Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

Rezonans

Səs ilə stəkanı sındırmaq olarmı?
Edilə bilər, nəzəri və praktiki olaraq mümkündür. Hətta məşhur tenor Kruzonun bunu bacardığı deyilir. Rezonansını uyğunlaşdırsanız yalnız stəkan deyil, başqa bir çox şeyi qıra bilərsiniz. Yaxşı, bəs, bu rezonans nədir?

Yelləncəkdə bir uşağı yellədiyinizi düşünün. Yelləncək sizə tərəf gələrkən, tam ən üst, yəni dayandığı nöqtəyə çatmadan yelləncəyi itələməyə cəhd etsəniz, onu yavaşladarsınız. Ancaq yelləncək sizə doğru gələrkən ənüst nöqtədə itələsəniz, hətta hər dəfə eyni qüvvə ilə itələsəniz belə, yelləncək getdikcə sürətlənəcək.

Yelləncək öz təbii tezliyi ilə, deyək ki, dəqiqədə 30 dəfə yellənirdi. Siz də xaricdən bir qüvvə - eyni tezlikli bir qüvvə tətbiq etdiniz. Bu iki tezliküst-üstə düşdü və yelləncək də buna görə getdikcə sürətləndi.

Yelləncək nümunəsində olduğu kimi hər cisimin bir öz təbii tezliyi vardır. Cisimlərə öz təbii tezlikləri ilə üst-üstə düşən bir tezlikdə hər hansı bir qüvvə tətbiq etsəniz rezonans deyilən idarəsiz bir mühit yarana bilər.

Əgər qarşınızda olan bir stəkana onun təbii tezliyinə uyğun gələn bir tezlikdə qışqıra bilsəniz, daha doğrusu ona bir səs dalğası göndərə bilsəniz, stəkanın təbii tezliyi ilə səsin tezliyi üst-üstə düşərək, stəkandakı titrəşmə idarəsiz bir şəkildə artar və nəticədə çartlaya ya da qırıla bilər.

İnsanların gündəlik həyatlarında çox fərqinə varmamalarına baxmayaraq rezonans hadisəsi avtomobillərdən körpü dizaynına qədər mühəndislərin ən çox çətinlik çəkdikləri mövzulardan biridir. Hələ buna görə əsgərlər bir körpüdən keçərlərkən addımlarının tezliyi ilə körpünün təbii tezliyi ilə üst-üstə düşüb körpünün uçmasını önləmək üçün körpülərdən sərbəst adımmla keçirlər.

Avtomobildə sükan mexanizmi ilə amortizatorlardakı titrəmə eyni tezlikdə olanda rezonans nəticəsində sükan şiddətlə sarsılmağa başlayar. Mühəndislər avtomobil dizaynında hissələrin formalarını,ağırlıqlarını və bənzər faktorları nəzərə alıb rezonansı ən aşağı səviyyəyə endirməyə çalışırlar.

Yaxşı bu rezonansın heç yaxşı bir yanı yoxdurmu? Var əlbəttə. Məsələn radioda radiostansiya dalğalarını axtararkən bu dalğaları tutsanız, öz alıcınızın tezliyi ilə radiostansiya dalğalarının tezliyiüst-üstə düşdüyü anda rezonans baş verər və bu radio stansiyasının efirini dinləməy başlayarsınız.

MIT universitetində edilən bir təcrübəyə də baxa bilərsiniz.
C.İlkin


C.İlkin



2 комментария: