmişdi. Marie Curie əslən polşalı idi. Gənclik illərində Varşava Rus İmperiyasının hakimiyyəti altında idi. Siyasi aktivliyi onu bu vəziyyətdə Varşavadan ayrılmağa yönəldirdi. İlk olaraq Cracow-a gedən Maria orada istədiyi kimi təhsil ala bilməyəcəyini anladı . Ailəsinin də maddi yardımının az olması səbəbi ilə Paris Sorbonne-də tibb təhsili alan bacısı Brenyaya təhsilində kömek etmək qərarına gəldi. Bacısı isə əvəzində ona riyaziyyat və fizikadan təhsil almağına kömək edəcəkdi. 1891-ci ildə Parisə bacısının yanına getdi. Kiçik bir evdə , ağır şərait altında yaşayarkən təhsilinə davam etdi. İki il içərisində sinifinin birincisi olaraq fizik dərəcəsi aldı. 1894-cü ildə ikinci dərəcəsi olan riyaziyyatı da bitirdi. Sonrakı məqsədi isə müəllimlik diplomu alıb Varşavaya dönmək idi. 1894-cü ildə qardaşı Jacques ilə piezoelektriki kəşf edən Pierre Curie ilə tanış oldu. O zamanlar Pierre Curie 35 yaşında idi. Maria və Pierre birlikdə elmi çalışmalarla məşğul olurdular , bununla bərabər getdikcə bir-birinə daha da bağlanmışdılar. 1895-ci ilin iyul ayında Maria və Pierre evləndilər. Bu tarixdən etibarən Maria Skłodowska adını Maria Curie adını aldı. 1986-cı ildə müəllimlik diplomunu aldıqdan sonra 1897-ci ildə Henri Becquerel tərəfindən elan edilmiş uran duzlarının yaydığı, sonralar radioaktivlik olaraq adlandırılan “şüa” üzərində ətraflı araşdırmalara başladı. Lakin ilk qızı İrene-in 1897-ci ildə sentyabr ayında dünyaya gəlməsi çalışmalarına ara verməsinə səbəb oldu. Sonradan 1898-illərin əvvəlindən çalışmalarına davam etdi. 1903-cü ildə Marie doktorluq dərəcəsini aldı və bu Fransada ilk qadın idi ki, bu dərəcəni alırdı. Həmin il həyat yoldaşı və Becquerel ilə paylaşdığı fizika sahəsində Nobel mükaftı aldı və tarixdə ilk Nobel mükafatı alan qadın oldu. 19 aprel 1906-cı ildə Pierre Curie bir at arabasının altında qalaraq öz həyatını itirdi.İki uşağı ilə dul qalan Marie Sorbonne-də müllimlik vəzifəsinə keçdi və 1908-ci ildə Sorbonne-də ilk qadın professor oldu.1911-ci ildə radium və polonium-u kəfş etdiyinə görə kimya sahəsində Nobel mükafatına layiq görüldü. Beləliklə iki dəfə Nobel mükafatı alan ilk insan oldu. Ancaq bəzi mənbələrin məlumatına görə ikinci dəfə buna mükafatın verilmə səbəbi yoldaşını itirməsi və ağır şəraitdə yaşaması olub. 1934-cü ildə Savoy şəhərində qan xərçəngindən vəfat etdi. Xəstəliyinin səbəbi həddən artıq radioaktiv şüalanmaya məruz qalması olub. Beləliklə ona “Elm üçün ölən qadın” deyilir.




                                  Vilhelm Konard Rontgen
Əslən alman fiziki olan Wilhelm Conrad Röntgen 27 mart 1845-ci ildə Almaniyada, Remscheid şəhərində dünyaya gəldi. Uşaqlıq və gənclik illəri Hollandiyada və İsveçrədə keçdi. 1865-ci ildə Zürich-də Politexnik universitetinə qəbul oldu və oranı 1868-ci ildə texniki mühəndis olaraq bitirdi. 1869-cu ildə Zürich Universitetində doktorluq dissertasiyasını müdafiə etdi. Bundan sonra 1876-cı ildə Strassburg-da , 1879-da Giessen-də və 1888-ci ildə Würzburg Universitetində fizika professoru kimi çalışdı. Röntgen 1895-ci ildə kəşf etdiyi X-şüalarına görə böyük şöhrət qazanmışdır. Röntgen X-şüalarını incələyən zaman elektrik və maqnit sahələrinin təsiri ilə istiqamətini dəyişmədiyini isbat etmişdir. Bu şüaların cisimlərin daxilindən keçmə qabiliyyətinə malik olduğunu və havanı ionlaşdırdığını ortaya çıxardı. Röntgenin bu uğurunu bir çox elm adamı qısqanclıqla qarşılayırdı, amma buna baxmayaraq Röntgen bundan sonra saysız mükafatlara layiq görüldü. Nəhayət 1901-ci ildə tamamladığı bu araşdırmalarına görə fizika sahəsində ilk nobelçi fizik adına layiq görüldü. Aldığı bu mükafatın bütün hissəsini Würzburg Universitetinə bağışladı. Dünya şöhrətli Wilhelm Conrad Röntgen həyat yoldaşının ölümündən 4 il sonra , Birinci Dünya Müharibəsinin yaratdığı iqtisadi çətinliyi ərəfəsində 10 fevral 1923-cü ildə Münih-də həddən artıq kasıb bir şəraitdə vəfat etdi. Ölümündən sonra X-şüalarına Röntgen şüaları adı verildi.




                                Maykl FaradeyFaradey(Michael Faraday) dahi ingilis fiziki, kimyaçısı və elektromaqnit sahəsi təliminin banisidir. O, Londonda kasıb dəmirçi ailəsində anadan olmuşdur. İbtidai məktəbi bitirdikdən sonra 12 yaşında ikən kitab dükanında olan cildçi emalatxanasında işə girir və bir ildən sonra cildçilik sənətini öyrənmək üçün şagird qəbul edilir. 14 yaşlı Faradey işləməklə yanaşı cildxana sahibinin yanında təhsil almışdır. Cildlədiyi kitabların məzmunu ilə Faradey həmişə maraqlanmış və işlədiyi müddətdə çoxlu kitab oxumuşdur. Onlar içərisində ən çox sevdiyi kimya və elektrikə aid kitablar olmuşdur. Onun xoşuna gələn kitablardan Marsenin «Kimya haqqında söhbətlər» və «Britaniyanın ensiklopediyası»nın fizikaya aid olan fəsilləri olub.Kral institutunda məşhur alim H.Devinin mühazirələrinə qulaq asdıqdan sonra Faradeydə bu alimə qarşı böyük hörmət hissi yaranır və onun yanında işləməyi arzulayır. Faradey 1812-ci ildə Deviyə məktub yazıb, elmə böyük həvəsi olduğunu bildirir və öz laboratoriyasında onu işə götürməyi xahiş edir.
H.Devi məktubu alandan sonra bilmir nə cavab yazsın. Bu barədə öz iş yoldaşı Pipisə xəbər verir ki, - Faradey adında oğlandan məktub almışam, elmə böyük həvəsindən yazır, institutda ona iş verməyimi xahiş edir. İndi mən nə edim?
- Nə edəsən? Qoy gəlib butulkaları yusun. Əgər razı olarsa, deməli ondan bir şey çıxacaq, razı olmazsa, deməli heç nəyə yaramır.
Devi Faradeyi özünə katib götürür, sonra isə laborant keçirir.
1813-cü ilin axırında Devi Avropaya iki illik səyahətə çıxarkən Faradeyi özü ilə getməyə dəvət edir. Bu səyahət Faradeyə böyük təsir bağışlayır. Belə ki, o, görkəmli alimlərlə - Amper, Gey-Lüssak, Volta və s. ilə görüşür. Bu görüşlər onun elmi dünya görüşünün genişlənməsinə kömək edir.
Faradeyin tədqiqatları elektrik, maqnetizm, maqnit optikası, elektrokimya və s. sahələrə aiddir.
Demək lazımdır ki, Faradeyin ailəsi sadə, əməksevər, kiçik yaşlarından uşaqlarını əməyə alışdıran və sevdirən ailə olub. Anasının təhsili olmayıb, atası 1810-cu ildə vəfat edib. Lakin anası oğlunun şöhrətləndiyi vaxta qədər yaşayıb, həmişə oğlunun kəşf və ixtiraları ilə fəxr etmişdir.
Kimya elmi tarixində Faradey görkəmli yer tutur. O, 24 yaşında ikən gözəl tədqiqatlar apararaq benzol və butilen almışdır.
Faradey o vaxtlar məlum olan qazların bir çoxunu mayeləşdirmişdir. O, ilk dəfə kükürd 4-oksidini, karbon 4- oksidini, ammonyakı və s. maye halına çevirə bilmişdir.
Faradey fizikanın bir sıra fundamental qanun və hadisələrini kəşf etmişdir. Erstedin təcrübəsi ilə maraqlanan Faradey çoxlu təcrübələr aparır və ilk böyük kəşfini 1821-ci ildə edir. Faradey öyrənir ki, elektrik cərəyanı keçən naqili maqnit qütbləri arasında yerləşdirəndə naqil itələnir. Bu kəşf elektrik mühərrikinin ixtirasına səbəb olur. Demək lazımdır ki, elektrotexnikanın tarixi öz başlanğıcını Faradeyin çertyoj və ixtiralarından başlayır.
1822-ci ildə Faradey «Maqnetizmi elektrikə çevirmək» məqsədini qarşıya qoyur. Bu məqsədlə Faradey çoxlu sayda təcrübələr aparır, nəticə almadıqca, daha inadla işləyirmiş.
Nəhayət, 9 illik gərgin əmək sərf etməsi öz bəhrəsini verir, 1831-ci il avqustun 29-da elektromaqnit induksiya hadisəsini kəşf edir.
Faradey: «Bütün adamlar səhvə yol verə bilərlər» sözünü işlətməyi xoşlarmış və buna görə də təcrübələr apararkən o özünü və başqalarını dönə-dönə yoxlayarmış.
Faradey elektrokimyanın əsasını qoyanlardandır. 1833-cü ildə o, elektroliz hadisəsini öyrənməyə başlayır və elektrolizin iki qanununu kəşf edir.
«Elektroliz», «Elektrolit», «Elektrod», «Anod», «Katod», «İon» terminlərini 1834-cü ildə Faradey elmə daxil edib.
Elektrik və maqnit sahələri təsəvvürünü ilk dəfə Faradey vermişdir. Yaxına təsir təsəvvürlərinə kəskin dönüş Faradeylə başlanmışdır. Onun ideyalarına görə: elektrik yükləri bir-birinə bilavasitə təsir etmir. Bir yükün sahəsi digər yükə təsir edir və əksinə.
Faradey 1845-ci ildə diamaqnetizm və 1847-ci ildə isə paramaqnetizmi kəşf etmiş, maqnit xassələrinə görə maddələri iki qrupa bölmüşdür. Maddələrin dielektrik xassələrini tədqiq etdikdən sonra o, qazlarda elektrik boşalmasını öyrənməyə başlayır. Bu təcrübələrdən boruda katod yaxınlığındakı fəzada qaranlıq fəzanın alındığını müşahidə edir. Beləliklə Faradey qazlarda elektrik boşalmasının əsasını qoymuş olur ki, fizikanın çox mühüm sahələrinin - elektronika, rentgenofizika, radioaktivlik və s. sonrakı inkişafına kömək edir.
1846-cı ildə Faradey optik və elektromaqnit hadisələr arasındakı əlaqənin varlığını isbat etmişdir. O, müşahidə edir ki, optik fəal olmayan maddələr maqnit sahəsinin təsiri ilə polyarlaşma müstəvisini fırlatma qabiliyyəti əldə edir. Deməli, maqnit sahəsi süni fəallıq yaradır ki, bu hadisə Faradey effekti adlanır.
Hər şeydən əvvəl Faradeyin dünyagörüşündə ən qüvvətli onun materialist olması idi. O, həmişə maddənin zərrəciklərdən ibarət olmasından, təbiətdəki qüvvələrdən danışarmış. Faradeyə görə materiya həmişə hərəkətdə olan, aktiv varlıq olub.
Elektrikə aid tədqiqatları Faradeyə dünya şöhrəti gətirdiyi kimi, dünya elmi böyük kəşflər və tədqiqat sahələri ilə zənginləşdi.
Dahi alim olmaqla Faradey eyni zamanda yüksək insani keyfiyyətlərə malik olub: özünə qarşı tələbkarlığı, insanlara xoş arzular və vicdanla münasibəti, sadəliyi və səmimiliyi ömür boyu alimin gözəl xüsusiyyətlərindən olub.
Faradey London Kral cəmiyyətinin üzvü (1824), Peterburq EA-nın fəxri üzvü (1830) olmuşdur.



Dahilər dahisi "Nikola Tesla"

"Nikola Tesla" adı sizə bir şey xatırladırmi? Tanış gəlirmi bir yerlərdən? Əminəm ki Teslanın adını eşidənlərin sayı çox azdır ... Nikola Tesla,elm dünyasından silinməyə çalışılan böyük bir addir. Tesla o qədər çox və əhəmiyyətli elmi inkişafa imza atmış bir şəxsiyyətdir ki özü ancaq Edison ilə müqayisə edilə bilər. Hətta ondan belə daha əhəmiyyətli işlər gördüyünü söyləmək əsla səhv olmayaqaktır.Nikola Tesla 1856-cı ildə Xorvatiyada dünyaya gəldi. İnanılmaz bir yaddaşı var idi. Altı dili çox rahat danışa bilirdi. Gratz'daki Elm İnstitutunda 4 il Riyaziyyat, Fizika və Mexanika oxudu. Amma onun əsas maraq sahəsi elektrik oldu. O dövrlərdə elektrik hələ "iməkləmə" dövrünü yaşayan çox yeni bir elm sahəsi vəziyyətində idi. Közərən telli lampa belə icad edilməmişdi .Tesla 1884-cü ildə ABŞ-a gəldi. Cibindəki "tövsiyə" məktubunun köməyi ilə ixtiraçı Tomas Edisonun yanında işə başladı. Edison o günlərdə akkor telli lampanı yeni icad etmişdi və elektrikin köçürülməsi mövzusunda bir sistem inkişaf etdirməyə çalışırdı. Edison bu nöqtədə doğru axına (DC) güvənirdi. Ancaq DC o qədər çox problem çıxarırdı ki heç cür istədiyi nəticələri əldə edə bilmirdi.Bir gün Teslanı yanına çağırdı və sistemdəki problemləri həll etsə ona böyük bir maddi mükafat verəcəyini söylədi. Tesla, Edisonun, o günün pulu ilə 100,000, bu günün puluyla milyonlarla dollarlıq bir xərcdən qurtararaq sistemdəki problemleri hell etdi. Amma Edison vəd etdiyi mükafatı vermədi. Tesla, bu hadisədən sonra Edisonun laboratoriyasindaki vəzifəsindən istefa etdi. Edison, sözündən dönməklə qalmadı bir də Teslanın bundan sonrakı elmi karyerasını pisləməyə, onu alçaltmağa başladı. Bu gün Teslanın bu qədər az bilinən bir ad olmasının altında Edisonun bu səylərinin böyük payı vardır.Tesla elektrikin daşınması üçün Edison'unkinden çox daha yaxşı bir sistem inkişaf etdirdi. Sistemdə DC yerinə alternativ axın (AC) istifadə etdi. Teslanın inkişaf etdirdiyi transformatorlər vasitəsi ilə elektriki incə kabellər üzərindən uzaq məsafələrə itkisiz daşımaq mümkün idi artıq. Halbuki DC təməlinə(Edissonun yaratdiqi) söykənən ötürmə sistemində hər bir mil kvadrat üçün böyük bir elektrik stansiyası qurmaq və çox qalın kabellər istifadə etmək lazim olurdu.Ancak daşınacaq elektriki istifadə edəcək cihazlar olmadan bu sistemin hər hansı bir praktik mənası yox idi.Tesla bundan sonra elektriklə çalışan mühərriklər icad etməyə başladı. 19uncu Əsrin sonlarında heç bir elm adamı, AC istifadə edən mühərriklərin gerçək ola biləcəyinə ehtimal vermirdi. Saniyədə altmış dəfə istiqamət dəyişdirən bir axınla işləyən mühərrikin bir irəli bir geri gedəcəyini və nəticə olaraq heç bir yerə gedəbilməyəcəyini düşünürdülər. Tesla belə düşünənləri yanıldaraq ilk AC elektrik mühərrikini icad etdi.Tesla 'nın ən əhəmiyyətli xüsusiyyətlərindən biri o idiki:oturub belə bir cihaz ya da sistem yaradacaqini söyləməsi sonra da bunu həqiqətən də eynilə dediyi kimi etməsiydi.Bir dəfə, Edisonun iş üsulları haqqında belə danışmışdı: "Edison,əgər samanlıqda itmiş bir iynəni tapmaq vəziyyətində olsa bir Balarısı çalışqanlığı ilə bütün Şamanların altına tək-tək baxaraq iynəni tapmağa çalışar. Mən elmi işlərində buna tez-tez şahid olardım. Halbuki bir az nəzəri iş, bir az da hesablama etmək surətiylə xərclədiyi vaxt və əməyə qənaət edə bilərdi. "Tesla elə böyük bir elm adamı idi ki daha dünya fluoresan lampalarla tanış olmadan 40 il əvvəl öz laboratoriyasini fluoresan lampalarla işıqlandırırdı. Günümüzdəki neon lampaları buna 1 misaldi.Tesla dünyanın ilk hidroelektrik stansiyasının də yaradicisidi. Niagara Şəlaləsi üzərində qurulan ilk hidroelektrik stansiya, "Tesla" imzasını daşiyir.Avtomobillərdə istifadə edilən ilk sürətölçənləri(spidometr) Tesla kəşf etdi.Teslanin bu yüksələn vaxtəarinda AC(alternativ axin) mövzusundakı müvəffəqiyyətləri Corc Westinghouse adındakı bir milyarder sahibkarin qulağına getmişdi. Westinghouse, Tesla ilə bir müqavilə imzaladı.Müqaviləyə görə, Westinghouse, satdığı hər bir kilovat AC elektrik üçün Tesla'ya 2.50 dollar verəcəkdi. Tesla bir anda hazırladığı amma pulsuzluq səbəbiylə həyata keçirə bilmədiyi işləri üçün nəğd pula sahib olmuşdu.Ancak Edison da DC(doğru axin) sistemi üçün böyük sərmayələr etmişdi. Teslanın AC sistemini yerdən yerə vurmaq mövzusunda hər vasitəni ustalıqla qiymətləndirirdi. AC'nin DC-ə nisbətlə çox təhlükəli olduğunu iddia edirdi. Tesla Edissonun ona qarşi dediyi yalanlara qarşı öz satışa çıxarma kampaniyasını başlatdı. 1893də Chicagoda təşkil edilən Dünya Sərgisində (sərgisi 21 milyon adam ziyarət etmişdi) AC'nin nə qədər etibarlı olduğunu göstərmək üçün bədənindən keçirdiyi elektrik ilə çox sayda lampani yandırdı. Daha sonra öz adını verdiyi barabanları istifadə edərək şimşək yaradıb bunları tamaşaçıların üzərinə atdı. Təbii ki heç kimə heçnə olmadı.Tesla 'nın Westinghouse'dan alacağı ödənişin 1 milyon dolları keçməsi Westinghouse'ı maliyyə problemlərlə üz-üzə gətirdi. Tesla, müqaviləsi etibarlı olduğu müddətcə Westinghouse'un iflas edə biləcəyini dərk edərək müqaviləsini cırıb atdı. Çünki onun ən böyük məqsədi insanlara ucuz AC elektrik vermək idi. Dünyanın ilk milyarderi olmaqdansa patentləri qarşılığında özünə ödənən 216,600 Dollara razı oldu.1898-ci ildə, Madison Square Stansiyadanda hazır olan tamaşaçılara, ilk uzaqdan əmrli gəmini tanıştırdı.Tesla xalqa sudanda ucuz havayi elektrik enerjisi təmin etmə xəyalları verməyə başlamişdi. 1900-cu ildə sərmayəçi J.P. Morganın 150,000 Dollarlıq maliyyə dəstəyi ilə Long Islandda "Kabelsiz Nəşr Sistemi" ni qurdu. Bu nəşr qülləsi dünyanın ilk telefon və teleqraf xidməti verəcək, eyni zamanda dünyaya şəkil, birja xəbərləri və hava xəbərləri verəcək 1 ixtira idi. Morgan bunun gerçək mənada "pulsuz enerji" olduğunu anlayınca dəstəyini çəkdi. Morganın dəstəyini çəkməsi Teslanın maliyyə problemlər içinə sürüdü.Həmin Qüllə, dəmir-dümür qiymətinə satılmaq məcburiiyətində qalindi. Dünya artiq Teslanın axmaq olduğunu düşünməyə başlamışdı. O dövrdə səsin, şəkillərin və elektrikin bu şəkildə yayılması eşidilmiş şey deyildi çünkü.Halbuki insanların bilmədiyi bir şey vardı. Teslanın, Marconinin "radionu icad etdim" deyə ortaya çıxmasından 10 il əvvəl radionun təməl iş prinsiplərini ortaya qoymuş olduğu idi. Əslində, 1943-cü ildə yəni Teslanın öldüyü il ABŞ Yüksək Məhkəməsi Marconinin bu ixtirasini Teslanın bu mövzuda daha əvvəl reallaşdırdığı işlər səbəbiylə ləğv etdi. Ancaq bu mövzu heç bir zaman gündəmə gətirilmədi.İndidə bir çox mənbələrdə Marconi radionun atası olaraq göstərilərkən Teslanın adından belə heç söz edilmir. Bunu da deməkdə fayda var: Marconinin radiosu səs çatdira bilmir yalnız siqnal yaya bilirdi. Halbuki bu, Teslanın Marconidən illər əvvəl reallaşdırdığı bir şey idi.Artiq bu məqamdə mətbuat Teslanın iddialarını şişirtməyə başladı. Guya, Tesla, Marsdan və Veneradan siqnallar aldığını söyləmişdi. Bu gün bilirik ki Tesla həqiqətən də uzaq bəzi ulduzlardan siqnallar almışdı. Amma o illərdə kosmos haqqında çox az şey bilinirdi. Mətbuat, bilər bilməz Teslanın bəzi iddialarına birə min qataraq ictimaiyyətin gündəminə gətirirdi. Yadplanetlilərlə danışdığını söyləyənlər belə vardı.Manhattan 'dakı laboratoriyasında işlərini davam etdirən Tesla, dünyanı, radyolardaki stansiya axtarış düyməsinə bənzər nəhəng bir nizam düyməsi halına gətirməyi bacarmışdı. Ayrıca yer üzü ilə eyni tezlikdə titrəşmə yarada bilən buxar gücü ilə işləyən bir titrəşmə cihazı hazirlamişdi. Nəticədə nə oldu? Yaxın ətrafdakı bütün mənzilləri sarsıdan şiddətli bir zəlzələ meydana gətirdi. Binalar sarsıldı, şüşələr qırıldı, boya və suvaqlar divarlardan töküldü. Teslanın hesablamalarına görə eyni sistemlə Empire State binasını yox etmək hətta dünyanı ortasından ikiyə ayırmaq da mümkün idi. Tesla, elm dünyasinın Yerin rezonans tezliyini hesablamasindan 60 il əvvəl bu işi özü etmişdi.İndi bəlkədə hamiya maraqlidiki Tesla Dunyani 2 yere ayirmaq üçün dediklərini təcrubə edib ya yox?Bəli etdi!!1899 cu ildə Colorado Springs'teki laboratoriyasında belə 1 işə əl atdi.Beləki Dünyanın bir ucundan digər ucuna gedib sonra da geri dönəcək enerji dalğaları göndərdi. Dalğalar geri gəldiyində bu dalğalara bir miqdar elektrik daha yükləyərək bir daha göndərdi. Nəticədə insan əlindən çıxan ən böyük şimşək yaradılmış oldu.Bu Tam 40 metrlik nəhəng bir şimşək idi.Teslanın bu təcrübə nəticəsində əldə etdiyi rekord hələ müasir elmdə də qirilmamişdir!. Şimşəyin gurultusu 35 km. məsafədən eşidilirdi.Laboratoriyasınin ətrafıni qəribə bir mavi işıq bürüdü. Amma bütün bunlar hələ sadəcə Teslanın əsas nümayişinin əvvəlində etdiyi "məşqlər" idi.. Çox təəssüf ki laboratoriyasında təcrübələrə davam edərkən özünə aid elektrik stansiyasının təchizatı partladi və bir daha da onu əvvəlki halina gətirmək mümkün olmadı.1ci Dünya müharibəsindi ABŞ dövləti Alman denizaltılarınin yerini müəyyən edəcək bir sistem inkişaf etdirməyə çalişirdi və bunun üçün Edison'dan kömək istəmişdi. Teslanın bu mövzudakı təklifi enerji dalğaları istifadə etmək oldu. Bu gün bu sistemə radar deyirik. Edison, Teslanın təklifini təbii olaraq rədd etdi. Çox axmaq gəlirdi ona görə bu təklif. Dünya, buna görə radarın ixtirasini 25 il gözləmək məcburiyyətində kaldı.Tesla 'nın müvəffəqiyyətləri qarşısında əldə etdiyi mükafat nə idi deyə bilərsiniz?! Edison Medalı! .. Edison tərəfindən davamlı tənqid olunan birinə bundan daha pis bir mükafat ola bilməzdi.Edisson daima Teslani bəhanələrlə elm dünyasindan silməyə çalişirdi. və axirda bu işə yaramişdi.Təxminən 20 il hərkəsdən təcrid edilmiş bir həyat sürdü və müasir dünyanın qurucularından Nicola Tesla, 7 Yanvar 1943-cü ildə, 86 yaşina az qala adi 1 küçə adami şəklində kasib öldü. Nəzəriyyələrini sinaqdan keçirdəcək maliyə imkani olmadiqindan o hər şeyi dəftərinə qeyd edirdi.Ölümündən sonra arxasında tonlarla qeyd dəftəri buraxdı. Bu dəftərlər FBI tərəfindən ələ keçirildi. Gün işığına çıkarılmadı.Ömrü boyunca 800 dən çox icadin sahibi oldu.Hələ bəlkədə bilmdəiyimiz nə qədər də icad onun adini daşiyir. Əgər maliyyə dəstəyi yetərincə olsaydi Edisonun rekordunu rahatlıqla qırabilecek bir insan idi. Dünya çox təəssüf ki Teslanın dahiliyinə sahib insanları maliyyə baxımindan mükafatlandırmağı çox sevmir. Mükafat alanlar yalnız orijinal fikirləri "oğurlayib" bu fikirləri istehsala çevirib satanların olur.....

Tərcümə Namig S-off..



                                 Andre Amper
Andre Marie Ampere fransız fizik, 22 yanvar 1775-ci ildə Fransada Lyon şəhərində dünyaya gəldi. Elektromaqnetizmi ilk kəşf edən alimlər arasında göstərilir. Cərəyan şiddətinin vahidi onun şərəfinə olaraq Amper adlanır. Atası ona Latın dilini öyrətmək istəyirdi , ancaq riyaziyyat elminə həddən artıq marağının olması atasını bu fikrdən daşındırdı. Amma sonralar Ampere Latın dilini mükəmməl formada öyrənmişdi. 1799-cu ildə Julie Carron ilə evləndi. 1796-ci illər ərəfəsində Lyonda özəl riyaziyyat, kimya və dil dərsləri verirdi. 1801-ci ildə xəstə arvadını və kiçik oğlunu (Jean Jacques Ampère) Lyon-da tək buraxaraq , fizika və kimya professoru olaraq Bourg-a köçdü. Arvadı 1804-cü ildə vəfat etdi, elə həmin il Ampere Lyon Litseyinde riyaziyyat professoru oldu. 1809-cu ildə Paris Politexnik Universitetinde professor kimi işə başladı və elmi çalışmalarını burada davam etdirdi. Elektrik ilə maqnetizm arasındakı əlaqəni və xüsusən də elektromaqnetizm elmi ( özü buna “elektrodinamik” deyirdi) ilə çaox yaxından maraqlanırdı. Yalnız elektromaqnetizm anlayışını açıqlayan riyazi teoremləri yaratmaqla kifayətlənmədi və bir çox yenilikləri irəli sürdü. 10 iyun 1836-cı ildə Marseille-də vəfat etdi. Qəbri Parisdədir. Ölümündən 45 il sonra riyaziyyatçılar tərəfindən rəsmi olaraq tanınmışdır.








                      Abdulla Muxtarov 
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Abdulla İbrahim oğlu Muxtarov Anadan olduğu yer: Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikası, Rutul rayonu, Saxur kəndi Təvəllüdü: 24.12.1918 Təhsili: Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi, fizik-nəzəriyyəçi Elmi dərəcəsi: Fizika-riyaziyyat elmləri doktoru Elmi rütbəsi: Professor Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.04.02; 01.04.16-Nəzəri-fizika, nüvə-fizikası Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1972, fizika Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130 Xaricdə çıxmış elmi əsərlərin sayı: 50 Əsas elmi nailiyyətləri: 1. Elmi rəhbərimlə birgə (Sokolov A.A.) Fermionları uzununa (spirallığı), fotonların xətti dairəvi polyarizasiyasını nəzərə alan metod təklif etmişik (1948-cü il). 2. Həmin metod mənim tərəfimdən ixtiyari istiqamətli polyarizasiyanı nəzərə almaq üçün ümumiləşdirilmişdir (1963-cü il). 3. Azərbaycanda nəzəri fizika məktəbini yaratmışam. 4. Yüksək enerjili polyarizə olunmuş zərrəciklərin elektrodinamikasının yaradılmasında intensiv iştirak etmişəm. İlk dəfə spinləri 3/2, 5/2, 7/2 və t/2 olan zərrəciklərin pronaqatorlarını qurmuşam. 5. Bu əsasda ete- dəstələrinin fermionlara, odronlara, vozonlara, rezonanslara və başqa zərrəciklərə çevrilməsi istiqamətində böyük həcmdə tədqiqat işi aparılmış və təcrübə ilə müqayisə edilmişdir, yaxşı uyğunluq alınmışdır. 6. Zəif-elektromaqnit qarşılıqlı təsirlərin standart modelində fərz olunan z-bozondan əlavə z'-bozonun da varlığını tələb edən EtxE8 modelində tədqiqat işləri aparılmışdır. Kadr hazırlığı: elmlər namizədlərinin sayı: 25 elmlər doktorlarının sayı: 4 Əsas elmi əsərlərin adları: К теории аннигиляции электронов и позитронов, Вестник МГУ, №8, 63, 1948 Поляризационные эффекты при распаде p°→е-+е- +γ ЖЭТФ, 37, 575, 1959 Исследование электророждение нуклонных резонансов на поляризованных протонах, Nuovo Cuniento, GA, №1, 13,1971 Суперструнный z' бозон в радиационный е+е- аннигиляции Я.Ф. т. 58, №7, 1288-1297, 1995 Power correction to the pion-photon transition form factor Fπγ(Г2)International Journal of Modern Physics A, vol. 16, №18, (2001), 3179-3190 Təltif və mükafatlar: Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı - 1969; "Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar. Şərəfli əməyə görə" medalı - 1970; "1974-cü il sosialist yarışının qalibi" - 1974; "Azərbaycan SSR xalq təhsili əlaçısı" medalı - 1975 "Şərəf nişanı" ordeni - 1978; "SSRİ-nin təhsil əlaçısı" medalı - 1980; "Əmək veteranı" medalı - 1981; Azərbaycanın Əməkdar Elm Xadimi - 1992; Azərbaycan Respublikasının "Şöhrət" ordeni - 1998; Bakı Dövlət Universitetinin "Xatirə" medalı - 1998 Pedaqoji fəaliyyəti: 1950-ildən Bakı Dövlət Universitetində baş müəllim, dosent, professor işləyir. İki tədris kitabının müəllifidir. "Statistik fizika", 1961-ci il, "Kvant mexanikası", 1999-cu il.





                           Niftali Qocayev 
Qocayev Niftalı Mehralı oğlu 1936-cı il oktyabrın 18-də Qərbi Azərbaycanın Qazax qəzasının Dilican nahiyyəsinin Salah kəndində doğulmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Yalnız əla qiymətlərlə oxuduğuna nümunəvi davranışına görə 3-5 kurslarda Özəl Təqaudə layiq görülmüş, 1958-ci ildə fizika fakültəsinin nəzəri fizika ixtisasını fərqlənmə(qırmızı) diplomu ilə bitirmişdir. Universiteti fərqlənmə diplomu ilə bitirməsi və tələbəlik dövründə elmi-tədqiqat işləri sahəsindəki fəaliyyəti (tələbə ikən Kiev Dövlət Universitetində kəçirilən Bəynəlxalq elmi konfransda məruzə ilə çıxıs edərək tərifnaməyə layiq görülmüşdür) nəzərə alınaraq N.M.Qocayev BDU-da saxlanılmışdır. Bir il laborant vəzifəsində işlədikdən sonra Sankt-Peterburq şəhərində o zamanki Sovətlər Ittifaqı Elmlər Akademiyasının aspiranturasına qəbul olunaraq akademik M.V.Volkenşteynin elmi rəhbərliyi ilə o zamanlar üçün nadir olan molekulyar biofizika sahasində elmi fəaliyyətini davam etdirmişdir. 1962-cı ildə mövzusu üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almış və məzunu olduğu Bakı Dövlət Universitetinə qayıdaraq bu günə qədər həmin universitetdə öz hərtərəfli fəaliyyətini (1962-müəllim, 1963-1964 baş müəllim, 1964-1979 dosent, 1979-dan professor) etdirir. 1967-cı ildə N.M.Qocayevin bilavasitə fəaliyyəti nəticəsində Bakı Dövlət Universiteti nəzdində yaradılmış və N.M.Qocayev həmin fakultənin ilk dekanı vəzifəsinə təyin olunmuşdur. 1968-ci ildə müsabiqə yolu ilə BDU-nun müdir vəzifəsinə seçilmiş və bununla əlaqədar 1969-cu ildə öz xahişi ilə dekan vəzifəsindən azad edilmişdir. Prof.N.M.Qocayev 16 il (1968-1984-cu illərdə) rəhbərlik edərək elmi pedaqoji kadrlar hazırlanması işində dərslik və monoqrafiyalar yazmaq və tədris sahələrində önəmli müvəffəqiyyətlər qazanmışdır. O, ilk dəfə 1977-ci və 1980-ci illərdə olmuş və müvafiq medallarla təltif olunmuşdur. Prof.N.M.Qocayev məzun olduğu ildən indiyədək fasiləsiz işlədiyi Bakı Dövlət Universitetidə hələ 1959-cu ildən tədqiqata başladığı sahəsində məktəb yaratmış. Həmin məktəbin daha səmərəli elmi fəaliyyət göstərməsi üçün 1980-ci keçmiş SSRI Ali Təhsil Nazirliyinin tövsiyyəsi və SSKI Nazirlər Sovəti yanında Elm və Təhsil Komitəsinin xüsusi qərarı ilə laboratoriyanın açılmasına nail olmuş və o vaxtdan bu günə qədər həmin laboratoriyanın müdiri vəzifəsində çalışır. Prof.N.M.Qocayev 4 istiqamətdə səmərəli elmi-pedaqoji fəaliyyət göstərmişdir: elmi-tədqiqat işləri və yüksək ixtisaslı elmi kadrların(magistr və elm namizədi) hazırlanması, dərsliklər və monoqrafiyaların yazılması , dərsliklərin və elmi ədəbiyyatın xarici dillərdən Azərbaycan və Türk dillərinə tərcüməsi , pedaqoji fəaliyyət. Sadalanan bütün sahələrdə prof.N.M.Qocayevin xüsusi xidməti olmuşdur . O, məzunu olduğu Bakı Dövlət Universitetinin fizika , biologiya, kimya fakultələrində ümumi fizikanın müxtəlif bölmələri və ixtisas kursları üzrə yüksək səviyyəli mühazirələr oxumuş, tələbələrin kurs və diplom işlərinə rəhbərlik etmişdir . Əsasən Avropa , Amerika və Rusiyada nəşr olunan mötəbər elmi jurnallarda dərc olunmuş 255 elmi məqalənin , 8 monoqrafiyanin , 9 dərslik və dərs vəsaitinin müəllifidir . Bunlar içərisində keçmiş SSRI -nin Ali Təhsil Nazirliyi tərəfindən Ittifaq Universitetləri üçün dərs vəsaiti olaraq təsdiq olunaraq Moskva şəhərində nəşriyyatı tərəfindən çap olunmuş kitabını və Sankt -Peterburq şəhərində bir qrup alimlərlə , akademik M.Volkenşteyn və başqaları ilə birlikdə ingilis dilində nəşr etdirdiyi monoqrafiyanı xüsusi qeyd etmək lazımdır . Prof.N.M.Qocayevin qardaş Türkiyə universitetləri üçün yazaraq Ərzurumda nəşr etdirdiyi 2 dərslik və 2 monoqrafiya Türkiyəli tələbələr tərəfindən sevilərək oxunan kitablardır . Prof.N.M.Qocayevin elmi rəhbərliyi ilə 20 aspirant və dissertant namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi adına layiq görülmuüşdür. Onların içərisində Misir və Iraq vətəndaşları da var. Prof.N.M.Qocayevin təşəbbüsü ilə 1997 -ci ildə yaradılmıs Azərbaycan Biofizika Cəmiyyəti özünün ilk konfransında onu Cəmiyyətin Prezidenti seçmişdir və bu günədək həmin vəzifədə müvəffəqiyyətlə çalışır . Qocayev 2001-ci ildən etibarən əvəzçilik yolu ilə Qafqaz universitetində Elmi işlər və xarici əlaqələr üzrə prorektor vəzifəsində işləyir. Prof.N.M.Qocayev 1980-1984-cü illərdə Azərbaycan Rəspulikasi Ali Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-Metodik Şuranı Fizika və Astronomiya Seksiyasının sədri ,1967-1994 -cu illərdə Azərbaycan Rəspublikasi cəmiyyətinin Fizika Seksiyasının üzvü olmuş , 1989-1993 -cu illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri vəzifəsində işləmişdir .1993-1998 -ci illərdə Türkiyədə -Ərzurum Atatürk və İstanbul universitetlərində profəssor vəzifəsində çalişaraq mühüm elmi-pedaqoji fəaliyyət göstərmişdir . Həmin dövrdə yerli alimlərlə yaxın əməkdaşlıq edərək maraqlı elmi-tədqiqat işləri aparmış , dissertasiya işlərinin müdafiə şuralarının sədri və üzvü olmuşdur . Birgə elmi işlər Türkiyə Dövlət Planlama Təşkilatı tərəfindən mühüm elmi -tədqiqat işi olaraq qəbul olunduğundan həmin təşkilatın maliyyə dəstəyi ilə yerinə yetirilmiş , alınan nəticələr Journ Moləkular Structurə kimi moötəbər elmi jurnalda və digər jurnallarda çap olunmuşdur . Prof.N.M.Qocayev Türkiyə universitetlərinin tələbələri üçün 4 dərslik (molekulyar fizika, optika, molekulun quruluşu1-ci və 2-ci cild) yazmış , molekulyar fizika və optikanı ilk dəfə olaraq Ərzurum və Atatürk Universitetində tədris etməklə yanaşı özündən sonra bu fənnlərin tədrisi üçün kadrlar hazırlığına da əmək sərf etmişdir. Hazırda Istanbul Universitetinin kafedrası ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında elmi-tədqiqat işlərini davam etdirir. Prof.N.M.Qocayev 255 məqalənin müəllifidir.